Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Katana
Katana (刀) feodalizm dövründə Yaponiyada samuray tərəfindən istifadə olunan ənənəvi Yapon qılınclarından biridir. Katananın müasir variantları bəzən qeyri-ənənəvi materiallarla və üsullarla hazırlanır. Katana özünəməxsus görkəmi ilə səciyyələnir: əyri olması, nazik olması, vahid iti tiyəli hər iki ələ yerləşən dairəvi və ya düzbucaq formada qorunması olan uzun dəstək ilə. == Tarixi == Yaponiyada qılınc istehsalı xüsusi dövrlərə bölünür: Cakoto(qədim qılınclar, miladdan sona 900-cü ilə qədər) Koto(köhnə qılınc 900–1596) Şinto(yeni qılınclar 1596–1780) Şinşinto(ən yeni qılınclar 1781–1876) Qendayto(müasir qılınclar 1876–1945) Şinsakuto(ən son hazırlanmış qılınclar 1953-hal-hazırda) Kamakura dövründə tati dən fərqli olaraq uzun qılıncları təsvir etmək üçün ilk dəfə olaraq katana (gatana) sözündən istifadə edirdilər.
Ottana
Ottana (sardin: Otzàna) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhərdir. Sahəsi 45,07 km²-dir. Kommunanın əhalisi 2307 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 51 nəfərdir. Ottana kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Bolotana, Noragugume, Olzai, Orani, Sarule və Sedilo.
Utyana
Utyana (lit. Utena) — Litvada şəhər. Narkunay kurqanının ətəyində I–II əsrlərə aid olan insan fəaliyyətinin izləri tapılıb. Hesab edirlər ki, şəhərin adı içindən axan Utyanele çayından götürülüb. Daha romantik versiyası isə Narkunay kurqanının yanında qala tikən Utyanis knyazı barəsindədir. Yepiskop M.Valançyusun "Antanas Tryatininkasın hekayələri"ndə də bu barədə söz açılır. Hekayəyə görə, Areqala Lyutauras knyazının oğlu kimi Utyanis Litvanın böyük knyazı titulunu almışdı. Qalanın tikintisi zamanı işçilərdən biri dağdan yıxılıb boynunu qırmışdı. Kahinin fikrincə, bu onun əlamətidir ki, gələcək qalanı dağıtmaq istəyəni də belə aqibət gözləyir. Əslində Narkunay şəhərinin adı əhl-səliblərin yürüşlərində tez-tez çəkilir.
Komana
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Ageratina etlana
Ageratina etlana (lat. Ageratina etlana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Katana (Suriya)
Qətəna (ərəb. قطنا‎) — Suriyada şəhər, Dəməşq mühafazasında eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.865 ailədə 17.228 nəfəri kişilər və 16.768 nəfəri qadınlar olmaqla cəmi 33.996 nəfərdir.
Niv Kavana
Niv Kavana (irl. Niamh Kavanagh; d. 13 fevral 1968, Dublin, İrlandiya) - İrlandiya müğənnisi. O, İrlandiyaya 1993 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazandırmışdır. Niv Kavana 1993-cü ildə İrlandiyanın Milstrit şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsində "In Your Eyes" adlı mahnı ilə ev sahibi ölkəni təmsil etmiş və 25 ölkənin iştirak etdiyi müsabiqədə qələbə qazanmışdır.. Mahnı həmin illərdə İrlandiya və Böyük Britaniya radiolarının ən çox səsləndirilən mahnılarından biri idi. Daha sonra 17 illik fasilədən sonra Niv Kavana 2010-cu ildə bir daha Avroviziyaya geri dönmüşdür. Norveçin paytaxtı Oslo şəhərində keçirilən 2010 Avroviziya Mahnı Müsabiqəsində "It's for You" mahnısı ilə İrlandiyanı təmsil edən Niv ölkəsini müsabiqənin final mərhələsinə yüksəltməyə nail olmuşdur. Finalda isə müğənni 25 iştirakçı arasında 23-cü yerdə qərarlaşmışdır. Əsasən Avroviziyadakı qalibiyyətinə görə tanınan müğənni 2015-ci ildən etibarən səhnədən uzaqlaşmışdır və buna səbəb kimi Niv ailəsinə daha çox vaxt sərf etmək istəməsini göstərmişdir.
Kana
Kiana Eide
Kiana Eide (25 sentyabr 1998) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Kiana Eide, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Eide həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. == Karyerası == Kiana Eide 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alisa Kano, Natalie McQiffert, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Nissan Teana
Nissan Teana — Nissan tərəfindən 2003-cü ildən istehsal edilən orta sinif avtomobil modeli. Nissan Bluebird və Nissan Cefironu əvəz edib və Cefiro, Maxima və Altima adları ilə bir çox ölkələrə ixrac edilib. Şimali Amerikada satılan Maxima və Yaponiya bazarında satılan Presage minivan ilə eyni platformanı paylaşır.
Stana Katiç
Stana Katiç (serb-xorv. Stana Katić, ing. Stana Katic 26 aprel 1978, Hamilton, Ontario) — Serb-xorvat mənşəli kanadalı aktrisa, Kasl televiziya serialındakı detektiv Keyt Bekket rolu ilə tanınır. Katiç Kanadanın Ontario vilayəti, Hamilton şəhərində anadan olub. Atası serb, anası xorvat əsillidir. Yuqoslaviyadan Kanadaya köçmüşlər. Milliyyəti haqqında danışan Stana deyir: "Valideynlərim Xorvatiyadan olan serblərdir. Bizi Dalmatiyalı adlandırıram". Atası Vrlicdən, anası Sindəndir. Daha sonra Katiç ailəsi ilə Aurora şəhərinə (İllinoys, ABŞ) köçür.
Kitana (Mortal Kombat)
Kitana (ing. Kitana) - "Mortal Kombat" oyun seriyasının əsas personajlarından biridir. Sindelin qızı, Liu Kenqin yaxın dostudur.
Mala Strana ratuşası
Mala Strana çardağı (çex. Malostranská beseda) — Praqanın mərkəzində, Mala Strana meydanı № 21-də yerləşən neo-renessans üslublu köhnə ratuşa binasıdır. Son iki il şəhər sakinləri onu "Malostrankadakı inşaat körpülərinin aşağısındakı bina" adlandırır. Keçmiş ratuşa binası artıq uzun illərdir ki, sosial klub və konsert zalı qismində istifadə edilir. Bura Mala Strananın mədəni mərkəzlərindən biridir — belə ki, Barıt qülləsindən başlayan, Köhnə Şəhər meydanı və Karl körpüsündən keçməklə Praqa qəsrinə aparan turistik marşrutun əsas mərkəzi məhz bu bina hesab olunur. == Tarix == 1257-ci ildə Prjemısl II Ottakar Praqa qəsrinin yamacında Yeni şəhərin əsasını qoyur. O, burada qədim zamanlardan bəri məskunlaşmış yunan əhalisini zorla çıxararaq, alman kolonistlərini buraya dəvət etmişdi. İmperator IV Karl Vltava çayının sağ sahilində daha bir "Yeni şəhərin" əsasını qoyduqdan sonra, buranın adı, nisbətən kiçik ərazi ölçülərinə görə "Mala Strana" (yəni Kiçik yarımhissə) adlandırlımışdı. Əvvəlcə şəhər hakimiyyəti müqəddəs Nikolay kilsəsində toplanırdı, lakin daha sonra onlar bazar meydanında ilk ratuşa binasını inşa etmişdilər (buna dair sənədləşdirilmiş ilk hesabat 1407-ci ildə təqdim olunmuşdu). 12 ildən sonra, yəni qusçu hərəkatı zamanı, kralın əsgərləri tərəfindən ratuşada saxlanılan və tarixi məlumatları əks etdirən şəhər kitabları biryolluq məhv edilmişdi.
Chai Khana media
A (kana)
あ (hiraqana) və ya ア (katakana) – yapon dilində kanalardan biri. あ 安 kancisinin soşo stilindəki yazılışına, ア isə 阿 kancisinin radikalına əsaslanır. Müasir yapon dilində əlifba sırasında birinci yerdə gəlir. Bundan əlavə, "İroha"da 36-cı hərfdir. Romaci versiyası "a"dır. == Yaranması == ア kanası 阿 kancisinin sol elementindən törəyib. あ hiraqanası isə 安 kancisinin sadələşdirilmiş versiyasıdır. == Yazılış == あ hiraqanası 3 xətlə yazılır: Başda soldan sağa horizantal xətt. Yuxarıdan aşağı doğru gedən qövsvari xətt. Aşağıda の kanası xatırladan hissə.
Ka (kana)
か (hiraqana) və ya カ (katakana) – yapon dilində kanalardan biri. Hər iki forma 加 kancisinin sol tərəfindən törəyib. Romaci versiyası "ka"dır. Kananın dakuten forması da mövcuddur: が və ya ガ. Dakuten formasının romaci versiyası "qa" şəklindədir. Handakuten (゜) versiyası normal yapon dilində yoxdur, lakin bəzən dilçilər "nga" səsini göstərmək üçün ondan istifadə edirlər. か yapon dilində sual yaradıcı hissəciklərdən biridir. が isə qrammatik hissəcik olub mübtədaya və ya tamamlığa vurğu etmək üçün istifadə olunur. == Yaranması == Həm か, həm カ formalar 加 kancisinin sol tərəfindən törəyiblər. == Yazılış == か hiraqanası 3 xətlə yazılır: Əvvəlcə horizantal xətt dönür və qarmaq şəklində bitir.
Kana Kitahara
Kana Kitahara (d. 17 dekabr 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Kana Osafune
Kana Osafune (d. 16 oktyabr 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 2 qol vurub.
Tana gölü
Tana (amh. ጣና ሐይቅ) və yaxud Tsana — Afrikanın şərqində, Efiopiyanın şimal-qərbində yerləşən göl. Efiopiya dağlarının şimal-qərbindəki Amhara bölgəsində yerləşən göl təxminən 84 kilometr (52 mil) uzunluğunda və 66 kilometr (41 mil) enində, maksimum dərinliyi 15 metr (49 fut) və 1,788 metr (5,866 fut) yüksəklikdədir. Tana gölü əsasən Gilgel Abay, Reb və Qumara çaylarından qidalanır. Onun səth sahəsi mövsümdən və yağıntıdan asılı olaraq 3000–3500 kvadrat kilometr (1200–1400 kvadrat mil) arasında dəyişir. Gölün səviyyəsi gölün Mavi Nilə axıdıldığı suaşıran bəndin inşasından bəri tənzimlənir. Bu, Mavi Nil şəlaləsinə (Tis Abbai) və su elektrik stansiyasına gedən axını idarə edir. 2015-ci ildə Tana gölü bölgəsi milli və beynəlxalq təbii və mədəni əhəmiyyətini nəzərə alaraq YUNESKO-nun biosfer qoruğu kimi namizədliyi irəli sürülüb. Tana Efiopiyanın ən böyük gölüdür. Göl təxminən 5 milyon il əvvəl, erkən pleystosen dövründə axan çayların məcrasını kəsən vulkanik fəaliyyət nəticəsində əmələ gəib.
Kana (ad)
Kana — Yapon qadın adı. Kana Kitahara — Yaponiya qadın futbolçusu. Kana Osafune — Yaponiya qadın futbolçusu.
Lixtenşteyn sarayı (Mala Strana)
Malostran meydanındakı Lixtenşteyn sarayı və ya sadəcə Lixtenşteyn sarayı (çex. Lichtenštejnský palác na Malostranské náměstí) — Praqanın köhnə şəhərində, Mala Strana rayonun "Malostran meydanı" № 258/13-də yerləşən gözəl saray. Binanın tikintisi o zaman çox populyar olan barokko və daha sonra klassisizm üslublarında inşa etdirilmişdi. Saray Çexiya Respublikasının mühüm mədəniyyət abidəsi kimi qorunur. Saray Malostran meydanının bütün qərb hissəsini tutur və qonşuluqda yerləşən Hartiqov sarayı ilə ümumi tikinti, rabitə və kommunikasiya əlaqələrinə malikdir - Lixtenşteyn sarayında İncəsənət və Musiqili Rəqs Akademiyası, Hartiqov da isə Akademiyanın rəhbərliyi yerləşir. == Tarix == Praqanın köhnə şəhəri ilə gəzişərkən, Malostran meydanındakı müqəddəs Nikolay kilsəsinin qarşısında yerləşən nəhəng bir sarayı görmək olar. Bəzən Ledeburq adı ilə də tanınan Lixtenşteyn sarayı rahatlıqla ən azı beş adi evi yerləşdirə biləcək olduqca böyük bir sahəni tutur və Praqa şəhərində barokko üslubunda inşa edilmiş ilk böyük bina sayılır. Sarayın binası hazırkı nəsli Mərkəzi Avropanın Lixtenşteyn Knyazlığına məxsus Karl Lixtenşteyn tərəfindən XVI əsrin əvvəllərində inşa edilmişdir. Karl "qanlı knyaz" nüfuzuna malik idi. Məhz o, Ağ dağ ətrafında qedən döyüşdə məğlub olduqdan sonra, 1621-ci ildə Köhnə Şəhər meydanında üsyan edən şəhər sakinlərinin 27 liderini ölüm cəzasına məhkum etmişdir.
Müqəddəs Nikolay kilsəsi (Mala Strana)
Müqəddəs Nikolay kilsəsi (çex. Kostel svatého Mikuláše) – Praqanın mərkəzində, Köhnə şəhərin Mala Strana hissəsində yerləşən barokko üslubunda kilsə. Özünün monumental görünüşü, gəliz memarlıq üslubu və nəfis bədii tərtibatına görə, kilsə Praqanın ən mühüm barokko üslubunda inşa olunmuş məbədlərindən sayılır. Mala Stranada yerləşən Nikolay (Mikulaş) kostyolu təxminən XIII əsrdə burada yerləşən qotik kilsənin yerində ucaldılmışdı. Qotik kilsə eyni ilə Marlikiyalı Nikolaya həsr olunmuşdu. XVII əsrdə kilsənin yaxınlığında roman üslublu müqəddəs Vatslav rotondası da yerləşirdi. Keçmişdə kostyolun gülləsində carçılar keşik çəkərək yanğın və ya düşmənin yaxınlaşdığı halda həyəcan təbili vurudular. Hazırkı barokko üslublu kilsə binası XVIII əsrin 1-ci yarısında bir neçə mərhələ ilə inşa olunmuşdu. İlk öncə Kristofer Dintsenhoferin layihəsi üzrə tərtib olunmuş kilsə daha sonra onun oğlu - tanınmış memar Kilian İqnats Dintsenhofer tərəfindən tamamlanmışdı. Məbədin qərb fasadı, xorlu zal, müqəddəs Varvara (Barbora) və Anna kapellası və künc neflər 1703-1711-ci illər arası inşa olunmuşdu.
Əbülhəsən Tana Şah
Əbülhəsən Tana şah (8 oktyabr 1600, Heydәrabad, Qütbşahlar – 1699) — Qütbşahlar dövlətinin son hökmdarı, Baranlı sülaləsinin kiçik qollarından birinə mənsub idi, son sultan Abdullah şahın kürəkəni idi. Öncəki həyatı ilə bağlı məlumat azdır. Sarayda yetişmişdir, lakin 12 yaşında saraydan qovulan Əbülhəsən mədrəsəyə gedib sığınmalı olub. Müəllimi Seyyid Şah Raziəddin tərəfindən uşaqlıqda "Tana şah" (Müqəddəs Uşaq) ləqəbi ilə çağrılmışdır. 1672-ci ildə Qütbşahlar dövlətinin sultanı elan olundu. 1683-cü ildə Övrəngzibə olan xəracını vermədiyi üçün onun hücumuna məruz qaldı. 120.000 əsgərdən ibarət Moğol ordusuna qarşı 35.000 əsgərlə çıxmağa məcbur olmuşdu. Qolkondanın qalası hər cür hücuma hazırlanmış, 120 metr hündürlüyündə divarlarla çevrilmiş və dəmir qapı ilə gücləndirilmişdi. 8 aylıq mühasirə Moğol ordusunu zəiflətsə də admiral Münəvvər xanın dənizdən gələn ərzaq yardımı ilə ordu özünü toplamışdı. Mühasirə gedişatında Qütbşahi sərkərdələrində Sərəndaz xan və Müqərra xan Moğollara qoşulmuş, şəhəri Övrəngzibə təslim etmişdilər.