Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Osman Kavala
Mehmet Osman Kavala (türk. Mehmet Osman Kavala; 2 oktyabr 1957, Paris) — Türkiyənin ictimai xadimi, hüquq müdafiəçisi, iş adamı və xeyriyyəçi. O, Türkiyədə bir sıra insan haqları layihələrini maliyyələşdirmiş və bu layihələrdə də fəal iştirak edib. Osman Kavala Türkiyədə insan haqları təşkilatlarının işinin inkişafına böyük töhfə verib. O, bu sahədə aktiv fəaliyyətinə 1990-cı illərdən başlayıb. 2002-ci ildə Kavala Türkiyənin müasir mədəniyyət və incəsənətinə həsr olunmuş Anadolu Kültür layihəsini təsis edib. Bu layihənin məqsədi türk sənətinin ölkə hüdudlarından kənarda təbliği, həmçinin türk sənət və mədəniyyət xadimlərinə dəstək olmaq olub. 2019-cu ildə Türkiyədə təhlükə altında olan mədəni irsin əhəmiyyətli nümunələrinin qorunması və qorunub saxlanmasında göstərdiyi səylərə görə Avropa Arxeoloqlar Assosiasiyasının Avropa Arxeoloji İrs Mükafatını və İnsan Hüquqları Dərnəyinin İstanbul filialı tərəfindən Ayşenur Zarakolu Fikir və İfadə Azadlığı Mükafatını alıb. Onun Türkiyədəki həbsi Avropa İnsan Hüquqları Məhkəməsinin və on Qərb ölkəsinin səfirlərinin onun azadlığa buraxılmasını tələb etməsinə səbəb olub. Bu tələblər Türkiyə məhkəmələri və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rədd edilib.
Kalba Musa
Kalba Musa (1856, Naxçıvan – 1924, Göyçay) – Azərbaycan xeyriyyəçisi. 1901–1909-cu illər arasında hələ də şəhər sakinləri tərəfindən istifadə olunan su quyularını xeyriyyə məqsədilə qazdırıb şəhərin su təminatını yaxşılaşdırmışdır. == Həyat və fəaliyyəti == Kalba Musa XIX əsrin sonlarında ailəsi və qohumlarının köməyi ilə icarəyə götürdüyü torpaqlarda təsərrüfat yaradaraq tezliklə varlanmış, xeyriyyəçiliklə məşğul olmuşdur. Sudan qıtlıq çəkən Naxçıvana "Kabla Musa çeşməsi" adlı məşhur bulağı çəkdirmişdir. Kabla Musa bu məqsədlə 1901-ci ildə Naxçıvan şəhərindən 3 kilometr yuxarıda Şıxmahmud kəndinin yanında, Naxçıvan çayının sağ yatağında quyular qazdırıb şəhərin əsaslı su təminatını yaratmaq üçün ən təcrübəli, bacarıqlı kankanları ətrafına toplayır. Sər-hesab edərək belə qənaətə gəlir ki, burada azı 130–140 quyu qazılmalıdır. Dərinliyi 30–35 metrə çatacaq bu quyuları yeraltı lağım atıb bir-birinə bənd eləməklə şirin suyu öz axarı ilə şəhərə gətirmək lazımdır. Bu işdə ən çətin məsələ o dövrdə lazımi alət və texniki vasitələr olmadan bir-birindən 60–80 metr aralı olan quyuların yeraltı xətlərlə birləşdirilməsi idi. Balaca əl torbalarında uzun kəndir-sicimlərlə bu qədər torpağı yerin dərinliyindən qazıb-çıxaran kankanların işi, sözün əsl mənasında, böyük fədakarlıq idi. Səkkiz il sərasər 135-dək quyu qazılır və lağım vasitəsilə birləşdirilir.
Frank Şvalba-Hot
Frank Schwalba-Hoth (12 dekabr 1952, Hamburq, Almaniya) keçmiş siyasətçi, Avropa Parlamentinin yaşıllar partiyasından olan keçmiş üzvü və Almaniya yaşıllar partiyasının qurucu üzvü olmuşdur. Orta Məktəb və Hərbi xidmətini bitirdikdən sonra, Frank Schwalba Hoth, 1974-1981- ci illərdə Marburg Universitetində təhsil almışdır. Frank Schwalba-Hoth-un bir qız övladı var. == Siyasət == Frank Schwalba-Hoth hələ tələbə olarkən siyasətlə daha yaxından marağlanmağa başlamışdır. Marburg Universiteti Tələbə Parlamentinin üzvü, 1979-1980-ci illərdə isə həmin parlamentin Prezidenti olmuşdur. Almaniya Federal Respublikasında insan haqqları barəsində 3-cü Beynəlxalq Russel Tribunalı kimi təşəbbüslərin üzərində çalışmışdır. Almaniya Yaşıllar Partiyasının qurucu üzvlərindən biri olmuşdur. 1982-1983-cü illərdə Almaniyanin Hesse regionunun yerli parlamentinin üzvü olmuşdur. Frank Schwalba-Hoth tərəfindən irəli sürülən "Müəllim Təlimi" haqqda qanun layihəsi, Almaniya Parlamentində yaşıllar tərəfindən irəli sürülən ilk qanun layihəsi olmuşdur. Almaniyanın Hesse regionunda ABŞ əsgərleri üçün təşkil olunan tədbir zamanı, Frank Schwalba-Hoth ABŞ nüvə raketlərinin Almaniya ərazisində yerləşdirilməsinə etiraz olaraq, öz qanını Amerika Ordu Generalı Paul S. Williams-ın medalları üzərinə axıtmışdır.