kosmos
köç
OBASTAN VİKİ
Kotlet
Kotlet (fr. côtelette) — yağda qızardılmış ət tikələrindən, əsasən dairəvi şəkildə hazırlanan yemək növü. Ən məşhur növü Kiyev kotletidir.
Kiyev kotleti
Kiyev kotleti (rus. Котлета по-киевски) — yağda qızardılmış toyuq filesindən, əsasən dairəvi şəkildə hazırlanan kotlet növü. == Ərzaqlar == toyuğun döş əti — 2 ədəd kərə yağı — 40 qr. sarımsaq, şüyüd, duz yumurta −2 ədəd suxarı qızartma üçün bitki yağı == Hazırlanması == Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır. Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducuda dondururuq. Toyuğun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır. Toyuğun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar. Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür. Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7–8 dəqiqə ərzində frityurda bişirilir. Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.
Təbriz kotleti
Təbriz kotleti – Azərbaycanın milli yeməyi. == Tərkibi == Təbriz kotletinin hazırlanmasında qıymadan, yumurtadan, noxud ləpəsindən, kartofdan, quru soğandan, sarıkökdən, duzdan və istiotdan istifadə olunur. == Hazırlanması == Təbirz kotletini hazırlamaq üçün əvvəlcə ləpə qaynadılaraq bişirilir. Kartof isə ayrı qaynadıb bişirilir, sonra əzik və bişmiş ləpə ona əlavə edilir, sonra üzərinə sürtkəcdən keçmiş soğan əlavə edilir. Kotlet əl böyüklüyündə olur, amma çox qalın hazırlanmır. Sonra yağ tökülmüş tavada hər iki tərəfi qızardılır. Servis edildikdə yanında xiyar turşusu verilir.

Digər lüğətlərdə

бу́квочка вы́мостка го́рьконький двупе́рстный зада́ривать наидосто́йнейший по-ни́щенски румы́н сопло́дие ферментати́вный боске́тная гелиоцентри́зм диви́ться корроди́рованность подводи́ться полти́нник челове́чно горизонт emetical lone electron Winifred приводить сдельщик треснуть филолог