Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Guillermo Lasso
Guillermo Alberto Santiago Lasso Mendoza (16 noyabr 1955, Quayakil[d], Quayas[d], Ekvador) — Ekvadorun keçmiş prezidenti.
Lasio
Latsio ((lattsjo), Latınca: Latium kimi tələffüz olunur) İtaliyanın mərkəzi yarımada hissəsində yerləşən 20 inzibati rayondan biridir. Latsio təqribən 5.7 milyon sakini ilə İtaliyanın ən çox əhali məskunlaşan üçüncü, 170 milyard avrodan çox ümumdaxili məhsulu ilə ən böyük iqtisadiyyata malik ikinci regionudur. == Tarixi == Latsio latın sözü olan Latiumdan götürülüb. Regionun adı latın mənşəli qədim xalqların qəbilə icmalarında da mövcuddur. Baxmayaraq ki, qədim Roma latınlardan başqa etrusklar və digər italiklər də daxil olmaqla çoxmillətli ölkə idi, amma axırıncı tayfa çoxluq təşkil edirdi. Roma mifologiyasına görə latın tayfası adını kral Latinusdan götürüb. == Coğrafiyası == Latsionun ərazisi 17,236 km²-dir və o, şimaldan Tuskani, Umbria və Mark, şərqdən Abruzzo və Malise, cənubdan Kompania və qərbdən Tirenian dənizi ilə əhatə olunub. Region əsasən düzənlik, təpəliklərdən ibarətdir və əsasən şərq və cənub zonaları kiçik dağlıq ərazilərdir. Latsionun sahili Sersio (541m) və Gata (171m) burunları ilə əhatə olunan qumlu çimərliklərdən ibarətdir. Latsionun bir hissəsi olan Pontin adaları cənub sahili boyunca uzanır.
Lassi
Lassi (Pəncabca: ਲੱਸੀ, Hindcə: लस्सी, Urduca: لسی, Marathicə: ताक, Qucaratca: છાસ, benq. লস্যি, puşt. شوملې) - Hindistan yarımqitəsində populyar və ənənəvi ayran. Su ilə qatıq və Hindistan ədviyyatlarının qarışdırılması ilə hazırlanır. Ənənəvi lassi (həmçinin duzlu lassi, və ya, sadəcə lassi kimi tanınan) bəzən üyütülmüş qovrulmuş kimyon ilə ətirli bir ləzzətli içkidir, digər tərəfdən şirin lassi ədviyyat yerinə şəkər və ya meyvə ilə qarışdırılır.
Lassu
Lassu (fr. Lassouts, oks. Las Sots) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Espalyon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12124. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 28 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 316 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 156 nəfər arasında (15-64 yaş arasında) 118 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə bu 69.2%).
Lasko mağarası
Lasko mağarası (fr. Grotte de Lascaux) — Fransada sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biri. Mağaranı "ibtidai icma quruluşunun Sikstin kapellası" da adlandırırlar. Orada olan rəsm və qravyuraların dəqiq yaranma tarixi yoxdur, onun təqribən eramızdan 18-15 əsr əvvəl yarandığını ehtimal edirlər. Əvvəllər onun qədim Madlen mədəniyyətinə aid olduğunu güman edirdilər. Sonradan aparılan tədqiqatlar nəticəsində onun daha erkən Solyutr mədəniyyətinə aid olduğu təsdiq edilmişdir.
Laslo Bito
Laslo Bito (tam adı: Laslo Bito, mac. László Z. Bitó; 7 sentyabr 1934, Budapeşt – 14 noyabr 2021) — Macarıstan fizioloqu və yazıçısı. Tədqiqatçı kimi qlaukoma üçün dərman hazırlamışdır. Yazıçı kimi roman və esselər müəllifidir. == Həyatı == Laslo Bito Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. Onun ailəsi kommunist dövründə Budapeştdən ayrılmaq məcburiyyətində qalmışdır. O, Komlodakı bir mədəndə xidmət etmiş və 1956-cı ildə inqilabın yerli lideri olmuşdur. İnqilab Rus qüvvələri tərəfindən yatırılandan sonra Bito ABŞ-yə qaçdı, burada təqaüd qazandı və fizioloq oldu. ABŞ-də ona sığınacaq verildi və 1956–57-ci ilin qış rübündə Bard Kollecində təhsil aldı. O, 1960-cı ildə Bard Kollecinin pre-med biologiya fakültəsindən məzun oldu.
Laslo Bölöni
László Bölöni (rumın: Ladislau Bölöni; 11 mart 1953, Tırqu-Mureş[d], Mureş) — Rumıniyalı keçmiş futbolçu və hazırkı menecerdir. O, sonuncu dəfə Superliqa Yunanıstanın " Panatinaikos" klubunu çalışdırıb.
Laslo Kalnoki
Laslo Kalnoki (mac. Kálnoky László; 5 sentyabr 1912, Eqer – 30 iyul 1985, Budakesi[d], Peşt medyesi) — macar şairi və tərcüməçisi. == Həyatı == Laslo Kalnoki Nyuqatın üçüncü nəslinə aid edilirdi. Onun şeirlərində pessimizm cərəyanı daha çox hiss olunurdu.
Laslo Köver
Laslo Köver (mac. Kövér László; 29 dekabr 1959, Papa[d], Vesprem) — Macar siyasi xadim, Macarıstan Milli Məclisinin sədri == Həyatı == Laslo Köver 29 dekabr 1959-cu ildə Macarıstanın Vesprem şəhərində anadan olmuşdur. 1987-ci ildə orta məktəb müəlliməsi Maria Beklə ailə həyatı qurmuş, cütlüyün 3 övladı dünyaya gəlmişdir. == Siyasi fəaliyyəti == Laslo Köver 1988-ci ildə FİDES partiyasının qurucusu Viktor Orbanın hökumətində Mülki Kəşfiyyat Xidmətləri üzrə nazir vəzifəsində çalışmışdır. Köver 2000-ci ildə partiya rəhbəri seçilsə də 2001-ci ildə bu vəzifədən istefa verdi. 2010-cu ildə Pal Şmit Macarıstan prezidenti seçilərək Milli Məclisin sədirliyi vəzifəsindən getdi. Nəticə də Laslo Köver 2010-cu il avqustun 5-də Macarıstan Milli Məclisinin yeni sədri oldu. 2 aprel 2012-ci ildə Pal Şmit prezident vəzifəsindən istefa etdikdə Laslo Köver müvəqqəti olaraq prezident vəzifələrini icra etdi. 2012-ci il 10 may seçkilərində Yanoş Ader prezident olması ilə Köver əvvəlki vəzifəsinə geri qayıtdı.
Laslo Paal
Laslo Paál (d. 30 iyul 1846, Zam, Rumıniya - ö. 4 mart 1879, Şaranton-le-Pon, Fransa) — macar impressionist peyzaj rəssamı, barbizon məktəbinin nümayəndəsi. == Həyatı == Laslo Paal ziyalı ailəsində anadan olmuşdur. Onun atası postmeyster idi. Paal kiçik yaşlarında incəsənətdə istedadını nümayiş etdirməyə başlamışdır, ilk dərslərini Arad şəhərində Pal Böhmdan almışdır. Atasının istəyindən sonra hüquq təhsili almaq məqsədilə 1864-cü ildə Vyana şəhərinə yollandı, amma Vyana Təsviri İncəsənət Akademiyasında təhsil almağa başladı və 1866-cı ildə Albert Simmermanın tələbəsi oldu. Üç il sonra Paal Münhen şəhərində baş tutmuş əhəmiyyətli sərgiyə qatıldı və orada ilk dəfə Barbizon məktəbinin rəssamları ilə görüşdü. 1870-ci ildə o və Ejen Yettel təhsil almaq üçün Hollandiyaya yollandılar və həmin il uşaqlıq dostu Muxay Munkaçinin məsləhətinə əməl edərək Düsseldorf Rəssamlıq Akademiyasına daxil oldu. Daha sonra Paal Londonda bir tacir tərəfindən təşkil edilən sərgiyə dəvət olundu.1873-cü ildə Laslo Paal evləndi, Barbizon incəsənət kaloniyasında yaşamağa başladı və Paris Salonunun daimi iştirakçısı oldu.
Laslo Papp
Laslo Papp (boksçu) — Macarıstanlı boksçu.
Laşlo Sinko
Laşlo Sinko (18 Mart 1970 – 31 İyul 2015) — Macarıstanlı film aktyoru. O, 1959-cu il ilə 2009-cu il arasında 90-dan çox film və televiziya şousunda rol oynamışdır.
Suzan Basso
Suzan Marqaret Basso (15 may 1954, Skenektadi[d], Nyu-York ştatı – 5 fevral 2014, Hantsvill[d], Texas) — 1998-ci ilin avqustunda həyat siğortası pulu üçün öldürülən əqli qüsurlu Lui “Buddi” Mussonun işğəncə və qətlində mühakimə olunan 6 müttəhimdən biri olan amerikalı qadın. O, 1999-cu ilin oktyabrında ölüm hökmünə məhkum edildi. Basso 5 fevral 2014-cü ildə ölümcül inyeksiya ilə edam edildi. Edamından əvvəl Basso dövlətin ölüm sırasında olan qadın məhkumlarının hamısının həbs olunduğu yer olan Texas ştatının Qeytsvill şəhərindəki Mountain View şöbəsində saxlanıldı. Cinayət baş verən zaman Basso Texas ştatının Hasinto şəhərindəki Hyuston şəhərətrafı qəsəbəsində yaşayırdı. == Qurban == Buddi Musso əvvəllər evli idi və 1980-ci ildə xərçəngdən ölən həyat yoldaşı ilə bir oğlu var idi. 1997-ci ildə Musso Nyu-York şəhəri yaxınlığındakı Nyu-Cersi ştatında, Kliffsayd Parkda bir evdə yaşayırdı və “Shop-Rite” mağazasında çalışırdı. Musso 58 yaşında olarkən 43 yaşlı Suzan Basso ilə evinin yaxınlığındakı bir kilsənin bazarında tanış oldu. Onlar uzaq məsafəli münasibətə başladılar və o, Basso ilə Texas ştatına köçməyi planlaşdırdı. O, 14 iyun 1998-ci ildə Hyuston bölgəsinə köçdü.
İvar Lassi
İvar Lassi (fin Ivar Fredrik Lassy; 18 noyabr 1889, Bakı – 4 iyun 1938, Butovo poliqonu[d], Moskva vilayəti) — Fin əsilli Azərbaycan SSR jurnalisti, yazıçısı və şərqşünası. İvar Lassi 1889-cu ilin 18 noyabr tarixində Rusiya imperiyasının Bakı quberniyasının mərkəzi olan Bakı şəhərində anadan olmuşdur. Azərbaycandakı Məhərrəm ayı adətlərini sistematik şəkildə analiz edərək elmi iş şəklində yayımlamış ilk şəxsdir. 1936-cı ildən, 1938-ci ilə qədər davam edən siyasi repressiyalar dövrü olan Böyük təmizləmə zamanı, yazmış olduğu kitablarda anti-sovet ruhunun olması əsas gətirilərək Finlandiyaya cəsusluqda ittiham edilmiş və 1938-ci ilin 4 iyun tarixində edam edilmişdir.
Laslo Papp (boksçu)
Laslo Papp (mac. László Papp; 25 mart 1926, Budapeşt – 16 oktyabr 2003, Budapeşt) — Macarıstanın Budapeşt şəhərindən olan professional boksçu. 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya oyunlarında, 1952-ci ildə Helsinkində keçirilən Yay Olimpiya oyunlarında və 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya oyunlarında qızıl medallar əldə etmişdir. Sonuncu Olimpiya yarışmasında Xose Torresi məğlub edərək Olimpiya tarixində üç ardıcıl qızıl medal qazanan ilk boksçu oldu. == Həvəskar karyerası == Papp 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya oyunlarında, 1952-ci ildə Helsinkində keçirilən Yay Olimpiya oyunlarında və 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya oyunlarında qızıl medalların sahibi olmuşdur. O, həmçinin, 1949-cu ildə Osloda və 1951-ci ildə Milan şəhərində keçirilən orta çəki kateqoriyasında çempion oldu. O, amatör olaraq 55 oyunda ilk raundda nokaut etdi. === Olimpiya Oyunlarında nəticələri === 1948 London (İngiltərə) Məğlub edib Valfrid Resko (Finlandiya) KO 2 Məğlub edib Jan Velter (Luksemburq) KO 1 Məğlub edib Oqyust Kavinyak (Belçika) KO 1 Məğlub edib Ivano Fontana (İtaliya) 3–0 Məğlub edib Conni Rayt(İngiltərə) 3–01952 Helsinki (Finlandiya) Məğlub edib Spayder Vebb (ABŞ) KO 2 Məğlub edib Çarli Çeys (Kanada) KO 2 Məğlub edib Petar Stankoff Spassoff (Bolqarıstan) 3–0 Məğlub edib Eladio Oskar Herrera (Argentina) 3–0 Məğlub edib Teunis van Şalkvik(Cənubi Afrika) 3–01956 Melburn (Avstraliya) Məğlub edib Alberto Saenz (Argentina) KO 3 Məğlub edib Zbiqnev Petrikovskiy (Polşa) 3–0 Məğlub edib Xose Torres (ABŞ) 2–1 == Peşəkar karyerası == Əlində problem olmasına baxmayaraq Papp 1957-ci ildə peşəkar boksçu karyerasına başladı və tez bir zamanda orta çəki kateqoriyasında yüksəlməyə başladı, lakin Macarıstan kommunist ölkəsi idi və həmin dövrdə peşəkar boks ilə məşğul olmağa icazə verilmirdi. Papp məşq etmək və döyüşlərə qoşulmaq üçün Avstriyanın paytaxtı Vyana şəhərinə getməli oldu. Bu dezavantajlara baxmayaraq Avropanın orta çəkili baş məşqçisi adı uğrunda Tayqer Cons, Fransanın çempionu İppolit Anne və Kris Kristensen kimi bir sıra yarışmaçıları məğlub etdi.
Laslo Papp (güləşçi)
Laslo Papp (mac. Papp László; 4 yanvar 1905, Senteş[d], Çonqrad[d] – 28 yanvar 1989, Budapeşt) — macarıstanlı Yunan-Roma güləşçisi, Olimpiya Oyunlarının mükafatçısı. == Həyatı == Laslo Papp 1905-ci ildə Senteş şəhərində anadan olmuşdur. 1925 və 1926-cı illərdə Avropa çempionatların gümüş medalçısı olmuşdur, 1927-ci ildə isə Avropa çempionluğunu qazandı. 1928-ci ildə o, Amsterdamda keçirilən Olimpiya Oyunlarında iştirak etdi və gümüş medala layiq görüldü. 1933-cü ildə Laslo Papp bu dəfə Yunan-Roma yox, sərbəst güləş üzrə Avropa çempionu oldu. 1934-cü ildə o, Avropa çempionatının bürünc medalını qazandı.
Le-Plessi-Qasso
Le-Plessi-Qasso (fr. Le Plessis-Gassot) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Ekuan. Əhalisi — 75 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 21 km şimalda, Serji belediyyənin 26 km şərqdə yerləşir.
Lassi (Val-d'Uaz)
Lassi (fr. Lassy) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — l'Otiy. Əhalisi — 177 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 33 km şimalda, Serji belediyyənin 30 km şərqdə yerləşir.
Lassi (Val-d’Uaz)
Lassi (fr. Lassy) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — l'Otiy. Əhalisi — 177 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 33 km şimalda, Serji belediyyənin 30 km şərqdə yerləşir.
Assos
Assos (q.yun. Ἄσσος, lat. Assus), Bəhramkale və ya qısaca Bəhram ― Türkiyənin Çanaqqala ilinin Ayvacık ilçəsində tarixən mövcud olmuş zəngin şəhər. Şəhər Böyük Plininin dövründə Apollonia (Ἀπολλωνία) adını daşıyırdı.Aristotel Afinadakı Platon Akademiyasından ayrıldıqdan sonra (Ksenokratın da qatıldığı) Assosa gəlir. O burada Hermi tərəfindən qarşılanır və şəhərdə akademiya açır. Aristotel həmçinin Herminin övladlığa götürdüyü qızı Fisias ilə evlənmişdir. Aristotel Assos akademiyasında bir qrup filosofun başçısı olur və onlarla birlikdə zoologiya və biologiya mövzusunda yenilikçi müşahidələr edir.Farslar Assosa hücum etdikdə Kral Hermi tutuldu və öldürüldü. Aristotel dostu Makedoniyalı II Filippin idarə etdiyi Makedoniyaya qaçdı və burada Filipin oğlu Makedoniyalı İskəndərə dərs verməyə başladı. Şəhərin girişində Aristotelin müasir heykəli var.Assosun dağıntıları 2017-ci ildən bəri Türkiyədəki Ümumdünya İrsi İlkin siyahısına daxil edilmişdir. == Coğrafiya == Şəhərə rəsmi olaraq Bəhramkale kimi istinad edilsə də, insanların əksəriyyəti buranı hələ də qədim adı olan Assos olaraq adlandırırlar.
Casio
Casio (yap. カシオ計算機株式会社) — Yaponiyanın tanınmış eletronika şirkətidir. Şikətin mərkəzi Şibuya, Tokio,Yaponiyadadır. Casionun tanınmış məhsulları: Kalkulyator, rəqəmsal kamera, rəqəmsal saat, mobil telefon, rəqəmsal musiqi aləti və s. 1946-cı ildə Tokioda qurulmuşdur və 1957-ci ildə ilk dəfə dünyada tamamilə elektriklə çalışan kalkulyatoru bazara çıxarmışdır. Casio ilk dəfə 1980-1990-cı illərdə msiqiçilər üçün ev elektron klaviaturaları inkişaf etdirmişdir.
Hassa
Hassa — Hatay ilində ilçə.
Lanyo
Lanyo (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Laqos
Laqos — Nigeriyanın ən böyük şəhəri. 1991-ci ilin dekabr ayınadək ölkənin paytaxtı olmuşdur. Əhalisi 7 937 932 nəfər (2006), sahəsi 999,6 km²-dir.
Largo
Largo, Larqo, Larco (it. largo — geniş, çox asta, tamam, uzatmaq) — Musiqi xarakteri və tempi. Larqo Adajio ilə eyni hərəkətli olsa da bir qədər ciddidir. Musiqili ötürmələrdə beş əsas dərəcəli hərəkət templəri içində (largo, andante, moderato, allegro, presto) largo birinci yerdə gəlir.
Laser
Dağrazyanası (lat. Laser Borkh.) == Dərman bitkisi kimi istifadə olunan növləri == Üçdilim dağrazyanası (lat.
Qlasse
Qlasse (fr. glacé — dondurulmuş, soyudulmuş) - dondurma əlavə edilmiş qəhvə əsaslı soyuq içki. == Hazırlanma qaydası == Bir fincan üçün Dondurma (vanilli şokoladlı və ya kofeli) - 100 qr Şokolad şirəsi (sirop) - 2 xörək qaşığı Qaymaq (şirin və çalınmış)- 2 xörək qaşığı Monpası konfətləri (sümürulən şüşə konfet) 1 xörək qaşığıKofeni dəmləyin ve soyudun. Azacıq soyudulmuş qaymağı çalın və şəkər kirşanı əlavə edin. Fujerlərə dondurma doldurun və uzərinə şokolad şirəsi( sirop) əlavə edin. Daha sonra ehtiyatla soyudulmuş kofe əlavə edin. Bundan sonra hər fujerin ustunə bir xörək qaşığı çalınmış qaymaq yerləşdirib üstünə monpası ovuntusu tökun.
Lapsi
Lapsi — erkən xristian kilsəsində Roma səlahiyyətlilərinin təqibləri altında imanlarından imtina edən mürtədlər. Bu termin öz imanından üz döndərmiş, ancaq sonradan ona qayıdan şəxslərə aiddir. == Tarixi == 250-ci ildə Roma imperatoru Desi Trayan Roma imperiyasının bütün vətəndaşlarından ənənəvi tanrılara ictimai şəkildə qurban kəsmələrini tələb edən bir fərman vermişdir. Fərman on səkkiz ay qüvvədə qalmışdır. Bir sıra görkəmli xristianlar, o cümlədən Papa Fabian, Antioxiyalı Vavila və Yerusəlimli Aleksandr qurban kəsməkdən imtina etdiklərinə görə öldürülmüşdür.Desinin fərmanı kilsə daxilində iğtişaşlar yaratmışdır. Təzyiqlərə boyun əyən və ictimai qurbanlar verən xristianlara "lapsi" deyilirdi. Qurban kəsilməsi başa çatdıqdan sonra fərdlər Roma dininə uyğunluğu təsdiq edən qanuni sənəd, yəni şəhadətnamə alırdılar. Bu sınaqdan qaçmaq üçün bir çox ruhanilər öz icmalarını lidersiz qoyub qaçmışdır.Əksər kilsələrdə dindən dönənlər xristianlığa yenidən qəbul edilirdilər. Əksinə, bəzi Afrika yeparxiyaları onları yenidən qəbul etməkdən imtina etmişdilər. Desinin hakimiyyəti dövründə baş tutan təqiblər birbaşa şizmatik novasianizm hərəkatına gətirib çıxarmışdır.