Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaplan
Bəbir və ya Qaplan (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır.
Fanya Kaplan
Fanni Yefimovna Kaplan (əsl adı: Feyqa Haimovna Roytblat; 10 fevral 1890 – 3 sentyabr 1918, Moskva) — Vladimir Leninə sui-qəsd etməyə cəhd etdiyi iddia edilən Sosialist İnqilabçılar Partiyasının üzvü. Bolşeviklər Fanyanın mənsub olduğu partiyanın fəaliyyətini qadağan etdikdən sonra bir Sosialist İnqilabçı kimi Kaplan Leninə "inqilab xaini" kimi baxmağa başladı. O, 30 avqust 1918-ci ildə Moskvadakı zavodlardan birindən çıxmaqda olan Leninə üç dəfə atəş açaraq onu ağır yaralayır. Çeka tərəfindən dindirilən Kaplan hər hansı iştirakçının adını çəkməkdən imtina edir və sentyabrın 3-də güllələnir. Kaplanın sui-qəsd cəhdi və Moisey Uritskinin qətli 28 oktyabr 1917-ci ildə ölüm cəzasını ləğv edən Sovet hökumətini bu institutu yenidən bərpa etməyə təhrik etdi. == Həyatı == Kaplanın adı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Qadın katorqasında adlı xatirələrində Vera Fiqner onu Feyqa Haimovna Roytblat-Kaplan deyə adlandırır. Digər mənbələrdə soyadının Roytman olduğu qeyd olunur. Ona bəzən "Dora" da deyirdilər.Kaplan yeddi uşaqlı yəhudi ailəsində böyüyüb boya-başa çatmışdır. O, hələ erkən yaşlarından siyasi inqilabçı olmuş, sosialist qrup olan Sosialist İnqilabçılar Partiyasına qoşulmuşdu.
Mehmet Kaplan
Mehmet Qaplan (türk. Mehmet Kaplan; 18 iyul 1971, Qaziantep) — Türkəsilli İsveçli siyasətçi. İsveç Parlamentinin millət vəkili. Yaşıllar Partiyasının Məclis qrup sədri və idarə heyətinin üzvü. == Həyatı == Bir yaşında olarkən ailəsi İsveç Krallığına köçüb. 1992-ci ildə Krallığın Texnologiya İnstitutunun şəhər planlama və ətraf üzrə ixtisasından təhsil alıb. 1995-ci ildə Stokholm Unveristetinin siyasi elmlər və psixologiya üzrə təhsil alıb. Türk, isveç və ingilis dillərini bilir. === Ailəsi === Evlidir. İki övladı var.
Canet Kaplan
Canet Kaplan — 1958-ci ildə doğulmuşdur. Amerikalı şair və professor olan Canet Kaplan eyni zamanda dörd tammetrajlı kitabın müəllifidir: The Groundnote (Alice James Books, 1997), The Glazier's County, Fordham University Press' 2003 Poets Out Loud Mükafatı, Xeyriyyəçinin Dreamlife: Nəsr Şeirləri və Nəsr Sonnetləri. , 2011 Ernest Sandin Mükafatı (Notre Dame Press Universiteti) və Ecotones (Eyewear Ltd., 2021-ci ildə gözlənilir) qalibi. Onun mükafatlarına Yaddo, Virciniya Yaradıcı İncəsənət Mərkəzi və İllinoysdakı Ragdale Fondunda təqaüdlər daxildir. O, Bronx İncəsənət Şurasının Poeziyada Mükəmməlliyə görə BRIO Mükafatını və Nyu York İncəsənət Poeziya Təqaüdü Fondunu almışdır. 2011-ci ildə onun məhdud sayda olan Ascending Descending (BroBroo Books) broşürü soprano Martin Hennessy tərəfindən mahnı silsiləsində operaya uyğunlaşdırılmışdır. 2011-ci ildə onun məhdud sayda olan Descending Ascending (BroBroo Books) adlı kitabçası soprano Martin Hennessy tərəfindən mahnı silsiləsində operaya uyğunlaşdırılmışdır. == Təhsili == Amerikan yazıçısı Canet Kaplan Lehman Kollecində və Kolumbiya Universitetində təhsil almışdır. == Karyerası == Bir neçə il Kaplan Fordham Universitetində iqamətgahda şair kimi çalışmışdır. Hal-hazırda o, beynəlxalq rəqəmsal ədəbiyyat jurnalı olan AMP-nin redaktoru olduğu Hofstra Universitetində şeir və yaradıcı yazıdan dərs deyir.
Kalan
Kalan (Vərziqan) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kalan məscidi — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Poi-Kalan — Kalan minarəsinin aşağısında yerləşən memarlıq ansamblıdır.
Mehmet Kaplan (siyasətçi)
Mehmet Qaplan (türk. Mehmet Kaplan; 18 iyul 1971, Qaziantep) — Türkəsilli İsveçli siyasətçi. İsveç Parlamentinin millət vəkili. Yaşıllar Partiyasının Məclis qrup sədri və idarə heyətinin üzvü. == Həyatı == Bir yaşında olarkən ailəsi İsveç Krallığına köçüb. 1992-ci ildə Krallığın Texnologiya İnstitutunun şəhər planlama və ətraf üzrə ixtisasından təhsil alıb. 1995-ci ildə Stokholm Unveristetinin siyasi elmlər və psixologiya üzrə təhsil alıb. Türk, isveç və ingilis dillərini bilir. === Ailəsi === Evlidir. İki övladı var.
Anna Qaplan
Anna Qaplan və ya Anna Monahemi - əslən Təbriz yəhudilərindən olan ABŞ siyasətçisi. Anna Qaplan 2018-ci ilin 6 noyabrındakı seçkilərdə VII dairədən qalib gələrək Nyu-York Senatına seçilmişdir.Qaplan Təbriz şəhərində anadan olmuşdur. İran İslami İnqilabı zamanı ailəsi təhlükəsizlik üçün ABŞ-yə köçmüşdür. O, Amerika iranlılarından Nyu-Yorkun qanunverici orqanlarına seçilə bilən ilk şəxsdir. == Həyatı == Qaplan Təbriz şəhərində İran yəhudisi olan ailədə anadan olmuşdur. Atası xalça ticarəti ilə məşğul olmuşdur. İran İslam inqilabından sonra Qaplan 13 yaşında olarkən valideynsiz uşaq qaçqın kimi İranı tərk etmiş və Bruklinə köçmüşdür. Sonra Çikaqo şəhərində bir ailə tərəfindən qıbul edilmişdir. Valideynləri İrandan xilas ola bildikdən sonra ABŞ-də ailəsi ilə birləşmiş və Nyu-Yorkda yaşamağa başlamışdır. == Ailəsi == Evlidir.
Coşua Kallan
Coşua Kallan (8 aprel 1991) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Coşua Kallan Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Coşua Kallan 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.726 saniyəlik nəticəsi ilə 44-cü yeri tutdu.
Daniela Karlan
Daniela Karlan (18 sentyabr 1980, Sibiu, Rumıniya) — Rumıniyanı təmsil edən marafonçu. Daniela Karlan Rumıniyanı 2004 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Daniela Karlan birinci dəfə Olimpiya Oyunlarına 2004-cü ildə qatıldı. Həmin il Afinada baş tutan yarışlarda Daniela Karlan 20 km. məsafəyə qaçış yarışlarında 1 saat 37 dəqiqə 14 saniyəlik nəticə ilə 57 atlet sırasında 37-ci yeri tutdu. Daniela Karlan növbəti Olimpiadasına 12 il sonra, 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Kalan (Germi)
Kalan (fars. كلان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 456 nəfər yaşayır (70 ailə).
Kalan (Kəleybər)
Kalan (fars. كلان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (17 ailə).
Kalan (Vərziqan)
Kalan (fars. كلان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (14 ailə).
Kalan məscidi
Kalan məscidi (özb. Masjidi Kalon, fars. مسجد کلان‎ — Ulu məscid) — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Orta Asiyada qorunub saxlanılan Cümə məscidlərindən Bibixanım məscidindən sonra ikinci ən böyük məsciddir. Tutumu 12000 nəfərdir. == Tarixi == Arxeoloji araşdırmalara görə, indiki məscidin altında daha iki qalığı var. Qalıqlardan biri Arslan xanın (1102—1130) binasıdır. Arslan xan məscidi mövcud bina ilə eyni ölçülərə sahib idi. 1399-1404-cü illərdə Səmərqənddəki Bibixanım məscidi tikilənə qədər Mavəraünnəhrdə ən böyük məscid idi. İkinci məscid XII əsrin I rübündən XIV əsrin ortaları qədər, eyni tipdə idi, ancaq tamamilə kərpicdən düzəldilmişdi.
Poi-Kalan
Poi Kalan (özb. Poi Kalon аnsambli) — Kalan minarəsinin aşağısında yerləşən memarlıq ansamblıdır. Kompleks XII-XVI əsrlərdə tikilmiş üç tikildən ibarətdir: Kalan minarəsi, Kalan məscidi və Miri Ərəb mədrəsəsi. Poi Kalan təntənəli Registan meydanında yerləşir və Buxaranın mərkəzi memarlıq ansamblıdır. == Tarixi == Minarəli məscid VIII əsrdə ərəblər tərəfindən Mavəraünnəhr fəth etdikdən bəri,şəhər qalasının ətəyində Buxarada yerləşir. XII əsrdə Arslan xan şəhərin yenidən möhtəşəm şəkildə qurulmasını düşündü: Bu-Lays küçəsində yerləşən şəhər sarayını sökdü, o vaxta qədər xarabalığa çevrilmiş və şəhər məscidini köçürən qalayı yenidən yaratdı. Qaladan təxminən yüz əlli metr cənub-şərqdə yeni məscid tikilir və üzərində də minarə tikilir. Minarə, Əbu Bəkr Narşahinin ifadəsinə görə "gözəl hazırlanmış", lakin çox kövrək idi: inşaat başa çatdıqdan dərhal sonra minarə məscidin üzərinə düşür və onun üçdə ikisini məhv edir. 1121-ci ildə yeni bir məscid, 1127-ci ildə isə bu günə qədər gəlib çatmış minarə tamamlandı. Arslan xan məscidinin yerində, indiki Kalan məscidi XV əsrdə tikilib, binanın fasadındakı kitabədə deyildiyi kimi bəzədilməsi 1514-cü ildə tamamlanıb.
Kaptan-ı dərya
Kaptan-ı dərya (Osmanlı türkcəsi: کاپیتان دریا, Kapitan-i Derya) — Osmanlı imperiyasında Donanmanın başçısına verilən hərbi statusdur. 16. əsrin ortalarına qədər bəylərbəyi rütbəsi, o tarixlərdən sonra vəzir kaptan-ı dəryaların (və ya Kaptanpaşa) önəmi, Osmanlı imperiyasının dənizləri aşması və Aralıq dənizi sahillərindəki fəthlər çoxaldıqca artdı. Divan-ı Hümayüna üzv olaraq qatılmalı, Osmanlı imperiyasının dəniz əyalətləri adlanan əyalətlərini (Əlcəzair, Tunis, Trablusqarb və ya Tripolitaniya, Aralıq dənizi adaları) şəxsən özü və ya təyin etdiyi dənizçi paşalar vasitəsilə idarə edirdi. Keçmişdə indiki Çanaqqala ərazisində, sonralar isə İstanbulun Kasımpaşa səmtində yaşayan və limanın təhlükəsizliyindən məsul olan Kaptan-ı dərya statusu Tənzimat dövründə ləğv olunmuşdur. İlk Osmanlı dəryabəyləri sancaqbəyliyi də edirdilər. Osmanlı dəniz qüvvələri İzmitdən Gəliboluya köçürüldükdən sonra dəryabəylərinə kaptan-ı dərya deyilməyə başlanmışdır. II. Mehmed dönəmində donanma gücləndirilərək ordu vəziyyətinə gətirilmiş, bununla da kaptan-ı dəryaların vəzifələri də artdırılmışdır. 1533-1534 tarixlərində Cəzir-i Bahr-i Səfid və Cəzair-i Qərb vilayətləri birləşdirilərək Kaptanpaşanın idarəsinə verilmişdir. Ancaq kaptan-i dəryalığın bu qədər yüksəlməsi əlbəttə ki, Barbaros Xeyrəddin Paşanın bu vəzifəyə gətirilməsi ilə bağlıdır.
II Qaplan Gəray
II Qaplan Gəray (1739 – 1771) — XXXXV Krım xanı.1739-cu ildə doğuldu. Krım xanı II Səlim Gərayın oğludur. Arslan Gərayın və Krım Gərayın ikinci səltənətlərində nurəddin ünvanı almışdır. Davam edən Rusiya-Osmanlı müharibəsi əsnasında vəzifəyə gətirilən, ancaq yerli bəylərin dəstəyini qazana bilməyən IV Dövlət Gərayın vəzifədən alınmasının ardından 1770-ci ilin martında Krım xanlığına gətirildi. Dərhal topladığı tatar süvariləriylə cəbhəyə yollansa da, burada hərbi uğur qazana bilmədi və Krıma geri göndərildi. Tabeliyindəki noqayların rusların tərəfinə keçməsinin ardından baş verə biləcək hər hansı bir hücuma qarşı səfərbərlik elan etdi və müharibəyə hazırlıq işləri gördü. Buna baxmayaraq ruslardan gələn muxtariyyət təkliflərini də dəyərləndirdiyi bilinir. Müharibənin mühüm zamanaında Krım xanının rusların tərəfinə keçməsindən çəkinən Sultan Mustafa dərhal onu vəzifədən uzaqlaşdırdı (noyabr 1770). Yerinə isə sabiq Krım xanlarından III Səlim Gəray ikinci dəfə hakimiyyətə gətirildi. İstanbula çağırılan Qaplan Gəray dərhal sürgün edildi.
I Qaplan Gəray
I Qaplan Gəray (Krım Tatarcası I Qaplan Geray; 1678, Krım – 1738, Çeşmə, İzmir ili) — Gəraylar sülaləsindən olan Krım xanı (1707–1708, 1713–1715, 1730–1736), Krım xanı I Səlim Gərayın oğlu. Fasilələrlə 9 il Krım xanlığını idarə edib. 1699-cu ildən 1743-cü ilə qədər ən çox hökmranlıq edən O, I Səlim Gərayın altı oğlundan biri idi. İlk hakimiyyəti dövründə kabardalılar tərəfindən məğlub edilib. Balkanlarda hərbi əməliyyatlarda Osmanlı imperiyasına tam dəstək vermədikdə ikinci hökmranlığı başa çatdı. Onun üçüncü hakimiyyəti dövründə Rusiya Krıma hücum edib paytaxtı yandırdı. == Həyatı == Qaplan Gəray 1678-ci ildə Krım xanı I Səlim Gərayın ailəsində anadan olub. Qaplan Gəray I Səlim Gərayın altı oğlundan biri idi. 1695–1699-cu illərdə sultan (hakim sülalənin üzvləri Krımda sultan adlanırdı) Qaplan Gəray Kuban qoşununun sərəskəri idi. O, atasının dördüncü hakimiyyəti illərində (1702–1704) nurəddin vəzifəsini daşıyırdı, sonra Qazi III Gəray dövründə də (1704–1707) eyni vəzifəni yerinə yetirib.
Kamran Fərəcov (Kapitan)
Kamran Qılman oğlu Fərəcov (14 yanvar 1978; Astara rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Fərəcov 1978-ci il yanvarın 14-də Astara rayonunun Səncərədi kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kapitanı olan Kamran Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Fərəcov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Astara rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Akvaplan
Akvaplan — su idmanında işlədilən kiçik taxta sal. Motorlu qayığın yedəkdə çəkdiyi akvaplan suyun üzəri ilə şütüyür. Ən əlverişli sürəti saatda 30–40 kilometrdir. İdmançı akvaplanda, dizləri azca bükülmüş halda, ayaq üstə dayanaraq qayığa bağlanmış 10–15 metrlik kəndirdən tutur. Akvaplan gedərkən idmançı müxtəli gimnastika hərəkətləri edir.Akvaplanlar ilk dəfə 1914-cü ildə Birləşmiş Krallıqda peyda olmuşdur və indi nisbətən nadirdir. Akvaplaninqin müasir analoqu, idmançının əlində çəpərli qayığın arxasına çəkilən diskoplandır.
Kaftan
Kaftan — uzunətəkli, qollu geyim növü. Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olub və bir sıra xalqlara da onlardan keçmişdir. == Tarixi == Əslən farsca həftan, qabağı açıq, dik və ya aşağı yaxalı, müxtəlif rəngli qiymətli parçalardan tikilmiş, daha çox daş-qaşla bəzədilmiş və ya naxışlı üst paltarın adıdır. Belinə qədər kəmərli və düyməli nümunələr də var. Ərəb mənbələrində “burde”,“şəmlə”,“hamisə”,“nəmirə”,“əba”,sözləri ilə ifadə edilir. Köhnə və Yeni Əhdi-Cədiddə kaftan müxtəlif hallarda xatırlanır. Əhdi-ətiqə görə, Allah Adəm və Həvvaya dəri paltar geydirdi, Əyyub peyğəmbərin övladları vəfat edəndə və malı dağıdıldığında, paltarını cıraraq, ona təsəlli verməyə gələn üç dostu paltarlarını cırıb yeddi gün yeddi gecə danışmadan onunla birlikdə oldular. Üzərində hökmdarın adı və ya şüarı olan, sənətkarlıq tikmələri ilə bəzədilmiş və xüsusilə zolaqlı haşiyələrlə bəzədilmiş kaftanların (tirazın) hökmdar tərəfindən kiməsə əvəzsiz hədiyyə edilməsinə “kaftan/hil taxmaq” deyilir. == Peyğəmbər dövründə istifadəsi == Cümə və bayram namazlarında qırmızı kaftan geyən Hz.Peyğəmbərin kaftanları arasında qalın kənarları olan Nəcran toxuması, dar qollu Şam işi və müxtəlif rənglərdə Yəmən istehsalı olanlardan əlavə, bir qadının şəxsən toxunduğu və hədiyyə etdiyi kaftan da var idi. Hz.
Kalanq
Kalanq (ing. Kallang River, çin. 加冷河) — Sinqapurda çay. Çay öz başlanğıcını Aşağı Pirsa su anbarından götürür. Kalanqanın mənsəbi Sinqapur boğazıdır. Uzunluğu 10 km olan Kalanq Sinqapurun ən uzun çayıdır. == Tarixi == Kolonializm dövrünə qədər Sinqapurun yerli əhalisi bataqlaşmış Kalanqa çayı mənsəbində yaşayırdı. Əsas məşğuliyyəti balıqçılaq olsada nadir hallarda açıq dənizə çıxardılar. 1819-cu ildə adaya Stemford Rafflz yan almış və adanın o zamanlar kı əhalisindən yarısı aborigenlər idi. İlk zamanlar Kalanq çayı Sulavesi adasından olan tacirlərin yük boşaltma yeri idi.
Kalkan
Kalkan — Türk soyadı.
Kamlar
== Kamlar == Kamlar-moren sahələrinin flüvioqlyasial relyef forması olub, planda oval, girdə və ya qeyri- düzgün, lakin dəyirmi formalı, çeşidlənmiş laylı qum-çınqıl materiallarından təşkil olunmuş, nisbi yüksəkliyi 6-12, nadir hallarda qruplar şəklində yerləşərək “kam relyefi”ni əmələ gətirirlər. Kamlar arası çökəkliklərdə göl və bataqlıqlar yerləşir. Kamlar Kareliyada, Leninqrad, Moskva, Tver vilayəti ərazilərində geniş yayılmışdır.
Kampilan
Kampilan,Filippin adalarındaki müxtəlif etnik qrupların istifadə etdiyi tək kənarlı uzun bir qılınc növüdür.
Kamran
Kamran — Azərbaycanlı kişi adı.
Kapitan
Kapitan (hərbi rütbə) — hərbi zabit rütbəsi. Kapitan (futbol) — bir futbol komandasının sahə içində lider olaraq seçilmiş olan oyunçusu. Kapitan (film, 1971) — 1971-ci ildə istehsal olunmuş Almaniya filmi. Kapitan Amerika — super qəhrəman personajı. Gəmi kapitanı — gəmi kollektivində ən yüksək vəzifə.
Kapral
Kapral (alm. kарrаl‎, <fr. сароrаl < it. caporale - "komandir") — komanda rəisi; bəzi ölkələrin silahlı qüvvələrində kiçik zabit heyətində hərbi rütbə və ən aşağı unter-ofiser (serjant) rütbəsi.
Qaslan
Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Aminabad-i Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Bağlan
Bəğlan vilayəti