Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kuyu
Kuyu adası (ing. Kuiu Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. == Coğrafiya == Adanın uzunluğu 105 km, eni 20–30 km və 1936 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 16-cı ən böyük adasıdır. Yaxın adalara olan məsafə: Baranov adası — 15 kilometr. Kupreyanov adası — təxminən 500 metr. Adanın ən cənub nöqtəsi olan Desijn burnunda mayak yerləşir. == Fauna == Ada tamamilə Tonqass Milli Meşəsinin bir hissəsidir. Kuyuda qonur ayılar və bariballar çoxluq təşkil edir. Zooloq Elizabet Pikokun hesablamalarına görə, onların sayı hər km²-ə 1,2–1,9 baş təşkil edir.
Kuşk
Kuşk — İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,264 nəfər və 3,083 ailədən ibarət idi.
Kyuşu
Kyuşu (yap. 九州) — sahəsinə görə Yaponiyanın üçüncü ən böyük adasıdır. Sahəsi 40,6 min km² təşkil edir. Adada 12,0 milyon insan yaşayır. Bir çox alimlərin fikirincə yaponiya sivilizasiyasının yaranma məkanı hesab edilir. Kyuşu adası ilə Honşu adası arasında Simonose boğazı (Kammon boğazı) yerləşir. Boğazın alt hissəsindən dəmiryolu və avtomobil tunelləri inşa edilmişdir. Üstəlik adaları Kammon körpüsü birləşdirir. == Coğrafiyası == Kyuşu adasını şərqdən Sakit okean, şimal-şərqdən Daxili Yapon dənizi və qərbdən isə Şərqi Çin dənizinin suları yuyur. Qərbi istisna olmaqla sahilləri parçalıdır.
Kükü
Kükü bu mənaları ifadə edə bilər: Yaşayış məntəqələri Kükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Yeməklər Kükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Kürsü
Kürsü — qışda evləri qızdırılması üçün istifadə olunan cihaz. == İstifadə qaydası == Kürsü bunlardan ibarətdir: bir qısa masa və altında keyfiyyətli, uzun müddət yanan və aşağı tüstü verən kömür ilə dolu manqal və kürsü yorğanı. Kürsü yorğanı masanın üstünə çəkilər ki, isti masanın altından çıxmasın və boşa getməsin. == Mədəni mövqesi == Azərbaycan və İranda Çillə gecəsində ailə kürsü ətrafında toplanır və bu gecəni qeyd edərdilər.[mənbə göstərin] == Digər ölkələr == Bir Kotatsu adlı oxşar məhsul Yaponiyada istifadə olunur. == Xarici keçidlər == Kürsü nədir?
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Uşu
Uşu (Çincə:武術; Pinyin: wǔshù) — çin döyüş sənətidir. Kunq Fu və Uşu eyni mənanı ifa edir. Sadəcə olaraq "Kunq Fu" termini Honq Konq döyüş filmlərindən amerikan dialektinə çevrilərək işlənməsi genişlənmişdir. "Uşu" sözü Çin dilindən tərcümədə "Döyüş Sənəti" deməkdir. Müasir dövrdə "Müasir Uşu" (ing. Modern Wushu) adlı termin işlədilir. Bu termin Uşu üzrə keçirilən müsabiqələrə aiddir. Uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs İp Man olmuşdur.
Fərqlənmə kursu
Cursus honorum (az. Şərəfli yol) — Qədim Romada hərbi və siyasi hakimiyyətin ierarxik pillələri.
Hacı Hüsü
Kazımlı Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu (1830-cu illər, Şuşa – 1898, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu) — xanəndə. == Həyatı == Hacı Hüsü Niftalı oğlu 1839-cu ildə Şuşa şəhərində papaqçı ailəsində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə təhsilini davam etdirmişdir. Gözəl səsi olduğundan xanəndəliyə başlamışdır. == Əmək fəaliyyəti == Şuşa vokal sənətinin ən görkəmli nümayəndələrindən biri Xarrat Qulunun yetişdirməsi Hacı Hüsü şuşalılar qarşısında ilk dəfə "Xandəmirovun teatrı" binasında "Xeyriyyə gecəsi"ndə tarzən Sadıqcanın müşayətilə çıxış edərək "Çahargah"ı elə oxumuşdur ki, onun şöhrəti hər yerə yayılmışdır. Hacı Hüsü tək Azərbaycanın toylarına deyil, Yaxın və Orta Şərqin bir sıra şəhərlərinin məclislərinə dəvət olunurdu. Məsələn, 1880-ci ildə İran şahı Nəsrəddin Hacı Hüsünü öz oğlunun toyuna Təbrizə dəvət etmişdir. Hacı Hüsünü həmin məclisdə müşayiət edən tarzən Sadıqcan və kamançaçı Bağdagül Ata idi. Bu toyda Hacı Hüsü digər məşhur İran musiqiçəliriylə bərabər çıxış etmişdir.
Huma quşu
Huma quşu (fars. هما‎) — tez-tez cənnət quşu olaraq adlandırılan, gözlə görünməyəcək qədər yüksəkliklərdə istirahət etmədən, heç vaxt yerə toxunmadan davamlı uçan, bəzi mənbələrdə ayaqlarının olmadığı bildirilən əfsanəvi quş. == Mənşəyi == Ərəbcə Bulah olub və bəzi mənbələrdə ərəbcə "ruh" mənasını verən "hu", "su" mənasını verən "ma" sözlərindən ibarət olduğu iddia edilmişdir. Mənbələrdə Tenqrizm inancında tanrı Umayla oxşarlığı olan Huma, bəzi türk ləhcələrində Kumay və ya Umay quşu olaraq da bilinir. == Etiqadlar == Başına qonduğu insana xoşbəxtlik gətirəcəyinə inanıldığına görə bəxt quşu və ya taleh quşu adı ilə də tanınır. Bu etiqadın mənbəyi, keçmiş zamanlardan bir hökmdar öldükdə insanların bir meydanda cəmləşməsi və Humanın üzərinə qonduğu və ya kölgəsinin düşdüyü şəxsin hökmdar olduğuna dair məşhur xalq inancıdır. Bilinənlərin əksinə olaraq Oğuz Xan dastanında da qeyd edildiyi kimi Çepnilərin quşu Huma quşu deyil Kuma quşudur. Kuma quşu xalq arasındakı adı ilə, şunqar, qızılquşlar fəsiləsindən olan kestrel məhz Çepni quşudur. Yırtıcı bir quşdur və böyük bir yırtıcı quş kimi Kaşqarın əsərlərində də yazılmışdır. Tiginlərin simvoludur.
Hüsü Hacıyev
Hüsü Hüseynəli oğlu Hacıyev (26 sentyabr 1897, Şuşa – 18 may 1931, Ağdaş rayonu) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq ədliyyə komissarı və prokuroru (1931), Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi (1930–1931). == Həyatı == Hüsü Hüseynəli oğlu Hacıyev 26 sentyabr 1897-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1910-cu ildən Şuşa real məktəbində oxumuş və 1918-ci ildən inqilabi fəaliyyətə qoşularaq məktəblilərin inqilabi hərəkatında iştirak etmişdir. 1919-cu ildən bolşeviklər partiyasının üzvü olmuş, Qarabağda bolşevik ədəbiyyatı yayaraq müsavatçılara qarşı mübarizə aparmışdır. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Qarabağ İnqilab Komitəsinin üzvü olan Hüsü Hacıyev 1920-ci ilin iyun ayında Şuşada əks-inqilabi qiyam zamanı Şuşa həbsxanasına salınmışdır. Qısa müddət sonra o, həbsdən azad edilmiş və Qarabağ Fövqəladə Komissiyasının təyin edilmişdir. 1921-ci ildən etibarən Qubadlı, Kürdüstan, Ağdam və Quba qəza icraiyyə komitələrinin sədri, eləcə də Azərbaycan K(b)P Qaryagin Qəza Komitəsinin katibi olmuşdur. 1930-cu ildə Azərbaycan SSR xalq ədliyyə komissarı və prokuroru təyin edilmiş, qısa müddət sonra isə Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışmağa başlamışdır. Hüsü Hacıyev Azərbaycan K(b)P Mərkəzi Komitəsinin, Azərbaycan SSR və ZSFSR mərkəzi icraiyyə komitələrinin üzvü olmuşdur. 18 may 1931-ci ildə Kür çayının daşaraq Ağdaş rayonundakı bəndi yarmasına görə hadisə yerinə gedən Hüsü Hacıyev rayonunun Qaxay–Xirəzi kəndləri istiqamətində 10 nəfərlik dəstə tərəfindən hücuma məruz qalmış və yanındakı milis işçisi ilə birlikdə qətlə yetirilmişdir.
Kelaynak quşu
Kusə (Sayınqala)
Kusə (fars. كوسه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (29 ailə).
Kyuşu (ada)
Kyuşu (yap. 九州) — sahəsinə görə Yaponiyanın üçüncü ən böyük adasıdır. Sahəsi 40,6 min km² təşkil edir. Adada 12,0 milyon insan yaşayır. Bir çox alimlərin fikirincə yaponiya sivilizasiyasının yaranma məkanı hesab edilir. Kyuşu adası ilə Honşu adası arasında Simonose boğazı (Kammon boğazı) yerləşir. Boğazın alt hissəsindən dəmiryolu və avtomobil tunelləri inşa edilmişdir. Üstəlik adaları Kammon körpüsü birləşdirir. == Coğrafiyası == Kyuşu adasını şərqdən Sakit okean, şimal-şərqdən Daxili Yapon dənizi və qərbdən isə Şərqi Çin dənizinin suları yuyur. Qərbi istisna olmaqla sahilləri parçalıdır.
Kyuşu (region)
Kyuşu (九州, doqquz vilayət) — əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ən cənub-qərbində yerləşən region. O, səkkiz prefekturadan ibarətdir: Fukuoka, Saqa, Kumamoto, Naqasaki, Oita, Kaqoşima, Miyazaki və Okinava. == Adı == Kyuşu (九州, doqquz vilayət) regionun adı keçmişdə onun əsas adanı bölən doqquz tarixi vilayət ilə bağlıdır. == Coğrafiya == Region ərazisi əsas Kyuşu adasından və onun ətrafında yerləşən 1400 adasından ibarətdir. Kyuşunu şərqdə Kanmon boğazı Çuqoku regionu ilə, Hoyo boğazı və Bunqo kanalı isə əsas hissəsi Şikoku adasında yerləşən eyniadlı region ilə ayırır; regionun şimal-qərbində Koreya boğazı Yaponiyanın Koreya Respublikası ilə təbii sərhədi yaradır; qərbdə o, Şərqi Çin dənizi ilə, cənub-şərqdə isə Sakit okean ilə sulanır. === Dağlar === Hiko dağı Homan dağı Sarakura dağı Sefuri dağı Aso dağı Unzen dağı Kucu dağı Omure dağı Sobo dağı Tsurumi dağı Yufu dağı İo dağı Kaimondake vulkanı Karakuni dağı Kirişima dağı Otake Şinmoedake Şiroyama dağı Byobu dağı Çitose dağı Qusuku dağı İşikava dağı Yae dağı Narahara dağı Omoto dağı Onna dağı Şinten dağı Yonaha dağı === Çaylar === Onqa çayı Yamakuni çayı Çikuqo çayı Yabe çayı Matsuura çayı Rokkaku çayı Kase çayı Honmyo çayı Kikuçi çayı Şira çayı Midori çayı Kuma çayı Oita çayı Oono çayı Banco çayı Qokase çayı Omaru çayı Oyodo çayı Sendai çayı Kimotsuki çayı == Tarix == Ryukyu adalarında yerləşən Okinava prefekturasının ərazisində keçmişdə Ryukyu Krallığı adlı müstəqil dövlət mövcud idi. 1945-ci ilin avqustun 9-da, regionun vacib Çin və Avropa təsirlərin mədəni mərkəzi olan Naqasaki şəhərində dünya tarixində ikinci dəfə atom bombalaması baş vermişdi. İkinci dünya müharibəsinin sonundan, 1972-ci ilə qədər Okinava ABŞ hərb güclərinin kontrolun altında idi.
Kyuşu Universiteti
Kyuşu Universiteti (yap. 九州大学) — Yaponiyanın Fukuoka prefekturasındakı Fukuoka şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən biridir.
Kyuşu regionu
Kyuşu (九州, doqquz vilayət) — əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ən cənub-qərbində yerləşən region. O, səkkiz prefekturadan ibarətdir: Fukuoka, Saqa, Kumamoto, Naqasaki, Oita, Kaqoşima, Miyazaki və Okinava. == Adı == Kyuşu (九州, doqquz vilayət) regionun adı keçmişdə onun əsas adanı bölən doqquz tarixi vilayət ilə bağlıdır. == Coğrafiya == Region ərazisi əsas Kyuşu adasından və onun ətrafında yerləşən 1400 adasından ibarətdir. Kyuşunu şərqdə Kanmon boğazı Çuqoku regionu ilə, Hoyo boğazı və Bunqo kanalı isə əsas hissəsi Şikoku adasında yerləşən eyniadlı region ilə ayırır; regionun şimal-qərbində Koreya boğazı Yaponiyanın Koreya Respublikası ilə təbii sərhədi yaradır; qərbdə o, Şərqi Çin dənizi ilə, cənub-şərqdə isə Sakit okean ilə sulanır. === Dağlar === Hiko dağı Homan dağı Sarakura dağı Sefuri dağı Aso dağı Unzen dağı Kucu dağı Omure dağı Sobo dağı Tsurumi dağı Yufu dağı İo dağı Kaimondake vulkanı Karakuni dağı Kirişima dağı Otake Şinmoedake Şiroyama dağı Byobu dağı Çitose dağı Qusuku dağı İşikava dağı Yae dağı Narahara dağı Omoto dağı Onna dağı Şinten dağı Yonaha dağı === Çaylar === Onqa çayı Yamakuni çayı Çikuqo çayı Yabe çayı Matsuura çayı Rokkaku çayı Kase çayı Honmyo çayı Kikuçi çayı Şira çayı Midori çayı Kuma çayı Oita çayı Oono çayı Banco çayı Qokase çayı Omaru çayı Oyodo çayı Sendai çayı Kimotsuki çayı == Tarix == Ryukyu adalarında yerləşən Okinava prefekturasının ərazisində keçmişdə Ryukyu Krallığı adlı müstəqil dövlət mövcud idi. 1945-ci ilin avqustun 9-da, regionun vacib Çin və Avropa təsirlərin mədəni mərkəzi olan Naqasaki şəhərində dünya tarixində ikinci dəfə atom bombalaması baş vermişdi. İkinci dünya müharibəsinin sonundan, 1972-ci ilə qədər Okinava ABŞ hərb güclərinin kontrolun altında idi.
Kücü ağacı
Küjü (bəzən kücü) ağacı — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ərişləri dalqabaq etmək üçün ağac və ya qalın ipdən düzəlmiş alətdir. == Müasir küjü ağacı == Müasir dövrdə küjü ağacının yarımmexanikləşdirilmiş forması mövcuddur. Belə küjü ağaclarından əsasən metal dəzgahlarda istifadə edilir. Belə küjü ağaclardan istifadə zamanı ərişlərin vəziyyətini dəyişmək üçün əl əməyi və küjü ağacı tətbiq olunmur. Küjünü hərəkətə gətirən mexanizmin dəstəyi ilə ərişləri istənilən vəziyyətdə saxlamaq olur. Məhz buna görə ərişlərin hamısı küjü ağacına bağlanılır. Küjünü hərəkətə gətirən mexanizmin köməyi ilə ərişlər arğacı sərbəst qəbul edir. Hal-hazırda Azərbaycan xalçaçılığında belə küjü ağacından istifadə edilir.
Küjü ağacı

Kükü (dəqiqləşdirmə)
Kükü bu mənaları ifadə edə bilər: Yaşayış məntəqələri Kükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Yeməklər Kükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Kükü (yemək)
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. == Yayılması == Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. == Hazırlanması == Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. == Növləri == Kükünün bir çox çeşidi hazırlanır.
Kükü (Şahbuz)
Kükü — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Dərələyəz silsiləsinin cənub-qərb yamacındadır. Kənd ərazidən axan eyniadlı çayın adını daşıyır. == Əhalisi == Əhalisi 1517 nəfərdir.
Kürü diplomatiyası
Kürü diplomatiyası (ing. Caviar diplomacy) — Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın dostlarından olan deputatlar Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nağd pul kimi hədiyyələr təqdim olunması nəticəsində yaranan diplomatiya. == Tarixi == Termin ilk dəfə "Avropa Sabitliyi Təşəbbüsü" adlı mərkəzin hesabatında istifadə olunub. == İstinadlar == == Xarici keçidlər == Caviar Diplomacy.
Kürü küküsü
Küsə (Bükan)
Küsə (fars. كوسه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 662 nəfər yaşayır (123 ailə).