Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kukur
Kukur — müxtəlif tərkibli və davamiyyətli süxurların növbələşməsi ilə səciyyələnən yüksək sahillərin yuyulması nəticəsində bərk süxurların sahil dayazlığında sütun, çılpaq qaya və s. Formada qalan abraziya qalıqlarına deyilir.
Kunqur
Kunqur — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Külür
Külür— İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,380 nəfər və 675 ailədən ibarət idi.
Suğur
Əvasim (ərəb. العواصم‎, hərf. "müdafiələr, istehkamlar"; təkdə Asimə, اَلْـعَـاصِـمَـة, hərf. "müdafiəçi") — Kilikiya, Suriyanın şimalı və Yuxarı Mesopotamiyada Bizans imperiyası ilə Əməvi və Abbasi xilafətləri arasındakı sərhəd zonasının müsəlman tərəfinə istinad etmək üçün istifadə olunan ərəbcə termin. Bu, VIII əsrin əvvəllərində, müsəlman fəthlərinin ilk dalğası azaldıqdan sonra qurulmuş və Bizans irəliləyişləri tərəfindən əzilən X əsrin ortalarına qədər davam etmişdir. Bu, suğur (اَلـثُّـغُـوْر; təkdə səqr, اَلـثَّـغْـر, hərf. "yarıq, açılış") kimi tanınan möhkəmləndirilmiş istehkamlar zəncirindən yaranmış irəli markalardan, həmçinin əsas əvasim olaraq bilinən sərhəd zonasının arxa və ya daxili sahələrindən ibarət idi. Suğur termini Əndəlus və Mavəraünnəhr yürüşlərində də istifadə edilmişdir. Bu, XIV əsrdə Misir Məmlükləri tərəfindən yenidən canlandırılmaq üçün Fərat regionunda bərpa edilmişdir. Qazi (islam) Honigmann, Ernst (1935). Byzance et les Arabes, Tome III: Die Ostgrenze des Byzantinischen Reiches von 363 bis 1071 nach griechischen, arabischen, syrischen und armenischen Quellen. Corpus Bruxellense Historiae Byzantinae (in German). Brussels: Éditions de l'Institut de philologie et d'histoire orientales.
Uğur
Uğur — insan həyatında təsadüfi, gözlənilməz və ya hesaba alınmadığı təsadüf nəticəsində meydana gələn müsbət qəbul edilən bir hadisə, sinonimləri: bəxti gətirmə, qismən: şans, xoşbəxtlik. Xüsusilə də təsirlənmiş şəxsiyyətin hərəkətlərindən və ya qərarlarından asılı olmayan hallarda, hansısa bir hadisənin və ya hərəkətin arzuolunan nəticəsini göstərə bilər. Şansı və ya bəxti gətirmək nümunələrini lotereya, rulet və ya digər oyunlarda qazanmaq olar. Uğurla bağlı bir sıra mənəvi və ya fövqəltəbii inanclar var. Bu inanclar bir-birindən geniş şəkildə fərqlənir, lakin əksəriyyət şansın müəyyən ritualları yerinə yetirmək və ya müəyyən şərtlərdən qaçınmaqla mənəvi vasitələrlə təsir edə biləcəyi ilə razılaşır. Şans həm də uğurlu və uğursuz hadisələrin təşkilatçılığına inam ola bilər. Uğur, fərdlər tərəfindən fərqli şəkildə şərh olunan xurafatın bir növüdür. Əksər insanlar üçün uğurlar kimi xarakterizə edilə bilən hadisələr arzuolunan və gözlənilən olduğundan, onun təcəssüm edən bir çox müxtəlif rəmzlər var. Qərb mədəniyyətində dörd yarpaqlı yonca, nal, baca təmizləyən, uğur böcəyi, dovşan pəncəsi və başqaları uğurlar simvolu sayılır. İnsanın maddi cəhətdən müvəffəqiyyətili olması (sərvətin əldə edilməsi), ilk növbədə, şəraitin uğurlu keçməsi (şans) ilə müəyyən edilir, insanın qabiliyyəti və ya şəxsi keyfiyyətləri bunun üçün daha az əhəmiyyət kəsb edir.
Kudur-Laqamar
Kedorlaomer (q.yəh. כדרלעמר‎ , Kedor-Laomer; q.yun. Хοδολλογομόρ, Xodolloqomor) və ya Kudur-Laqamar (q.yəh. נדדלעמד‎, Kudur-Laomar) — Əhdi-ətiqdə personaj, Elam hökmdarı, patriarx İbrahimin müasiri. Yaradılış kitabının məzmununda təcəssüm edir. O, indiki Ölü dənizin yerində olan beş şəhərin (Sodom, Qomorra, Adma, Sevoim və Bela ) üsyankar padşahlarını cəzalandırmaq üçün Orta Şərqin digər üç padşahı ilə ittifaqda Fələstinə qarşı yürüşə başlamışdır. Kedorlaomerin adı sırf elamcadır və tanrı Laqamarın adı ilə əlaqələndirilir.
Kungur mağarası
Kungur buz mağarası — Sibirin və Uralın ən görməli məkanlarından biri. Buz dağla birlikdə regionun tarixi-təbii kompleksini formalaşdırır. SSRİ zamanından ölkə əhəmiyyətli ərazi hesab olunurdu. Mağara Perm diyarında, Sılva çayının sağ sahilində yerləşir. Mağara Kunqur şəhərinin yaxınlığında, Fillippovka kəndinin ərazisində aiddir. Perm şəhərindən mağaranı 100 km-lik məsafə ayırır. Unikal geoloji abidə Rusiyanın Avropa hissəsində yerləşən ən böyük karst mağaralarından biri hesab olunur. Uzunluğuna görə isə dünyada ən uzun yeddinci gips mənşəli mağaradır. 5700 metr uzunluğa malik mağaranın ancaq 1500 metri turistlər üçün əl çatandır. Mağaranın mərkəzində havanın temperaturu +5 °C −2 °C arasında dəyişir.
Kuqun-Arıta
Kuqun-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Kyorsyase-Tyebyoleqe şərqində isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şimslında Kasyan-Arıta, cənubunda isə Kyorsyase-Kumaqa adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Külür (dəqiqləşdirmə)
Külür — İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər. Külür (Ərdəbil) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd.
Külür (Ərdəbil)
Külür (fars. كلور‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (21 ailə).
Yom-Küpür
Yom-Küpür yaxud Kəffarə günü (ivrit dilində: יוֹם כִּפּוּר‎‎) - yəhudilər üçün ən mühüm bayramlardan biri. Tişri ayının 10-cu günündə keçirilən bu bayram oruc və tövbə ilə icra olunur. Еврейская электронная энциклопедия. «Иом-Киппур».
Suğur (heyvan)
Marmot (lat. Marmota) və ya suğur — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan cinsi. Marmotun 15 növü var.
Oğuzhan Uğur
Oğuzhan Uğur (1984, Ankara) — Türkiyə musiqiçisi, prodüseri, ssenaristi, karikaturaçısı və yutuberi.
Uğur Dündar
Uğur Dündar — Türkiyə jurnalisti, xəbər aparıcısı. Dündar 1 yanvar 1943-cü ildə İstanbulda doğuldu. Lisey təhsilini Vəfa Liseyində tamamladı. Ardından İstanbul Universiteti İqtisad Fakültəsi Jurnalistika İnstitutundan məzun oldu. 1993-cü ildə Yasəmən Baradan ilə evləndi və 3 uşağı oldu. 1970-ci ildə TRT tərəfindən açılan bir imtahanı qazandı və televiziya prodüseri olaraq işə başladı. və Rəsmi Qəzet yazıçısı oldu. Eyni il içində İngiltərədə BBCin "Televiziyada istehsal-Rəhbərlik" kursuna qatıldı. Türkiyəyə döndükdən sonra TRT-də prodüser, rejissor və aparıcı olaraq dəyişik televiziya proqramlarına imza atdı. Bu günə qədər saysız proqrama imza atan Uğur Dündar xəbər proqramı Arenanın ümumi rejissorluğunu etdi.
Uğur Pamuk
Uğur Pamuk (azərb. Uğur Pamuk‎; 26 iyun 1989, Bielefeld, Şimali Reyn-Vestfaliya) — Türkiyənin Manisaspor klubunun hücumçusu. Uğur Pamuk 1989-cu ildə Almaniyada türk ailəsində anadan olub. Uğur Pamuk Arminiya klubunun yetirməsidir. 2007-ci ildə bu komanda ilə rəsmi müqavilə bağlayıb. Gələn il Tus Dornberg klubuna transfer olunub. 2012-ci ildə Uğur Pamuk Sumqayıt klubuna keçib və 1 il ərzində 28 oyun keçirərək 2 qol vurub. 2013-cü ilin yanvar ayında Uğur Pamuk Xəzər-Lənkəran klubuna keçib. 2012-ci ildə Uğur Pamuk Azərbaycan milli futbol komandasının heyətində 1 oyun keçirib.
Uğur Pəkdaş
Uğur Pəkdaş (türk. Uğur Pektaş; 16 aprel 1979, İstanbul) — Türkiyə aktyoru.
Uğur FK
Uğur Mumcu
Uğur Mumcu (türk. Uğur Mumcu) — türk jurnalisti. Ailədə dörd uşağın üçüncüsü olmuşdur. Ankarada məktəbi, sonra 1965-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1965-1969-cu illərdə öz ixtisası üzrə çalışıb. Sonra 1972-ci ilə qədər Ankara Universitetində çalışıb. 1971-ci ildə Türkiyədə dövlət çevrilişindən sonra Mumcu həbs edilib. Həbsxanada ona işgəncə verilib. Mumcu daha sonra iddia edir ki, ona işgəncə verən adamlar ona deyiblər: “Biz əks-partizanlarıq. Hətta respublika prezidenti də bizə heç nə edə bilməz”.
Uğur Uçar
Uğur Uçar (d. 5 aprel 1987, Bakırköy) — türk futbolçudur . O , 2.liqa komandalarından olan "Pendikspor"da çıxış edir. "Qalatasaray"ın infrastrukturunda yetişən və 2004-cü ildən A komandasında oynamaq şansı qazanan futbolçulardan biri olan Uğur Uçar müdafiənin sağ cinahında çalışır və 2006–07 mövsümündə Erik Gerets dövründə "Kayserispor" a icarəyə verilmişdir. Karl-Heinz Feldkampla yenidən Qalatasaray'a dönən Uğur 2007–08 mövsümündə müdafiədə əvəzolunmaz oldu. Üç ildir ümidli millidə də çıxış edən Uğur, qarlı hava səbəbindən təxirə salınması tələb edilən Konyaspor matçında Batista ilə toqquşaraq diz qapağını sındırıb. 1 ilə yaxın zədələnən Uğur Uçar 5 fevral 2009-cu ildə fizioterapevtlərin müşayiəti ilə məşqə qatılıb. 21 fevral 2009-cu ildə komanda ilə işləməyə başlayıb. Uğur Uçarın meydana qayıdışı 2008–09 mövsümünün son matçı olan Sivasspor matçında oldu. 23 iyun 2010-cu ildə onun "Qalatasaray" dan "Ankaragücü" yə 1,3 milyon TL qarşılığında transfer edildiyi açıqlandı.
Özkan Uğur
Raif Özkan Uğur (17 oktyabr 1953, İstanbul – 8 iyul 2023, İstanbul) — Türkiyə musiqiçisi, kino və televiziya aktyoru, MFÖ qrupunun üzvü. Özkan Uğurun atası Hurşit Uğur "Şehir Hatları" şirkətində baş mühəndis işləyirdi. Ailənin 5-ci övladı olan Uğur Reşat Nuri Güntekin İbtidai məktəbində oxuyarkən mandolinlə tanış olub. Fənərbaxça Liseyində oxuyarkən onun musiqi sevgisi üstünlük təşkil edir. Əvvəlcə "Atomiklər" adlı özfəaliyyət qrupu yaradıb, dövrün məşhur mahnılarını şərh ediblər. Musiqi karyerasına 1970-ci ildə bir çox məşhur adın da zaman-zaman qatıldığı Şerif Yüzbaşıoğlu Orkestrində başlayıb. 1971-ci ildə "Kızıltoprakda" tanış olduğu Mazhar Alanson və Fuat Güner və ilk qrupu "Kaygısızlar" ilə peşəkar bas gitara çalmağa başlayıb. O zaman Sadık Kuyaş da qrupda bas ifaçısı idi. Bir müddət birlikdə oynadıqdan sonra Kuyaş qrupdan ayrıldı və Uğur qrupun yeganə basçısı oldu. "Kaygısızlar" dağıldıqdan sonra 1972-ci ildə Barış Mançonun ona yoldaşlıq etmək üçün qurduğu "Kurtalan Ekspres" rok qrupunun ilk komandasında yer alıb və Ankara Dedemanda ilk konsertində iştirak edib.
Uğur Yücəl
Uğur Yücəl (türk. Uğur Yücel; 26 may 1957, İstanbul) — Türkiyəli aktyor, rejissor, ssenarist və prodüser. Teatr Konservatoriyasının İstanbul filialını bitirib. İstanbulda yaşayır və Derya Alabora ilə evlidir. Uğur Yücəl 1957-ci ildə İstanbulda anadan olub. İstanbul Bələdiyyə Konservatoriyasının Teatr fakültəsini bitirib. 1975–1984-cü illərdə Kenter Teatrında, Tef Kabare Teatrında, Dormen Teatrında və Şan Musiqi Salonunda müxtəlif tamaşalarda oynayıb. "Selamsız Bandosu" və "Muhsin bəy" (1987) filmlərində oynadığı rollarla böyük rəğbət qazanıb. 90-cı illərin əvvəllərində siyasətçi imitasiyaları və stand-up şouları ilə adından söz etdirib. Sezən Aksu və Müjdə Ar ilə ayrı-ayrı səhnə şouları da təşkil edib.
Uğur Bayraqtutan
Uğur Bayraqtutan (25 fevral 1965, Artvin) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırış deputatı. Uğur Bayraqtutan 1965-ci ildə Artvin ilində anadan olub. Ankara Universitetinin Hüquq bölməsini bitirib. Artvin Vəkillər Kollegiyasında İdarə Heyətinin üzvü vəzifəsində təmsil olunub. Siyasətə Sosial Xalqçı Partiyasında (SHP) qoşulub. SHP Artvin il şöbəsinin sədr müavini olub. Daha sonra siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) davam edib. CHP Artvin ilçə İdarə Heyətinin üzvü, CHP Artvin İntizam Şurasının sədri, CHP Artvin Seçim Komitəsinin sədri, CHP Artvin il İdarə Heyətinin üzvü və CHP Artvin il sədri vəzifələrində təmsil olunub. 2014–2023-cü illərdə CHP Ali İntizam Şurasının sədri olub. 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Artvin ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Uğur ziqzaqı
Uğur ziqzaqı (rus. Зигзаг удачи, translit. Zigzag udachi) — rejissor Eldar Ryazanovun 1968-ci ildə çəkmiş olduğu sovet komediya filmidir. Əyalət qəsəbələrindən birindəki “Müasir” adlı fotostudiyanın gündəlik problemləri mövcuddur. Fotostudiyanın direktoru nəzərdə tutulan hədəflərin yerinə yetirilməməsindən narahatdır, resepşnda oturan qız Alevtina evlənmək istəyir, fotoqraf Vladimir Oreşnikov isə peşəkar fotoqraf olmaq arzusundadır. Ancaq birdən bəxt Oreşnikovun üzünə gülməyə başlayır. İşçilərin qarşılıqlı yardım fondundan 20 rubl pul götürür, dövlət lotereya istiqrazı alır və 10 min rubl udur. Oreşnikov uduşu özü almaq istəyir, lakin həmkarları buna etiraz edirlər, çünki onun istiqraz üçün xərclədiyi pullar dövlət fondundan idi, ona görə də uduş da bütün işçilər arasında bərabər bölünməlidir. Bu iş isə öz növbəsində, Yeni il ərəfəsində, zəngli saat altında uğurla həll olunan mübahisəli bir vəziyyət yaradır...
Uğur (Cizrə)
Uğur — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilib.
Uğur (dəqiqləşdirmə)
Uğur — insan həyatında təsadüfi, gözlənilməz və ya hesaba alınmadığı təsadüf nəticəsində meydana gələn müsbət qəbul edilən bir hadisə, sinonimləri: bəxti gətirmə, qismən: şans, xoşbəxtlik.