Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fanatik
Naşatır
Nişadır — mineral, - NH4Cl. Nişadır - Kubik. Habitus tetraqon-trioktaedrik. Ayrılması qeyri-mükəmməl. Aqreqat: dendritlər, qabıqcıqlar, stalaktitlər, lifli, torpaqvari, ovuntu. Rəngi rəngsiz, ağ, qonur. Sərtliyi 1,5-2. Xüsusi çəkisi 1,53. Olduğca plastik. Suda həll olur.
Kaşlık
Qaşlıq şəhəri-Sibir xanlığının paytaxtı olmuşdu. Digər adı İsker idi. Sibir şəhəri də adlanır. == Tarixi == Şihabuddin Mərcani hesab edir ki, bu şəhər Şeybani sülaləsinin mərkəzlərindən biri sayıla bilər. XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olmuşdur. İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adının "iski (əski) yer, köhnə, qədimi yer" mənası ilə bağlı olduğunu söyləyənlər də vardır. Bu şəhərdə Sibirin istila edilməsində mühüm rolu olan kazak atamanı Yermak və Sibirin hakimi Küçüm xan (Koçum, Qoçum) arasında qanlı vuruşma olmuşdur. Küçüm xan Sibir ölkəsini islamlaşdıran hakim olmuşdu. Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir.
Kasik
Kasike — Latın Amerikası ölkələrində Hindu əhalisinin başında duran ağsaqqal. Kolumböncəsi Bahama, Antil adaları yerli qəbilələrinin başçılarının qəbul etdikləri titul. İspanların bölgəyə gəlməsi ilə bütün Amerika yerlilərinin başçılarına bu ad deyilməyə başlandı. Titulun qadın forması "kasika"dır. Müasir dövrdə, Latın Amerikası və İberiya ölkələrində siyasətdə gücdən istifadə edənlərə "kasikeçi" deyirlər.
Kaçanik icması
Kaçanik (serb. Качаник) — Kosovoda icma, Uroşevats dairəsinə daxildir. Əhatə etdiyi sahə 294 km². İcmanın inzibati mərkəzi Kaçanik şəhəridir. Obiliç icması 30 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 7,0 km²-dır.
Masarik Universiteti
Masarik Universiteti (çex. Masarykova univerzita; lat. Universitas Masarykiana Brunensis) — Çexiyanın Brno şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1919-cu ildə qoyulmuşdur. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin üzvüdür.
Nazif Kayacık
Nazif Kayacık (türk. Nazif Kayacık; d. 1872, İstanbul, Osmanlı İmperiyası – ö. 1951, İstanbul, Türkiyə) — Türk əsgəri. 1888-ci ildə hərbi məktəbə daxil olmuş və 1892-ci ildə oranı bitirmişdir. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin 31 avqustunda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. Böyük hücumda və Dumlupınar döyüşündə iştirak etmişdir. 17 sentyabr 1930-cu ildə öz istəyi ilə təqaüdə çıxdı.
Tomaş Masarik
Tomaş Masarik (çex. Tomáš Garrigue Masaryk; 7 mart 1850[…] – 14 sentyabr 1937[…]) — çex filosofu, tarixçi, siyasətçi, Çexoslovakiyanın ilk prezidenti (1918–1935). Tomaş Masarik 7 mart 1850-ci ildə doğulmuşdu. Atası Yozef Masarik (1823–1907) Slovak əsilli Avstriya-Macarıstanın macar tərəfindən bir şəxs idi. Anası Tereza Masarikova (qızlıq soyadı — Kropaçkova) (1813–1887) — Moraviyalı alman idi. Tomaş Masarik müəllim məktəbini bitirdisə də, çilingər yanında şagird işləməyə başladı. Tomaş Masarik 14 sentyabr 1937-ci ildə vəfat edib. Ideály humanitní; Problém malého národa; Demokratism v politice. Praha: Melantrich, 1990 Masaryk T. G. Svobodni zednari, Nase doba 1925. Masaryk T. G. Katolicke povery o zednarstvi a satanismus, Svobodny zednar VIII/1934.
Vittorio Kasatti
Vittorio Kasatti (8 may 1938) — İtaliyalı keçmiş peşəkar velosiped yarışçısı. Kasatti 1960-cı ildə Tur de Fransda iştirak etmişdir.
Yuli Karasik
Yuli Yuryeviç Karasik (rus. Ю́лий Ю́рьевич Кара́сик, ukr. Ю́лій Ю́рійович Кара́сик; 24 avqust 1923, Xerson, Odessa quberniyası[d] – 23 yanvar 2005, Moskva) — SSRİ aktyoru, rejissoru, ssenaristi, RSFSR xalq artisti (1977), SSRİ Kinematoqrafçılar İttifaqının üzvü.
İvan Kasatkin
Yaponiyalı Nikolay və ya əsl adı ilə İvan Dmitriyeviç Kasatkin (rus. Иван Дмитриевич Касаткин; 1 (13) avqust 1836, Beryozovskiy[d], Smolensk quberniyası[d] – 3 (16) fevral 1912, Tokio[d]) – Yaponiyada rus pravoslav kilsəsinin arxiyepiskopu. Doğum adı İvan Dmitriyeviç Kasatkindir. Sankt-Peterburqda yerləşən teologiya akademiyasından məzun olduqdan sonra 1861-ci ildə Hakodate limanında yerləşən rus konsulluğu kilsəsinin keşişi kimi Yaponiyaya səyahət etmişdir. Yaponiyadakı ilk yeddi ilini yapon dilini, ədəbiyyatını, ənənələrini və adətlərini öyrənməklə keçirmişdir. Yaponiyada xristianlığı təbliğ etmək qadağası 1873-cü ilə qədər davam etsə də, onun təşəbbüsü altında 1870-ci ildə Yaponiyada rus pravoslav missiyasının əsası qoyulmuşdur. O, Kamçatka yepiskopluğunun yurisdiksiyası altında olan bu missiyanın başçısı təyin olunmuşdur. 1872-ci ildə Tokio şəhərinə köçmüş və Rusiya nümayəndəliyinin adı ilə şəhərində mərkəzində yer icarəyə götürmüşdür. Burada seminar, katexistlər məktəbi, qadınlar üçün dini məktəb və Müqəddəs Diriliş kafedralını tikdirmişdir. 1880-ci ildə Yaponiyanın yepiskopluğuna təyin olunmuşdur.
Kasari çayı
Kasari çayı — Estoniyada çay. Mənsəbi Baltik dənizidir. == Ümumi məlumat == Kasari çayı Estoniyanın qərbindəki ən bolsulu çaylardan biridir. Çayın uzunluğu 112 kilometr, hövzəsinin sahəsi 3210 kv.kilometr, orta illik su sərfi 25-30 kub m/saniyədir. Zamanla çayda daşqınlar çox olduğu üçün ətraf sakinlərin gediş-gəlişinə və təsərrüfatına ciddi problemlər yaradırdı. Çay yatağının dərinləşdirilməsi problemi az da olsa, həll edə bilmişdi, amma yenə də daşqınlar vaxtı çayın digər sahilinə keçmək olmurdu. Buna görə də 1905-ci ildə çayın aşağı yatağında 307 metr uzunluğunda dəmir-betondan körpü tikildi. Sonradan nəqliyyat vasitələrinin keçməsi üçün yeni bir körpü tikildi.
Kasato Maru
Kasato Maru və ya Kasado Maru (yap. 笠戸丸) – 1900-cü ildə Wigham Richardson tərəfindən tikilmiş Yaponiyaya məxsus yük və sərnişin gəmisi. İlk olaraq Potosi adlandırılan gəmi Rusiya Dobroflotu tərəfindən alınmış və Kazan adlandırılmışdır. Bu zaman tibbi gəmiyə çevrilmişdir. Rus-yapon müharibəsində Yaponiya tərəfindən batırılmış, daha sonra sudan çıxarılmış və Yaponiyanın istifadəsinə keçmişdir. Gəmi Kasato Maru olaraq adlandırılmış və sərnişin gəmisinə çevrilmişdir. Mancuriyada döyüşən yapon əsgərləri Yaponiyaya çatdırmaqda xidmət etmişdir. Daha sonra gəmi yaponları 1906-cı ildə Havay adalarına, 1907-ci ildə Peru və Meksikaya aparmaqda istifadə edilmişdir. 1908-ci ildə ilk rəsmi qrupu Braziliyaya gətirmiş və yaponların Braziliyaya miqrasiyası başlamışdır. Səyahət Kobe limanında başlamış və 52 gün davam edərək 18 iyun 1908-ci ildə Santos limanında başa çatmışdır.
Möhtəşəm Kaşani
Şəmsüş-şüəra Kəmaləddin Möhtəşəm Kaşani (1528, Kaşan, İsfahan ostanı – 1 fevral 1588) — İran şairi. Şəmsüş-şüəra Kəmaləddin Möhtəşəm Kaşani Kaşanda dünyaya gəlmiş, Möhtəşəm, I Şah Təhmasib Səfəvinin hakimiyyəti illərində yaşamışdır. Təvəllüd tarixi mə’lum deyildir. O, h.q. 996 (m. 1588) — ci ildə vəfat etmişdir. Məzari-şərifi Kaşandadır. Təzkirə müəlliflərinin yazdıqlarına görə atası Xacə Mir Əhməd bəzzaz olmuşdur. Yeniyetmə yaşlarında Kəmaləddin də atasının yanında bu sən’ətlə məşğul olmuşdur. Gənc yaşlarından bu işdən uzaqlaşmış və şeir yazmağa başlamışdır.
Sirkə kasası
Sirkə kasası çuxuru və ya sadəcə Sirkə kasası (lat. acetabulum) çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru. Sirkə kasasına bənzədiyi üçün bu çuxur təbabətdə, xüsusilə anatomiyada belə adlandırılır Sirkə kasası çuxuru çanağın üç: qalça (lat. os ilium), oturaq (lat. os ischii) və qasıq (lat. os pubis sümüklərinin birləşməsindən yaranmışdır. Sirkə kasası çuxuru aypara formalı qığırdaq oynaq səthinə (lat. Facies semilunata) malikdir. Bu qığırdaq oynaq səthinin uzunluğu təxminən 2 sm, qalınlığı isə 0,3 sm-dir. Kasanın ətrafı qığırdaqla örtülərək oynaq kasası dodağını (lat.
Zeynəb Bastık
Zeynəb Bastık (8 iyul 1993, Çanaqqala) — Türkiyə müğənnisi. Zeynep Bastık 8 iyul 1993-cü ildə Çanaqqalada anadan olub. Üç yaşında ikən ailəsi İzmirə köçəndə orta və liseyi burada bitirib. O, nənəsi tərəfindən alban əsillidir. 2010-cu ildə İzmirdə "Jackpot" adlı cover qrupu ilə professional musiqiyə başlayıb. 2012-ci ilə qədər bu qrupla İzmir, Əskişəhər, Bursa kimi şəhərlərdə səhnə aldı. O, bir müddət Anadolu Alovunda rəqqasə kimi də iştirak edib. Murat Dalkılıçın "Luzumsuz Savaş" mahnısının vokalisti kimi çıxış edib və üç il Dalkılıçın vokalisti kimi davam edib. Dalkılıçın dəstəyi ilə 2014-cü ildə ilk sinqlı "Fırça"nı buraxdı. Daha sonra Dalkılıç vokalçılığını tərk edərək solo karyerasına davam edib.
Əhməd Kasani
Əhməd Xacəgi ibn Cəlaləddin Kasani (fars. احمد خواجگی بن جلال‌الدین کاسانی‎; özb. Ahmad Xojagi b. Jaloliddin Kosoniy) vəya "Məxdumi-Əzəm" (fars. مخدوم اعظم‎; özb. Maxdumi Aʼzam; 1461 – 1542, Səmərqənd) — Nəqşibəndi təriqətinin görkəmli sufisi və Səmərqəndin ən məşhur İslam müqəddəslərindən biri. Onun məqbərəsi Özbəkistanın Səmərqənd vilayətindədir. AḤMAD KĀSĀNĪ // Encyclopedia Iranica. KÂSÂNÎ, Ahmed // TDV İslâm Ansiklopedisi.
Zeyneb Bastık
Zeynəb Bastık (8 iyul 1993, Çanaqqala) — Türkiyə müğənnisi. Zeynep Bastık 8 iyul 1993-cü ildə Çanaqqalada anadan olub. Üç yaşında ikən ailəsi İzmirə köçəndə orta və liseyi burada bitirib. O, nənəsi tərəfindən alban əsillidir. 2010-cu ildə İzmirdə "Jackpot" adlı cover qrupu ilə professional musiqiyə başlayıb. 2012-ci ilə qədər bu qrupla İzmir, Əskişəhər, Bursa kimi şəhərlərdə səhnə aldı. O, bir müddət Anadolu Alovunda rəqqasə kimi də iştirak edib. Murat Dalkılıçın "Luzumsuz Savaş" mahnısının vokalisti kimi çıxış edib və üç il Dalkılıçın vokalisti kimi davam edib. Dalkılıçın dəstəyi ilə 2014-cü ildə ilk sinqlı "Fırça"nı buraxdı. Daha sonra Dalkılıç vokalçılığını tərk edərək solo karyerasına davam edib.
Zeynep Bastık

Kasrik (Şırnak)
Kasrik — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda bəldə. == Tarixi == 26 dekabr 1998-ci ildə bələdiyyə statusu alaraq bəldəyə çevrilmişdir.
İvan Dmitriyeviç Kasatkin
Yaponiyalı Nikolay və ya əsl adı ilə İvan Dmitriyeviç Kasatkin (rus. Иван Дмитриевич Касаткин; 1 (13) avqust 1836, Beryozovskiy[d], Smolensk quberniyası[d] – 3 (16) fevral 1912, Tokio[d]) – Yaponiyada rus pravoslav kilsəsinin arxiyepiskopu. Doğum adı İvan Dmitriyeviç Kasatkindir. Sankt-Peterburqda yerləşən teologiya akademiyasından məzun olduqdan sonra 1861-ci ildə Hakodate limanında yerləşən rus konsulluğu kilsəsinin keşişi kimi Yaponiyaya səyahət etmişdir. Yaponiyadakı ilk yeddi ilini yapon dilini, ədəbiyyatını, ənənələrini və adətlərini öyrənməklə keçirmişdir. Yaponiyada xristianlığı təbliğ etmək qadağası 1873-cü ilə qədər davam etsə də, onun təşəbbüsü altında 1870-ci ildə Yaponiyada rus pravoslav missiyasının əsası qoyulmuşdur. O, Kamçatka yepiskopluğunun yurisdiksiyası altında olan bu missiyanın başçısı təyin olunmuşdur. 1872-ci ildə Tokio şəhərinə köçmüş və Rusiya nümayəndəliyinin adı ilə şəhərində mərkəzində yer icarəyə götürmüşdür. Burada seminar, katexistlər məktəbi, qadınlar üçün dini məktəb və Müqəddəs Diriliş kafedralını tikdirmişdir. 1880-ci ildə Yaponiyanın yepiskopluğuna təyin olunmuşdur.
Kaşık adası
Kaşık adası (türk. Kaşık adası; yun. Πίτα νήσος) və ya Pita adası — Türkiyənin şimal-qərbində, Mərmərə dənizində yerləşən ada. == Haqqında == Ada Mərmərə dənizində yerləşmiş olub Şəhdazə adalarının bir hissəsidir. Adaya ən yaxın yerləşən ada qərbindəki Burqazadadır. 600–700 metr uzaqlığında Heybəli ada yerləşir. İnzibati cəhətdən İstanbulun Adalar bələdiyyəsi tərəfindən idarə olunur. Adaya bərə ilə səyahət etmək mümkün deyil. Sahəsi 0,008 km2-dır. Əvvəllər adadan sürgün yeri kimi istifadə olunub.
Möhsün Feyz Kaşani
Molla Məhəmməd Möhsün Feyz Kaşani (?-1670)—İslam alimi. Feyz Kaşani 14 səfər 1007-ci ilində Kaşan şəhərində elm və təqva dolu bir xanədanda dünyaya gəlib və miladi ilə 1670-cı ildə dünyadan köçüb. Atası Molla Fəthullah Kaşani və Ziyauddin Muhəmməd Razinin şagirdlərindən olan Rəziyuddin Şah Murtəza Kaşan Elmlər Hövzəsinin böyük fəqihlərindən olub. Anası alimə və şairə olan Zəhra Xatun Rey şəhərinin böyük alim və fəqihlərindən olan Ziyaul-Urəfa Razinin qızıdır. Feyz Kaşani Şah Murtəzanın dördüncü uşağıdır. İki yaşında atasını itirdikdən sonra dayısı və əmisi onun və qardaşlarının təhsilini boynuna götürürlər. Feyz Kaşani digər qardaşlarından daha ağıllı olduğu üçün yetkinlik çağına qədər Kaşanda dayısı və əmisinin yanında müqəddimə elmini tamamlayır. İyirmi yaşında böyük qardaşıyla birlikdə o dövrdə müxtəlif elm ustadlarının iqamət etdiyi elm mərkəzi İsfahana gedir. 1. Molla Muhəmməd Təqi Məclisi (r.ə) 2.
Navay-E Asatid
Navay-E Asatid — Alireza Eftekhari ilk albomu.
Seyid Əbülqasim Kaşani
Seyid Əbülqasim ibn Seyid Mustafa Kaşani (19 noyabr 1882, Tehran – 14 mart 1962, Tehran) — müctəhid, ayətullah əl-üzma, İran Milli Məclisinin sədri. Seyid Əbülqasim Kaşani 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Əslən Kaşanlıydı. Bundan əlavə 1914–1920-ci illərdə İraqda ingilislərə qarşı hərəkatın liderləri arasında Seyid Mustafa əl-Kaşani, Ayətullah Seyid Əbülqasim Kaşani adlı böyük müctəhidlər var idi. Ayətullah Əbülqasim Kaşani 1921-ci ildə İrana sürgün edildi.