Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kistlər
Kistlər (gürc. ქისტები, çeç. Kistoj, Kisti) və ya Kistinlər — Nax-Dağıstan dillərinin Nax dil qoluna aid olan və çeçenlərin subetnik qrupu sayılan müsəlman etnik qrup. Toplum adını Çeçenistandakı Key-Yista məntəqəsindən almışdır. Kompakt halda Gürcüstanda yaşayırlar. 2002-ci il siyahıyaalınmasına əsasən Gürcüstanda 7,110 nəfər kist yaşamışdır. Onlardan 6,928 nəfəri Axmeta rayonunda məskunlaşmışdı.
Kotlet
Kotlet (fr. côtelette) — yağda qızardılmış ət tikələrindən, əsasən dairəvi şəkildə hazırlanan yemək növü. Ən məşhur növü Kiyev kotletidir.
İstiot
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Növləri == Piper abajoense Bornst. Piper abalienatum Trel. Piper abbadianum Yunck. Piper abbreviatum Opiz Piper abellinum Trel. & Yunck. Piper aberrans C.DC. Piper abutiloides (Kunth) Kunth ex Steud. Piper achoteanum Trel. Piper achotense Trel.
Şistlər
Şistlər - əsasən kvars və yaxud çöl şpatı və onların tünd rəngli minerallarından (amfibollar istisna olmaqla) ibarət olan aşağı pilləli metamorfizm məhsulu. Şistlər üçün xırda dənəlilik, şistlilik, relikt quruluş və tekstur səciyyəvidir. Bəzən metamorfizmin orta (və qismən yüksək) pilləsinin metamorfik süxurlarını (qneyslər, qranulitlər və b.) birləşdirən kristallik şistlər qrupu ayrılır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
İstək
İstək — yerinə yetirilməsi(başqası tərəfindən) arzu edilən şey. == İstək haqqında == İstəyim yalnız iştə bir şəfqət; Bir təbəssümo hüsni-dilbərdən. H.Cavid. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. Sanki cavanlaşdıyüz il bədənim; Gözümdə qalmadı istəyim mənim. Z.Xəlil.
İtlər
İtlər (lat. Canidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
İşlər
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Atlet
Atlet bu mənaları ifadə edə bilər: Atlet yaxud mayka — alt geyimi. Atletçi — atletika idman növləri ilə məşğul olan şəxs.
Birillik istiot
Ceyms Uistler
Ceyms Ebbot Makneyl Vistler (ing. James Abbot McNeill Whistler; 10 iyul 1834, Louell[d], Massaçusets – 17 iyul 1903, Çelsi, Böyük London və ya London) — amerikalı rəssam və qrafik, portret, eləcə də ofort və litoqrafiya ustası, məşhur tonalistlərdən biri, impressionizm və simvolizm qabaqcılı. "İncəsənət sənət naminə" anlayışına sadiq qalmışdır. Fəxri Legion ordeni kavaleridir (1892). O, Rusiya İmperiyasında və ABŞ-də təhsil alıb, lakin aktiv həyatının çox hissəsini İngiltərədə keçirib. O, daha çox müasirlərinin portretləri ilə tanınır. O, dostu Qustav Kurbenin simasında realistlərdən və yapon incəsənətindən təsirlənmişdir. Bir sıra yaradıcı üsullarda impressionizmə yaxın idi. Vistlerin ən məşhur əsərlərindən biri də anasının portretidir: Boz və qara rənglər əsasında çəkilmişdir. Avropa və ABŞ-də iki nəsil sənətçiyə təsir etdi.
Ceyms Vistler
Ceyms Ebbot Makneyl Vistler (ing. James Abbot McNeill Whistler; 10 iyul 1834, Louell[d], Massaçusets – 17 iyul 1903, Çelsi, Böyük London və ya London) — amerikalı rəssam və qrafik, portret, eləcə də ofort və litoqrafiya ustası, məşhur tonalistlərdən biri, impressionizm və simvolizm qabaqcılı. "İncəsənət sənət naminə" anlayışına sadiq qalmışdır. Fəxri Legion ordeni kavaleridir (1892). O, Rusiya İmperiyasında və ABŞ-də təhsil alıb, lakin aktiv həyatının çox hissəsini İngiltərədə keçirib. O, daha çox müasirlərinin portretləri ilə tanınır. O, dostu Qustav Kurbenin simasında realistlərdən və yapon incəsənətindən təsirlənmişdir. Bir sıra yaradıcı üsullarda impressionizmə yaxın idi. Vistlerin ən məşhur əsərlərindən biri də anasının portretidir: Boz və qara rənglər əsasında çəkilmişdir. Avropa və ABŞ-də iki nəsil sənətçiyə təsir etdi.
Corc İstmen
Corc İstmen (ing. George Eastman, 12 iyul 1854[…] – 14 mart 1932[…], Roçester[d], Nyu-York ştatı) — amerikalı biznesmen, ixtiraçı, Eastman Kodak şirkətinin qurucusu. == Həyatı == === Uşaqlıq və gənclik dövrü === Corc İstmen 1854-cü ildə ABŞ-nin Uotervill şəhərciyində varlı olmayan biznesmen aliləsində anadan olub. Yeddi yaşında ikən atası vəfat edib, anası isə ailəni saxlamaq üçün evlərinin otaqlarının kirayəsi ilə məşğul olub. Çəmi yeddi il orta təhsil olan İstmen məktəbi ataraq sığorta şirkətinə, həftəlik 3 dollar əmək haqqı ilə işə düzəlir. Aldığı məvacib ailəsinin dolanışığına ancaq çatdığı üçün Corc əlavə olaraq Roçester bankına işə düzəlir, gecələr isə mühasibatlığı öyrənir. === Şirkətin yaranması === 24 yaşında İstmen Santo-Dominqoda dincəlməyi və şəhərin bütün gözəlliyini fotolentə çəkmək istəyirdi. Aldığı fotokamera çox böyük olduğundan, daşınması və istifadəsi çətin olur və o bu ideyadan yan keçməli olur. Elə bu vaxtdan onun fikri ancaq fotoqrafiya ilə bağlanır. Beləliklə o, bu prosesi maksimum dərəcədə asanlaşdırmağı qarşısına məqsəd qoyur.
Güclü istilər
== Güclü istilər == Güclü istilər hər hansı bir ərazidə günəş şüaları ilə çox qızmış atmosfer havasının vəziyyətidir. Tropiklər arasında yerləşən rayonlarda güclü istilər havanın daimi səciyyəvi vəziyyətidir. Tropiklərdən kənar ərazilərdə iqlim yayın üçün səciyyəvi bir haldır. Azərbaycanın Aran rayonlarında və Naxçıvan MR-nın Arazboyu düzənliklərində hər il yay mövsümündə havanın temperaturu +350C və daha yüksək olan güclü istilər müşahidə edilir. Bəzən havanın temperaturu +400C-dən də çox olduğu hallar müşahidə edilir. Azərbaycanda bütün instrumental müşahidə dövrü ərzində ən yüksə mütləq maksimum temperatur 2000-ci ilin yayında Culfada qeyd edilmişdir. == Güclü istilərin insan səhhətinə təsiri == Güclü istilər insan səhhətinə mənfi təsir göstər. Güclü istilər zamanı hipertoniya, insult, əsəb sistemi və s. xəstəliklərin artması müşahidə edilir . Əhali arasında istivurma və günvurma halları qeyd edilir.
Outlet mərkəzlər
Outlet mərkəzlər — şoppinq məkanı Xaricdə outlet mərkəzlər məşhur şoppinq məkanına çevrilirlər. XX əsrin 70-ci illərində ABŞ-də yaranan və 90-cı illərin sonunda məşhurluğun zirvəsinə çatan outlet mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90% çatan endirimlərlə əldə edə etmək olur. == Azərbaycanda == 2011-ci il fevralın 1-də Bakı Avtovağzal Kompleksində Baku Outlet Park fəaliyyətə başlayıb. 8500 m² ərazidə fəaliyyət göstərən "Zara", "H&M", "Pull&bear", "Bershka", "Stradivarius", "Adidas", "Nike", "Reebok", "Puma" və s. markaların geyim və ayaqqabılarını il boyu böyük endirimlə əldə etmək mümkündür. Baku Outlet Park açılışının ilk günlərindən alıcıların rəğbətini qazanıb. Gələcəkdə mərkəzdə təqdim olunan brendlərin siyahısını daha da artırmaq planlaşdırılır.
Qara istiot
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Rümuzül-işarət
Rümuzül-işarət — Seyid Yəhya Bakuviyə məxsus, digər adı Təvilü və təfsirü-ihdinə-siratəl-müstəqim olan bu əsər nəsrlə yazılmışdır. Bu əsər Şirvanşah I Xəlilullah xanın iştirak etdiyi bir məclisdə, ehtimal ki, onun soruşduğu bir suala Seyid Yəhyanın verdiyi cavabdır və bu ayəinin mənasının açıqlamasını isə o, bir risalə şəklində daha sonra qələmə almışdır. Bu, Seyid Yəhyanın "bir adil şahın hüzurunda soruşulan" ifadəsindən məlum olur. Bu əsərdə Fatihə surəsinin V ayəsi olan "Bizi doğru yola yönəlt" mənasındakı "İhdinəs-siratəl-müstəqim" sözü təfsir və təvil edilərək, işarə, mükaşəfat və muayinə əhlinin qəlb yolundan nəyi hasil etdiyi izah olunur. Bu ayənin ixlas və inancın artmasına vasitə ola bilməsi məsələsinə toxunan müəllif : "Bu izahlar təfsir kitablarına bağlı qalmadan könülə doğan açıqlamalardır." — dedikdən sonra: "O gün belə soruşuldu:"Ənbiya və övliya necə olur ki, özləri də "Bizi doğru yola yönəlt"- diləyində olurlar. Onlar əslində doğru yolda deyillərmi ki, bu doğru yolu istəyirlər" – deyə soruşulan digər bir suala cavab vermişdir. Əsərin Bakı nüsxəsinin adı "Təvil və təfsiri" – İhdinə-siratəl-müstəqim"dir.
Saplaqlı istiot
İstiot nanə
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Arealı == Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Qısa morfoloji təsviri == Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
İsəmət (Şaran)
İsəmət (başq. Исәмәт, rus. Исаметово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 5 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 7 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 35 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
İSTƏK liseyi
İstək liseyi — I-XI sinif şagirdlərinə Azərbaycan və Beynəlxalq bölmələr üzrə təhsil xidməti göstərmiş ümumtəhsil müəssisəsidir. İSTƏK liseyi təsisçisinin 05.07.2018-ci il tarixli qərarına əsasən İSTƏK liseyi təhsil müəssisəsi kimi fəaliyyətini dayandırmışdır. == Ümumi məlumatlar == 2014-cü ildə təsis olunan lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin 074503 №-li lisenziyası əsasında Bakı (İSTƏK Beynəlxalq məktəbi, İstək ibtidai beynəlxalq məktəbi, Xalqlar Dostluğu və Gənclik), Sumqayıt, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir, Gəncə və Şəki şəhərlərində fəaliyyət göstərir. Təhsil prosesində dövlət təhsil standartları və beynəlxalq proqramları birgə tətbiq edən İstək liseyi milli dəyərlərə sədaqətlə şagirdlərin dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib olmasına imkan yaradır. == İstək Beynəlxalq məktəbi == İstək liseyinin Bakı şəhərinin Nərimanov metro stansiyasının yaxınlığında yerləşən kampusu beynəlxalq təhsil proqramları, maddi – texniki bazası, dünya şöhrətli ali məktəblərə qəbul və beynəlxalq olimpiadalarda nəticələri ilə dünya təhsilini hamı üçün əlçatan edir. Binası, üstün texnologiyaları, beynəlxalq proqramları ilə liseyin şagirdləri fənləri xarici dillərdə mənimsəyərək bütün dünyada tanınan beynəlxalq sertifikat əldə edə bilirlər. Liseyin maddi-texniki bazası liseydə 20-dən artıq növ üzrə sosial fəaliyyət proqramlarının həyata keçirilməsi, şagirdlərin dərəcə və olimpiada siniflərində xüsusi hazırlıq keçməsi, təbiət elmləri və kompüter laboratoriyaları ilə biliklərini bacarıqlara çevirməsinə imkan verir. Liseydə Beynəlxalq bölmə üzrə qız və oğlan şagirdlər I-VI sinifdən 20 nəfərdən ibarət siniflərdə təhsil alırlar. Hər il beynəlxalq proqramlara və xaricdə təhsilə maraq göstərən yüzlərlə şagird və valideynin seçimi olan İstək Beynəlxalq məktəbi şagirdlərin milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişməsi üçün şərait yaradır. == "İstək" oyunları == İstək oyunları hər il liseyin şagirdləri arasında keçirilən ümumlisey spartakiadasıdır.
İsmət Abasov
İsmət Dursun oğlu Abasov (25 may 1954, İrəvan) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Baş nazirinin müavini (2013–2018), Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2004–2013), İqtisad elmləri üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının üzvü. Azərbaycan Respublikası Baş nazirinin müavini. == Həyatı == İsmət Dursun oğlu Abasov 25 may 1954-cü ildə İrəvan şəhərində anadan olmuşdur. 1971-ci ildə İrəvan şəhəri M. F. Axundov adına 9 saylı orta məktəbi, 1976-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1976–1980-ci illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis və şöbə rəisi, 1980–1989-cu illər Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, 1989–1990-cı illər Bakı biskvit fabrikinin iqtisadi məsələlər üzrə direktor müavini, 1990–1993-cü illər Bakı 1 saylı şərab zavodunun iqtisadi məsələlər üzrə direktor müavini, 1993–1997-ci illər Bakı tütün kombinatında istehsalat üzrə direktor müavini, inzibati direktor, 1997–2004-cü illərdə respublika kənd təsərrüfatı nazirinin birinci müavini işləmiş, 23 oktyabr 2004-cü ildən 22 oktyabr 2013-cü ilə kimi isə respublikanın kənd təsərrüfatı naziri olmuşdur. İqtisad elmləri üzrə fəlsəfə doktorudur, 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olmuşdur. 22 oktyabr 2013-cü ilə kimi Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti idi. İsmət Abasov 2010-cu il may ayının 13–14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı — FAO-nun 27-ci regional konfransında Əli Bayramov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edildikdən sonra həmin tarixdən Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunmuşdur.
İsmət Axundov
İsmət Axundov — azərbaycanlı rəssam, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Mirzə Qədim İrəvaninin nəticəsi, Münəvvər xanımın oğlu. == Həyatı == İ.Axundov 1925-ci ildə anadan olmuşdur, orta təhsilini İrəvanda almış, sonradan Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirmişdir. Bədii fondun direktoru olmuşdur (1972-ci ilə kimi). Əsasən peyzaj janrında çalışmışdır. İçəri şəhər, Şamaxıya həsr olunmuş əsərləri xüsusi maraq doğurur.
İsmət Giritli
İsmet Giritli (17 aprel 1924, Krım, SSRİ – 3 fevral 2007, İstanbul) — türk hüquq professoru və yazıçısı idi. 1924-cü ildə Krımda anadan olub. İbtidai təhsilini burada başa vurduqdan sonra Kabataş Oğlanlar Liseyində oxudu . Sonra İstanbul Universiteti Hüquq Fakültəsinə daxil oldu və 1964-cü ildə həmin fakültənin inzibati hüquq şöbəsində professor oldu. 1961 Konstitusiyasını hazırlayan elm adamlarından olan Giritli, Barolar Birliyinin Nümayəndəsi olaraq Təsis Məclisinin üzvü seçildi. Giritli həmçinin, Türk Milli Gənclər Təşkilatının başçısı və Birləşmiş Millətlər Təşkilatındakı Türk Nümayəndəliyində məsləhətçi olmuşdur. 1964–1968-ci illər arasında ilk TRT İdarə Heyətinin üzvü və sədri olmuşdur. Dr. Giritli, 1968-ci ilin yanvarında ilk televiziya yayımını edən komandanın başında idi. İsmet Giritli 1958–1959-cu illər arasında Nyu-Yorkdakı Kolumbiya Universiteti Hüquq Fakültəsində və 1968–1969-cu illər arasında Kolumbiya Universiteti Orta Şərq İnstitutunda qonaq professor olaraq çalışmışdır.
İsmət Hacıyev
İsmət Şölət oğlu Hacıyev (20 yanvar 1993; Quba, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsmət Hacıyev 1993-cü il yanvarın 20-də Quba şəhərində anadan olub. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == İsmət Hacıyev 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan İsmət Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmət Hacıyev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Seksual istək
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.