II Qaplan Gəray (1739 – 1771) — XXXXV Krım xanı.[1]
II Qaplan Gəray | |
---|---|
mart 1770 – noyabr 1770 | |
Əvvəlki | IV Dövlət Gəray |
Sonrakı | III Səlim Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1739 |
Vəfat tarixi | 1771 |
Vəfat səbəbi | taun |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | II Səlim Gəray |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
1739-cu ildə doğuldu. Krım xanı II Səlim Gərayın oğludur. Arslan Gərayın və Krım Gərayın ikinci səltənətlərində nurəddin ünvanı almışdır. Davam edən Rusiya-Osmanlı müharibəsi əsnasında vəzifəyə gətirilən, ancaq yerli bəylərin dəstəyini qazana bilməyən IV Dövlət Gərayın vəzifədən alınmasının ardından 1770-ci ilin martında Krım xanlığına gətirildi. Dərhal topladığı tatar süvariləriylə cəbhəyə yollansa da, burada hərbi uğur qazana bilmədi və Krıma geri göndərildi.
Tabeliyindəki noqayların rusların tərəfinə keçməsinin ardından baş verə biləcək hər hansı bir hücuma qarşı səfərbərlik elan etdi və müharibəyə hazırlıq işləri gördü. Buna baxmayaraq ruslardan gələn muxtariyyət təkliflərini də dəyərləndirdiyi bilinir. Müharibənin mühüm zamanaında Krım xanının rusların tərəfinə keçməsindən çəkinən Sultan Mustafa dərhal onu vəzifədən uzaqlaşdırdı (noyabr 1770). Yerinə isə sabiq Krım xanlarından III Səlim Gəray ikinci dəfə hakimiyyətə gətirildi. İstanbula çağırılan Qaplan Gəray dərhal sürgün edildi. Cəmi bir il sonra 1771-ci ildə yayılan vəba epidemiyası səbəbilə vəfat etdi.