Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Köçəri
Köçəri ― Azərbaycanın milli rəqsi olan yallının bir növü. “Köçəri” (sinonim: ötəri) sözünün azərbaycanca mənası bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən deməkdir. Bu amil rəqsin də gedişində özünü göstərir belə ki, rəqs edənlər bir-birlərinin kəmərlərindən tutaraq, dairəvi yallı gedirlər. Rəqs ritmikdir, əsasən balaban və nağara çalınır. 2/4 ritmində oynanılan bir rəqsidir. 1940-cı ildə erməni bəstəkarı Aram Xaçatryan konsert verərkən Azərbaycanın “Köçəri” rəqsindən istifadə edib. Bunun heç cür erməni rəqsinə bir aidiyyatı yoxdur. Qədim tarixə malik bu rəqs, Azərbaycanın folklor nümunəsidir. == Tarixi == “Köçəri” rəqsi Yallı rəqsinin bir növü olduğundan, onun yaranma tarixi yallının tarixi qədər hesab oluna bilər. Azərbaycanda mərasim rəqsi sayılan “Yallı”nın tarixini eramızdan əvvəl V minnilliyə aid olduğunu sübuta yetirmişdir.
Küçeyi
Küçeyi (əvvəlki adı: Küçay) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Quba rayonunun Talabıqışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Küçay kəndi Küçeyi kəndi adlandırılmışdır. == Toponimikası == Tədqiqatçılara görə, kəndin əsl adı Küçeye-qışlaq olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə həmin rayonun Talabı kəndinə məxsus qışlaq yerində yaranmışdır. Oykonim tat dilindəki küçeye (balaca) və qışlaq sözlərindən ibarət olub, "balaca, kiçik qışlaq"mənasındadır. Əslində, oykonim hələ XIII əsrdə Rəşidəddinin "Cami-ət təvarix" əsərində qələmə aldığı türkdilli küçayların adı ilə bağlı olub, etnotoponimdir. 1933-cü ildə Xızı rayonu ərazisində də Küçeyri adlı yaşayış məntəqəsi qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == Əhalisi tatlardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1022 nəfər əhali yaşayır.
Füzuli küçəsi
Füzuli küçəsi (Bakı)
Hərb küçəsi
Hərb küçəsi — Azərbaycanda, İçərişəhərdə yerləşən küçə. Mirzə Əhməd məscidi burada yerləşir.
Köçəri Məmmədov
Köçəri Əsgər oğlu Məmmədov (16 oktyabr 1946, Düzrəsullu, Gədəbəy rayonu – 26 may 2008, Bakı) — Azərbaycan operatoru. == Həyatı == Köçəri Əsgər oğlu Məmmədov 16 oktyabr 1946-cı ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, sonradan Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində ixtisas artırma kurslarını bitirib. Həcc ziyarətində olmuşdur. Hacı Köçəri Məmmədov 26 may 2008-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == 1969-cu ildən 2008-ci ilədək "Azərbaycanfilm" kinostudiyasında işləyib. Sənədli və xronikal filmlərin operatorudur. 50-dən çox filmin heyətində çalışmışdır. == Filmoqrafiya == Operator assistenti kimi Aşıq Ələsgər (film, 1972)(qısametrajlı sənədli film) Operator kimi Çətin yol (film, 1975)(qısametrajlı sənədli film) Yay günləri (film, 1977)(qısametrajlı sənədli film) Ali neft, qaz və neft-kimya təhsili (film, 1978)(qısametrajlı sənədli film) Ukraynada Azərbaycan mədəniyyəti günləri (film, 1978)(qısametrajlı sənədli film) Futbol, futbol... (film, 1979)(qısametrajlı sənədli film) Gənclərin 50 yaşlı teatrı (film, 1979)(qısametrajlı sənədli film) Anda sədaqət (film, 1980)(qısametrajlı sənədli film) Azərbaycanın əkilən otlaqları (film, 1980)(qısametrajlı sənədli film) Dostluq körpüləri (film, 1980)(qısametrajlı sənədli film) Xaqani (film, 1980)(qısametrajlı sənədli film) Bakıda "Mosfilm" günləri (film, 1981)(qısametrajlı sənədli film) Heyvandarlıq zərbəçi cəbhədir (film, 1981)(qısametrajlı sənədli film) Salam, İordaniya (film, 1981)(qısametrajlı sənədli film) Təsərrüfatlararası birlik (film, 1981)(qısametrajlı sənədli film) Ürək yaddaşı (film, 1981)(qısametrajlı sənədli film) Ev dirəyi-el dirəyi (film, 1982)(qısametrajlı sənədli film) Poeziya bayramı (film, 1982)(qısametrajlı sənədli film) Aşıqlar (film, 1983)(qısametrajlı sənədli film) Azərbaycan kauçuku (film, 1983)(qısametrajlı sənədli film) Saatlı eksperimenti (film, 1983)(qısametrajlı sənədli film) Söz sizindir, şəriklər (film, 1983)(qısametrajlı sənədli film) Zireh qalalar (film, 1983)(qısametrajlı sənədli film) Ulu diyar (film, 1984)(qısametrajlı sənədli film) Qurultaydan qurultaya (film, 1985)(qısametrajlı sənədli film) Yürüşün sonu varmı?
Köçəri qəbiristanlığı
Köçəri qəbristanlığı —Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə. == Tarixi == Qəbiristanlıq Ordubad rayonunun Üstüpü kənindən 7-8 kilometr şimal şərq tərəfdə yüksək dağlıq ərazidə yerləşir. Burada orta əsrlər zamanı yaradılmış və üzərində ərəb əlifbası ilə kitabələr həkk edilmiş, çoxlu sənduqə formalı, daşdan hazırlanmış qoç və qoyun tipli qəbirüstü xatirə abidələri qalmışdır. Abidələrin bir hissəsinin üzərində müxtəlif təsvirlər, o cümlədən, ox, kaman, günəş və s. həkk olunmuşdur. Zaman keçdikcə bu kitabələrin və təsvirlərin bir hissəsi təbii qüvvələrin təsirindən aşınaraq məhv olmuşdur. Qəbiristanlıqda hicri 1003 (1594-1595), 1030 (1620-1621) illərə aid və başqa kitabələr tədqiq olunmuşdur. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (1727 il) qəbiristanlığın mənsub olduğu Köçəri kəndi haqqında məlumat verilmişdir. Həmin vaxt kənddə 13 nəfər vergi ödəyən kişi yaşamış, onlar 2621 ağça vergi ödəmişlər. 19 yüzilliyin əvvəllərində kəndin əhalisi buranı tərk edərək Arazın cənubuna köçmüş, bundan sonra qəbiristanlıqda dəfn mərasimləri dayanmış- dır.
Köçəri qəbristanlığı
Köçəri qəbristanlığı —Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə. == Tarixi == Qəbiristanlıq Ordubad rayonunun Üstüpü kənindən 7-8 kilometr şimal şərq tərəfdə yüksək dağlıq ərazidə yerləşir. Burada orta əsrlər zamanı yaradılmış və üzərində ərəb əlifbası ilə kitabələr həkk edilmiş, çoxlu sənduqə formalı, daşdan hazırlanmış qoç və qoyun tipli qəbirüstü xatirə abidələri qalmışdır. Abidələrin bir hissəsinin üzərində müxtəlif təsvirlər, o cümlədən, ox, kaman, günəş və s. həkk olunmuşdur. Zaman keçdikcə bu kitabələrin və təsvirlərin bir hissəsi təbii qüvvələrin təsirindən aşınaraq məhv olmuşdur. Qəbiristanlıqda hicri 1003 (1594-1595), 1030 (1620-1621) illərə aid və başqa kitabələr tədqiq olunmuşdur. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (1727 il) qəbiristanlığın mənsub olduğu Köçəri kəndi haqqında məlumat verilmişdir. Həmin vaxt kənddə 13 nəfər vergi ödəyən kişi yaşamış, onlar 2621 ağça vergi ödəmişlər. 19 yüzilliyin əvvəllərində kəndin əhalisi buranı tərk edərək Arazın cənubuna köçmüş, bundan sonra qəbiristanlıqda dəfn mərasimləri dayanmış- dır.
Köçəri çəyirtkə
Köçəri çəyirtkə (lat. Locusta migratoria) və ya Asiya çəyirtkəsi — əsl çəyirtkələr (Acrididae) fəsiləsindən düzqanadlılar növləri. == Polifaq == Tarla, bağ, bağ, meşə, tərəvəz, bostan, giləmeyvə və müxtəlif texniki bitkilərə zərər verir. Qarışıq forma 300 kilometrə qədər miqrasiya edir. Aralıq Avropa, Asiya, Afrikanın geniş ərazilərini əhatə edir. Bu sahədə növ 7 alt növ təşkil edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Бей-Биенко, Григорий Яковлевич. Руководство по учету саранчовых. Л.: Упр. Службы учета Гос.
Lukaş Kuçera
Lukaş Kuçera (18 aprel 2000-ci ildə Slovakiyada anadan olub) — Slovakiya Super Liqası təmsilçilərindən olan Senitsa klubunda müdafiəçi kimi çıxış edən peşəkar Slovakiyalı futbolçudur. == Klub karyerası == === Senitsa === Kuçera Senitsa akademiyası vasitəsilə inkişaf etmişdir. Kuçera öz peşəkar karyerasında debütünü 13 may 2017-ci ildə Jilina klubuna qarşı oyunda etmişdir. O, 91-ci dəqiqədə Tomaş Briqantı əvəz etmişdir. Həmin görüşdə Senitsa liqa görüşündə rəqibinə 2-3 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 3 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Slovakiya Superkuboku görüşləri daxildir.
Nizami küçəsi
Nizami küçəsi və ya Tarqovı — Bakı şəhərinin Sabail rayonu ərazisində yerləşən bir zolaqlı və bir istiqamətli sonu piyadalar zonasına keçən dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan küçə. Öz başlanğıcını Abdulla Şaiq küçəsindən götürür və indiki Sabit Orucov küçəsində isə tamamlanır. Küçənin uzunluğu 3,538 km-dir. Küçə paytaxt Bakının mərkəzini kəsərək qərbdən şərqə doğru uzanır. Küçə demək olar ki, mərkəzi hissəsində piyadalar zonasına keçir. Küçənin bu kəsiyi sakinlər tərəfindən "Tarqovı" da adlandırılır. Fəvvarələr meydanından Rəşid Behbudov küçəsinə qədər olan hissəsi tam piyadaların ixtiyarında olub, bütün növ nəqliyyat vasitələri üçün bağlıdır. Küçədə hərəkət bir tərəflidir.
Nərimanov küçəsi
Nəriman Nərimanov küçəsi (Horadiz)
Qlaqolitsa küçəsi
Qlaqolitsa alleyası (xorv. Aleja glagoljaša) — İstriya yarımadasının mərkəzi hissəsində, Xorvatiyada ən qədim slavyan əlifbası olan qlaqolitsa abidəsi ilə bağlı turistik görməli yer. Uzunluğu 6 km olan bu turistik alleyada dünyanın ən kiçik şəhəri Xumu Roç kəndi ilə birləşdirən yol boyunca hər iki tərəfdə yerləşən qlaqolitsa yazıları olan abidələr yerləşir. Alleyanın inşasına Çakavia kilsəsinin təşəbbüsü ilə 1976-cı ildə başlanılıb. Yazıçı Zvane Çrnya və professor Yosip Bratuliç abidənin ideologiyasını işləyib hazırladılar, heykəltaraş Jelimir Yaneş isə 1977-ci ildən 1983-cü ilə qədər onun daşlarını işləmişdir. Alleya boyunca yerləşən 11 abidə bu qədim slavyan yazı növünün inkişafının əsas nişanələrini xatırladır. 2 metr hündürlükdəki sütun qlaqolitik "S" hərfi formasında hazırlanıb. Qədim slavyan dilində "Söz" mənasını verir. Semantik baxımdan isə "sağlam düşüncə" və "ağıl" mənasını ifadə edir. Üzərində qlaqolitsada STOL KONSTANTINA KİRİLA İ METODİJA sözləri yazılmış üçayaqlı stoldur.
Sabir küçəsi
Sabir küçəsi - Bakı şəhərində, İçərişəhərdə küçə. XX əsrin görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin adı verilmişdir. 1930-cu ilə qədər Sobornaya adlandırılmışdır.
Sumqayıt küçəsi
Sumqayıt küçəsi (ukr. Сумгаїтська вулиця) — Ukraynanın Çerkassi şəhərində küçə. Sumqayıt küçəsi (rus. Сумгаитская улица) — Rusiya Federasiyasının Həştərxan vilayətinin Həştərxan şəhərində küçə. Sumqayıt küçəsi (ukr. Сумгаїтська вулиця) — Ukraynanın Xarkov şəhərinin Şevçenkovskiy rayonunda küçə. Sumqayıt metallurqları küçəsi (rus. Сумгаитских Металлургов) — Gürcüstanın Rustavi şəhərində küçə.
Təbriz küçəsi
Təbriz küçəsi (Bakı)
Tərbiyət küçəsi
Tərbiyət küçəsi və ya Tərbiyət xiyabanı — Təbrizin mərkəzində yerləşən və başlanğıcını Nübar qapısından götürən piyadalar üçün nəzərdə tutulmuş küçə. Küçə Pəhləvilər dövründə Təbrizin meri olmuş və şəhərdə bir çox layihələri həyata keçirmiş Məhəmmədəli Tərbiyətin şərəfinə adlandırılıb. Küçədə Təbriz bazarının bir hissəsi olan Şüşə bazarı və Həriri evi yerləşir.
Vats küçəsi
Vats küçəsi (mac. Váci utca) — Budapeşt mərkəzində yerləşən tarixi Belvaros mahalı əsas küçəsi. Şəhərin əsas ticarət küçəsi sayılır, turistlərlə çox məşhurdur. Küçədə dükanların yanında bir çox kafe və restoran mövcuddur. Bina bir çox fasad dəmir bəzək və mozaika ilə işlənilib. Küçə Vöröşmarti meydanında başlayır və Fövam meydanında (mərkəzi bazarın yaxınlığında) bitir. Dunay çayının qədər təxminən 200 metr məsafədə şimal-şərqdən cənub-şərqə paraleldir. Küçənin uzunluğu 1,2 km.
Vidadi küçəsi
Vidadi küçəsi — Bakı şəhərinin Səbail və Nəsimi rayonu ərazisində yerləşən bir zolaqlı və bir istiqamətli sonu piyadalar zonasına keçən dahi Azərbaycan şairi Molla Vəli Vidadinin adını daşıyan küçə. Əvvəllər o, "Tserkovnaya" adlanırdı Yalnız 1923-cü ildə bolşeviklər küçənin adını dəyişərək ona məşhur maarifçi şairin (doğrudur, bir dövrdə o, həmin dövr üçün daha "məqbul" sayılacaq Proletarskaya da adlanıb — red.) adını veriblər. Küçənin "Tserkovnaya" adı daşıması isə yalnız Bakının deyil, bütün Azərbaycanın ən qədim rus kilsəsinin — Mixail Arxangel pravoslav kilsəsinin məhz bu küçədə yerləşməsilə (kilsə bu gün də yerindədir) əlaqədar idi. O, 1841–1849-cu illər arasında tikilib və Zərgərpalan (keçmiş Spasskaya) küçəsinin tinində yerləşir.. Küçə uzun müddət "Tserkovnaya" adlanıb və bir məqam olmasaydı, bu ad çoxdan unudulmuşdu. 1936-cı ildə İttifaqda kütləvi edamların müjdəçisi kimi, dini obyektlərə qarşı dövlət vandalizmi həyata keçirilirdi. Bakıda da bir çox məscid və kilsələr, xüsusilə onların ən böyükləri sökülmüşdü. Bu kilsəni isə sadəcə bağlamışdılar və ondan yataqxana kimi istifadə edilirdi. Kilsə yalnız müharibədən sonra açıldı. İnqilabdan əvvəlki dövrdə Tserkovnaya küçəsi bugünkündən bir qədər kiçik idi.
İstiqlaliyyət küçəsi
İstiqlaliyyət küçəsi — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən tarixi küçə. Küçə öz başlanğıcını indiki BMT-nin Əlliilliyi küçəsindən götürür və Əziz Əliyev küçəsində isə tamamlanır. Küçənin uzunluğu 1,3 km-dir. XIX əsrin sonlarında Bakının genişlənməsi nəticəsində salınan ilk küçələrdən biri olan İstiqlaliyyət küçəsi , artıq 100 ildən çoxdur ki, Bakının ən gözəl və önəmli küçələrindən biridir. İçərişəhər ətrafı şəhər magistralının mühüm hissəsini təşkil edən İstiqlaliyyət küçəsinin böyük bir hissəsi həm də Bakı Şəhər Halqasına daxildir. Bakıda ilk çoxmərtəbəli bina burada tikilmiş (Mirzəbəyovun mədaxil evi), ilk park burada salınmış (Filarmoniya bağı), ilk heykəl burada ucaldılmış (Mirzə Ələkbər Sabirin heykəli) və ilk hərbi parad bu küçədə keçirilmişdir. Küçə ilk dəfə İmperator I Nikolayın şərəfinə Nikolayevski adlandırılıb. SSRİ dövründə küçə Kommunistiçeskaya adlandırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə küçənin adı növbəti dəfə dəyişdirilərək İstiqlaliyəət adlandırılıb. Memarlıq-planlaşdırma quruluşu və həcmli-məkan sistemi kimi İstiqlaliyyət küçəsi, Bakı şəhərinin özünəməxsus ensiklopedik şəhərsalma formasını təşkil edir.
Şərifzadə küçəsi
Abbas Mirzə Şərifzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunda küçə. Küçə məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru Abbas Mirzə Şərifzadənin adını daşıyır. Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinə kimi uzanır. Abbas Mirzə Şərifzadə küçəsi "Azərbaycan" nəşriyyatının sol cinahından başlayıb, Mətbuat prospekti və Həsən bəy Zərdabi küçəsinə paralel Respublika Kliniki Xəstəxanasına qədər uzanır. Yenidən qurulduqdan sonra eninə, hərəkət zolaqlarının sayına görə adı çəkilən prospektləri üstələyir, uzunluğu isə onların ikisi qədərdir. Abbas Mirzə Şərifzadə küçəsi Mətbuat prospektindən başlayır və Müzəffər Həsənov küçəsi ilə kəsişmədə bitir. İsfəndiyar Zülalov küçəsi İsmayıl Mürsəgülov küçəsi Yaşar Abdullayev küçəsi Mirzə Mehdiyev küçəsi Nazim Hikmət küçəsi 6-cı Salaxani küçəsi 7-ci Salaxani küçəsi Akim Abbasov küçəsi Kamal Rəhimov küçəsi Əsəd Əhmədov küçəsi Həmidov küçəsi Məhəmməd Xiyabani küçəsi Heydər Hüseynov küçəsi № 10 — Azad Azərbaycan TV № ? — AMEA Fiziologiya İnstitutu № 20 — Kaktus restoranı № 39 — ASAN xidmətin 3 saylı mərkəzi № 138 — CONNECT TV № 154a — "Bizim Market" № 158 — "Metro ticarət" № ? — Günəş petrol № 196 — Akademik M.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzi № 202 — "Zəngin süfrə" restoranı № 203 — Capsella pərdə-tül mərkəzi № 204 — 2 nömrəli Bakı Baza Tibb Kolleci № ? — AZPETROL № 241 — İctimai Televiziya № ?
Cavadxan küçəsi
Cavad xan
Qurbağa küçəsi
Navate mağaza küçəsi (縄手通り商店街, Navate Dori Şotenqay) – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən küçə. Qurbağa heykəlləri, qurbağa festivalı və qurbağalara həsr olunmuş məbədi səbəbi ilə Qurbağa küçəsi (かえる道, Kaeru miçi) kimi də tanınır. Metoba çayının sahilində yerləşən küçənin adı "nava no yoni naqay dote" (縄のように長い土手, azərb. "kəndir kimi uzun çay sahili"‎) sözlərinin qısaltmasından yaranmışdır. 2001-ci ildə küçədə yenidənqurma işləri aparılmışdır. Küçənin hekayəsinə görə Yapon Alp dağlarında yerləşən bu küçənin ərazisində Yaponiya üçün endemik qurbağa növü olan kacikaların böyük populyasiyası yaşayırdı. 1959-cu ildə baş verən tayfun mövsümü qeydə alınan ən pis tayfun mövsümlərindən biri olmuş, Yaponiyada bir çox yerdə daşqınlara səbəb olmuşdur. Bu daşqınlar nəticəsində Matsumoto şəhərinin yaxınlığında axan Metoba çayı daşmış, Navate və ətraf küçələri su basmışdır. Daşqından sonra kacika qurbağaları çayın yuxarı axınında yerləşən daha hündür yerə miqrasiya etmişdirlər. Yerli əhali daşqının fəsadlarını aradan qaldırsa da, qurbağalar bir daha qayıtmamışdır.
Rəqəmsal köçəri
Rəqəmsal köçəri — texnologiya və internetdən istifadə edərək uzaqdan işləyərkən sərbəst səyahət edən insanlar. Bu cür insanlar ümumiyyətlə, minimal maddi imkanlara malikdirlər və internetə daxil olmaq üçün Wi-Fi, smartfonlar və ya mobil giriş nöqtələrindən istifadə edərək, müvəqqəti yaşayış yerlərində, otellərdə, kafelərdə, ictimai kitabxanalarda, birgə iş yerlərində və ya səyahət avtomobillərində uzaqdan işləyirlər. Rəqəmsal köçərilərin əksəriyyəti özlərini proqramçılar, məzmun yaradıcıları, dizaynerlər və ya tərtibatçılar kimi təsvir edirlər. Bəzi rəqəmsal köçərilər daimi səyahətçilərdir, digərləri isə bu həyat tərzini yalnız qısa müddətə saxlayırlar. Bəzi köçərilər bir çox ölkəni gəzərkən, digərləri bir ərazidə qalırlar. Bəziləri avtomobildə yaşayarkən səyahət etməyi seçə bilər, bu da əsasən mikroavtobus həyatı kimi tanınan bir təcrübədir. 2020-ci ildə bir araşdırma, 10,9 milyon amerikalı işçinin özünü rəqəmsal köçərilər kimi təsvir etdiyini, bunun 2019-cu ilə nisbətən 49% artdığını göstərdi. İlk rəqəmsal köçərilərdən biri, 1983-cü ildən 1991-ci ilə qədər gecə düşərgə qurmazdan əvvəl gün ərzində danışmağa, yazmağa və hərəkətdə işləməyə imkan verən həvəskar radio və digər avadanlıqlarla təchiz edilmiş, kompüterləşdirilmiş uzadılmış velosipeddə ABŞ boyunca 10.000 mildən çox məsafə qət edən Stiven Roberts idi. Roberts Popular Computing jurnalında "yüksək texnologiyalı köçəri" kimi yer almışdır. "Rəqəmsal köçəri" termini 1990-cı illərin əvvəllərində kompüter şəbəkələrinin böyüməsi və notbuklar, planşetlər və PDA kimi mobil cihazların populyarlaşması nəticəsində mümkün olan yüksək texnologiyalı səyahət həyat tərzinin yeni növünü təsvir etmək üçün istifadə olunmağa başladı.
Basin küçəsi
Qış parkı və ya Qış bulvarı — Bakıda, Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsi və Mirzə Ağa Əliyev küçəsi arasında yerləşən park. Basin yaşayış arealının yerində salınan park 10 may 2013-cü ildə istifadəyə verilmişdir. Açılışında Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri iştirak etmişdir. Uzunluğu 1 km, eni 150 metr olan park, Heydər Əliyev Sarayından başlayaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qədər uzanır. Parkın sahəsi 7 hektardır. == Tarixi == Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri olmuş Cahangir Qocayevə görə "Qış bulvarı" ideyası "küləkdən gizlənməkdən" deməkdir. Bakı küləklər şəhəri olduğu üçün Dənizkənarı bulvarda ilin soyuq vaxtlarında vaxt keçirmək rahat olmur. Lakin yeni bulvarın tikiləcəyi yerdə isə isə adətən külək olmur. Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin qeyd etdiyinə görə, bulvarın salınması ideyası 1924-cü ildə Bakının yeni Baş planı tərtib edilən zaman yaranmış və planda öz əksini tapmışdır. Sonrakı illərdə şəhərin Baş planı bir neçə dəfə yenidən tərtib ediləndə də bu ideya saxlanılıb.
Barbar küçəsi
Barbar küçəsi (ing. Rue barbare) — 1984-cü ildə ildə istehsal olunmuş Fransa filmidir. Bu film Jan-Klod Van Dammın çəkildiyi ilk filmidir. Jan-Klod Van Damm epizodik rolda çəkilmişdir.