Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stefan Kakaş
Stefan Kakaş (alm. Stefan Kakasch‎; 1565, Kluj-Napoka – 25 oktyabr 1603 və ya 25 oktyabr (4 noyabr) 1603) — alman diplomatı, səfir. Səfəvi diplomatı Hüseynəli bəy Bayatın Almaniyaya səfərindən sonra imperator II Rudolf (1552-1612) Osmanlı dövlətinə qarşı I Şah Abbasla danışıqlar aparmaq məqsədilə onu Səfəvilər dövlətinə göndərmişdi. Kakaşın başçılıq etdiyi səfirlik Moskva-Volqa-Xəzər yolu ilə 1603-cü il avqustun 8-ində Lənkərana çatdı. Kakaş Lənkəranda öldü və səfirliyə Tektander başçılıq etdi.
Yeni Zelandiya kakası
Yeni Zelandiya kakası— Yeni Zelandiyanın təbii meşələrində yayılmış taksonomik ranq olan Yeni Zelandiya tutuquşularının böyük növlərindən biri olan tutuquşu növüdür. İki yarımnövü məlumdur. Yeni Zelandiya kakası 1788-ci ildə alman naturalisti İohann Fridrix Gmelin tərəfindən təsvir edilmişdir. Şiamal Adası kakası və Cənub Adası kakası kimi tanınan iki yarımnövü mövcuddur. Kākā adı Maori dilində “tutuquşu” mənasını verir. Nestor cinsinə dörd növ daxildir: Yeni Zelandiya kakası (lat. Nestor meridionalis), Kea (lat. Nestor notabilis), nəsli kəsilmiş Norfolk kakası (lat. Nestor productus) və nəsli kəsilmiş Çatem kakası (lat. Nestor chathamensis).
Kakadu
Kakadular (lat. Cacatuidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinə aid heyvan fəsiləsi.
Kakapo
Kakapo (mao. Kākāpō; lat. Strigops habroptilus) və ya bayquş tutuquşu — Yeni Zelandiyanın təbii meşələrində yayılmış taksonomik ranq olan Yeni Zelandiya tutuquşularının böyük növlərindən biri olan tutuquşu növü. Kakapo dünyada uça bilməyən yeganə tutuquşu növüdür. Sayıları həddən artıq azdır. Strigopidae fəsiləsinin yeganə yaşayan növüdür. Gecə həyat tərzi keçirmələri, yumuşaq lələklərə malik olmaları, bayquşlara oxşamalarına görə bəzən bayquş tutuquşu adlandırılırlar. == Təkamül == Aparılan araşdırmalar kakapoların digər quşlardan 82.000-85.000 il əvvəl ayrılmışlar. Kakapoların nə zaman Yeni Zelandiyaya köç etdikləri məlum deyil. Amma onların buraya gəlməzdən əvvəl uça bildikləri məlumdur.
Kavkas
Kavkas (ing. Caucas) — Qafqaz salnamələrinə görə Qafqaz və ya Kavkasos (gürcü: კავკასოსი Kavḳasosi) adlanır. Bunların Çeçenlərin və İnquşların atası olduğu iddia edildi. Onun hekayəsi XI əsrdə Leonti Mroveli tərəfindən şifahi ənənədən götürülmüş orta əsr gürcü salnamələri "Kartlis tsxovreba" toplusunda izah edilmişdir. Əfsanəyə görə, o, Tarqamosun oğlu idi və buna görə də Xaosun qardaşı Movakos, Lekos (Lezgin xalqlarının əcdadı adlanır), Geros, Kartlos (gürcü xalqının əcdadı kimi tanınır) və Egros onların mənbəyini aldı. Qafqazın oğlu Durdzuk Çeçenlərin və İnquşların atası sayılır. == Şəcərəsi == == Nəvələri == Nax xalqları|Nax (Vaynaxlar) XI əsrin gürcü salnaməçisi Leonti Mroveli fikrinə görə, "Qafqaz" sözü Qafqazdakı Nax xalqlarının əcdadının adından gəlir.
Takaşi
Takaşi — ad.
Kakava
Kakava — Türkiyədə qaraçıların bayram tədbiri. Mənşə ərazisi Türkiyənin Şərqi Frakiya regionudur. == Tədbirlər == Xilaskar Baba Finqonun gəlib onları xilas edəcəyi inancı Türkiyədə yaşayan qaraçıların folklorunda əhəmiyyətli rola malikdir. Bu fiqurun Qədim Misir ordusundan olan firon qoşunlarının komandiri olduğu güman edilir. Türkiyə qaraçılarına görə, Tunca çayının kənarına enərək mayın 5-dən 6-na keçən gecə "Xilasetmə hadisəsi" baş verir. Möcüzəli günün xatirəsi üçün çaya şam qoyulur, iştirakçıların əlləri, üzləri və ayaqları suda yuyulur. Əsas qeyd edilən mövzu Xilaskar Baba Finqonun ölməzliyidir. Türk dilində belə bir deyimdən istifadə edilir: Baba Finqo gələcək, bütün dərdlər bitəcək (türk. Baba Fingo Gelecek, Bütün Dertler Bitecek). Bu konsepsiya əsas götürülərək əyləncə tədbirləri həyata keçirilir.
Akaşi
Akaşi və ya Akasi (yap. 明石市) — Yaponiyanın Hyöqo prefekturada yerləşən şəhər.
Kakao
Kakao ağacı (lat. Theobroma cacao) — əməköməcikimilər fəsiləsinin teobrom cinsinə aid bitki növü.
Kakau
Klavdemır Ceroynımo Alfredo Bereto (Kakau) (d. 27 may 1981, San Paulo, Braziliya) — Hücumçu Alman Futbolçu.
Akiko Kavase
Akiko Kavase (川瀬晶子, Kavase Akiko, 13 iyul 1971, Tokio[d]) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Akiko Kavase Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Akiko Kavase Olimpiadanın bürünc medalına sahib olub.
Dəbilqəli kakadu
Callocephalon fimbriatum (lat. Callocephalon fimbriatum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin callocephalon cinsinə aid heyvan növü. Dəbilqəli kakadular Cənub-Şərqi Avstraliya və ona yaxın adalarda dəniz səviyyəsindən 2000 m-ə qədər yüksəklikdə olan dağlıq ərazilərdəki evkalipt meşələrində yaşayır. Bədəninin uzunluğu 32—37 sm; kütləsi 250—280 q-dır. Lələklərindəki əsas rəng çaları boz olub, hər lələk kül rəngi ilə haşiyələnib. Qarnının aşağı hissəsi və quyruğunun aşağı lələkləri çəhrayı-sarı rənglə haşiyələnib. Qanadları və quyruğu boz rəngdədir. Erkəklərin baş və kəkili açıq-çəhrayı, dişilərin başı və kəkilləri boz rəngdə olur.
Kakadu gavalısı
Ferdinand terminaliyası (lat. Terminalia ferdinandiana) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü.
Mequmi Takase
Mequmi Takase (d. 10 noyabr 1990) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 61 oyun keçirib, 9 qol vurub.
Qara kakadu
Probosciger aterrimus (lat. Probosciger aterrimus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin probosciger cinsinə aid heyvan növü.
Sirkə kasası
Sirkə kasası çuxuru və ya sadəcə Sirkə kasası (lat. acetabulum) çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru. Sirkə kasasına bənzədiyi üçün bu çuxur təbabətdə, xüsusilə anatomiyada belə adlandırılır Sirkə kasası çuxuru çanağın üç: qalça (lat. os ilium), oturaq (lat. os ischii) və qasıq (lat. os pubis sümüklərinin birləşməsindən yaranmışdır. Sirkə kasası çuxuru aypara formalı qığırdaq oynaq səthinə (lat. Facies semilunata) malikdir. Bu qığırdaq oynaq səthinin uzunluğu təxminən 2 sm, qalınlığı isə 0,3 sm-dir. Kasanın ətrafı qığırdaqla örtülərək oynaq kasası dodağını (lat.
Takase çayı
Takase çayı (高瀬川, Takase-qava) — Yaponiyanın Kioto şəhərində yerləşən kanal. Nico-Kiyamaçidə başlayır, Kiyamaçı küçəsi boyunca axır və Fuşimi limanında Uci gölü ilə görüşür. Yolda Takase çayı Komo çayı ilə kəsişir. Müasir gündə çayın cənub hissəsi Kamo çayı ilə əlaqələnmir. Kanal Edo dövründə, 1611-ci ildə Suminokura Ryoy tərəfindən Kiotonun mərkəzində müxtəlif məhsulları və resursları daşımaq üçün qazdırmışdır. Kanal şəhər iqtisadiyyatına böyük töhfə vermişdir. 35°00′44″ şm. e. 135°46′12″ ş. u.
Takaşi Fukunişi
Takaşi Fukunişi (d. 1 sentyabr 1976) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 64 oyun keçirib, 7 qol vurub.
Takaşi Hirano
Takaşi Hirano (d. 15 iyul 1974) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 4 qol vurub.
Takaşi Kano
Takaşi Kano (31 oktyabr 1920, Tokio[d] – 4 iyun 2000, Tokio[d]) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub.
Takaşi Kasahara
Takaşi Kasahara (d. 26 mart 1918) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Takaşi Kavanişi
Takaşi Kavanişi — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Senzay Vakaşu
"Senzay Vakaşu" (千載和歌集, azərb. "Min ilin kolleksiyası"‎) və ya qısaca "Senzayşu" (千載集) – yapon poeziyasının yeddinci imperial antologiyası. Keçmiş imperator Qo-Şirakavanın əmri ilə 1183–1188-ci illərdə tərtib olunmuş, növbəti illərdə əlavələr edilmişdir. Antologiyanın tərtibatçısı və girişinin yazarı Fucivara no Şunzey olmuşdur. Antologiya 20 kitab və 1285 şeirdən ibarətdir. Antologiyanın tərtib olunduğu dövr Yaponiyada Tayra və Minamoto klanları arasında baş verən müharibə dövrünə təsadüf edir. Şunzey əsəri tərtib edərkən Kiotoda yaşayırdı. Müharibə dövrü olduğu üçün antologiyanın tərtibatında çətinliklər və gecikmələr yaşanmış, nəticə də, əsər 5 il ərzində tamamlanmışdır. Son mətn keçmiş imperator Qo-Şirakavaya 1188-ci ildə təqdim olunmuş və Şunzeyin öz dəsti-xətti ilə yazılmış 20 əlyazmadan ibarət olmuşdur. Şunzey antologiyanı tərtib edərkən son 200 ilin ən yaxşı poeziya işlərini daxil etməyə çalışmış, həm son, həm də qədim şeirləri seçmişdir.
Kalaşa-ala
Vayqali (Kalaṣa-alâ), Nuristani Kalaşa adı ilə də tanınır, Əfqanıstanın Nuristan əyalətindəki Vayqal vadisində təxminən 10 000 nuristanlının danışdığı dildir . Öz adı " Kalaṣa-ala " qısaca: 'Kalaşa dili'dir. "Vayali" adı ise Vayqal Vadisinin yuxarı hissəsinin Vay xalqının ləhcəsinə aiddir, mərkəzi Vayqal şəhərindədir və bu ləhcə də öz növbəsində aşağı vadidə yaşayan Çima-Nişeyi xalqının ləhcəsindən fərqlidir. 'Kalaşa' sözü isə cənub Nuristan dillərində danışanların hamısının özünə doğma hesab etdiyimiz bir etnonimidir. Kalaṣa-alâ Hind-Avropa dil ailəsinə aiddir və Hind-İran qolunun cənub Nuristan qrupuna daxildir. O, öz növbəsində Zemiyaki və Treqami ilə sıx bağlıdır, sonuncu ilə leksik oxşarlıq təxminən 76% — 80% təşkil edir. O, adını Pakistanın cənubundakı Çitral rayonunda danışan Kalaşa-mun dili ilə bölüşür, lakin bu iki dil Hind-İran dillərinin müxtəlif qollarına aiddir. Vayali dilində danışanlara bəzən "Qırmızı Kalaşa", Pakistanda isə bu dildə danışanlara isə "Qara Kalaşa" deyilir. Dilçi alim Riçard Stranda görə Çitrallı Kalaşalar görünür ki, tarixi naməlum bir vaxtda cənub Çitral bölgəsinə qədər öz təsirini genişləndirmiş Nuristani Kalaşaların adını qəbul ediblər.
Takaşi Kimura
Takaşi Kimura (木村敬, Kimura Takaşi, 21 may 1974, Tokio) – Yaponiya siyasətçisi. 2024-cü ildə Kumamoto prefekturasının qubernatoru seçilmişdir. Liberal Demokrat Partiyasının üzvüdür. 21 may 1974-cü ildə Tokioda doğulmuşdur. 1981-ci ildə ibtidai məktəbdə oxumağa başlamışdır. 1987-ci ildə liseyə keçmişdir. 1994–1999-cu illərdə Tokio Universitetinin hüquq fakültəsində təhsil almışdır. Tokio Universitetindən məzun olduqdan sonra Daxil İşlər və Kommunikasiyalar Nazirliyinə daxil olmuş və Okayama prefekturasında işləməyə başlamışdır. 2004-cü ildə Tottori prefekturasına təyin olunmuşdur. 2012-ci ilin iyulunda Kumamoto prefekturasının hökumətində fəaliyyət göstəməyə başlamışdır.