Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kuveyt
Küveyt (ərəb. كويت‎‎) və ya rəsmi adı ilə Küveyt Dövləti (ərəb. دولة الكويت‎‎) — Yaxın Şərqdə dövlət. Küveyt ərəb əsilli dövlətdir. Şimal və qərbdə İraq, cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Şərqdə Fars körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əl-Küveyt şəhəri, ümumi sahəsi 17,820 kvadrat kilometrdir. Küveyt digər ərəb ölkələri kimi zəngin neft ehtiyatlarına malik ölkədir. == Ərazisi == Küveyt dövləti Cənub-Qərbi Asiyada Fars körfəzinin sahilində yerləşir. Sahəsi:17,819 km²-dir.
Küveyt (şəhər)
Küveyt (həmçinin Əl- Küveyt — ərəb. الكويت ‎) — Küveyt dövlətinin paytaxtı. == Tarixi == Küveyt körfəzi sahilində yerləşmiş şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur. == Əhalisi == Şəhərin əhalisi — 151.060 (2008), şəhərətrafı qəsəbələrlə birlikdə — 2,380,000 nəfərdən çoxdur. == Coğrafiyası == Şəhər Küveyt körfəzinin sahilində yerləşir. Şəhər üç zonaya bölünür: sənaye zonası (Şüveyx şəhərətrafı qəsəbəsində), təhsil zonası (orada universitet, məktəblər və elmi-tədqiqat müəssisələri yerləşir) və istirahət zonası (sahilboyu Əl-Cahar şəhərinə qədər uzanır. == Sənayesi == Müasir Küveyt ənənəvi ərəb-müsəlman şəhərlərinə bənzəmir. Xarici görünüşünə görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər hesabına şəhər sürətlə böyüyür. Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti məhsulları, sement istehsal olunur, avtomobil, televizor və soyuducular quraşdırılır.
Küveyt Dövləti
Küveyt (ərəb. كويت‎‎) və ya rəsmi adı ilə Küveyt Dövləti (ərəb. دولة الكويت‎‎) — Yaxın Şərqdə dövlət. Küveyt ərəb əsilli dövlətdir. Şimal və qərbdə İraq, cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Şərqdə Fars körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əl-Küveyt şəhəri, ümumi sahəsi 17,820 kvadrat kilometrdir. Küveyt digər ərəb ölkələri kimi zəngin neft ehtiyatlarına malik ölkədir. == Ərazisi == Küveyt dövləti Cənub-Qərbi Asiyada Fars körfəzinin sahilində yerləşir. Sahəsi:17,819 km²-dir.
Küveyt bayrağı
Küveyt bayrağı (ərəb. علم الكويت‎) — Küveytin Dövlət bayrağı Küveytin dövlət bayrağı rəsmi olaraq 1961-ci ildə təsdiqlənib. Bayraqdakı yaşıl rəng otlaqların, ağ rəng işə olan istəyin, qırmızı rəng düşmənlərlə mübarizə zamanı tökülən qanın, qara rəng isə döyüş meydanlarının rəmzidir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Küveyt coğrafiyası
== Sahəsi və sərhədləri == Sahəsinə görə kiçik ərəb dövlətlərindən biri olan Küveyt Ərəbistan yarımadasının şimal-şərqində yerləşir. Küveyt cənub və cənub-qərbdə Səudiyyə Ərəbistanı (250 km), şimal və şimal-qərbdə İraq (240 km) ilə həmsərhəddir. Şərqdə onun ərazisi 195 km məsafədə İran körfəzinin suları ilə əhatələnir. Sərhədin ümumi uzunluğu 685 km-dir. Ölkə ərazisi şimaldan cənuba 200 km, şərqdən qərbə doğru isə təqribən 170 km məsafədə uzanır. İran körfəzinin Küveytə yaxın yerləşmiş Bubiyan, Feyləkə, Varbə, Məskan, Auxa, Qaru, Kubbar, Umm-ən-Nəmil, Umm-əl-Məradim və Kureyn adaları ölkənin tərkibinə daxildir. Rəsmi məlumatlara görə ölkənin ərazisi 17,8 min km², əsasən ərəb mənbələrinə görə isə 20,2–20,7 min km² təşkil edir. Belə fərq Küveytin Səudiyyə Ərəbistanı və İraq ilə dəqiq sərhədlərinin olmaması ilə izah olunur. 1960-cı illərin axırlarına qədər Küveyt ilə Səudiyyə Ərəbistanı arasında sərhəd məsələsi üstündə ixtilaflar mövcud idi. Hər iki tərəf İran körfəzi sahilinin bir sıra sərhəd ərazilərini özünün hesab edirdi.
Küveyt dinarı
Küveyt dinarı — Küveytin milli valyutası, ABŞ dollarına nisbətən dünyada ən bahalı valyutadır. 1961-ci ildə yaradılmış və rupini əvəzləmiş bu valyuta qısa zamanda möhkəmlənə və dünyanın ən bahalı valyutalarından birinə çevrilə bilib. Hazırda bu göstəriciyə görə o, ilk yerdədir və dünyanın ən dəyərli valyutasıdır. İndi 1 Küveyt dinarı 2,52 avro və ya 3,65 dollara bərabərdir. == Mənbə == Dünyanın ən bahalı valyutası hansıdır?
Küveyt himni
"Dövlət himni" (ərəb. النشيد الوطني‎‎‎‎) – Küveyt dövlət himni. 25 fevral 1978-ci ildə təsdiq olunub. Bu himn kofnə "Əmirə Atəşfəşanlıq" himnini əvəz etmişdir.
Küveyt iqtisadiyyatı
== Ümumi iqisadi göstəricilər == Regionun neft çıxaran başqa ölkələri kimi Küveyt də ötən əsrin 70-ci illərinin enerji böhranının «bəhrəsindən» öz xeyrinə istifadə edə bilmişdir. Neftin qiymətinin kəskin surətdə qalxması bu ölkənin «iqtisadi-sosial taleyini» əsaslı surətdə dəyişdirmiş, milli təsərrüfatın ləng inkişafı qısa müddətdə onun sürətli artımı ilə əvəz olunmuşdur. Gildən tikilmiş orta əsr şəhər və kəndlərinin yerində bir neçə il ərzində çoxmərtəbəli yaşayış evləri, bank, mehmanxana və digər inzibati binaları olan müasir şəhərlər salınmışdır. Şəhərlərdə ən müasir texnika və texnologiya ilə təchiz olunmuş neft emalı və neft-kimya müəssisələri, sement zavodları, su təmizləyici qurğular, müxtəlif məişət malları istehsal edən müəssisələr, məktəblər, xəstəxanalar və s. tikilmişdir. Ölkədə kənd təsərrüfatı plantasiyaları genişləndirilmiş, yaxın vaxtlara qədər karvan yollarının keçdiyi səhralarda müasir və geniş avtomobil magistralları çəkilmiş, dəniz və hava limanları təkmilləşdirilmişdir. == Küveyt iqtisadiyyatı == 1989-cu ildə ölkədə gündəlik neft hasilatı 230 min ton, onun satışından əldə edilən gəlir isə 9250 mln. dollar təşkil etmişdir. Küveytin İraq tərəfindən işğal edilməsi və sonradan azadlıq uğrunda gedən müharibənin nəticələri (1990-1992) ölkənin iqtisadiyyatına, xüsusilə onun neft sənayesinə (neft buruqlarının yandırılması, boru kəmərlərinin partladılması, neft anbarlarının, neft emalı zavodlarının dağıdılması və s.) olduqca böyük ziyan vurmuşdur. 1990-cı ildə ölkədə orta gündəlik neft hasilatı 130 min tona enmiş, yəni 1989-cu il səviyyəsindən 37 faiz azalmış, neftdən əldə edilən gəlir isə 6850 mln.
Küveyt tarixi
Küveyt tarixi — Küveytin keçmişi. == Ümumi tarix == Küveytin qədim və orta əsrlər tarixi zəif tədqiq edilmişdir. Eramızdan əvvəl III minillikdə indiki Küveyt ərazisi Dilmun dövlətinin tərkibinə daxil idi. IV əsrin ikinci yarısında Küveyt Ləxmilər ərəb dövlətinin tərkibinə daxil olur. VII əsrin əvvəllərindən Fars körfəzi bölgəsi, eləcə də Küveyt (o zaman Kureyn adlanırdı) ərazisində yerli ərəb tayfalarından olan şeyxlər hökmranlıq edirdi. XVII əsrin ortalarında Küveyt Osmanlı dövlətinin nəzarəti altına keçir və Əl-Həsa, Cənubi İraq və Bəhreynlə birlikdə Bəsrə vilayətinin tərkibində Osmanlı imperiyasına qatılır. Vahid Küveyt əmirliyinin yaranması XVIII yüzilliyin ortalarına təsadüf edir. Ərazidə yaşayan qəbilə şeyxləri Sabah bin Cabir Əl-Sabahı (1756–1762) özlərinin əmiri elan edirlər. 1760-cı ildə əmirliyin mərkəzi Əl-Küveyt şəhəri hasara alınır və dəniz ticarətinin mühüm mərkəzinə çevrilir. XIX əsrin birinci yarısında İngiltərə Körfəz bölgəsində yerli əhəmiyyətli müharibələr törədir.
Küveyt şəhəri
Küveyt (həmçinin Əl- Küveyt — ərəb. الكويت ‎) — Küveyt dövlətinin paytaxtı. == Tarixi == Küveyt körfəzi sahilində yerləşmiş şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur. == Əhalisi == Şəhərin əhalisi — 151.060 (2008), şəhərətrafı qəsəbələrlə birlikdə — 2,380,000 nəfərdən çoxdur. == Coğrafiyası == Şəhər Küveyt körfəzinin sahilində yerləşir. Şəhər üç zonaya bölünür: sənaye zonası (Şüveyx şəhərətrafı qəsəbəsində), təhsil zonası (orada universitet, məktəblər və elmi-tədqiqat müəssisələri yerləşir) və istirahət zonası (sahilboyu Əl-Cahar şəhərinə qədər uzanır. == Sənayesi == Müasir Küveyt ənənəvi ərəb-müsəlman şəhərlərinə bənzəmir. Xarici görünüşünə görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər hesabına şəhər sürətlə böyüyür. Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti məhsulları, sement istehsal olunur, avtomobil, televizor və soyuducular quraşdırılır.
Küveyt əhalisi
== Əhalinin hərəkəti == Küveyt əhalisinin sayına görə region ölkələri içərisində 14-cü yerdədir. 1957-ci ildə ölkədə 995 min, 2005-ci ildə isə 2,3 mln, nəfər əhali yaşayırdı. Ölkə əhalisinin 60 faizi başqa ölkələrdən gələnlərdir. Küveytdə digər ərəb ölkələri, Pakistan, Hindistan və Asiyanın başqa ölkələrindən olan immiqrantlar çoxdur. Əhalinin təbii artım sürəti 1957-ci ildə 11 faizdən 2005-ci ildə 3,0 faizə qədər azalmışdır. «Ailənin planlaşdırılması» adlı demoqrafik siyasət aparan «üçüncü dünya» dövlətlərindən fərqli olaraq Küveyt uşaq doğumunu artırmaq məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Proqnozlara görə 2015-ci ildə ölkə əhalisinin sayının 3,4 mln. nəfərə çatması gözlənilir. 1930-cu ildə Küveytdə neft yataqlarının kəşfi və xüsusilə İkinci Dünya müharibəsindən sonra onun istismarına başlanılması ölkəyə digər ölkələrdən, əsasən müsəlman dövlətlərindən əhali axınına səbəb olur. Hazırda ölkə əhalisinin 90 faizi yerli və gəlmə ərəblərdir.
Silahsız Kuvvet
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.
Əl-Küveyt
Küveyt (həmçinin Əl- Küveyt — ərəb. الكويت ‎) — Küveyt dövlətinin paytaxtı. Küveyt körfəzi sahilində yerləşmiş şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur. Şəhərin əhalisi — 151.060 (2008), şəhərətrafı qəsəbələrlə birlikdə — 2,380,000 nəfərdən çoxdur. Şəhər Küveyt körfəzinin sahilində yerləşir. Şəhər üç zonaya bölünür: sənaye zonası (Şüveyx şəhərətrafı qəsəbəsində), təhsil zonası (orada universitet, məktəblər və elmi-tədqiqat müəssisələri yerləşir) və istirahət zonası (sahilboyu Əl-Cahar şəhərinə qədər uzanır. Müasir Küveyt ənənəvi ərəb-müsəlman şəhərlərinə bənzəmir. Xarici görünüşünə görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər hesabına şəhər sürətlə böyüyür. Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti məhsulları, sement istehsal olunur, avtomobil, televizor və soyuducular quraşdırılır.
Azərbaycan–Küveyt münasibətləri
Azərbaycan–Küveyt münasibətləri — Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Azərbaycan ilə Küveyti dini və tarixi amillər birləşdirir. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin oktyabrın 7-də qurulmuşdur. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur. Küveyt bu təşkilatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycana iqtisadi və humanitar yardımın göstərilməsi ilə bağlı qərarların qəbul edilməsində Azərbaycan Respublikasını həmişə dəstəkləyir. === Fövqəladə və səlahiyyətli səfirlər === İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır. Azərbaycan Respublikasının 1 oktyabr 2002-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Küveyt Dövlətində (Küveyt şəhərində) Səfirliyi təsis edilmişdir Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. O, 24 iyun 2010-cu il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Şaitdin Əliyev olmuşdur.
Küveyt Premyer Liqası
Küveyt Premyer Liqası — Küveytdə futbol üzrə ən yüksək diviziondur. == Tarixi == Küveyt Premyer Liqasının tarixi 1961-ci ildən başlayır.
Küveyt əmirlərinin siyahısı
Küveyt əmirləri, Kuveyt'in əmiridir. Ölkəyi 1752'dən bəri Əl-Sabah sülaləsi'nə mensub şəxslər idarə etməkdədir. 29 yanvar 2006'da hakimiyyətə gələn Sabah IV Əl-Əhməd Əl-Cabir Əs-Sabah, hakimiyyəti davam etdirir.
Qurtuluş teleqülləsi (Küveyt)
Qurtuluş qülləsi , Küveyt şəhərində 372 metr yüksəklikdəki telekommunikasiya qülləsidir. Ölkənin ikinci ən yüksək tikilisi və dünyanın ən yüksək 39-cu binasıdır. Əvvəlcə Küveyt Telekommunikasiya Qülləsi adlandırmaq üçün nəzərdə tutulan, qüllənin tikintisi İraqın Küveytə işğalından əvvəl, 1990-cı il avqustun 2-də başlamışdır. Gərginliyin baş verdiyi zaman, demək olar ki, yarısı tikilinən qüllənin tikintisi tamamilə dayandı. Lakin tikili heç bir zərər görmədi və İraq qüvvələri 1991-ci il fevralın 27-də çıxarıldıqdan sonra bərpa olundu. 1993-cü ildə başa çatdıqdan sonra qüllə Küveytin İraqdan qurtuluşunun simvolu olan Qurtuluş qülləsi adlandırıldı.
Azərbaycan–Küveyt futbol matçları
== Kişilər ==
Küveyt milli futbol komandası
== Tarixi == İlk rəsmi oyununu 1961-ci ilin sentyabrın 3-də Mərakeşdə Liviyaya qarşı keçirən komanda 2:2 hesablı heç-heçə edib. Ən böyük hesablı məğlubiyyətləri 0:8 hesablı olub. İki dəfə. 1961-ci il, sentyabrın 3-də Mərakeşdə Misir, 2003-cü ilin noyabrın 19-da Portuqaliyada. Ən böyük hesablı qələbəsi 2000-ci ilin fevralın 14-də rəsmiləşib. Butanı evdə 20:0 darmadağın ediblər. Həmin il Sidney Olimpiadasının iştirakçısı olan Küveyt yalnız Asiya kubokunda uğuru ilə öyünür. 1976-cı ildə gümüş medal əldə edən ərəblər 4 il sonra növbəti yarışda çempion adını qazanıb. Asiya kubokunda (1984-cü ildə) bürünc medal götürərək, ardıcıl üç dəfə mükafatçılar sırasında yer alıblar. Dünya çempionatının final mərhələsinə yalnız 2 dəfə çıxan zəngin neft ölkəsinin təmsilçiləri hər iki halda qrup səddini aşa bilməyib.
2011-ci il Küveyt iğtişaşları
Toqquşma nəticəsində ən azı 30 nəfər yaralanıb. Əl-Cahar şəhərində keçirilən aksiyada mindən çox insan iştirak edib. Onlar əsasən köçəri həyat tərzi keçirən sakinlərdir. Nümayişçilər iş, pulsuz təhsil, tibbi xidmət tələb edib, Küveytin digər vətəndaşlarından fərqli olaraq, onlara bu imkanların yaradılmamasının ədalətsizlik olduğunu bildiriblər. Polis 50-dək nümayişçini həbs edib. Əmirliyin vətəndaşları bütün kommunal xərclərdən azad edildi, onların maaşları 2 dəfə artırıldı. Bundan başqa, hər kəsə pulsuz yemək və ayda 3500 dollar verilir... Ərəb ölkələrində kütləvi narazılıqlar və nümayişlər başlanandan sonra Küveyt əmirliyinin rəhbərliyi yaşananlardan nəticə çıxarmağa çalışıb. Əmirliyi idarə edən əs Səbah ailəsi dünyada indiyədək misli görünməmiş iş görüb və bir gecənin içində təəbələrini feodalizmdən kommunizmə keçirib. Prinsip etibarilə Küveytin yerli əhalisi olan 1 milyon ərəb indiyə qədər də pis yaşamırdı.
Azərbaycan-Küveyt futbol matçlarının siyahısı
== Kişilər ==
Katet
Katet — düzbucaqlı üçbucağın düz bucağı əmələ gətirən tərəflərin hər biri adlanır.
Komet
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Korvet
Korvet — hərbi gəmilərin müşayiət və gözətçilik funksiyasını daşımaq üçün olan sinfi. Korvetlər adətən su və hava məkanından gələn təhlükənin qarşısını almaq üçün müdafiə mövqeyini yerinə yetirirlər. == Korvetlər yelkənli donanma dövründə == Yelkənli donanma dövrünün ilk vaxtlarında, yəni XVII-XIX əsrlərdə, korvetlər üçdorlu hərbi gəmi olmaqla, düz yelkən silahlanmasına malik idi. Silahlanmada 18—30 arası kiçik və böyük kalibrlı toplardan istifadə olunurdu. Bütün toplar adətən yuxarı göyərtədə yerləşdirilirdi. Belə gəmilərdə sututumluq 460 ton və yuxarı idi. XIX əsrin 40-ci illərində təkərli, 60-cı illərin sonlarında isə vint-yelkənli korvetlər yaranmağa başladı. == Korvetlət İkinci dünya müharibəsi dövründə == İkinci dünya müharibəsi dövründə xüsusi olaraq hazırlanmış müdafiə gəmiləri ilk dəfə ABŞ və Böyük Britaniya Hərbi Dəniz Qüvvələrində (HDQ) meydana gəlmişdi. Bu korvetlərdə sututumluluq 500—1600 ton arası dəyişirdi. Sürət isə saatda 30—37 km göstəriciyə bərabər olurdu.
Krevet
Krevet (lat. Palaemon) — Əsl krevetlər infradəstəsinə (Palaemonidae) aid krevet cinsi.
Kulen
Kulen (Serb-Xorvat. kulen və ya kulin) paprika və digər ədviyyatlarla bol olan sous ilə hazırlanmış və hisə verilmiş donuz əti kolbasasıdır. Voyevodina (Serbiya), həmçinin Slavonya və Baranya(Xorvatiya) geniş yayılmışdır. “Sirem kuleni” və “Baran kuleni” coğrafi mənşə ilə əlaqəli olub, Avropa Birliyində qeydiyyatdan keçmiş məhsullardır. Slavonya kuleni isə 2007-ci ildən etibarən rəsmi olaraq Xorvatiyanın qeyri-maddi mədəni irsinin bir elementi olaraq tanınır. Kulen xüsusi bayramlarda süfrəyə verilir: Milad, Pasxa, toy, il dönümləri, uşaqların vəftiz edilməsi və s. Hər il Bački Petrovacda Kulen regional festivalı keçirilir. == Çeşidləri == === Sirem kuleni === Sirem kuleni, Serbiyanın Voyevodina bölgəsinin ənənəvi ev kolbasasıdır, hər bir ailə və hər bir sənaye istehsalçısı üçün (əsasən ədviyyat növləri və həcmi nisbətləri) fərqlidir. Bu növ haqqında ilk yazılı məlumat 1852-ci ildə Vyanada nəşr olunan kitabda yer alır. Sözün mənşəyi yunan dilində “κόλον” - kök bağırsaq mənasını verir.
Kureş
Kureş Tuva Respublikasının ənənəvi güləşidir. Sibirin cənubunda yayılmışdır. Sözün Tuva ilə qardaş olan, yəni eyni olan türk dilləri ilə əlaqələri var, məsələn, bu idman türklərin yağlı güləşi və tatarların koraşı ilə eynidir. (hamısı qədim türk dilindən alınmışdır).
Kövər
Kövər — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. == Tarixi == Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir. Oykonim "mal-qara üçün ayrılmış örüş yeri" mənasındadır. Kövər variantında da qeydə alınmışdır.
Küftə
Küftə — Yaxın Şərq, Balkanlar, Qafqaz, Mərkəzi və Cənubi Asiya ölkələrin mətbəxlərinə aid yemək növü. Çəkilmiş ətin qarışıq tərkiblə bişirilmiş halıdır və çox növləri vardır.
Kükəl
Kükəl — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kükəl kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. == Etimologiyası == Xalq etimologiyasına görə, oykonim Şəxs adı ilə bağlıdır. Türk dillərində kükəl "alaqoru, qaramuq otu", Azərbaycan dilinin dialektlərində kükəl "boş, mənasız, lazımsız" mənalarında işlənir, kükü isə "gicitkənə oxşar Xoş ətirli bitki" adıdır. Şərqi Sibir toponimiyasında kükü "göy, yaşıl rəng" mənalarında, Qərbi Sibir toponimiyasında isə kikke "çay, çay qolu, su" mənalarında işlənir. Deməli, kükəl "yaşıllıq, otluq" mənasındadır.
Külək
Külək və ya Yel — havanın üfüqi istiqamətdə hərəkətidir. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Künər
Künər vilayəti (puşt. کونړ, fars. کنر‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Künər vilayətin sahəsi 4.942 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 407.8 min nəfər, inzibati mərkəzi Əsədabad şəhəridir. Vilayətin Pakistanla 175 km-lik sərhəddi var. == Əhalisinin etnik tərkibi == Əhalisinin 95%-ni puştunlar, 5%-ni nuristanilər və digər xalqların nümayəndələri təşkil edir. == İnzibati quruluşu == Vilayət inzibati cəhətdən Əsədabad, Mərəvara, Bar Künər, Danqam, Nari, Qaziabad, Şaygal və Şiltan, Vata Pur, Çapa Dara, Dara-i-Peç, Nərəng, Çavkay, Nurgal, Xas Künər və Sirkanay rayonlarına bölünür.
Kürək
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.