Dactylopterus tentaculatus
Aralıq dənizi uzunüzgəci (lat. Dactylopterus volitans) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinin uzunüzgəclər fəsiləsinin uzunüzgəc cinsinə aid heyvan növü.
== Sinonimləri ==
Callionymus pelagicus Rafinesque, 1818
Cephalacanthus spinarella (Linnaeus, 1758)
Cephalacanthus volitans (Linnaeus, 1758)
Dactilopterus volitans (Linnaeus, 1758)
Dactylopterus blochii Swainson, 1839
Dactylopterus communis Owen, 1853
Dactylopterus fasciatus Swainson, 1839
Dactylopterus occidentalis Swainson, 1839
Dactylopterus spinarella (Linnaeus, 1758)
Dactylopterus tentaculatus Swainson, 1839
Dactylopterus vulgaris Steindachner, 1867
Gasterosteus spinarella Linnaeus, 1758
Gonocephalus macrocephalus Gronow, 1854
Polynemus sexradiatus Mitchill, 1818
Trigla fasciata Bloch & Schneider, 1801
Trigla volitans Linnaeus, 1758
== Təsviri ==
Bədəninin uzunluğu adətən 38 sm (bəzən 50 sm-ə qədər), kütləsi 1 kq 810 q-a qədər olur. Yuxarı hissələri açıq qəhvəyi, aşağı hissələri gümüşü, bütün bədəni və üzgəclərində kiçik ağ xallar olur. İri döş üzgəcləri yelpikşəkillidir və ilk 6 şüası qısadır və ayrıca qanad əmələ gətirir. Kürək üzgəcində 7 iti uclu və 8 yumşaq, anal üzgəcində 6 yumşaq şüa var. Zəhərli deyil.
== Areal ==
La Manş boğazından Anqolaya kimi Aralıq dənizi, Madeyra sahilləri və Azor adaları da daxil olmaqla Atlantik okeanının şərqində, Meksika körfəzidə daxil olmaqla Kanadadan Argentinaya kimi Atlantik okeanının qərbində tropik və subtropik zonalarında yayılıb.
Dənizin dibində qumsal və lilli sahələrdə, bəzən isə 1 m-dən 100 m-ə qədər dərinlikdə sualtı qayalıqlarda yaşayır. Riflərdə rast gəlinir.