Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kent
Kent (ing. Kent. /kɛnt/;, lat. Cantium, Canthia) — İngiltərədə qraflıq. Cənub-Şərqi İngiltərənin tərkibində yerləşir. Paytaxtı və ən böyük şəhəri Meydstondur. Əhalisi — 1 359 milyon nəfər (qraflıqlar arasında 1-ci yer; 2004-cü ilin hesablamaları).
Kent yarımadası
Kent yarımadası (ing. Kent Peninsula) — Kanadanın şimal-qərbində yerləşən iri yarımada. == Coğrafiya == Nunavut vilayətinin şimalında yerləşir. Yarımadadan qərbdə Koroneyşen körfəzi qərarlaşır. Şimalda yerləşən Dis boğazı yarımadanı Kanadanın ən böyük adasından biri olan Viktoriya adasından ayırır. Yarımada ensiz bərzəxlə materikə birləşir. Cənub-şərqdə Kuin-Mod körfəzinə daxil olan Labirint buxtası yerləşir. Yarımadanın ən hündür nöqtəsi Corc dağı 183 metrdir. Yarımadanın uzunluğu 112 km, eni 40 km-dir. Yarımada Tomas Simpson tərəfindən Kent Hersoqinyasının şərəfinə adlandırılmışdır.
Kent Çoynq
Klark Kent
Klark Kent — komiks personajıdır. İlk dəfə 1933-cü ildə yazıçı Cerri Siel və rəssam Co Şuster tərəfindən hazırlanmışdır. "DC Comics" adlı komiks şirkəti tərəfindən istehsal edilir.
Kent (dəqiqləşdirmə)
Kent — İngiltərədə qraflıq. Kent (siqaret) — Amerika siqaret markası.
Kent (siqaret)
Kent — Amerika siqaret markası. Hazırda ABŞ-də "R. J. Reynolds Tobacco Company" və başqa yerlərdə "British American Tobacco" tərəfindən istehsal olunur. Brend "Lorillard Tobacco Company"nin keçmiş icraçı direktoru Herbert Kentin adını daşıyır. == Məhsullar == === Azərbaycan === Kent 1 Kent 4 (nazik) Kent 4 (qalın) Kent 8 Kent Mentol Kent Kristal – satışı dayandırılıb.
Bent
Bent — İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Bent bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,302 nəfər və 822 ailədən ibarət idi.
Gent
Gent — Belçika şəhəri. Bu şəhər orta əsrlərdə paltar ticarət mərkəzi və Parisdən sonra ən böyük Avropa şəhəri olmuşdur. Bu gün bu qədim şəhərin Müqəddəs Bavo Baş Kilsəsi, Qraflıqlar Qəsri daxil olmaqla tarixi binaları mövcuddur.
Kant
İmmanuel Kant (alm. Immanuel Kant‎, 22 aprel 1724[…], Köniqsberq, Prussiya – 12 fevral 1804[…], Köniqsberq, Şərqi Prussiya, Prussiya) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri. Kant özünün transsendental idealizm doktrinasında iddia edirdi ki, məkan və zaman sadəcə olaraq təcrübəni təşkil edən "intuisiya formalarıdır" və buna görə də "özündə şeylər" mövcuddur. Onlar təcrübəyə töhfə versələr də, təcrübə obyektlərindən fərqlidirlər. Buradan belə nəticə çıxır ki, təcrübə obyektləri sadəcə olaraq "görünürlər" və şeylərin təbiəti özlüyündə bizim tərəfimizdən dərk olunmazdır. Filosof David Yumun yazılarındakı skeptisizmə qarşı durmaq üçün o, ən məşhur əsərlərindən biri olan "Təmiz idrakın tənqidi" (1781/87) əsərini yazdı. Burada o, sintetik aprior biliyin mümkün olub-olmaması sualına cavab vermək üçün öz təcrübə nəzəriyyəsini inkişaf etdirdi, bu da öz növbəsində metafizik tədqiqatın sərhədlərini müəyyən etməyə imkan verəcəkdi. Kant hesab edirdi ki, zəka həm də əxlaqın mənbəyidir və estetika mühakimə qabiliyyətindən yaranır. Kantın fikirləri müasir fəlsəfəyə, xüsusən qnoseologiya, etika, siyasi nəzəriyyə və postmodern estetika sahələrində böyük təsir göstərməkdə davam edir. O, ağıl və insan təcrübəsi arasındakı əlaqəni izah etməyə və ənənəvi fəlsəfənin, metafizikanın səhvləri hesab etdiyi şeylərdən kənara çıxmağa çalışdı.
Kelt
Keltlər — qədimlərdə Şimali İtaliya, Qalliya, İspaniya, Britaniya , İrlandiya və Fransada (Qərbi Avropa) məskunlaşan çoxsaylı tayfalar. Yunanlar onları "keltlər", romalılar — "qallar", sonralar Kiçik Asiyaya soxulmuş keltləri isə "qalatlar" adlandırmışlar. Kelt tayfaları nəsli icma ilə yaşayırdılar. Romanın Şimali İtaliyanı, Qalliyanı və İspaniyanı tutmasından sonra bu vilayətlərin kelt əhalisi romalı köçkünlərlə qaynayıb-qarışaraq müvafiq olaraq qall-Roma və qall-ispan xalqlarını əmələ gətirmişlər. Romalılar tərəfindən tutulmuş Britaniyada isə Romanın təsiri zəif olmuşdur. == Kelt mifologiyası və folkloru == Kelt mifologiyasına kelt politeizminin, yəni kelt çoxtanrılığının mifologiyası da deyilir. Kelt politeizmi dəmir dövründə yaşayan keltlərin dini idi. Kelt tayfalarında Gallar və İber yarımadasındakı keltlər daha sonra Roma imperatorluğunun tərkibinə keçmiş, lakin öz dinlərini və inanclarını qoruyub saxlaya bilməmişdir. Xristian olmuş və dillərini də itirmişlər. Keltlərin mifologiyası ilə bağlı görüşlər günümüzə roma və xristian mənbələri vasitəsilə çatmışdır.
Kert
Quzumkənd (əvvəlki adı: Kert, daha əvvəl: Quzumkənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Quzumkənd kənd inzibati ərazi dairəsində kənd, Quzumkənd kənd inzibati ərazi dairəsinin mərkəzi. == Toponimikası == Oykonim quzum, yəni payızlıq əkin yeri, və kənd sözlərindən düzəlib, "payızlıq əkin yeri olan kənd" mənasını daşıyır. XIX əsrin əvvəllərində ermənilərin orada yerləşdirilməsindən sonra, Kert adlanmışdı. Kert isə hind-Avropa dillərində "şəhər", "qala", "kənd", "tikili", deməkdir. 20-ci əsrin əvvəlinə aid rusdilli xəritədə kəndin adı Kuzumkend kimi göstərilir. Azərbaycan SSR-nin 1977-cu il üçün tərtib olunmuş inzibati-ərazi bölgüsündə kəndin adı Kert kimi qeyd olunur. 1992-ci ilin sonunda kəndin tarixi adı özünə qaytarılmışdır. == Tarixi == 20-ci əsrin əvvəlinə aid rusdilli xəritədə kəndin adı Kuzumkend kimi göstərilir. Sovet vaxtında Azərbaycan SSR-nin 1977-cu il üçün tərtib olunmuş inzibati-ərazi bölgüsündə kənd o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Martuni rayonunun Kert kənd Sovetinin tərkibində və Kert kənd Sovetinin mərkəzi kimi göstərilir. 2 sentyabr 1991-ci il tarixində DQMV və Şaumyan rayonu Xalq Deputatları Sovetləri birgə sessiyasında DQMV və Şaumyan rayonunun ərazisində qondarma separatçı "Dağlıq Qarabağ respublikasının" "müstəqilliyinin" elan olunmasına dair deklarasiya qəbul etmişlər.
Kont
Kont(qraf), Avropada bir əsilzadə ünvanı. Kontun xanımına və ya kont mövqeyindəki qadına kontes deyilir. Böyük Britaniyadak; qarşılığı earldür. Hal hazırda, əsilzadəlik sıralamasında markizdən sonra, markizin olmadığı ölkələrdə hersoqdan sonra gəlir. Sözün etimologiyası Latin dilində comes (müşayətçi, nəzarətçi) sözündən gəlməkdədir. Roma İmperiyasında comeslər imperatorun müşayətçilərindən biri idi. Franklarda isə kontlar yerli komandir və hakimlər idilər. Kontlar zamanla feodal quruluşa daha cox integrasiya oldular və hersoqun müavini vəzifəsinə yüksəldilər. Flandriya, Tuluza ve Barselona kimi bəzı ölkə ve qraflıqlarda isə hersoq mövqeyinə bərabər hala gəldilər. Kralların feodal bəylər üzərindəki hakimiyyətlərini artırmağa çalışdıqları sonraki dövrlərdə hakimiyyətlər get-gedə mərkəzləşdi və kontlar siyasî güclərini itirdilər.
Kənd
Kənd — bir çox ölkələrdə şəhər və qəsəbədən daha kiçik yaşayış məntəqəsidir. == Ümumi məlumat == Kənd dar mənada tarixən formalaşmış daimi kiçik yaşayış məskənidir. Azərbaycan dilindəki "kənd" sözü Şərqi İran dillərindəki "kant" (xəndək və ya arxla əhatələnmiş məskən, yer) sözündəndir. "Kant" sözü qədimdən türkdilli xalqlara keçmiş və şəhər mənasında işlənmişdir. Geniş mənada kənd dedikdə təkçə kiçik yaşayış məskəni deyil, həmçinin şəhərə qarşı qoyulan sosial-iqtisadi kateqoriya kimi onun ictimai-iqtisadi, mədəni məişət və təbii-coğrafi xüsusiyyətləri və həyat şəraiti başa düşülür. Cəmiyyətin tarixi inkişafı prosesində kənd həyatının bütün tərəfləri və sosial-iqtisadi kateqoriya kimi kəndin özü, onun əsas siniflərinin, ilk növbədə kəndlilərin və onların ayrı ayrı təbəqələrinin formalaşması, həmçinin şəhərlə qarşılıqlı münasibətlər guclü dəyişikliklərə uğramışdır. Kəndin sosial-iqtisadi xüsusiyyəti sakinlərin torpaqla bilavasitə əlaqəsi, ərazinin təbii sərvətlərindən istifadə ilə müəyyən olunur. Kəndin səpələnməsi, çox da böyük olmaması, əhalinin əsas məşğuliyyətinə görə təbii mühitə uyğunlaşması, işlərin mö mövsümiliyi və s. də bundan irəli gəlir. Şəhərə nisbətən peşələrin azlığı, əmək bölgüsünün, habelə kommunal və mədəni xidmətin daha aşağı səviyyəsi bununla əlaqədardır.
Kəng
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Sent
Sent (rayon) — Fransanın Yeni Akvitaniya regionun rayonlarından biri.
Keyt
Keyt — ad. Keyt Qunter — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Vitali — ABŞ döyüş ustası və aktyorudur. Keyt Bekinseyl — ingilis kinoaktrisası. Keyt Qlasko — ABŞ aktyoru və yanğınsöndürəni. Keyt Hadson — ABŞ aktrisası. Keyt Ueyn Keyt Nelson — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Keyt Kuk – Amerika aktyoru, kaskadyor və döyüş sənətləri ustası Keyt Apton — amerikalı model və aktrisa. Keyt Bristol — ABŞ aktrisası.
Kent Music Report
Kent Music Report — David Kent tərəfindən 1974 - cü ildə yaradaılmış nüfuzlu Avstraliya hit paradı.
Nort-Kent adası
Nort-Kent ing. Lougheed Island — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir. Adada hazırda yaşayış yoxdur (2012). Ada Devon adasının şimal-qərbindəki Kolin Arçer yarımadası ilə Elsmir adasının cənub-qərbindəki Simmons yarımadası arasında yerləşir. Şimali Kent Elsmir adasından 6 kilometrlik Xell-Qeyt boğazı (ingilis dilindən tərcümədə - "Cəhənnəm Qapıları"), Devon adasından 7,5 km eni olan Kardiqan boğazı ilə ayrılır. Nort-Kent adasının sahəsi 590 km², sahil xəttinin uzunluğu 122 km-dir. Adanın demək olar ki, üçbucaqlı forması var, uzunluğu 41 km, eni şimalda 22 km-dən cənubda 10,5 km-ə qədərdir. Adanın sahilləri əsasən dənizə sıldırım şəkildə kəsilir. Sahil qayalarının hündürlüyü 50-100 metrdir. Relyefi şimalda hündürlüyü təqribən 400 metr, cənubda isə dəniz səviyyəsindən 600 metrdən yuxarı olan daxili dağlıq əraziyə bölünür.
İstanbul Kent Universiteti
İstanbul Kent Universiteti — İstanbulun Bəyoğlu ilçəsində yerləşən özəl Türkiyə universiteti. == Tarixi == İstanbul Kent Universiteti Əngəlsiz Təhsil Vəqfi (ENEV) tərəfindən təsis edilib. 2017–2018-ci tədris ilində ilk tələbələrini qəbul edən 2 fakültə və 1 peşə məktəbi, 19 proqram və şöbəsi olan universitet birinci kursda 760 tələbə ilə təhsil fəaliyyətini davam etdirmişdir.
Ken
Ken — Yaponiya kişi adı. Ken Naqanuma — keçmiş Yaponiya futbolçusu. Ken Noritake — keçmiş Yaponiya futbolçusu. Ken Robinson (maarifçi) — İngiltərəli müəllif.
Ket
Ketlər
Dəvəçi (kənd)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Gizel (kənd)
Gizel (Oset. Джызæл) kəndi Şimali Osetiyanın Priqorodnı rayonunda yerləşir. Eyni adlı kəndin inzibati mərkəzidir. Kənddə Respublika sanatoriya internat məktəbi var və eyni adlı hərbi aerodrom fəaliyyət göstərir. == Coğrafiya == Kənd Vladiqafqazdan 8 km qərbdə, Gizeldon (qərbdə) və Qara (şərqdə) çayları arasında yerləşir. Kəndin şimal-qərb kənarında Koban və Karmadon dərələrinə gedən yol başlayır. == Tarix == Kənd 1867-ci ildə qurulmuşdur, digər mənbələrə görə kənd 1858-ci ildə qurulmuşdur. Kəndin yerləşdiyi yerdə 1858-ci ilə qədər Taqaurski soyadları olan aullar Mamsurov, Kanukov, Kunduxov və Dzantiev var idi. 1825-1830-cu illərdə taqaur aldarları olan bir neçə ailə dağlardan çayətrafına doğru hərəkət etdi və Gizeldon çayı boyunca hər ailə ayrı-ayrılıqda özləri üçün müvəqqəti binalar tikdi. Taqaur aldarlarının bu yerlərə köçürülməsindən iki-üç il sonra, hökumətin əmri ilə digər dərələrdən olan digər osetinlər köçməyə başladılar və bir neçə il ərzində beş kənd qurdular və onlara həmin aldarların adları verildi.
KELT-9b
KELT-9b ekzoplanetdir, daha dəqiq desək, ultra isti Yupiterdir və Yerdən təqribən 670 işıq ili uzaqda yerləşən KELT-9-un son B tipli/ilkin A tipli ulduzunun orbitində fırlanır. Kilodegree Həddindən artıq Kiçik Teleskopunun (Kilodegree Extremely Little Telescope) köməyi ilə aşkar edilən KELT-9b-nin kəşfi 2016-cı ildə elan edilmişdir. == Ev sahibi ulduz == Ulduz Günəşdən 2,3 dəfə, kütləsi isə 2,6 dəfə böyükdür. Ev sahibi ulduz olan KELT-9-un səthinin temperaturu 10,170 K-dir, bu isə öz növbəsində, tranzit planeti olan bir ulduz üçün qeyri-adi dərəcədə istidir. KELT-9b-nin kəşfindən əvvəl, yalnız altı A tipli ulduzun planetləri olduğu bilinirdi, onlardan ən isti olan WASP-33, 7,430 K-da əhəmiyyətli dərəcədə soyuqdur; əvvəllər planetlərə ev sahibliyi edən B tipli ulduzların heç biri məlum deyildi. B9.5-A0 kimi təsnif edilən KELT-9 planeti olduğu bilinən ilk B tipli ulduz ola bilər. KELT-9b KELT-9-dan cəmi 0,03462 AU-luq məsafədə dairəvi, lakin güclü maili orbitdə yerləşir və onun orbital müddəti 1,5 gündən də azdır. == Fiziki xassələri == KELT-9b nisbətən böyük nəhəng planetdir və kütləsi Yupiterdən təxminən 2,8 dəfə böyükdür; lakin onun radiusunun Yupiterdən təxminən iki dəfə böyük olduğunu nəzərə alsaq, onun sıxlığı Yupiterinkinin yarısından azdır. Bir çox isti Yupiterlər kimi, KELT-9b da öz ulduzu ilə gelgit olaraq kilidlənir. Atmosferinin xarici sərhədi, demək olar ki, Roche lobuna çatır və bu, planetin öz ulduzundan aldığı həddindən artıq miqdardakı radiasiyaya görə sürətli bir formada atmosfer qaçışı yaşadığını göstərir, başqa sözlər öz atmosferini sürətlə itirir.
Keit Qasım
Keit Qasım — Hamrin bölgəsində (Mərkəzi Mesopotamiya) eramızdan əvvəl 5-ci minilliyin birinci yarısından başlayaraq üçlü yaşayış təbəqəsinə malik arxeoloji abidə.