Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kamaləddin Kami Kamu
Kamaləddin Kami Kamu (15 sentyabr 1901, Bayburt – 6 mart 1948 və ya 6 mart 1949, Ankara) — Türkiyə şairi. == Həyatı == Öncəliklə bir qürbət və yalnızlıq şairi kimi tanınır. İşğal illərinin və istiqlal hərbinin şairidir. Qürbət mövzulu başlıca şeirləri bunlardır: "Qürbət", "Xəzan yolçusuna", "Qürbət gecələrində", "Əngində xatirələr". Parisdə olduğu illərdə də ölkəmizi özləmiş və oradakı qürbət duyğularını "Qürbətdə rənglər" şeirində tərənnüm etmişdir. Ümumən yalnızlıq içində keçmiş bir həyatı vardır. Onun bir başqa önəmli mövzusu eşqdir. 1926-cı ildə sevdiyi qızın nişan mərasimi keçiriləcəyi gün başqa birisi ilə bala gedəcəyini xəbər alır. Qısqanclıqdan dolayı ondan soyuyur və ayrılır. Bu durum onu ölənə qədər nakam eşqini tərənnüm edən dərdli bir eşq şairi edir.
Hamm
Hamm (alm. Hamm‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Arnzberq inzibati dairəsində şəhər. Sahəsi 226.43 km2, əhalisi 176 048 nəfərdir (2013).
Kami
Kami — şintoizmdə həyat üçün önəmli olan külək, yağış, ağac, dağ və bərəkət şəklinə girən ruh, başqa sözlə tanrı. Şintoizmdə kamilər təbiətdən ayrı sayılmır. Sintoistlər pis və yaxşı, neqativ və pozitiv xarakterlər təbiətdə şəkil alan kamilərdir. Onlar musubinin təzahürüdür. Sinto inancına görə kamilər kainat və enerjiylə bağlıdır. İnsanlıq üçün doğru çalışmaq nümünəvi hesab edilir. Sintoistlər kamilərin bu dünyada gizli olduğuna inanırlar.
Kamo
Kamo — Azərbaycan Respublikasının Xanlar rayonunun Yeni Zod kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Yeni Zod kənd inzibati ərazi-vahidi tərkibindəki Kamo kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
AMM
Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) - əsas məqsədi azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, gənclərin təhsilə marağının artırılması, azərbaycanlıların mədəniyyətinin, tarixinin, ədəbiyyatının təbliğini aparan, Gürcüstanın Marneuli şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Mərkəz 2006-cı ildə indiki sədri Fazil Həsənovun Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Gürcüstan Respublikasının prezidenti Mixail Saakaşvilinin Marneulidəki görüşləri zamanı müraciətindən sonra yaranmışdır. === Fəaliyyəti === Azərbaycanlılarn Mədəniyyət Mərkəzinin nəzdində sistematik gürcü dilöyrətmə və kompüter kursları fəaliyyət göstərir. Eləcə də, mərkəzin nəzdində "Sarvan" folklor rəqs qrupu fəaliyyət göstərir. Qrupun bədii rəhbəri Cəmilə Məmmədovadır, xoreoqrafı isə Nino Lomidzedır. Qrupun repertuarında azərbaycan və gürcü milli rəqsləri var. Gürcüstanda yaşayan etnik azlıqlar (Gürcüstan, Ukrayna, Estoniya, Ermənistan və s) arasında keçirilən Global Peace Festivalda qrupun solisti Aygün Həsənova milli rəqs "Sarı gəlin"i ifa edərək 1 yer qazanmışdır. Bundan əlavə, "Open new world 2009" yarışmasının solo nominasiyasında "Sarı gəlin" rəqsi 1-lik qazanmışdır, qrup nominasiyasında isə "Nazilə" rəqsini ifa edərək Sarvan qrupu 2 yerə sahib olub. === KİV === Azərbaycanlıların Mədəniyyət Mərkəzi qəzet və jurnal nəşri ilə məşquldur. "Region press" qazeti artıq ayda 3 dəfə oxucuların qarşısına çıxır, qazetdə gənc qələmlərin yazılarına və hüquq məsləhətlərinə rublika ayrılıb.
Alber Kamü
Alber Kamü (fr. Albert Camus; 7 noyabr 1913[…], Dreön, Fransa Əlcəzairi[d], Fransa – 4 yanvar 1960[…], Villeblevin[d], Yonna, Fransa[…]) — fransız filosof, yazıçı və jurnalist. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə Yad, Taun, Sizif haqqında mif, Çöküş və Üsyan daxildir. Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdir. O, Fransa vətəndaşı idi. Kamünün uşaqlığı kasıb bir məhəllədə keçmiş və daha sonra Əlcəzair Universitetində fəlsəfə təhsili almışdır. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və çoxlu mühazirələr deməyə başladı.
Etel Kama
Etel Kama (7 avqust 1992-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Kama 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Hans Kalm
Hans Kalm (21 aprel 1889 – 1 fevral 1981, Yüvəskülə, Mərkəzi Finlandiya) — Rusiya imperiyası, Finlandiya və Estoniya ordularında xidmət etmiş eston əsgər. == Birinci Dünya müharibəsi və Finlandiya vətəndaş müharibəsi == Kalm Vilyandimaanın Kotsama kəndində fermer ailəsində dünyaya göz açmışdır. Onun soyadı fin-uqor dilində "ölüm" mənasına gələn "kalma" sözündən gəlir. Ailə əfsanəsinə görə, Kalmın ulu babalarından biri Qara ölümdən qaçmaq üçün sahildən çox uzaqda qəbiristanlıq kimi istifadə olunan adada gizlənmiş və bu səbəbdən sadını dəyişdirmişdir. Kalm 1914-cü ildə Rusiya İmperiya Ordusuna yazılmışdır və Birinci Dünya müharibəsində Riqa körfəzində döyüşmüşdür. 1917 Rusiya inqilabından sonra o, Finlandiyaya qaçdı və Ağ Qaravullara qoşuldu. Kalm 1918-ci ildə Finlandiya vətəndaş müharibəsində Ahtari və Evodan iki parkı qoruyan keşikçilərdən ibarət, çoxusu da tələbə olan batalyona rəhbərlik etmişdir. Kalmın batalyonunun mart ayında Kuhmoynen bələdəyyəsinə bağlı Harmoynen kəndindəki Qırmızı Qaravulların sanatoriyasına hücum edərək, 11 yaralı əskəri və 2 tibb bacısını öldürməsi onları məşhurlaşdırdı. Lahti döyüşündən sonra onun batalyonu Hennala düşərgəsinə nəzarət etməyə başladı. May ayında qısa bir müddət ərzində 200-ü qadın döyüşçü olmaqla, 500 Qırmızı məhkum edam edildi.
Hisao Kami
Hisao Kami (d. 28 iyun 1941) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib.
Kama Sutra
Kama Sutra (sanskr. कामसूत्र) — Hind mədəniyyətində cinsi əlaqənin növləri və üsulları haqqında müxtəlif tipli məlumatların verildiyi kitab. Kama Sutra sözü sanskrit dilində olan kama (azərb. zövq‎) və sutra (azərb. kitab‎) sözlərinin birləşməsindən yaranmış, tam tərcüməsi "zövqün kitabı" deməkdir. Kama Sutra anlayışı müxtəlif mənbələrdə müxtəlif şəkildə təqdim olunmuşdur. Bəzi mənbələrdə Kama Sutra Hind yaşayış tərzidir. Digər mənbələrədə isə Kama Sutra cinsi əlaqənin rahat yollarını göstərən məlumatlandırıcı kitab kimi göstərilmişdir. Kama Sutra Hindistan mədəniyyətində mühüm yer tutur və bir çox tarixi yazılarda cinsi təlim kimi göstərilir. Kama Sutra kitabında əsas məqsəd kimi qadın və kişi arasında yaşanan cinsi həzzi mümkün olduğu qədər yaxşılaşdırmaq məqsədi öndə durur.
Kama çayı
Kama (udm. Кам, tatar. Чулман) — Rusiyanın Avropa hissəsindən axan çay. Volqa çayının sol və böyük qolu. Hazırda Kamanın uzunluğu 1805 km təşkil edir. Bununla belə Kuybışev su anbarının tikintisi ilə onun uzunluğu 2030 kilometrə çatmasına səbəb olmuşdur. Çay ümumilikdə 74 718 qol qəbul edir. Onun hövzəsinin sahəsi 521 000 km² təşkil edir. == Adı == Çayın adı uqro-fin dillərindən əmələ gəlməsi ehtimal edilir. Müasir formasına gəldikdə Udmurt dilində udm.
Kamam (Soyuqbulaq)
Kamam (fars. كامم‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (16 ailə).
Kami Kreyq
Kami Kreyq (21 iyul 1987, San-Luis-Obispo[d], Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kami Kreyq, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Kami Kreyq, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu. Kami Kreyq, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Kamp Nou
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. == Tarixi == 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.
Meri Tamm
Meri Tamm (ing. Mary Tamm; 22 mart 1950, Bredford – 26 iyul 2012, London) - eston əsilli Böyük Britaniya aktrisasıdır. Meri Tamm xərçəng xəstəliyindən 18 ay mübarizə apardıqdan sonra 26 iyul 2012-ci ildə vəfat etmişdir. Onun dəfnindən sonra həyat yoldaşı Markus Rinqrouz ürək tutmasından vəfat edir.
Mustafa Kama
Mustafa Kama (28 yanvar 1992) — Seneqallı taekvondoçu. Mustafa Kama Seneqalı 2017-ci ildə XXIII Taekvondo üzrə Dünya Çempionatında təmsil etdi. Mustafa Kama birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Taekvondo üzrə Dünya Çempionatında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Malinin nümayəndəsi Adama Ballo üzərində 13:10 hesabı ilə qalib gəlsə də, növbəti mərhələdə Albaniyanın nümayəndəsi Elord Qyana ilə üz-üzə gəldi və rəqibinə 8:11 hesabı ilə uduzdu.
Nou Kamp
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.
Takeşi Kamo
Takeşi Kamo (8 fevral 1915 - 26 mart 2004) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Van Damm
Jan-Klod Van Damm (ing. Jean-Claude van Damme; 18 oktyabr 1960, Berkem-Sent-Aqat[d]) — Belçika (flamand) mənşəli ABŞ aktyoru, ssenaristi, prodüseri, montajçısı, bodibilderi, döyüş sənəti ustası və yazıçısı. Döyüş sənəti aksiyon filmləri ilə məşhurdur. Jan Klod Van Damm 18 oktyabr 1960-cı ildə Belçikanən paytaxtı Brüsseldə holland (flamand) əsilli ailədə anadan olmuşdur. Onun atası mühasib olmaqla bərabər, həm də gül dükanının sahibi idi. 10 yaşından başlayaraq karateyə gedir. Stilləri Shōtōkan Karate və Kikboksinqdən ibarət idi. 18 yaşında Avropa çempionu olaraq qara kəmər qazanır. 16 yaşından başlayaraq əlavə olaraq, beş il baletə məşğul olmağa başladı. Van Damm 1978-1979-cu illərdə Peşəkar Avropa Karate Federasiyasının orta çəki üzrə çempionu olmuşdur.
Vladislav Kaim
Vladislav Kaim (27 sentyabr 1995) — Moldovalı iqtisadçı və jurnalist, BMT Baş Katibi yanında İqlim Dəyişikliyi üzrə ilk Gənclər Məsləhət Qrupunun üzvü. Gənclər üçün ekoloji cəhətdən təmiz və layiqli iş yerlərinin yaradılmasına, beynəlxalq ticarət və miqrasiya sahəsində dərin biliklərə yiyələnməsinə çağırması ilə tanınır. Vladislav Kişinyovda (Moldova) anadan olub. 2018-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Bitirdikdən sonra Malmöyə (İsveç) köçür, daha sonra 2019-cu ildə Lund Universitetində magistr proqramına daxil olur. 2013-2017-ci illərdə Kişinyovda Business Class iqtisadi jurnalında çalışıb və burada Avropa futbolu ilə bağlı aylıq rəylər yazıb. MDBMİ-da o, Dayanıqlı İnkişaf Məqsədləri Forumunun təsisçilərindən biri olmuşdur. 2018-ci ilin oktyabr ayından 2019-cu ilin iyul ayına qədər Malmö Universitetinin “UF Malmö - Xarici İşlər Assosiasiyası” tələbə birliyində çalışmışdır. 2019-cu ildə o, iqlim dəyişikliyinə və onun ölkələrin iqtisadiyyatlarına təsirinə diqqət yetirməyə başlayır. 2020-ci ilin yanvar-iyul aylarında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında işləyib.
Şoqo Kamo
Şoqo Kamo (12 dekabr 1915 - 14 sentyabr 1977) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kamo Akvariumu
Kamo Akvariumu (加茂水族館, Kamo Suizokukan) – Yaponiyanın Yamaqata prefekturasının Tsuruoka şəhərində yerləşən akvarium. Dünyada ən böyük meduzariumudur. Dünyanın ən zəngin meduza kolleksiyasına malik yer kimi 2012-ci ildə Ginnesin Rekordlar Kitabına düşmüşdür. == Tarixi == 1930-cu ildə Yamaqata Prefektura Akvariumu kimi açılmışdır. Populyar yerlərdən birinə çevrilən akvarium ildə 200 mindən çox ziyarətçi cəlb edirdi. 1960-cı illərin ikinci yarısında akvarium yeni binaya köçürülmüş və Kamo Akvariumu adı ilə yenidən açılmışdır. Lakin 1990-cı illərin ikinci yarısında ziyarətçi sayı 100 minə düşmüşdür. Asiya dırnaqsız samuru və digər populyar dəniz canlılarının sərgilənməsi əvvəlki populyarlığı qaytara bilmirdi. 2000-ci illərdə akvarium meduzaların sərgilənməsinə əhəmiyyət verməyə başladıqdan sonra yenidən tanınmağa başlanmışdır. 2003-cü ildə meduzaların çoxaldılması üçün Tsuruoka Meduza Laboratoriyası yaradılmışdır.
İqor Tamm
İqor Tamm - İqor Yevgenieviç Tamm ( 8 iyul, 1895 il, Vladivostok - 12 aprel 1971 il, Moskva) - sovet nəzəri fiziki, Nobel mükafatı laureatı (1958) Совместно с П. А. Черенковым и И. М. Франком. ↑ Показывать компактно, SSRİ Elmlər Akademiyasının akademiki (1953il). Sosialist Əməyi Qəhrəmanı (1954il). İki Stalin mükafatı laureatı. 8 iyul 1895-ci ildə Vladivostokda mühəndis Yevgeni Fedoroviç Tamm (millətcə alman) və Olqa Mixaylovna Davıdovanın ailəsində anadan olub. Krım tatarının və ukraynalının nəvəsi (İqor Tammın anası Olqa Mixaylovna Davıdova, ana tərəfdən əcdadı Kobılyanski ailəsinə mənsub idi, Zaporojya Seçinin siqaret çəkən atamanının Krım xanı Gireyin qızı ilə evləndirilib) . 1898-ci ildə valideynlərinin ailəsi ilə birlikdə Yelisavetqrada (indiki Kropivnitski, Ukrayna) köçdü, İqorun atası uzun illər burada "şəhər mühəndisi" işlədi: su təchizatı və şəhər elektrik stansiyasının tikintisinə nəzarət etdi. 1901-ci ildə İqorun kiçik qardaşı Leonid doğuldu, o, sonradan SSRİ Ağır Sənaye Xalq Komissarlığının Azot Sənayesi Baş İdarəsinin baş mühəndisinin müavini oldu (o, 1937-ci il mayın 28-də döyüşlərdə əksinqilabi trotskiçi-zinovyev terror təşkilatında iştirakı ittihamı ilə güllələndi). Yelisavetqradda gimnaziyanı bitirdikdən sonra İqor Tamm Edinburq Universitetində təhsil alıb. Birinci Dünya Müharibəsi başlamazdan əvvəl o, Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinə keçdi və 1918-ci ildə oranı bitirdi və fizika diplomu aldı.
Kamo Vardanyan
Kamo Vardanyan (18 mart 1966, Noraşen, Hadrut rayonu) — general-mayor. Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri (2021). == Həyatı == Kamo Baxaturoviç Vardanyan 18 mart 1966-cı ildə Martuni rayonunun Noraşen kəndində anadan olub. Norşen kəndindəki orta məktəbdə oxuyub. 2006-cı ildə Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Silahlı Qüvvələrin Akademiyasını bitirib. 2019-cu ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. 1992-ci il fevralın 1-dən Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunda xidmət edir. 1992–2012-ci illərdə ordunun müxtəlif hərbi hissələrində taqım komandiri, taqım komandirinin müavini, tabor komandirinin müavini — qərargah rəisi, tabor komandiri, hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri, komandir müavini kimi vəzifələrdə çalışıb. 2007–2012-ci illərdə orduda alpinistlər birliyinin komandiri idi. 2012-ci il noyabrın 12-də Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu Baş Qərargah rəisinin birinci müavini təyin edilib.
Kamo Ağacanyan
Kamo Ağacanyan (13 dekabr 1971, Edilli, Hadrut rayonu) — dövlət və hərbi xadim, general-leytenant, Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş polis rəisi (25 mart 2013 – 6 iyun 2018), MTN-in direktoru (29 may 2020–22 dekabr 2020). == Həyatı == 1971-ci il dekabrın 13-də Edilli kəndində anadan olub. 1989–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib. 1997-ci ildə Abovyan şəhərinin "Qriqor Narekatsi" Universitetinə daxil olmuş və 2001-ci ildə bitirmişdir. 1991-ci ildən könüllü olaraq Artsaxın azadlığı uğrunda mübarizəyə qoşulmuş, Edilli, Hadrut rayonu, Mardakert rayonu, Kəlbəcər rayonunun işğal edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 1992-ci il fevralın 1-də Dağlıq Qarabağ Respublikası Silahlı Qüvvələrinin Uxtadzor dəstəsinin komandiri, 1993-cü il fevralın 1-dən isə müdafiə bölgəsi komandirinin müavini, sonra isə komandir təyin edilib. 1994-cü il yanvarın 4-də döyüş əməliyyatları zamanı yaralanmış, sağaldıqdan sonra sıralarına qayıtmışdır. 2016-cı ilin 4 günlük, 2020-ci ilin 44 günlük müharibəsində fəal iştirak edib.