Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konçita Vurst
Tomas Noyvirt (alm. Thomas Neuwirth‎, 6 noyabr 1988[…]) — və ya səhnə adı Konçita Vurst kimi tanınan Avstriyalı dreq kvin müğənni. Konçita Vurst Avstriyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində "Rise Like a Phoenix" mahnısı ilə təmsil etmiş və 290 xalla müsabiqədə ölkəsinə qələbə qazandırmışdır. Müsabiqə sayəsində beynəlxalq səviyyədə şöhrət qazanan müğənni müxtəlif LGBT paradlarına, Avropa Parlamentinə və Birləşmiş Millətlər Təşkilatının Vyanadakı ofisinə dəvət olunmuşdur. Avstriyanın Qmunden şəhərində anadan olan Tom daha sonra modelyerliyi əsas hədəf götürərək yetkinlik imtahanına hazırlaşmaq üçün ölkənin Qrats şəhərinə köçmüşdür. Təhsilini bitirdikdən sonra 2007-ci ildə musiqi karyerasına başlamaq üçün Avstriyanın Starmania musiqi yarışmasında iştirak etmişdir. O qısa müddətlik fəaliyyətdə olan Jetzt Anders! qrupunun üzvü olmuşdur. O 2011-ci ildən etibarən Konçita Vurst adlandırdığı saqqalı qadın xarakteri kimi səhnə almağa başlamışdır. Konçita Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində öz ölkəsini təmsil etmək üçün "That's What I Am" mahnısı ilə Avstriyanın milli seçim turunda iştirak etmiş, lakin 2-ci yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur.
Kouçinq
Kouçinq (ing. Coaching) — insanların könüllü, şüurlu və planlı şəkildə daxil olduqları öyrənmə və şəxsi planlı fərdi inkişaf prosesidir. Həyatlarında müsbət dəyişikliklərə qərar verən insanlar yüksəlmək istədikləri inkişaf pillələrinə çatmaq üçün Kouç (ing. Coach) adlanan şəxsi inkişaf müəlliminin müşayiəti ilə ruhi və zehni yolçuluğa başlayırlar. == Əsas məqsədi == Kouçinqin əsas məqsədi bu xidməti alan şəxsin (ing. coachee) potensialının kəşf olunması, özünə inamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin yıxılaraq performansının maksimuma çatdırılmasıdır. Kouçinq prosesinə daxil olan şəxslər həyatlarının, gələcəklərinin, düşüncə, davranış və addımlarının məsuliyyətini öz üzərinə götürərək, daha böyük özünəinam və həvəslə şəxsi həyatlarında nizam-intizam yaratmağa başlayırlar. == Fəlsəfəsi == Kouçinq fəlsəfəsinə görə: Hər bir insan anadangəlmə bacarıqlı, yaradıcı və bütündür. Kouçluq mənəvi, psixoloji və ya zehni təmir metodu deyildir. Problemli insan yoxdur, sadəcə nə istədiyinin və sahib olduğu güclü potensialın fərqində olmayan insan vardır.
Onyina
Onyina (it. Ognina — tarixdən əvvəlki dövrə aid sikan, sonradan isə sikul yaşayış məntəqəsi. İtaliyada, Siciliyanın cənub-şərqindəki Maddalena yarımadasında yerləşir. Bu, tunc dövründə mövcud olmuşdur. Onyində Borc in-Nadur yaşayış məntəqəsindəkilərə bənzər keramika nümunələri aşkar edilmişdir. Anthony Bonanno (1993) Malte, un paradis archeologique, MJ Publications Ltd, La Valette, reed.
Acacia concinna
Acacia concinna (lat. Acacia concinna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia concinna var. rugata (Benth.)Baker Acacia hooperiana Miq. Acacia hooperiana var. glabriuscula Miq. Acacia hooperiana var. subcuneata Miq. Acacia philippinarium Benth. Acacia poilanei Gagnep.
Areca concinna
Areca concinna (lat. Areca concinna) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Baccharis concinna
Baccharis concinna (lat. Baccharis concinna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Banksia concinna
Dryandra concinna (lat. Dryandra concinna) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Grevillea concinna
Grevillea concinna (lat. Grevillea concinna) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea concinna (R.Br.) Christenh. & Byng == Yarımnövləri == Grevillea concinna subsp. concinna Grevillea concinna subsp. lemanniana (Meisn.) McGill.
Konpira məbədi
Kotohira məbədi (金刀比羅宮, Kotohira-qu) və ya Konpira məbədi – Yaponiyanın Kaqava prefekturasının Kotohira qəsəbəsinin Nakatado rayonunda yerləşən şintoist məbədi. Şintoizm ilahı olan Omononuşi-no-kamiyə və İmperator Sutokuya həsr olunmuşdur. == Tarixi == İmperator Sutoku Sanuki əyalətində sürgün zamanı öldüyü üçün məbəd XI əsrin əvvəllərində həmin əyalətdə tikilmiş və əvvəlcə buddizm-şintoizm ilahı olan Konpiraya həsr olunmuşdur. Bu ilahın mənşəyi Hindistanda Qanq çayının timsah tanrısı olan Kumbhira ilə əlaqədardır. Məbəd dənizə yaxın yerləşdiyi üçün Konpira balıqçıların və dənizçilərin qoruyucu ilahı hesab edilmiş, hətta yaxınlıqda yerləşən bir buddist məbədinin qoruyucu ilahı olmuşdur. 1868-ci ildə buddizm ilə şintoizmin ayrılmasından sonra Konpira şintoizm ilahlarından biri olan Omononuşi-no-kami olaraq yenidən identifikasiya edilmişdir. Omononuşi-no-kami VIII əsrə aid "Kociki" salnaməsində "dənizi işıqlandıran tanrı" kimi təsvir edilmişdir. Hər ilin 10 oktyabr tarixində məbəddə festival keçirilir. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild (J–Libe).
Kosmina İsrafilova
Kosmina İsrafilova (23 noyabr 1961, Lak rayonu, Dağıstan MSSR – 5 avqust 2022) — şairə, yazıçı, publisist, jurnalist, ictimai xadim. Dağıstan Respublikasının xalq şairi. Dağıstan Respublikası Yazıçılar Birliyinin üzvü. Rusiya Jurnalistlər Birliyinin üzvü və Rusiya Siyasi Elmlər Birliyinin üzvü. Dağıstan Respublikası Dövlət Mükafatı laureatı. 18 kitabın (publisistik və bədii kitablar, rus və lak dillərində şeir məcmuələri, bədii ədəbiyyat, roman-trilogiya) müəllifidir. == Bioqrafiyası == Kosmina İsrafilova 1961-ci ildə Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Lak rayonunun Şahuva kəndində anadan olmuşdur. Atası İsrafilov Muqutdin 1916-cı ildə anadan olmuşdur. Muqutdin kənd müəllimi, məktəb müdir olur. Üstəlik o, şeir də yazmışdır.
Mikania concinna
Mikania concinna (lat. Mikania concinna) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Mimosa concinna
Acacia concinna (lat. Acacia concinna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Acacia concinna var. rugata (Benth.)Baker Acacia hooperiana Miq. Acacia hooperiana var. glabriuscula Miq. Acacia hooperiana var. subcuneata Miq. Acacia philippinarium Benth. Acacia poilanei Gagnep.
Petrogale concinna
Petrogale concinna (lat. Petrogale concinna) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinin dağ vallabisi cinsinə aid heyvan növü.
Phyllorchis concinna
Bulbophyllum concinnum (lat. Bulbophyllum concinnum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum concinnum növü Kiçik Zond adaları, eləcə də Hind-Çindən Malayziyaya qədər yayılmışdır. Phyllorchis concinna (Hook.
Phyllorkis concinna
Bulbophyllum concinnum (lat. Bulbophyllum concinnum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum concinnum növü Kiçik Zond adaları, eləcə də Hind-Çindən Malayziyaya qədər yayılmışdır. Phyllorchis concinna (Hook.
Pyerluici Kollina
Pyerluici Kollina (it. Pierluigi Collina, 13 fevral, 1960, Bolonya, İtaliya) — dünya şöhrətli italyan futbol hakimi. Beynəlxalq kariyerasına Türkiyə ordu milli futbol komandası ilə Fransa ordu milli futbol komandası arasındakı oyunla başlayıb, 1996-cı il Olimpiya oyunları, 1999-cu il UEFA Çempionlar Liqası, 2002-ci il Futbol üzrə dünya çempionatı və 2004-cü il UEFA Avropa çempionatının final oyunlarını idarə etmişdir. Altı dəfə dünyanın ən yaxşı hakimi adını alan Kollini, İFFHS tərəfindən futbol tarixində ilk dəfə olaraq əsrin ən yaxşı hakim elan olunmuşdur.
Komnina Nemaniç
Komnina Nemanyiç (serb. Комнена Немањић; 1195) — Kruyanın alban meqa arxonu Dimiter Proqoni və daha sonra Elbasan arxonu Qriqor Kamonun hersoginyası. Serb Kralı II Stefan Nemaniçin (1196–1228-ci illər) qızı idi. == Həyatı == Komnina Kral II Stefan və onun həyat yoldaşı Evkodiya Angelinanın qızı olaraq anadan olub və bu səbəbdən İmperator III Aleksey Angelin nəvəsi olub. Onun üç qardaşı var idi: Stefan Radoslav (1228–1233), I Stefan Vladislav (1233–1243) və Predislav (Savvadan sonra Müqəddəs II Savva kimi üçüncü serb arxiyepiskopu). 1208-ci ildə Dimiter ilə evləndi və Venesiya Respublikası ilə qarşıdurmalar zamanı Serbiya ilə Arbanon arasında qısa ittifaq yarandı. 1215-ci ildə Dimiter öldükdən sonra hakimiyyət Komninaya qaldı, o, qısa müddət sonra yunan-alban lordu Qriqor Kamona ilə evləndi. Serblərin Şkoderə hücumundan sonra zəifləmiş Serbiya ilə əlaqələri gücləndirərək Kruya üzərində nəzarəti öz üzərinə götürdü. Onun Kruyalı Qolem ilə evlənən Qreqoridən bir qızı var idi.
Dryandra concinna
Dryandra concinna (lat. Dryandra concinna) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Neocabreria concinna
Neocabreria concinna (lat. Neocabreria concinna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin neocabreria cinsinə aid bitki növü.
Hakea concinna
Grevillea concinna (lat. Grevillea concinna) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea concinna (R.Br.) Christenh. & Byng == Yarımnövləri == Grevillea concinna subsp. concinna Grevillea concinna subsp. lemanniana (Meisn.) McGill.
Hiromi Kocima
Hiromi Kocima (d. 12 dekabr 1977) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Nobuyuki Kocima
Nobuyuki Kocima (d. 17 yanvar 1966) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Tonina Toriyelli
Tonina Toriyelli (22 mart 1934) — İtaliya müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı "Amami se vuoi" mahnısı ilə təmsil etmişdir.
Luis Kolina
Luis Kolina Alvares (isp. Luis Colina Álvarez; 12 avqust 1888, Madrid – 22 iyul 1956, Valensiya) — İspaniya futbol hakimi, məşqçisi və funksioneri. 1924 Yay Olimpiya Oyunlarının iştirakçısı olmuşdur. Futbol üzrə İspaniya milli komandasının məşqçisi (1924). == Həyatı == Luis Kolina 12 avqust 1888-ci ildə İspaniyanın Madrid şəhərində anadan olmuşdur. 1919/20 mövsümündə "Real Madrid"in direktoru olmuşdur. 21 dekabr 1924-cü ildə Xose Rosiç və Xulian Olave ilə birlikdə Avstriya ilə evdə yoldaşlıq oyununda (2:1) İspaniya millisinə rəhbərlik etmişdir. O, beynəlxalq futbol hakimi olmuşdur. 1924–1926-cı illərdə İspaniya məhkəmə sisteminin prezidenti olmuşdur. 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının futbol turnirində çalışmışdır.
Konkona Sen Şarma
Konkona Sen Şarma (3 dekabr 1979, Yeni Dehli) hind aktrisasıdır. Bollivudun yeni simalarından biridir. O, rejissor Aparna Senin qızıdır. Dörd yaşında debüt etdikdən sonra 2001-ci ildə peşəkar karyerasına başlamışdır. O, müxtəlif Filmfare Mükafatlarını qazanmışdır. Onun ən məşhur filmləri “Metroda həyat” və “Gözlərdəki həqiqət” filmləridir.