Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Komrat
Komrat (qaq. Komrat, rum. Comrat, rus. Комра́т) — Moldova şəhəri, Qaqauziyanın paytaxtı. Yalpuq çayının sahilində yerləşir. Şəhərin əsası 1789-cu ildə qoyulmuşdur. Hazırkı icra başçısı Viktor Volkovdur. == Adı == Komrat adı yerli tatar (qaqauz) dilindən "kömür at" (kömür rəngli at, qara at) ifadəsindən gəlməsi ehtimal olunur və şəhər gerbində həmin at təsvir olunub. Köhnə əlifba ilə کومرات kimi yazıldığına görə bunu bir neçə cür oxumaq olur: Kömürat > Kömrat > Komrat. Bunun haqqında bir xalq sözü var: “...yaşamak erinin saabisi tatarmış, Orumbet Oglu adıymış.
Kopirayt işarəsi
Kopirayt işarəsi (ing. Copyright sözündən) və ya müəllif hüquqları işarəsi — əqli mülkiyyətin göstəricisi. Dairəyə alınmış "C" hərfi ilə təsvir olunmuşdur: ©. Bu işarə 1952-ci ildə Cenevrədə YUNESKO tərəfindən qəbul edilmiş Ümumdünya Müəllif Hüquqları Konvensiyası ilə təsis edilmişdir. Bu işarə 1955-ci ildən beynəlxalq hüquqda istifadə olunur. Qərbdə bu, qeydiyyat hesab edilmir, yalnız icazəsiz çoxalmaya qarşı xəbərdarlıq rolunu oynayır.
Komrat Respublikası
Komrat Respublikası — 6 yanvar 1906-cı ildə Birinci Rusiya inqilabı dövründə Bender uyezdinin kəndliləri tərəfindən elan edilmiş respublika. == Tarixi == 1905-ci ildə baş vermiş Rusiya inqilabından sonra Bessarabiyada hökumət qüvvələri ilə kəndlilər arasında toqquşmalar başladı. Xarkov Texnologiya İnstitutunun tələbəsi eser Andrey Qalatsan Bender uyezdinin Komrat kəndində yeraltı təşkilat yaradır. Qalatsan öz tərəfdarları ilə birlikdə insanları mövcud hakimiyyəti devirməyə, mülkədarların torpaqlarını müsadirə etməyə çağırırdı. Nəticədə o həbs olunur bu isə öz növbəsində yerli əhalinin etirazlarına səbəb olur. 6 yanvar 1906-cı ildə Komratda iğtişaşlara səbəb olmuş mitinq baş tutdu. Həbs edilmiş Qalatsanın tərəfdarları pristavı, bir zabiti və yerli hakimiyyətin bir neçə təmsilçilərini həbs etdilər. Etirazçılar Komrat Respublikasının qurulduğunu elan edib Qalatsanın rəhbərlik etdiyi yerli özünüidarəetmə komitəsi qurdular. Komitənin ilk qərarı bütün vergilərin və borcların ləğvi eləcə də mülkədarların bütün torpaqlarının kəndlilərə paylanılması oldu. 10 yanvar 1906-cı ildə "Russkoe slovo" qəzetinin müxbiri xəbər verirdi ki: " 10 min əhalisi olan Komrat üsyançıların əlindədir.
Meral Konrat
Meral Konrat (11 mart 1963, Karaman) — türkiyəli aktrisa, müğənni və aparıcı. Krım tatarları ailəsində dünyaya gəlmişdi. Marmara Universitetində təhsil aldığı ilk illərdə reklam çarxlarına çəkilirdi, daha sonra isə kinolara keçdi. Aktyorluqdan savayı o, həmçinin model, aparıcı kimi də fəaliyyət göstərirdi və hətta İtiraf Ediyorum adlı albom çıxartmışdır. 2004-cü ilə qədər 10 il Türkiyənin TGRT kanalında aparıcı idi. Sonuncu iş yeri Karadeniz TV kanalı idi. Azərbaycan tamaşaçısına daha çox "Təhminə" kinosundakı Təhminə roluna görə tanışdır. 30 ildən sonra "Elçilik" adlı filmdə yenidən Azərbaycan tamaşaçısının qarşısına çıxacaq.
Kazirate d'Adda
Kazirate d'Adda (it. Casirate d'Adda) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 3859 nəfər (2008), əhalinin sıxlığı 386 nəfər/km². Sahəsi 10 km² ərazini tutur. Poçt kodu — 24040. Telefon kodu — 0363. Müqəddəs həvari və evangelist Mark kommunanın himayədarı kimi hörmətlə qarşılanır. Şəhərdə bayram aprelin 25-də keçirilir.
Komrat Dövlət Universiteti
Komrat Dövlət Universiteti (qaq. Komrat Devlet Universiteti) — Moldovanın Qaqauziya muxtar ərazinin paytaxtı olan Komrat şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Komrat Dövlət Universiteti 1991-ci ildə yaradılmışdır. == Tədris == Burada bütün tələbələr Qaqauziyanın rəsmi dili olan qaqauz dilini öyrənməli olsa da, dərslərin əksəriyyəti rus dilində keçirilir. Amma "Qaqauz dili və ədəbiyyatı" fənni qaqauz dilində keçilir və əlavə olaraq, kurs sənədləri və dissertasiyalar bu dildə yazılır. == Rektorları == Dionis Tanasoqlu İvan Kristioqlo Mihail Daradur Zineyda Arikova Serghei Zaharia == Azərbaycan Tədris Mərkəzi == Azərbaycan Tədris Mərkəzi 2008-ci ildə Azərbaycanın Moldova səfirliyinin təşəbbüsü ilə açılmışdır. Bu vaxta qədər isə bu Universitetdə 2007-ci ildə Azərbaycan tədris otağının yaradılmışdır. Səfirlik otağa kompüter dəsti, Azərbaycanın dövlət rəmzlərini, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin portretlərini, müxtəlif ədəbiyyat hədiyyə etmişdir. Mərkəz müxtəlif texnika ilə, kitablarla, şəkillərlə təchiz edilmişdir. Burada Azərbaycanın tarixini, folklorunu, dilini və ədəbiyyatını öyrənmək üçün kifayət qədər kitab və bukletlər var.
Kozara Milli Parkı
Kozara Milli Parkı (bosn. Nacionalni park Kozara; serb. Nacionalni park Kozara) — Bosniya və Herseqovinada yerləşən milli park. Milli park 6 aprel 1967-ci ildə İosip Broz Tito tərəfindən meşələri qorumaq üçün qurulmuşdur. Bosniya Serb Respublikasında, Una, Sava, Sana və Vrbas çayları arasında yerləşir. 33,75 km2 sahəlik sıx meşə örtüyünə və təpəli çəmənliklərinə görə "Kraynanın Yaşıl Gözəli" ləqəbini qazanmışdır. Milli park məşhur ovçuluq bölgəsidir. Burada marallar, qırqovul, tülkü, çöldonuzu, çöl dovşanı və ördəyin ovlanmasına icazə verilir. Milli parkın kiçik hissəsi təbiət sevərlər üçün nəzərdə tutulub. Ziyarətçilər yürüyüş, velosiped idmanı, bitki yığmaq ilə məşğul ola bilərlər.
Vəftizçi İohann kafedralı (Komrat)
Vəftizçi İohann kafedralı — Qaqauziyanın Komrat şəhərində kilsə. Rus Pravoslav Kilsəsinin tərkib hissəsi olan Moldova Pravoslav Kilsəsinin Kaqul və Komrat yeparxiyasına daxildir.