Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kotlet
Kotlet (fr. côtelette) — yağda qızardılmış ət tikələrindən, əsasən dairəvi şəkildə hazırlanan yemək növü. Ən məşhur növü Kiyev kotletidir.
Kiyev kotleti
Kiyev kotleti (rus. Котлета по-киевски) — yağda qızardılmış toyuq filesindən, əsasən dairəvi şəkildə hazırlanan kotlet növü. == Ərzaqlar == toyuğun döş əti — 2 ədəd kərə yağı — 40 qr. sarımsaq, şüyüd, duz yumurta −2 ədəd suxarı qızartma üçün bitki yağı == Hazırlanması == Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır. Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducuda dondururuq. Toyuğun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır. Toyuğun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar. Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür. Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7–8 dəqiqə ərzində frityurda bişirilir. Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.
Təbriz kotleti
Təbriz kotleti – Azərbaycanın milli yeməyi. Təbriz kotletinin hazırlanmasında qıymadan, yumurtadan, noxud ləpəsindən, kartofdan, quru soğandan, sarıkökdən, duzdan və istiotdan istifadə olunur. Təbirz kotletini hazırlamaq üçün əvvəlcə ləpə qaynadılaraq bişirilir. Kartof isə ayrı qaynadıb bişirilir, sonra əzik və bişmiş ləpə ona əlavə edilir, sonra üzərinə sürtkəcdən keçmiş soğan əlavə edilir. Kotlet əl böyüklüyündə olur, amma çox qalın hazırlanmır. Sonra yağ tökülmüş tavada hər iki tərəfi qızardılır. Servis edildikdə yanında xiyar turşusu verilir.
Kolleqa
Kolleqa (lat. collega) — iş yoldaşı; əməkdaş; təhsil, tədris, iş və ya birgə fəaliyyət üzrə birgə yoldaş.. == Anlayışın tarixi == Qədim Romada kollegiya (Qədim Roma) — kollektiv, əməkdaşlar birliyi.
Kolera
Vəba və ya xolera (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Kolett
Kolett, tam adı Sidoni-Qabriel Kolett (fr. Sidonie-Gabrielle Colette; 28 yanvar 1873[…], Sen-Sovyor-an-Pyuize[d] – 3 avqust 1954[…], Paris) — fransız yazıçısı, Belle Époque-un ulduzlarından biri; 1945-ci ildən Qonkur akademiyasının üzvü. == Bioqrafiyası == Məmurun qızı, Burqundiyada doğulub böyümüşdür. 1893-cü ildə "Villi" təxəllüsü ilə tanınan o vaxtkı populyar yazıçı, jurnalist, musiqi tənqidçisi Anri Qotye-Villar (1859-1931) ilə evləndi. Onu paytaxtın ədəbi və bədii dairələri ilə tanış etdi, eyni zamanda utancsızlıqla "ədəbi neqr" olaraq istifadə etdi: 1896-cı ildən Kolett onun üçün "Klodine" haqqında təxəllüsü ilə nəşr etdirdiyi bir sıra avtobioqrafik roman yazdı. Öz təxəllüsü altında Kolett yalnız 1904-cü ildə nəşr etməyə başladı. Həyat yoldaşından uzaqlaşaraq öz yolunu axtarır, 1906-cı ildən musiqi salonunda, Marin teatrında, Mulin Ruj və s. müzikllarda çıxış etməyə başlayır. Sonra ərindən boşanır, qadınlarla bir neçə roman (həyat yoldaşı, yazıçı və aktrisa da daxil olmaqla Matilda de Morni, markiz de Belbyoff, Missi adı ilə çox tanınmayan, Poler təxəllüsü ilə çıxış edən aktrisa və müğənni Emili-Mari Buşo) və kişilər (bunların arasında - Qabriel d'Annunzio, məşhur boksçu və oyunçu Oqüst Olimp Erno və s.) yaşayır. Mulin Ruj səhnəsindəki "Misir xəyalları" pantomimasında (1907) Matilda de Morni ilə açıq öpüşməsi paytaxtda çox səs-küyə və polis prefekturasının müdaxiləsinə səbəb olmuşdur.
Kometa
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Dyadyo Koleda
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Filip Kotler
Filip Kotler (ing. Philip Kotler; 27 may 1931, Çikaqo, İllinoys) — ABŞ-nin Şimal-Qərb Universitetinin tərkibində olan C.L.Kelloqa adına Ali Menecment məktəbinin beynəlxalq marketinq üzrə proffesoru. Çikaqo Universitetində iqtisadiyyat üzrə magistr və fəlsəfə doktoru dərəcəsi almışdır. Filip Kotler 13 mart 2014-cü ildə Q. V. Plexanov adına Rusiya İqtisad Universitetinin hörmətli doktoru dərəcəsinə layiq görülmüşdür. == Bioqrafiya == Kotlerin valideynləri o zaman Rusiya imperiyasının tərkibində olan Ukraynada yaşayırdı. Onlar inqilabdan sonra, 1917-ci ildə ABŞ-yə mühacirət etmişlər. Marketinq və menecment üzrə bir çox kitabların, eyni zamanda aparıcı jurnallarda nəşr olunan 100-dən çox məqalənin müəllifidir. Journal of Marketing tərəfindən ən yaxşı məqalə üçün təltif edilən illik Alfa Kappa Psi mükafatına üç dəfə layiq görülmüş yeganə müəllifdir. Marketinq sahəsində göstərdiyi töhfələrə görə bir çox medallara və mükafat layiq görülmüşdür. Marketinqə aid bütün bilikləri sistemləşdirməsi onun əsas töhfələrindəndir.
Flip Kotler

Kolera (dəqiqləşdirmə)
Kolera — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyi. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilən bir xəstəlik. Kolera (musiqiçi) — Türkiyəli rep musiqi sənətçisi.
Kolera (musiqiçi)
Esen Güler ya da daha çox tanınan səhnə adıyla Kolera (23 sentyabr 1983, İstanbul), Türkiyə repçisi. == Həyatı == İstanbulda anadan olub. Ata tərəfi Bolqarıstandan, anası tərəfi isə Bosniya və Herseqovinadandır. Turizm və Otelçilik fakültəsini bitirib. O, 2006-cı il avqustun 1-də həm də rep ifaçısı olan Saqopa Kajmerlə evlənib və 2017-ci il noyabrın 20-də boşanıblar.
Mariya Koleva
Mariya Koleva (10 avqust 1977) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Mariya Koleva Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Zla Kolata
Zla Kolata (mont. Зла Колата, Zla Kolata; alb. Kolata e Keq) — 2534 metrə malik olan Albaniya ilə Monteneqro arasında yerləşən zirvə. Prokletie dağları massivində yerləşir. Zla Kolata Monteneqronun ən hündür zirvəsidir. Zla Kolata Albaniya ilə Monteneqro arasındakı sərhəddə yerləşir. Albaniya tərəfdən Tropoya dairəsi, Monteneqro tərəfdən isə Kukes vilayəti ərazisinə daxildir. Albaniya tərəfdən zirvəyə ən yaxın yaşayış məntəqəsi Valbona şəhəridir. Şəhər zirvədən 4 km cənub-şərqdə yerləşir. Monteneqro tərəfdən isə ən yaxın yaşayış məntəqəsi Qusine şəhəridir ki, oda zirvədən 10 km qərbdə yerləşir.
Kometa (film)
Kometa (ing. Comet) — 2014-cü il ABŞ istehsalı romantik, komediya-dram filmi. Rejissoru və ssenari müəllifi Sem Esmeyldir. Baş rollarda Emmi Rossum və Castin Lonq çəkilib. Film paralel dünyada cərəyan edir, quyruqlu ulduzun düşdüyü gündə tanış olan cütlüyün altı illik münasibətindən bəhs edir. Filmdə onların eşq hekayəsi xronoloji ardıcıllıq olmadan səhnədən-səhnəyə sıçramış şəkildə göstərilir.
Abismo Qay Kollet
Аbismо Qay Kollet (Abismo Guy Collet) — Braziliyanın şimalında yerləşən mağara, Venesuela ilə sərhədə yaxın qərarlaşır. Karst məşhəlli mağaradır. Mağaranın dərinliyi 670.6 metrdir. Bu göstərici ilə nəyinki Braziliya və Cənubi Amerika həm də Dünyanın ən dərin mağarasıdır. Mağara ilk dəfə 2006-cı ildə italyan qrupu olan "Akakor Geographical Exploring" tərəfindən aşkarlanmış və sifonlarda daxil olmaqla sonuna çatılmışdır. == İstinadlar == == Mənbə == A Ong Akakor Geographical Exploring Descobre a Caverna Mais Profunda do Mundo em Quartzito Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine.
Asima Qay Kollet