Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kaşanka
Kaşanka, Almaniyada Qryuçvusrt (pol. kaszanka, alm. Grützwurst) — müxtəlif növə malik ət kolbasalardan biridir. Almaniyada kaşanki kolbasasının perlo növü daha geniş yayılmışdır (Graupenwurst). == Tərkibi == donuz əti, donuz piyi, donuz qanı, duz, istiot, qarğadalı == Hazırlanması == Almaniya və Polşada kaşanka kolbasasının üç növü var - liver, krovya və sırovlya. Müxtəlif regionda müxtəlif inqredientlərdən istifadə edilir. Hazırlanmasında əsasən donuz ətindən istifadə olunur. Polşada qarğıdalıda əlavə edilir. Bütün kolbasaya aid olan məhsullar əlavə edilir 1 saat yarım bişirilir. Almaniyanın şimalında kaşankanın başqa növü yayılmışdır.
Kasaoka Nal Yengəci Muzeyi
Kasaoka Nal Yengəci Muzeyi (笠岡市立カブトガニ博物館, Kasaoka Şiritsu Kabutoqani Hakubutsukan) – Yaponiyanın Okayama prefekturasının Kasaoka şəhərində yerləşən muzey. Dünyada nal yengəclərinə həsr olunmuş yeganə muzeydir. == Tarixi == Muzey 1990-cı ilin martında nal yengəclərinin nəslinin kəsilməsinin qarşısını almaq məqsədilə yaradılmışdır. Muzey Kasaoka şəhərinin ərazisindəki Konoşima kanalının yaxınlığında yerləşir. Bu kanal Yaponiya hökuməti tərəfindən təbiət abidəsi elan olunmuşdur və "nal yengəclərinin çoxalma ərazisi" kimi qorunur. == Xüsusiyyətlər == Muzey binası nal yengəci formasında dizayn edilmişdir. Muzeyin akvariumunda yetkinlik dövründə olan nal yengəcləri saxlanılır. Fosil guşəsində 8 müxtəlif nal yengəci fosili nümayiş etdirilir. Bu fosillərdən biri Almaniyadan gətirilmişdir. Muzeydə nal yengəcinin böyümə prosesini əks etdirən xüsusi sərgi yerləşir.
Kasapet
Qasapet (bir müddət işlənilən adı: Çıraqlı)— Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qasapet kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. == Toponimikası == "Çıraqlı" etnotoponimdir. Q. Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü. XIX əsrdə onların bir qolunun Cavad qəzasında yaşaması haqqında məlumat verilir. Dağıstanda Çirak (kənd, çay), İrəvan quberniyasında Çıraxlı (iki kənd və bir kənd xarabalığı), Cənubi Azərbaycanda Çıraxlı (kənd) toponimlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyindən xəbər verir.
Kazarka
Vəhşi qaz (lat. Branta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Ümumi xüsusiyyəyləri == Vəhşi qazlar ölçüsünə görə qazlardan kiçikdirlər. Onların boyunları və dimdikləri nisbətən qısa olur. Vəhçi qazların uzunluğu 60sm-ə, kütləsi isə 8 kq-a qədər olur. Vəhşi qazların hazırda 6 növü var. == Yayılması == Havay qazından başqa digər növləri Avrasiya və Şimali Amerikada yüvalayır..
Kamaka
Kamaka adası (fr. Kamaka) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,5 km²-dir. Maksimal hündürlüyü 166 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada 4 nəfər yaşayır.
Karaka
Firmiana (lat. Firmiana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Erythropsis Lindl. Karaka Raf.
Kaska
Dəbilqə və ya kaska — başı yaranmış təhlükələrdən, əsasən yaralanma və zədələnmələrdən qoruyan baş geyimi. Dəbilqə, əsasən, zərbəyə davamlı materiallardan hazırlanır. Ondan müxtəlif sahələrdə (idmanda, işdə və s.) istifadə edirlər.
Kazanka (Arxangel)
Kazanka (başq. Казанка, rus. Казанка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd İnzer kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 13 km, kənd sovetliyindən (Mışatkan): 5 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 5 km. Kənd ərazisindən İnzer çayı axır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (74%) üstünlük təşkil edir.
Kazanka (Baltas)
Açay (rus. Асавка, başq. Аҫау) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 11 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 38 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 104 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (94%) üstünlük təşkil edir.
Kazanka (Baymak)
Kazanka (başq. Казанка, rus. Казанка) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 30 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 6 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar, ruslar, mordvalılar üstünlük təşkil edir.
Kazarka cinsi
Qırmızıdöş kazarka
Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü. Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi.
Katappa terminaliyası
Katappa terminaliyası (lat. Terminalia catappa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü. == Sinonimləri == Badamia commersonii Gaertn. Buceras catappa (L.) Hitchc. Juglans catappa (L.) Lour. Myrobalanus catappa (L.) Kuntze Terminalia badamia sensu Tul. Terminalia badamia DC. Terminalia catappa var. chlorocarpa Hassk. Terminalia catappa var. macrocarpa Hassk.
Anapka körfəzi
Karaqin körfəzi — Berinq dənizində, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. İlpır yarımadası ilə İlpinski yarımadası arasında yerləşir. Materikin daxilinə 31 km məsafədə uzanır. Eni girişdə 35 km, maksimal dərinliyi 26 metrdir. Körfəzə tökülən çaylar: Mikkivayam, İqunavayam, Qnilaya, Alxovayam Kenaritxilvayam, Laperelamvayam. Şərq sahili sıldırımlıdır. Burada hündürlük 29 metrə çatır. Qərb və şimalı isə alçaqdır. Üstəlik bataqlıqlaşmışdır. İnzibati baxımından Rusiyanın Kamçatka diyarı ərazisinə daxildir.
Anapka çayı
Anapka — Anapa düzənliyindən axan və Anapa buxtasına tökülən çay. Rusiyanın Krasnodar vilayətinin Anapa şəhərində və Anapa rayonunda yerləşir. Maskaqa və Kotloma çaylarının birləşməsindən əmələ gəlmişdir. Çayın su toplayıcı sahəsi — 411 km²-dir. == Coğrafiyası == Çayın hidroloji rejimi Aralıq dənizi xarakteri daşıyır. Çayda daşqınlar qış yağışları zamanı müşahidə olunur. Bu dövrlərdə Maskaqa və Kotloma çayları bol sulu olur və Anapka çayında daşqınlar baş verir. Daşqın suları Qara dənizə qədər gedib çatır. Çay boyu meandrlar çoxluq təşkil edir. Suyun sürəti aşağıdır və durğundur.
Kazuaki Tasaka
Kazuaki Tasaka (d. 3 avqust 1971) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Kikuzo Kisaka
Kikuzo Kisaka — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Tomoyasu Asaoka
Tomoyasu Asaoka (6 aprel 1962, Tokio[d] – 6 oktyabr 2021) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Çu Kosaka
Çu Kosaka (小坂 忠, Kosaka Çu, 8 iyul 1948, Nerima, Tokio, Yaponiya – 29 aprel 2022, Saytama prefekturası, Yaponiya) və ya doğum adı ilə Masayuki Kosaka (小坂 正行, Kosaka Masayuki) – Yaponiya rok-musiqiçisi. "Apryl Fool" qrupunun baş vokalisti olmuşdur. Çu Kosaka 1968-ci ildə "The Floral" rok-qrupunda debüt etmişdir. 1969-cu ildə Haruomi Hosono və Takaşi Matsumoto ilə birlikdə "Apryl Fool" rok-qrupunu yaratmış və Yaponiyada rok-n-roll tarixinin bünövrəsini qoymuşdur. "Apryl Fool" qrupu dağılandan sonra Kosaka 1975-ci ildə Masataka Matsutoya da daxil olmaqla "Tin Pan Alley" qrupunun üzvləri ilə birlikdə "Horo" albomunu buraxmışdır. Soul janrında olan bu albom Yaponiyada uğur qazanmışdır. Kosaka xristian olmuş və protestant kilsəsi pastoru kimi fəaliyyə göstərmişdir. Rusiya–Ukrayna münaqişəsində Ukraynanı dəstəklədiyini bildirmişdir. 2022-ci ilin martında ona bağırsaq xərçəngi diaqnozu qoyulduğunu açıqlamışdır. Kosaka 29 aprel 2022-ci ildə ölmüşdür.
Yukio Kasaya
Yukio Kasaya (笠谷 幸生, Kasaya Yukio, 17 avqust 1943, Yoiçi[d] – 23 aprel 2024, Sapporo) – Yaponiya xizəklə tramplindən tullananı. O, Qış Olimpiya Oyunlarında qızıl medal qazanmış ilk Asiya və Yaponiya idmançısıdır. Yukio Kasaya 1943-cü ildə Hokkaydo prefekturasının Yoiçi qəsəbəsində doğulmuşdur. Yoiçidə yerləşən liseydən məzun olduqdan sonra Meyci Universitetinə daxil olmuş, daha sonra "Nikka" viski şirkətində işləməyə başlamışdır. Yukio Kasaya 1970-ci ildə keçirilmiş xizək idman növləri üzrə dünya çempionatında ikinci yeri tutmuş və bu yarışda medal qazanmış ilk Yaponiya idmançısı olmuşdur. 1971/1972 mövsümündə Almaniya və Avstriyada keçirilmiş "Dörd Tramplin" turnirində keçirilmiş üç yarışın da (İnsbruk, Qarmiş-Partenkirhen və Oberstdorf) qalibi olmuşdur. Yukio Kasaya 1972-ci ildə Sapporoda keçirilmiş Qış Olimpiya Oyunlarında 70 metrlik normal tramplindən xizəklə tullanma yarışında qızıl medal qazanmışdır. Beləliklə, o, Qış Olimpiya Oyunlarında qızıl medal qazanmış ilk yapon və medal qazanmış ikinci yapon idmançı olmuşdur. Həmin yarışda Yaponiyadan olan digər digər idmançılar – Akitsuqu Konno gümüş medalı, Seyci Aoçi bürünc medalı qazanmışdır. Yarışdan sonra bu üçlük "Hinomaru eskadronu" ləqəbini qazanmışdır.
Daniil Şapka
Daniil Andreyeviç Şapka (rus. Даниил Андреевич Шапка; 18 mart 1999) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan GNS-Spartak klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Həyatı == 18 mart 1999-cu ildə anadan olub. == Karyerası == Şapka öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə "Kuban-2 Krasnodar" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Maşuk-KMV Pyatiqorsk klubuna qarşı oyunda etmişdir.
Kaşka (Askın)
Kaşka (başq. Ҡашҡа, rus. Кашкино) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 40 km, ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 147 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (98 %) üstünlük təşkil edir.
Cerom Klapka Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…], Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.