Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ken
Ken — Yaponiya kişi adı. Ken Naqanuma — keçmiş Yaponiya futbolçusu. Ken Noritake — keçmiş Yaponiya futbolçusu. Ken Robinson (maarifçi) — İngiltərəli müəllif.
Kvn
KVN ("Şən və hazırcavablar klubu"; rus. Клуб весёлых и находчивых) — müxtəlif komandalarının iştirak etdiyi televiziya yumor oyunları.
Ven
Ven (kanton)
Brem Koen
Brem Koen (ing. Bram Cohen; 12 oktyabr 1975, Nyu-York, Nyu-York ştatı) — İnternet dünyasının məşhur şəxslərindən biri, "BitTorrent" protokolunun yaradıcısı, istedadlı proqramçı. == Həyatı == Brem Koen 12 oktyabr 1975-ci ildə ABŞ-də anadan olmuşdur. Onda proqramlaşdırma istedadı kiçik yaşlarından özünü büruzə verir. Belə ki, Brem hələ beş yaşı olarkən ilk dəfə Basic proqramlaşdırma dili ilə tanış olur. Gələcək proqramçı Nyu-Yorkda "Stuyvesant High School"da oxuyur, orada ən istedadlı tələbələrdən biri olur. Brem America Mathematical Olympiad (USAMO) kimi tematik olimpiadalarda iştirak edir, uğur qazanır və mütəxəssislərin diqqət cəlb edir. Onun öyrənmək qabiliyyəti və yüksək intellekti ətrafındakılar heyrətləndirirdi. 1993-cü ildə "Brem Koen Stuyvesant"ı bitirir və Buffalo Universitetinə daxil olur. Daha sonra Brem təhsili tərk edir və işə başlayır.
Ceyd İven
Ceyd İven (24 yanvar 1988, London) – ingilis müğənnisi və aktrisası. == Həyatı == Ceyd İven 24 yanvar 1988-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda anadan olmuşdur. 2003-cü ildən sonra Böyük Britaniyada, eləcə də Avstraliyada məşhurlaşmışdır. 2005-ci ildə bir çox televiziya serialına çəkilmişdir. Həyatını işinə həsr edən Ceyd İven R&B qrupunu quraraq işinə davam edir. 31 yanvar 2009-cu ildə Böyük Britaniya milli seçmələrini qazanaraq 2009 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmək hüququnu əldə etmişdir. Ceyd İven Böyük Britaniyanı My Time mahnısı ilə təmsil etmişdir və 173 xalla 5-ci olmuşdur.
Con Oven
Con Riçard Oven (7 yanvar 1956 – 4 noyabr 1980, Los-Anceles, Kaliforniya) Johnny Owen adı altında döyüşən bir uelsli professional boksçu idi. Görünüşü kövrək görünməsi ona "Merthyr Matchstick" və "Bionic Bantam" da daxil olmaqla bir çox epitet qazandırdı. Səkkiz yaşında boksa başladı və 120-dən çox döyüşdə iştirak edən və yarışlarda Uelsi təmsil edən uzun həvəskar karyerasına başladı. 1976-cı ilin sentyabrında 20 yaşında peşəkar dönüş etdi və ilk döyüşündə George Sutton-a qalib gəldi. Owen, altıncı peşəkar döyüşündə Suttonu yenidən məğlub edərək ilk titulunu, Welsh Area — dakı boş bantamight titulunu qazandı. Owen, 1977-ci ildəki onuncu peşəkar döyüşündə İngilis bantamight çəkisi titulu uğrunda mübarizə apardı. On birinci raundda çempionu Paddy Maguire məğlub edərək titul qazandı, 60 ildən çox bir müddətdə kəmər tutan ilk Welshman olmaq. Owen, Commonwealth bantamweight üçün Paul Ferreri ilə görüşmədən əvvəl Wayne Evans-a qarşı İngiltərə titulunun müdafiəsi də daxil olmaqla daha beş qələbə qeyd etdi. xal üzərində təcrübəli avstraliyanı məğlub edərək Birlik adına sahib çıxdı və dörd ay sonra Avropa titulu üçün Juan Francisco Rodríguez — ə meydan oxudu. İspaniyanın Almería 'dakı mübarizə mübahisələrə büründü və Owen mübahisəli bir qərarda ilk məğlubiyyətini aldı.
Even dili
Even dili (lamut dili) öz adlandırılması evedı toren — evenlərin dili, evenk, nanay, udegey dillərinə yaxındır. Tunqus-mancur dilləri qrupuna aiddir. == Əsas məlumatlar == Evenk dilinin qərb ləhcəsinə yakut, Kamçatka ləhcəsinə isə koryak dili təsir edib. XVII əsrdən evenk dilinə rus dili sözləri daxil olmağa başalyıb. 17 200 nəfər evenkdən ancaq 7 mini bu dilə bağlıdır. Əsasən Oxot dənizi ətrafında və Yakutiya və Maqadan vilyətində yaşayırlar. == Orfoqrafiyası == == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Дуткин Х. И. Краткий словарь-разговорник для изучающих эвенский язык. Якутск, 1992. Лебедев В. Д.Язык эвенов Якутии. Л., 1978.
Fredi Kvin
Fredi Kvin (27 sentyabr 1931, Avstriya) — Avstriya müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Almaniyanı "So geht das jede Nacht"" mahnısı ilə təmsil etmişdir.
Hörümçək-Qven
Hörümçək-qadın (ing. Spider-Woman) və ya daha çox tanınan adı ilə Hörümçək-Qven (ing. Spider-Gwen) – Marvel Comics tərəfindən nəşr edilən komikslərdə görünən uydurma superqəhrəman. Ceyson Latur və Robbi Rodrigez tərəfindən yaradılmışdır. Personaj ilk dəfə 2014–15-ci illərdə davam edən "Spider-Verse" komiks hekayəsinin bir parçası olan "Edge of Spider-Verse" komiksinin 2-ci sayında peyda olmuşdur. Personajın uğurundan sonra 2015-ci ildə "Spider-Gwen" adlı komiks seriyası buraxılmağa başlanmışdır. Hörümçək-qadın Hörümçək-adamın bir variantı və Qven Steysinin alternativ versiyasıdır. Personaj Yer-65 adlı alternativ kainatda yaşayır. Bu kainatda Qven Steysini radioaktiv hörümçək sancır və Piter Parkerin əvəzinə o, superqəhrəman olur. Hörümçək-qadın Mett Murdok və Frenk Kaslın Yer-65 versiyaları kimi düşmənlərə qarşı döyüşür.
Leonard Koen
Leonard Koen (ing. Leonard Norman Cohen; 21 sentyabr 1934[…], Monreal, Kvebek – 7 noyabr 2016[…], Los-Anceles, Kaliforniya, ABŞ[…]) — Kanadalı müğənni, şair və yazıçı. İlk şeir kitabını 1956-cı ildə, ilk romanını isə 1963-cü ildə nəşr etdirmişdir. Qremmi mükafatı laureatıdır.
Mark Tven
Mark Tven (ing. Mark Twain, əsl adı Semuel Lenqhorn Klemens ing. Samuel Langhorne Clemens; 30 noyabr 1835[…] – 21 aprel 1910[…]) — Amerika yazıçısı, jurnalisti və ictimai xadimi. Oxuculara daha çox "Heklberri Finnin sərgüzəştləri" (Adventures of Huckleberry Finn) və "Tom Soyerin macəraları" (The Adventures of Tom Sawyer) adlı romanları ilə tanışdır. Mark Tven bir çox məşhur aforizmlərin müəllifi kimi də tanınır. Klemens dövrünün ən məşhur adamları-prezidentlər, dünya şöhrətli incəsənət xadimləri, sənayeçilər və Avropa kral ailələri ilə dostluq münasibətlərində olmuşdur. Tanınmış amerika yazıçıları Vilyam Folkner Tveni Amerika ədəbiyyatının "atası", Ernest Heminquey isə müasir Amerika ədəbiyyatının Tvenin sadəcə bir əsərindən – "Heklberri Finnin sərgüzəştləri" romanından "törədiyini" bildirmişdir. == Həyatı == Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ ın Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi. Yeddi uşaqlı bir ailənin altıncı uşağı və sağ qalan üç qardaşdan biri idi. Ailəsi, o dörd yaşındaykən Missisipi çayı boylarındakı Hannibala şəhərinə daşındı.
Pont-Aven
Pont-Aven (fr. Pont-Aven) — Fransanın şəhər kommunası. Pont-Aven şəhəri Fransanın şimal-qərbində, Bretan regionun Finister departamentində yerləşir. Aven çayının Atlantik okeanına birləşməsi ilə, Kornual tarixi ərazisində yerləşir. Kommuna sahəsi — 28,63 km². Əhalisi təxminən 3000 nəfərdir (2007-ci ilin məlumatları).
Qven Stefani
Qven Stefani (3 oktyabr 1969, Fallerton[d], Kaliforniya) — ABŞ müğənnisi. Love. Angel. Music. Baby.
Samuel Koen
Samuel Koen (ing. Samuel Theodore Cohen; 25 yanvar 1921 - 28 noyabr 2010) — ABŞ fiziki, Neytron bombasının yaradıcısı. Samuel Koen neytron bombasının konsepsiyasını 1958-ci ildə təklif edib. İnfrastruktura toxunmayan və radiasiya yaratmayan, ancaq canlı qüvvəni məhv edən neytron bombasının ilk sınağı 1963-cü ildə Nevada poliqonunda keçirilib. ABŞ prezidenti Cimmi Karter 1978-ci ildə silahın hazırlanmasını dayandırıb, ancaq 1981-ci ilə layihə yenidən işlənilməyə başlanılıb. Mədə xərçəngindən əziyyət çəkən 89 yaşlı alim Los-Ancelesdə evində vəfat etmişdir.
Stiven Koen
Stiven Frend Koen (ing. Stephen Frand Cohen; (1938, Ouensboro, Kentukki, ABŞ) — SSRİ tarixi ilə məşğul olan ABŞ tarixçisi. Əsas tədqiqat sahəsi Sovet Rusiyasının 1917-ci ildə Oktyabr Sosialist İnqilabından sonrakı inkişafı və həmçinin ABŞ ilə münasibətləridir. The Victims Return: Survivors of the Gulag After Stalin ISBN 978-1-933002-40-8 Pub. 2010 by PublishingWorks Soviet Fates and Lost Alternatives: From Stalinism to the New Cold War ISBN 978-0-231-14896-2 Published 2009 by Columbia University Press Failed Crusade: America and the Tragedy of Post-Communist Russia ISBN 978-1-933002-40-8 Updated edition Pub. 2000 by W. W. Norton & Company Voices of Glasnost: Interviews With Gorbachev's Reformers ISBN 978-0-393-02625-2 Pub. 1989 by W W Norton & Co Inc Sovieticus: American Perceptions and Soviet Realities ISBN 978-0-393-30338-4 Pub. 1986 by W W Norton & Co. Rethinking the Soviet Experience: Politics and History since 1917 ISBN 978-0-19-504016-6 Pub.1985 by Oxford University Press An End to Silence: Uncensored Opinion in the Soviet Union, from Roy Medvedev's Underground Magazine "Political Diary" ISBN 978-0-393-30127-4 Pub.1982 Norton Bukharin and the Bolshevik Revolution: A Political Biography, 1888-1938 ISBN 978-0-19-502697-9 Pub.1980 by Oxford University Press Stiven Koenin rus dilində məqalələri Провальная американская (двухпартийная) политика в отношении России Arxivləşdirilib 2017-09-25 at the Wayback Machine (28.02.2012) Советский Союз: Жизнь после смерти Arxivləşdirilib 2017-09-25 at the Wayback Machine (21.12.2011) Отчего такой пессимизм по поводу возвращения Путина? (06.10.2011) «Перезагрузка» с Россией: ещё один упущенный шанс?
Sven Botman
Sven Botman (12 yanvar 2000-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. Botman Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. 11 aprel 2018-ci ildə o, Ayaks klubu ilə 2022-ci ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Botman öz peşəkar karyerasında debütünü 17 avqust 2018-ci ildə Roda klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Sven Hedin
Sven Hedin (19 fevral 1865[…] – 26 noyabr 1952[…], Kunqsxolm[d][…]) — isveç səyyahı, coğrafiyaçı, jurnalist, yazıçı, qrafik. Stokholmda bürqer ailəsində anadan olub. Evli olmayıbdı. 1886-1934-cü illərdə Tibet və Mərkəzi Asiyada ekspedisiyada olmuşdur. Bu səyahətləri zamanı çoxlu tarixi abidələr və landşaftlarla rast gəlmiş və xəritədə qeyd etmişdir. Bir dənə tibetdə 170 000 kv.km-dir. Hedin isveç kralının mükafatlandırdığı axrıncı insan olmuşdur. 1920-1930-cu illərdə o artıq bütün dünyada tanınmış alim idi. Onun kitabları bir neçə dildə çap olunmuşdur. Hedin birinci dünya müharibəsində iştirak etmişdir.
Sven Ryüdell
Sven Oke Alqot Ryüdell (isv. Sven Åke Algot Rydell; 14 yanvar 1905, Göteborqs-Kristine[d] – 4 aprel 1975, Göteborq) — hücumçu mövqeyində oynamış İsveç futbolçusu. 4 sentyabr 2014-cü ilə qədər İsveç millisinin forması ilə ən çox qol vurmuş oyunçu idi, onun rekordunu Zlatan İbrahimoviç 50-ci qolunu vuraraq təzələmişdir. Buna baxmayaraq, o, yeganə oyunçudur ki, millinin heyətində 9 het-trik etmişdir. Ryüdellin futbolçu karyerası 1920–30-cu illərə təsadüf edir və İsveç milli komandasında keçirdiyi 43 oyuna 49 qol vurmağı bacarmışdır. Bu göstəricini 80 il ərzində millinin heç bir futbolçusu təkrarlayamadı. Onun karyera illərində beynəlxalq futbol hələ yeni qurulurdu, buna görə də o, heç bir Dünya Çempionatında iştirak edə bilməmişdir; onun çıxış etdiyi yeganə beynəlxalq turnir 1924 Olimpiya Oyunları idi ki, orada komandası ilə ürünc medalı qazandı. Klub səviyyəsində Ryüdell "Örqrüte", "Redberqslids" və "Holmen"də çıxış etmişdir. 1931-ci ildə o. İsveçin ən dəyərli idmançısı seçildi və "Braqdquldet" mükafatını qazandı.
Oleq Aven
Oleq İvanoviç Aven (rus. Олег Иванович Авен; 25 yanvar 1927, Moskva – 1 mart 1992, Moskva) — avtomatik idarəetmə sahəsində SSRİ və Rusiya alimi, SSRİ Elmlər Akademiyasının (1984–1991) və Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991-ci ildən), texnika elmləri doktoru, professor. 1950-ci ildən SSRİ Elmlər Akademiyasının Avtomatika və Telemexanika İnstitutunda (indiki Vadim Trapeznikov adına İdarəetmə Problemləri İnstitutu) işləmişdir. İnstitutun kiçik elmi işçisindən elmi katibə qədər (1960-cı ildən) keçmişdir. 1960-cı ildən Sov.İKP üzvüdür. 1968-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Laboratoriyasını təşkil etmiş və 1992-ci ilə qədər ona rəhbərlik etmişdir. Eyni zamanda o, SSRİ Avtomatik İdarəetmə Milli Komitəsinin elmi katibi və SSRİ Elmlər Akademiyası Rəyasət Heyəti yanında Sistem Təhlili Komitəsinin məsul katibi vəzifələrində çalışmışdır. 26 dekabr 1984-cü ildə SSRİ Elmlər Akademiyasının informatika, hesablama texnikası və avtomatlaşdırma şöbəsinə müxbir üzvü seçilmişdir. 1 mart 1992-ci ildə Moskvada vəfat etmişdir. Donskoye qəbiristanlığının 10 saylı bölməsində dəfn edilmişdir.
Pyotr Aven
Pyotr Oleqoviç Aven (rus. Пëтр Олегович Авен, latış. Pjotrs Avens‎; 16 mart 1955, Moskva) — Rusiya və Latviya milyarderi, iqtisadçısı, sahibkarı, böyük sənət kolleksiyaçısı. O, Latviya Respublikasının və Rusiya Federasiyasının vətəndaşıdır, ailəsi ilə birlikdə Birləşmiş Krallığın London şəhərində yaşayır. 1994-cü ildən "Alfa Group" konsorsiumunun Müşahidə Şurasının üzvüdür. 1994–2011-ci illərdə "Alfa-Bank"ın prezidenti, 2011-ci ilin iyunundan 1 mart 2022-ci ilə qədər "Alfa-Bank"ın Direktorlar Şurasının sədri olmuşdur. O həmçinin, "LetterOne Group" İdarə Heyətinin üzvü, baş ofisi Niderlandda yerləşən "ABH Holdings" fintex şirkətinin idarə heyətinin sədri olmuş, digər şeylərlə yanaşı, "ANNA Money" fintex startapına sərmayə qoymuşdur. "Forbes" jurnalına görə, 2021-ci ildə o, 5,3 milyard ABŞ dolları şəxsi sərvəti ilə Rusiyanın 200 ən varlı iş adamı siyahısında 30-cu yeri tutmuşdur. İqtisadiyyat və ticarətlə bağlı aparıcı KİV-lərin sitat gətirdiyi elmi məqalələrin və məqalələrin müəllifidir. Avenin Rusiyanın dövlət başçısı Vladimir Putinin yaxın çevrəsinin üzvü olduğu güman edilir.
Dreq-kvin
Dreq kvin (ing. Drag queen) – əyləncə məqsədləri üçün qadın kimi geyinmək və gender rolunu təqlid etmək və bunu daha da şişirtmək üçün dreq geyimindən və makiyajdan istifadə edən bir şəxsdir, adətən kişidir. Tarixən drag-queenlər gey mədəniyyətinin bir hissəsi olublar. Dreq şoularina dodaq sinxronizasiyası(sinxrobuffonada), canlı oxuma və rəqs daxildir. Onlar adətən LGBT qürur paradlarında, dreq yarışmalarında, karnavallarda və gecə klublarında çıxış edirlər. Dreq kvinlər növü, mədəniyyəti və fədakarlığına görə fərqlənirlər. Kişi kimi geyinib və kişiləri təqlid edərək əyləndirən qadınlara isə dreq kinq (ing. drag king) deyilir. Ara-sıra dreq obrazlarında çıxış edənlər LGBT icmasına aid olmaya bilərlər. Yaradıcılığının bir hissəsində əks cinsi parodiya edən hər kəs drag queen və ya drag king deyil.
Dreq Kvin
Dreq kvin (ing. Drag queen) – əyləncə məqsədləri üçün qadın kimi geyinmək və gender rolunu təqlid etmək və bunu daha da şişirtmək üçün dreq geyimindən və makiyajdan istifadə edən bir şəxsdir, adətən kişidir. Tarixən drag-queenlər gey mədəniyyətinin bir hissəsi olublar. Dreq şoularina dodaq sinxronizasiyası(sinxrobuffonada), canlı oxuma və rəqs daxildir. Onlar adətən LGBT qürur paradlarında, dreq yarışmalarında, karnavallarda və gecə klublarında çıxış edirlər. Dreq kvinlər növü, mədəniyyəti və fədakarlığına görə fərqlənirlər. Kişi kimi geyinib və kişiləri təqlid edərək əyləndirən qadınlara isə dreq kinq (ing. drag king) deyilir. Ara-sıra dreq obrazlarında çıxış edənlər LGBT icmasına aid olmaya bilərlər. Yaradıcılığının bir hissəsində əks cinsi parodiya edən hər kəs drag queen və ya drag king deyil.
Koen qardaşları
Coel Deniel Koen (29 noyabr 1954) və İtan Cessi Koen (21 sentyabr 1957) — Amerikalı rejissor qardaşlar. 13 dəfə "Oskar" mükafatına namizəd göstəriliblər. Onlar "Farqo" və "Qocalara burada yer yoxdur" filmlərinə görə "Oskar" mükafatına layiq görülüblər. == Həyatları == Coel Deniel Koen və qardaşı İtan Cessi Koen ABŞ-nin Minnesota ştatında dünyaya gəlib. Onlar Minneapolis şəhərində boya-başa çatıblar. Onların anası Rena (qızlıq soyadı; Neumann 1925–2001) St. Cloud Universitetində sənətşünaslıq sahəsi üzrə dərs demiş, atası Edvard Koen (1919–2012) isə Minnesota Universitetində iqtisadiyyat professoru olmuşdur. Qardaşların İsraildə yaşayan Debora adlı yaşca böyük psixiatr bacıları da var. Koenlərin valideynləri aşkenazi yəhudiləridir.
Loren Koen
Loren Koen (ing. Lauren Cohan; 7 yanvar 1982, Çerri-Hill, Nyu-Cersi) — amerikalı-britaniyalı aktrisa və model. AMC telekenalında yayımlanan "Gəzən ölülər" serialındakı Meqqi Qrin personajı ilə tanınma qazanmışdır. O, 2023-cü ildən etibarən "The Walking Dead: Dead City" serialında öz rolunu yenidən ifa edir. Loren həm də "Fövqəltəbii", "Vampirin gündəlikəri" və "Çak" seriallarına çəkilmişdir. == Həyatı == Loren Koen 7 yanvar 1982-ci ildə Nyu-Cersi ştatının Çerri-Hill şəhərində anadan olmuşdur. Atası amerikalı, anası isə şotlanddır. O, 13 yaşına qədər Nyu-Cersidə böyümüşdür. Gənc yaşlarında anasının vətəni olan Böyük Britaniyaya, Surreyə köçmüşdür. Loren həm də bir il Corciya ştatında yaşamışdır.
Ken (hərf)
Կ, կ (Adı: ken, erm. կեն) — erməni əlifbasının 15-ci hərfi. Transkripsiya "k". Tələffüzü "K". Rəqəm işarəsi "60". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Dien Bien Fu döyüşü
Dien Bien Fu döyüşü Dien Bien Fu (fr. Bataille de Diên Biên Phu; vyet. Chiến dịch Điện Biên Phủ) döyüşü Fransa İttifaqının Fransa uzaq şərq ekspedisiya korpusu və Vyetnam kommunist inqilabçıları arasında həlledici qarşıdurma olan birinci Hindçin Müharibəsi idi. Müharibə 1954-cü ilin mart-may ayları arasında baş verdi və Hindçinin gələcəyi üçün bir çox millətlər arasında Cenevrədə aparılan danışıqlara təsir göstərən hərtərəfli Fransa məğlubiyyətinə səbəb oldu. Fransa səhv qərarlar qəbul edərək Vyetnamın şimal-qərbindəki təpələrinin dərinliyində Dien Bien Fuda əsgərləri yerləşdirmək üçün əməliyyat başlatdı. Əməliyyatın məqsədi Laos Krallığına qonşu olan Vyetnam sərhəd xətlərini kəsmək və Vyetnamı sarsıtmaq üçün böyük bir qarşıdurma yaratmaq idi. Plan Fransanın hava mövqeyini bərpa etmək idi və Vyetnamın aviasiya əleyhinə imkanlarının olmaması inancına əsaslanırdı.