qulan-quşqun
quldar
OBASTAN VİKİ
Qulançar
Qulançar (lat. Asparagus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Onlardan yalnız bir növü Asparaqus officinalis (Dərman qulançarı) mədəni halda geniş surətdə əkilib becərilir. Qulançar və ya Mərəçüyüd cinsi "Azərbaycan florası" -nda (1952, II cild səh. 193) Quşüzümü kimi getmişdir. Azərbaycanda apardığımız çoxillik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu bitkini Qazax-Gəncə bölgəsində və Abşeronda xalq arasında Qulançar, Qarabağda, Naxçıvan MR-nın rayonlarında və ona yaxın digər regionlarda yaşamış azərbaycanlılar isə bu bitkini "Mərəçüyüd", "Mərəçöyüd", "Mərəvçə" və s. adlandırırlar. Bütün bunları nəzərə alaraq 1973-cü ildən başlayaraq bitkinin iki adla adlandırılması qəbul edilmişdir. AMEA MNB-da 1968-ci ildən aparılan tədqiqatlar bizə bunu deməyə imkan verir ki, Azərbaycan florasında əvvəllər tədqiq olunmuş 6 növ əvəzinə 9 növ müəyyən vardır. Bunlar "Qafqaz geofitlərinin konspekti" (1983) və "Qafqazın geofitləri" (2002) monoqrafiyasında öz əksini tapmışdır.
Dəstəvari qulançar
Dəstəvari qulançar (lat. Asparagus verticillatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan yarımadası, Kiçik Asiya, İran, Qafqaz və Orta Asiyada yayılmışdır; Şərgi Avropa düzənliyin ancaq cənub hissəsində enliyarpaqlı meşələrdə və çöllərdə, kolluqlarda, daşlıq yerlərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan çoxillik bitkidir. Gövdəsi sarmaşan, budaqlıdır. Uc budaqları parlaq, kanarları dişli sürünən, üçkünc-budaqlı, bünövrəsində oduncaqlaşmışdır. Kladodiləri parlaq, xırda dişli olmaqla, dəstədə 20 ədəddir. İkievli bitkidir, diametri 0,4 sm-dir. Çiçəkləri budaqların ucunda yerləşir. Çıçəkyanlığı yarımşəkilli, uzunluğu təxminən 4 mm-dir, qısa ayaqda yerləşir, mərkəzdən bölünmüşdür.
Lələkvari qulançar
Asparagus setaceus (lat. Asparagus setaceus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi və Cənubi Afrikadır, tropik və subtropik meşələrdə, çay vadilərində, düzənliklərində, savannalarda və orta dağ zolağında bitir. == Botaniki təsviri == Sarmaşan yarımkoldur. Sapşəkilli yarpaqlara bənzəyən şəklini dəyişmiş gövdələri (fillokladilər) 3–12 ədəd olmaqla dəstələrə yığılmışdır. Uzunluğu 0,5–1,5 sm, diametri 0,5 mm-ə qədərdir.Onlar biraz əyilmiş, açıq yaşıldır və bütün bitkiyə zərif görünüş verir Ayrıca zoğları horizontal yerləşək xırda-lələkvari yarpaqlara bənzəyir. Zoğları çox budaqlanır, çılpaqdır.Yarpaqları xırda (0,5 sm), üçkünç, qonur pulçuqlara qədər reduksiya olunmuşdur. Çiçəkləri xırda, tək və ya 2–4 ədəd, ağdır. Meyvələri giləmeyvəşəkilli, göyumtül-qaradır. 1–3 toxumludur.
Nazikyarpaq qulançar
İran qulançarı (lat. Asparagus persicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Volqa çayında və Cənubi Qafqazın şərqinə, Şimali İrana və Şərqi Sibirə qədər olan ərazilərdə, sahilyanı tuqay meşələrində. == Botaniki təsviri == Hündürlüyü 2m-ə çatan çoxillik bitkidir. Budaqları düz bucaq altında yerləşir və sallanır. Kladodiləri 1-5 ədəd, bəzən dəstədə 8 ədəd olub, öz aralarında qeyri-bərabər yerləşir, uzunluğu 1-5 sm, düz və ya bir az əyilmişdir. Gövdəsi əyilmiş, çox vaxt sarmaşan, çılpaq və çox budaqlıdır. Çiçək saplaqları 1-4 ədəd olub, uzunluğu 1.2 sm-dir. Çiçəkləri uzunsov-qıfşəkillidir, erkək çiçəklərinin uzunluğu təxminən 0,6 sm-dir. Toxumla çoxaldılır.
Oraqşəkilli qulançar
Oraqşəkilli qulançar (lat. Asparagus falcatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda bu bitkiyə Şri-Lankada və Afrikanın tropik və ya cənub-şərq regionlarında rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə qədər oln sarmaşan bitkidir. Yarpağının uzunluğu 7-8 sm, oraqşəkillidir. Oraqşəkilli qulançar yeməli qulançarın qohumudur və bu cinsin əksər növləri kimi ensiz "yarpaqları" ilə fərqlənir. "Yarpaqları" əslində şəklini dəyişmiş zoğlardır (fylokladium); onlar 3-4 ədəd olmaqla dəstələrə yığılmışdır. Sonradan yarpaqları uzanır və oduncaqlaşır. Çiçəkləri ağdır. Yazda çiçəkləyir.
Qulançarşəkilli qulançar
Qulançarşəkilli qulançar (lat. Asparagus asparagoides) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Yayılması == Yabanı halda Cənubi Afrika nın dağ meşələrindən və sahilyanı qumlarında bitir. == Botaniki təsviri == Hündürlüyü 1,7 m-dək böyüyən, sürənən və sarmaşan zoğları olan bitkidir. İynəli gövdələrinin uzunluğu 100 sm-ə çatır, çılpaq, açıq- yaşıl, nazik zoğludur. Fillokladiləri (dəyişmiş gövdələri) yarpaqşəkilli, yumurtavari, parlaq yaşıldır. Yarpaqları hamar, parlaq olub, uzunluğu 4 sm-ə çatır. Ürəkşəkilli kladodiləri vardır. Çiçəkləri xırda, ağdır. Meyvələri narıncı-qırmızı giləmeyvələrdir.
Qırıqküncvari qulançar
Qırıqküncvari qulançar (lat. Asparagus angulofractus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Qısayarpaqlı qulançar
Qısayarpaqlı qulançar (lat. Asparagus brachyphyllus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Topayarpaq qulançar
Çoxyarpaqlı qulançar
Dərman qulançarı (lat. Asparagus officinalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Atlantik okeanı hövzəsində və Mərkəzi Avropada, Qafqazda, Qərbi Sibirdə, Orta Asiyada, Afrikada və Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-150sm-ə çatan çoxillik bitkidir. Gövdəsi düz dayanan, hamar budaqlıdır. Yan budaqları yastılaşmışdır. Əsas yarpaqları pulçuqlara qədər reduksiyaya uğramış yarpaqlar əvəz edir. Onların qoltuqlarında nazik, düz,uzunluğu 1-3 sm olan, 3-6 ədəd oturan filokladodiləri vardır. Bitki ikievlidir. Çiçəkləri yan budaqların qoltuqlarında yerləşir.
Şıxçiçəkli qulançar
Şıxçiçəkli qulançar (lat. Asparagus aethiopicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Cənubi Afrikadır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m-dək, həmişəyaşıl yarımkoldur. Gövdəsinin uzunluğu 150 sm-ə qədər vardır. Yastılanmış, yarpaqşəkilli, nazik, biz gövdələrin uzunluğu 3 sm-ə qədər, eni 1-3 mm-dir. Çılpaq, parlaq, hamar və ya şırımlı, sallaqdır. Parlaq yaşıl yarpaqları uzunluğu 2-4 mm-dək pulçuqlara qədər reduksiyaya uğramışdır. Yan zoğları-filokladiləri isə onlara bənzəyir. Bu növdə onlar yaşıl, uzunluğu 2-3 sm, düz və ya bir az əyilmiş, tək və ya dəstələrdə toplanmış 2-4 ədəddir.
Bresler qulançarı
Bresler qulançarı (lat. Asparagus breslerianus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda dünyanın mülayim iqlimi rayonlarında – Şimali Afrikada, Avropada, Kiçik və Mərkəzi Asiyada, Şimali Amerikada, Avstraliyada və Yeni Zelandiyada bitir. == Botanika təsviri == Hündürlüyü 50-150 sm olan, çox şahələnmiş, budaqlı, çoxillik bitkidir. Gövdəsi çılpaq, hamar, budaqları düz, yuxarı istiqamətlznmişdir. Kladodiləri nazik, düz, sapşəkilli, uzunluğu 1-3 sm, üç-altı ədəd, oturaqdır, yuxarı istiqamətlənmiş və ya çox-az gövdəyə yapışmışdır. Çıçəklərı ağ-sarımtıl, 1-2 ədəd, uzun,ortasından bölünmüş və ya bir az aşağı vəya yuxarı ayaqlarda əsas oxda və budaqlarda yerləşir; ççiçəkyanlığı zəngvari-qıfşəkilli, uzunsov hissəlidir. Kanarları ağ haşiyəlidir. Erkək çıçiçəklərin uzunluğu təxminən 5 mm, tozluqları təxminən erkəkcik saplarına bərabərdir. Çox qisa ayaqlarda yerləşmiş oturaq, uzunluğu təxminən 1 sm-dir.
Daur qulançarı
Daur qulançarı (lat. Asparagus dauricus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Dərman qulançarı
Dərman qulançarı (lat. Asparagus officinalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Atlantik okeanı hövzəsində və Mərkəzi Avropada, Qafqazda, Qərbi Sibirdə, Orta Asiyada, Afrikada və Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-150sm-ə çatan çoxillik bitkidir. Gövdəsi düz dayanan, hamar budaqlıdır. Yan budaqları yastılaşmışdır. Əsas yarpaqları pulçuqlara qədər reduksiyaya uğramış yarpaqlar əvəz edir. Onların qoltuqlarında nazik, düz,uzunluğu 1-3 sm olan, 3-6 ədəd oturan filokladodiləri vardır. Bitki ikievlidir. Çiçəkləri yan budaqların qoltuqlarında yerləşir.
Koxinxin qulançarı
Koxinxin qulançarı (lat. Asparagus cochinchinensis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Xəzər qulançarı
Dərman qulançarı (lat. Asparagus officinalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Atlantik okeanı hövzəsində və Mərkəzi Avropada, Qafqazda, Qərbi Sibirdə, Orta Asiyada, Afrikada və Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-150sm-ə çatan çoxillik bitkidir. Gövdəsi düz dayanan, hamar budaqlıdır. Yan budaqları yastılaşmışdır. Əsas yarpaqları pulçuqlara qədər reduksiyaya uğramış yarpaqlar əvəz edir. Onların qoltuqlarında nazik, düz,uzunluğu 1-3 sm olan, 3-6 ədəd oturan filokladodiləri vardır. Bitki ikievlidir. Çiçəkləri yan budaqların qoltuqlarında yerləşir.
İran qulançarı
İran qulançarı (lat. Asparagus persicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Volqa çayında və Cənubi Qafqazın şərqinə, Şimali İrana və Şərqi Sibirə qədər olan ərazilərdə, sahilyanı tuqay meşələrində. == Botaniki təsviri == Hündürlüyü 2m-ə çatan çoxillik bitkidir. Budaqları düz bucaq altında yerləşir və sallanır. Kladodiləri 1-5 ədəd, bəzən dəstədə 8 ədəd olub, öz aralarında qeyri-bərabər yerləşir, uzunluğu 1-5 sm, düz və ya bir az əyilmişdir. Gövdəsi əyilmiş, çox vaxt sarmaşan, çılpaq və çox budaqlıdır. Çiçək saplaqları 1-4 ədəd olub, uzunluğu 1.2 sm-dir. Çiçəkləri uzunsov-qıfşəkillidir, erkək çiçəklərinin uzunluğu təxminən 0,6 sm-dir. Toxumla çoxaldılır.
Qulançarkimilər
Qulançarkimilər (lat. Asparagaceae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.

Digər lüğətlərdə

-ну-(ть) бревнота́ска иммунотерапи́я отва́льная отпо́тчевать посо́хнуть проре́зываться розыскно́й сба́гривать бю́ргерский в одино́чку оси́плость поскользну́ться прожа́риваться пу́ночка codex flummery gagaku innocence Machiavellian saltern solicitant выклянчить мошеннический незапертый