Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kelantan
Kelantan — Malayziyanın ştatlarından biri. Ştatın inzibati mərkəzi Kota Barudur. Kelantan Malayziya yarımadasının şimal-şərqində yerləşir. Ştat şimaldan Tailandın Narathovat əyaləti, cənub-şərqdən Trenqanu , qərbədn Perak, cənubdan Pahanq ştatı ilə həmsərhəddir. Kelantan ştatının şimal-şərqində Cənubi Çin dənizi yerləşir. Kelantan Malayziyada çoxlu arxeoloji kəşflər yeri kimi tanınır. Bu ştata həmçinin ibtidai aborigenlərin yaşayış məskəni də daxildir. Kelantanın əsasən kənd həyat tərzi və nisbətən kənarda qalmasına görə yarımadanın digər ştatlarında olan Malay mədəniyyətindən fərqli cəhətləri var. Bu fərqliliklər özünü mətbəx, incəsənət, və xüsusi olaraq dildə büruzə verir. == İqtisadiyyat == Kelantan düyü, kauçuk və tütünün üstünlük təşkil etdiyi aqrar iqtisadiyyata malikdir.
Kumanlar
Kumanlar (türkcə: kumanlar mac. kun / plural kunok; yun. Κο(υ)μάνοι, Ko(u)manoi;, rus. половцы – polovtsi, ukr. половці) – türk mənşəli köçəri tayfalar. == Etimologiyası == Türk dillərində kürən, sarışın mənasını verən. kuman adı altında tanınan boylarla əlaqədə olmuş xalqlar onları əsasən kumanu, kumenu (assur – urartu), kumanos, kumanoi (Bizans – latın) adlandırsa da, bəzi yazılarda bu boy adının koman, koban, kaman, kaban, kuman, kuban, kumanlı, kumandı şəklində yayıldığını da görmək olur. Kuman adının "sarışın" mənası nəzərə alındıqda, türk boyları içində onların həm də sarı, ər-sarı, sarı-uqur, sarı-tirgiş, sarıcalı adı daşıyan soylarla əlaqəsi olduğunu qeyd edən tədqiqatçılar da vardır. Rus abidələrində sarışın (polovets) kimi tanınan kumanlar alman yazılarında da eyni anlamda (Falben) xatırlanır. Maraqlıdır ki, məşhur kuman bəyi Şarukan (Sarıxan) adında da həmin anlam var.
Kuşanlar
Kuşanlar — Kuşan padşahlığının əsas əhalisi. E.ə. I əsrdən Orta Asiyada yaşamışdılar. I–III əsrlərdə qüdrətli dövlət yaratmışdılar. Kuşanların mənşəyi dəqiq məlum deyil. Onlar Orta Asiyada yaşamış irandilli toxarlarla eyniləşdirilir. Kuşanların türkdilli olmaları da ehtimal edilir.
Qulançar
Qulançar (lat. Asparagus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Onlardan yalnız bir növü Asparaqus officinalis (Dərman qulançarı) mədəni halda geniş surətdə əkilib becərilir. Qulançar və ya Mərəçüyüd cinsi "Azərbaycan florası" -nda (1952, II cild səh. 193) Quşüzümü kimi getmişdir. Azərbaycanda apardığımız çoxillik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu bitkini Qazax-Gəncə bölgəsində və Abşeronda xalq arasında Qulançar, Qarabağda, Naxçıvan MR-nın rayonlarında və ona yaxın digər regionlarda yaşamış azərbaycanlılar isə bu bitkini "Mərəçüyüd", "Mərəçöyüd", "Mərəvçə" və s. adlandırırlar. Bütün bunları nəzərə alaraq 1973-cü ildən başlayaraq bitkinin iki adla adlandırılması qəbul edilmişdir. AMEA MNB-da 1968-ci ildən aparılan tədqiqatlar bizə bunu deməyə imkan verir ki, Azərbaycan florasında əvvəllər tədqiq olunmuş 6 növ əvəzinə 9 növ müəyyən vardır. Bunlar "Qafqaz geofitlərinin konspekti" (1983) və "Qafqazın geofitləri" (2002) monoqrafiyasında öz əksini tapmışdır.
Ulanlar
Ulanlar (türkcə oğlan) yüngül süvari dəstəsinin əsgəri. Bayraqcıqlı nizələrlə silahlanmış ulanlardan ibarət dəstələr ilk dəfə 13–14 əsrlərdə monqol-tatar süvari qoşununda təşkil edilmişdir. Mizraqlı monqol-tatar süvari döyüşçüsü idilər. XVI–XX əsrlərdə Avropada yüngül süvari növü idi. 16 əsrdən Avropa ölkələrində ulan dəstələrinin təşkilinə başlanmışdı. Silahları əvvəlcə qılınc və bayraqcıqlı nizə, sonralar tapanca, 19 əsrin ortalarından karabin idi. Rus ordusunda ulan polkları 1803-cü ildə meydana gəlmiş, 1918-ci ilin əvvəllərində ləğv olunmuşdur.
Dəstəvari qulançar
Dəstəvari qulançar (lat. Asparagus verticillatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan yarımadası, Kiçik Asiya, İran, Qafqaz və Orta Asiyada yayılmışdır; Şərgi Avropa düzənliyin ancaq cənub hissəsində enliyarpaqlı meşələrdə və çöllərdə, kolluqlarda, daşlıq yerlərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan çoxillik bitkidir. Gövdəsi sarmaşan, budaqlıdır. Uc budaqları parlaq, kanarları dişli sürünən, üçkünc-budaqlı, bünövrəsində oduncaqlaşmışdır. Kladodiləri parlaq, xırda dişli olmaqla, dəstədə 20 ədəddir. İkievli bitkidir, diametri 0,4 sm-dir. Çiçəkləri budaqların ucunda yerləşir. Çıçəkyanlığı yarımşəkilli, uzunluğu təxminən 4 mm-dir, qısa ayaqda yerləşir, mərkəzdən bölünmüşdür.
Gülanbar (Vərziqan)
Gülanbar (fars. گل عنبر‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 214 nəfər yaşayır (41 ailə).
Lələkvari qulançar
Asparagus setaceus (lat. Asparagus setaceus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi və Cənubi Afrikadır, tropik və subtropik meşələrdə, çay vadilərində, düzənliklərində, savannalarda və orta dağ zolağında bitir. == Botaniki təsviri == Sarmaşan yarımkoldur. Sapşəkilli yarpaqlara bənzəyən şəklini dəyişmiş gövdələri (fillokladilər) 3–12 ədəd olmaqla dəstələrə yığılmışdır. Uzunluğu 0,5–1,5 sm, diametri 0,5 mm-ə qədərdir. Onlar bir az əyilmiş, açıq yaşıldır və bütün bitkiyə zərif görünüş verir Ayrıca zoğları horizontal yerləşək xırda-lələkvari yarpaqlara bənzəyir. Zoğları çox budaqlanır, çılpaqdır. Yarpaqları xırda (0,5 sm), üçkünç, qonur pulçuqlara qədər reduksiya olunmuşdur. Çiçəkləri xırda, tək və ya 2–4 ədəd, ağdır.
Nazikyarpaq qulançar
İran qulançarı (lat. Asparagus persicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Volqa çayında və Cənubi Qafqazın şərqinə, Şimali İrana və Şərqi Sibirə qədər olan ərazilərdə, sahilyanı tuqay meşələrində. == Botaniki təsviri == Hündürlüyü 2m-ə çatan çoxillik bitkidir. Budaqları düz bucaq altında yerləşir və sallanır. Kladodiləri 1-5 ədəd, bəzən dəstədə 8 ədəd olub, öz aralarında qeyri-bərabər yerləşir, uzunluğu 1-5 sm, düz və ya bir az əyilmişdir. Gövdəsi əyilmiş, çox vaxt sarmaşan, çılpaq və çox budaqlıdır. Çiçək saplaqları 1-4 ədəd olub, uzunluğu 1.2 sm-dir. Çiçəkləri uzunsov-qıfşəkillidir, erkək çiçəklərinin uzunluğu təxminən 0,6 sm-dir. Toxumla çoxaldılır.
Oraqşəkilli qulançar
Oraqşəkilli qulançar (lat. Asparagus falcatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda bu bitkiyə Şri-Lankada və Afrikanın tropik və ya cənub-şərq regionlarında rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə qədər oln sarmaşan bitkidir. Yarpağının uzunluğu 7-8 sm, oraqşəkillidir. Oraqşəkilli qulançar yeməli qulançarın qohumudur və bu cinsin əksər növləri kimi ensiz "yarpaqları" ilə fərqlənir. "Yarpaqları" əslində şəklini dəyişmiş zoğlardır (fylokladium); onlar 3-4 ədəd olmaqla dəstələrə yığılmışdır. Sonradan yarpaqları uzanır və oduncaqlaşır. Çiçəkləri ağdır. Yazda çiçəkləyir.
Qulançarşəkilli qulançar
Qulançarşəkilli qulançar (lat. Asparagus asparagoides) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Yayılması == Yabanı halda Cənubi Afrika nın dağ meşələrindən və sahilyanı qumlarında bitir. == Botaniki təsviri == Hündürlüyü 1,7 m-dək böyüyən, sürənən və sarmaşan zoğları olan bitkidir. İynəli gövdələrinin uzunluğu 100 sm-ə çatır, çılpaq, açıq- yaşıl, nazik zoğludur. Fillokladiləri (dəyişmiş gövdələri) yarpaqşəkilli, yumurtavari, parlaq yaşıldır. Yarpaqları hamar, parlaq olub, uzunluğu 4 sm-ə çatır. Ürəkşəkilli kladodiləri vardır. Çiçəkləri xırda, ağdır. Meyvələri narıncı-qırmızı giləmeyvələrdir.
Qırıqküncvari qulançar
Qırıqküncvari qulançar (lat. Asparagus angulofractus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Qısayarpaqlı qulançar
Qısayarpaqlı qulançar (lat. Asparagus brachyphyllus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Topayarpaq qulançar
Çoxyarpaqlı qulançar
Dərman qulançarı (lat. Asparagus officinalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Atlantik okeanı hövzəsində və Mərkəzi Avropada, Qafqazda, Qərbi Sibirdə, Orta Asiyada, Afrikada və Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-150sm-ə çatan çoxillik bitkidir. Gövdəsi düz dayanan, hamar budaqlıdır. Yan budaqları yastılaşmışdır. Əsas yarpaqları pulçuqlara qədər reduksiyaya uğramış yarpaqlar əvəz edir. Onların qoltuqlarında nazik, düz,uzunluğu 1-3 sm olan, 3-6 ədəd oturan filokladodiləri vardır. Bitki ikievlidir. Çiçəkləri yan budaqların qoltuqlarında yerləşir.
Şıxçiçəkli qulançar
Şıxçiçəkli qulançar (lat. Asparagus aethiopicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Cənubi Afrikadır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m-dək, həmişəyaşıl yarımkoldur. Gövdəsinin uzunluğu 150 sm-ə qədər vardır. Yastılanmış, yarpaqşəkilli, nazik, biz gövdələrin uzunluğu 3 sm-ə qədər, eni 1–3 mm-dir. Çılpaq, parlaq, hamar və ya şırımlı, sallaqdır. Parlaq yaşıl yarpaqları uzunluğu 2–4 mm-dək pulçuqlara qədər reduksiyaya uğramışdır. Yan zoğları-filokladiləri isə onlara bənzəyir. Bu növdə onlar yaşıl, uzunluğu 2–3 sm, düz və ya bir az əyilmiş, tək və ya dəstələrdə toplanmış 2–4 ədəddir.
Ulanlar (Maku)
Ulanlar (fars. اولنلر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 219 nəfər yaşayır (48 ailə).
Plantar əzələ
Plantar əzələ — arxa baldır əzələsi. İncə əzələli qarın və uzun nazik vətərdən ibarətdir. Axilles vətəri qədər qalın olmasa da, plantar vətər (uzunluğu 30-45 sm (12-18 düym) arasındadır) insan bədənindəki ən uzun vətərdir. Vətər istisna olmaqla, plantar əzələ təxminən 5-10 sm (2.0-3.9 düym) uzunluğundadır və əhalinin 8-12% -ində yoxdur. Baldırın ikibaşlı əzələsi və soleus əzələləri ilə birlikdə ayağın arxa hissəsindəki plantar bükmələrdən biridir. İnsan əcdadları ağaca dırmaşmaqdan dik yeriməyə keçdikdə plantar əzələnin əhəmiyyətsiz bir əzələyə çevrildiyi düşünülür və anatomik cəhətdən müasir insanlarda o, ilk növbədə baldırın ikibaşlı əzələsi vasitəsilə hərəkət edir. == Strukturu == Plantar əzələsi bud sümüyünün lateral suprakondilar silsiləsinin aşağı hissəsi, baldırın ikibaşlı əzələsinin yan hissəsinin mənşəyindən bir qədər yuxarı hissədə olur. O, diz oynağının arxasından inferomedial istiqamətdə keçir və distal olaraq Axilles vətərinə yapışaraq vətəri olur. Bəzən daban sümüyününün orta hissəsinə ayrıca bağlanır. === İnnervasiyası === Plantar əzələ oma kələfindəki oturaq sinirin bir qolu olan qamış siniri tərəfindən innervasiya olunur.