Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Layka
Layka (rus. Лайка, hərfi mənada "hürən", təq. 1954, Moskva, RSFSR, SSRİ – 3 noyabr 1957, Sputnik-2) — Yerətrafı orbitə çıxan ilk heyvan və Sovet kosmos iti. Adi küçə iti olan Layka kosmosa gedən ilk canlılardan biri idi. O, 1957-ci il noyabrın 3-də Sputnik-2 adı altında kosmosa göndərilən R-7 raketinin sakini kimi seçilmişdi. Kosmosa göndərilən vaxt onun təqribən 3 yaşı var idi. Bəzi alimlər fikirləşirdilər ki, insanlar kosmosa getsələr orada məhv olarlar. Buna görə də, kosmosa it göndərmək fikrində idilər. Həmin vaxtlarda kosmik uçuşların canlılara təsirinə dair məlumat az olduğuna görə Laykanın yaşama ehtimalının çox az olacağı düşünülürdü. Layka çox güman ki, R-7 raketi ilə onun yerləşdiyi hissənin ayrılması anında baş vermiş qəza səbəbilə meydana gələn hipertermiya (həddən artıq istilik) nəticəsində qalxışdan sonrakı bir neçə saat içində ölmüşdür.
Lefka
Lefka (yun. Λεύκα; türk. Lefke) ― Kiprdə qəsəbə. Ərazi Şimali Kiprin de-fakto nəzarəti altındadır. 2011-ci ildə qəsəbənin 3009 nəfər sakini var idi. Qəsəbə 2016-cı ilə qədər Gözəlyurd ilçəsinin mərkəzi olmuş, daha sonra isə yeni yaradılan Lefka ilçəsinin mərkəzinə çevrilmişdir. Lefka sitrus meyvələri və mədənləri ilə məşhurdur. Qəsəbədə Avropa Lefka Universitetinin yerləşir. Kiprin Venesiya dövründə Lefkada İtalyan əsilli Katoliklər üstünlük təşkil etmiş, Osmanlı hakimiyyəti dövründə isə əraziyə türklər köçürülmüşdür. Asil Nadir və Nil Burak Lefkada anadan olmuşdurlar.
Leyla
Leyla (Ləyla, Leyli) (ərəb. ليلى‎; ivr. ‏לילא‏‎) — bir çox xalqlarda qızlara verilən şəxsi ad. sami dillərində mənası "gecə" deməkdir və (L-Y-L لیل) kökündən irəli gəlir və zaman keçdikcə "qara saçlı gözəl" və ya "qaranlıq gözəli", "gecə anadan olmuş" deyiminə gətirib çıxarılıb. İvrit dilində ad "Lilit" kimi işlənir. == Bu adı olan tanınmış insanlar == Leyla Bədirbəyli: Azərbaycan SSR xalq artisti Leyla Şıxlinskaya: Azərbaycanlı aktrisa Leyla Əliyeva: Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük qızı Leyla Səfərova: Azərbaycanlı rejissor, ssenari müəllifi. Leyla Vəkilova: İlk Azərbaycanlı balerina Leyla Murad: Misirli müğənni və aktrisa Leyla Yunus: Azərbaycanlı hüquq müdafiəçisi Leyla Ceyd: İngilis modeli və pornoaktrisa. Leyla Quliyeva: Azərbaycanlı şərhçi Leyla Şahtaxtinskaya: Xaricdə təhsil almış ilk azərbaycanlı qadın Leyla Məmmədbəyova: Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçisi. Leyla Abaşidze: Gürcü aktrisa Leyla Pəhləvi: Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin kiçik övladı Leyla Əli: Məhəmməd Əli – əfsanəvi Amerikalı boksçusunun qızı və Amerikalı qadın boksçusu Leyla Əli Abdulla: Maldivin birinci xanımı Leyla Foruhər: İranlı müğənni və aktrisa Leyla Allahverdiyeva: Leyla Xalid: Leyla Axundzadə: Leyla Neyzi: Leyla Qamsız Sarptürk: Leyla Şahgəldiyeva: Leyla Abdullayeva — Azərbaycanın Fransadakı səfiri (2022–h.h).
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.
Lenka Popkin
Lenka Popkin (d. 16 aprel 1978; Teplitse, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Lenka Popkin, 2008-ci ildə Çexiyanı XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lenka Popkin, 2008-ci ildə Çexiya bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Popkin, 57.60 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
Leyla Hatəmi
Leyla Hatəmi — İranın kino və televiziya aktrisası. == Filmoqrafiya == Bomba (1396) Domuz (1396) Crazy Doll (1395) Yuxu yatağı (1394) I (1394) Dünyada neçə saatdır?
Leyla Kərimli
Leyla Kərimli (1976, Salyan) — Fəlsəfə Elmləri doktoru, Qafqaz Tədqiqat Resurs Mərkəzinin keçmiş direktoru. O, xarici universitetlərdə professor kimi fəaliyyət göstərən azərbaycanlı akademiklərdən biridir. Los-Anceles, Kaliforniya Universitetinin Luskin İctimai işlər Məktəbinin Sosial Rifah üzrə assistent professorudur. == Həyatı və fəaliyyəti == Leyla Kərimli 1976-cı ildə Salyan şəhərində həkim ailəsində anadan olub. İlk təhsilini Salyan şəhər orta məktəbində rus dilində alıb. 1993-cü ildə o, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasına qəbul olub. Leyla Kərimli Beynəlxalq Münasibətlər şöbəsinə qəbul olan üç qadından biri olmuşdur. 1997-ci ildən 2000-ci ilə qədər həmin universitetin Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. 1999-cu ildə Bakı Dövlət Universiteti ilə Fransanın bir neçə ali məktəbi arasında açılmış TACIS-TEMPUS proqramı çərçivəsində Nis-Sofia Antipolis Universitetinə qəbul olmuşdur. 1996-cı ildən etibarən təhsilini davam etdirməklə yanaşı, Qeyri-hökumət təşkilatında işləməyə başlamış və Fransadan qayıtdıqdan sonra Bakı Dövlət Universitetində yarım-ştat müəllim olaraq çalışmışdır.
Leyla Luik
Leyla Luik (d. 14 oktyabr 1985) — Estoniya idmançısı. Olimpiadalar tarixində iştirak edəcək ilk üçəmin üzvü. Bacıları Liina və Lili Luikdir. Leyla bacıları ilə birlikdə 2016 Yay Olimpiya Oyunlarında idman yerişi (21,1 km) və 10 km məsafələrə marafon yarışında iştirak edəcəklər.
Leyla Mirzoyeva
Leyla Murad
Leyla Murad (ərəb. ليلى مراد‎); (17 fevral 1918 – 21 noyabr, 1995) — yəhudi mənşəli Misir müğənnisi və aktrisası, islam dinini qəbul edib. == İstinadlar == == Mənbə == ماهر حسن ، المصرى اليوم ، عدد 1987 ، 21 نوفمبر 2009. == Xarici keçidlər == Laila Mourad Video Music Clips زكى فطين عبد الوهاب يكشف أسرار ليلي مراد… Leyla Murad — IMDb səhifəsi.
Leyla Məmmədbəyova
Leyla Ələsgər qızı Məmmədbəyova (17 sentyabr 1909, Bakı – 4 iyul 1989, Bakı) — Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi. == Həyatı == Leyla Məmmədbəyova əslən Qubadan olsa da 17 sentyabr 1909-cu ildə Bakıda anadan olub və ilk təhsilini Bakıda alıb. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri mart soyqırımı ərəfəsində ailəsi ilə birlikdə Həştərxanda məskunlaşıblar. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Bakıya köçüblər. == Karyerası == İlk əmək fəaliyyətinə 1930-cu ildən başlayan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir. Yetkinlik yaşına çatmamış dörd uşaq anası (uşaqlarının sayı isə ümümən altı nəfər idi) mayor Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakına imkan verilmədi. Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə almışdı.
Leyla Neyzi
Leyla Neyzi (29 iyul 1961) - tarixçi, sosioloq == Həyatı == Leyla Neyzi 1961-ci il 29 iyulda İstanbulda doğulmuşdur.Türk akademiki,antropoloq,sosioloq,tarixçi olmaqla yanaşı, Sabancı Universitetinin müəllimidir.İş adamı və yazıçı Əli Neyzinin və məşhur pediatr Olcay Neyzinin qızıdır. Robert Kollecini bitirdikdən sonra ABŞ-da Stanford Universitetində Antropologiya, Cornell Universitetində Sosiologiya təhsili almışdır.Boğaziçi Universitetində köməkçi dosentlik dövründən sonra tədqiqatlarını tarix üzrə dərinləşdirmişdir.İndiyədək Sabancı Universitetində Sosiologiya üzrə təhsil almaqdadır.Bundan əlavə,Oksford Universiteti St.Antoni Kollecində Müasir Türkiyə proqramında qonaq tədris üzvüdür. == Yaradıcılığı == Çox dəyərli iki tədqiqatından birincisini İstanbul Təşviqiyə məhəlləsinin sakinlərinin söylədiklərinə əsasən,ikincisini isə 20-ci əsrin əvvəli Ankarasının kiçik Musəvi əhalisi arasında doğulmuş və bütün əsrə şahidlik etmiş Yaşar Pakerin gündəliyinə əsaslanaraq gerçəkləşmişdir.Xüsusilə,ikincisi Yaşar Pakerin həyatı boyunca iki dəfə (öncə Qurtuluş savaşında 2 mart 1921 tarixli Məclis qərarı ilə,daha sonra II dünya müharibəsi ərəfəsində) qeyri-müsəlmanların yerinə yetirdiyi amalə taburları haqqında verdikləri məlumatlar xeyli maraqlıdır.Amələ taburlarına qarşı bir çox keyfiyyətsiz iddia və nəşrlərə qarşı elmi fakt gətirməklə,həmçinin Türkiyə yəhudilərinin tarixini işıqlandırmaqla mühüm əhəmiyyət kəsb edir. == Mükafatları == Malkolm Kerr Dissertasiya mükafatı,Middle East Studies Association of North America, 1992. Population Council Middle East Awards Tədqiqat proqramı mükafatı,1998-1999.
Leyla Pəhləvi
Leyla Pəhləvi (fars. لیلا پهلوی‎‎; 27 mart 1970 - 10 iyun 2001), Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi ilə üçüncü həyat yoldaşı Fərəh Pəhləvinin ən kiçik uşağı ki İranın Tehran şəhərində anadan olmuşdur. Leyla Pəhləvi gözəlliyi sayəsində o dövrün məşhur italyan dizayneri Valentino-nun sevimli modellərindən biri olmuşdur. O, 31 yaşında Londonun şəhər mərkəzində olan Leonard hotelindəki otağında artıq doza yuxu həbləri ilə intihar etmişdir.
Leyla Quliyeva
Leyla Mütəllim qızı Quliyeva (qızlıq soyadı: Əliyeva; 26 iyun 1986; Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı teleaparıcı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2018), "İctimai" Televiziyası Musiqili, Bədii və Əyləncəli Verilişlər Departamentinin aparıcısı (2005–2020), Bakı 2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı, "Xəzər" Televiziyası Kreativ şöbəsinin rəhbəri (2020-h.h.). == Həyatı == Leyla Quliyeva 1986-cı il iyunun 26-da Bakı şəhərində anadan olub. Uşaq yaşlarından musiqiyə və ədəbiyyata böyük marağı olub. Skripkaya maraq göstərsə də, onun bu arzusu ürəyində qalıb və o ailəsinin istəyi üzərinə pianinoya yazılıb. 1993-2004-cü illərdə Bakı şəhər 190 saylı tam orta məktəbdə, 1994-2001-ci illərdə Bakı şəhər Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəbinin Fortepiano şöbəsində, 2001-2004-cü illərdə isə Qeorqi Şaroyev adına 35 saylı musiqi məktəbinin Nəzəriyyə və vokal şöbəsində təhsil alıb. Ali təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Vokal və xor dirijorluğu fakültəsində alıb. I kursu Xuraman Qasımovanın rəhbərliyi altında Vokal şöbəsində yekunlaşdırıb. I kursu bitirdikdən sonra ixtisasını dəyişmiş və II kursdan etibarən "dirijorluq" ixtisası üzrə təhsilini davam etdirmişdir. Bakalavr təhsilini yekunlaşdırdıqdan sonra magistr təhsili də almışdır. Leyla Quliyeva hövsələsiz və səbirsiz biri olduğundan hətta bir müddət musiqini atmışdı.
Leyla Qurbanova
Leyla Qədirzadə
Leyla Qədirzadə (tam adı: Leyla Salam qızı Qədirzadə; 14 avqust 1958) — ssenari müəllifi, tərcüməçi. Yazıçı, Gənclik, Azərnəşr nəşriyyatlarında, Azərbaycan Dövlət Mətbuat Komitəsində böyük redaktor vəzifəsində, İnter-Ad, Cinealliance, Cinex şirkətlərində kreativ direktor vəzifəsində çalışıb. 250-dən çox reklam və korporativ filmin, 12 sənədli filmin müəllifidir. Azərbaycan Televiziyası Mədəniyyət kanalında “Müəllif proqramları və xüsusi layihələr” departamentinin baş redaktor müavinidir. Azərbaycanda “Ələddin” adlı ilk uşaq müziklının müəllifidir. == Həyat və yaradıcılığı == Leyla Qədirzadə 14 avqust 1958-ci ildə Bakı şəhərində doğulub. 1980-ci ildə Bakı Dövlət Universitetinin "Şərqşünaslıq" fakültəsini bitirdikdən sonra “Yazıçı” nəşriyyatında əmək fəaliyyətinə başlayıb. 1992-ci ilədək “Yazıçı”, “Gənclik”, “Azərnəşr” nəşriyyatlarında, Azərbaycan Dövlət Mətbuat Komitəsində böyük redaktor vəzifəsində çalışıb. 1992-1994-cı illərdə Fars dili təmayüllü gimnaziyada müəllim vəzifəsində, “Günay” qəzetində tərcüməçi vəzifəsində çalışıb. 1994-1996-ci illərdə İran tikinti-təmir şirkətində tərcüməçi işləyib.
Leyla Ramazanlı
Leyla Səfərova
Leyla Həzrət qızı Səfərova — Azərbaycan rejissoru, ssenari müəllifi, Azərbaycanın Əməkdar incəsənət xadimi (2016). == Həyatı == Leyla Səfərova 15.10.1945-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. 1969–1974-cü illədə Moskvada ÜDKİ-nun kinorejissorliq fakultəsində təhsil alıb. 1985–1987-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkıtində, 1987-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Leyla Vəkilli
Leyla Vəkilli (tam adı; Leyla Həsanalısultan qızı Vəkilli; 1932, Paris – 26 noyabr 2017, Bodrum, Muğla ili) — Fransada yaşayan azərbaycan əsilli jurnalist, Fransada türk film festivallarının qurucusu. == Həyatı == Leyla Vəkilli 21 fevral 1932-ci il tarixdə Parisdə doğulub. 26 noyabr 2017-ci il tarixdə Türkiyədə Bodrum, Muğla, Türkbükü bölgəsində dünyasını dəyişmişdir. Atası Həsənalısultan bəy Vəkilov Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. İlk orta təhsilini İrəvanda gimnaziyada alıb, sonra Rusiyada Xarkov Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Bir müddət Tiflisdə yaşayıb. Tiflisdə Mariya adlı gürcü xanımla evli olub. 1920-ci ildə Qafqazda sovet rejimi qurulduqdan sonra Türkiyəyə mühacirət edib. Türkiyəyə mühacirət edərkən Mariya xanım onunla getməkdən imtina edib. Türkiyədə Krım türklərindən olan Safiyə xanımla ailə qurub.
Leyla Vəkilova
Leyla Məhəd qızı Vəkilova (29 yanvar 1927, Bakı – 20 fevral 1999, Bakı) — Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik dühalarından. Azərbaycan SSR Xalq Artisti, SSRİ xalq artisti, xoreoqraf, professor, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri (1976–1982), Bakı Xoreoqrafiya Məktəbinin bədii rəhbəri, Lenin ordeni və "Şöhrət" ordeni ilə təltif olunmuşdur. İlk dəfə klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zəifliyini hünərvər ustalıqla birləşdirə və onu öz ifasının estetik hüsnünə çevirə bilmişdir. == Həyatı == Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb. 1945–1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub.
Leyla Xalid
Leyla Xalid (9 aprel 1944, Hayfa) — == Həyatı == 1944-cü ildə Britaniyanın idarəçiliyində olan Haifada anadan olmuşdur. 1947-ci ildə Ərəb ölkələri ilə İsrail arasında müharibə başladı. Leyla Xalidin ailəsi 1948-ci ildə Livana köçdülər. 15 yaşında olan zaman Corc Habaş tərəfindən qurulan Fələstin Xalq Qurtuluş Təşkilatına qatıldı. Daha sonar Beyrut Amerikan Universitetində tibb ixtisası üzrə təhsil almağa başladı. 1967-ci ildə Altı Günlük müharibədən sonar Fələstin Xalq Qurtuluş Təşkilatında özünü göstərməyə başladı. Daha sonralar Küveytdə müəlliməlik fəaliyyəti ilə məşğul olmağa başladı. Qara Sentyabr hadisəsinin baş verən il üçü eyni zaman olmaq üzərə 4 təyyarə qaçırılma əməliyyatında iştirak etmişdir. 1969 və 1970-ci illərdə iştirak etdiyi, liderləri Wadi Haddad tərəfindən planlanan əməliyyatlarda diqqətləri üzərinə çəkdi. 29 avqust 1969-cu ildə Amerikaya məxsus təyyarəni qaçırdaraq Şam şəhərinə endirdi.
Leyla Yunus
Leyla Yunus (21 dekabr 1955, Bakı) — hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri, Milli Şuranın üzvü. == Həyatı == Leyla Yunus 21 dekabr 1956-cı ildə Bakıda doğulub. === Təhsili === Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, antik ədəbiyyatı üzrə ixtisaslaşıb. === İctimai-siyasi fəaliyyəti === 1980-ci illərin sonunda Azərbaycanda başlayan demokratik hərəkatının fəal iştirakçısı olub. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Sosial Demokrat Partiyasının yaradıcılarından biri sayılır. 1992–1993-cü illərdə Dağlıq Qarabağda hərbi əməliyyatlar gedərkən, Leyla Yunus Müdafiə Nazirliyində informasiya və təhlil mərkəzinə rəhbərlik edib. Azərbaycanın ilk hüquq müdafiəçilərindən olan Leyla Yunus 1994-cü ildən bütün fəaliyyətini əsasən bu sahəyə yönəldərək siyasi məhbus problemi ilə məşğuldur. == Ailəsi == Evlidir, həyat yoldaşı Arif Yunus tarixçidir. Dinara Yunusova adında bir qızları var. == Mükafatları və fəxri adları == İnsan hüquqları və demokratik azadlıqlar sahəsində fəaliyyətinə görə bir sıra beynəlxalq mükafatlara layiq görülüb, Fransanın "Şərəf Legionu Kavaleri" ordeniylə təltif edilib.
Leyla İmanova
Leyla Bəkir qızı İmanova (30 noyabr 1960, Bakı) — Azərbaycan alimi, tibb üzrə fəlsəfə doktoru. == Həyatı == Leyla İmanova 30 noyabr 1960-cı ildə tanınmış alim Bəkir Nəbiyevin ailəsində dünyaya göz açmışdır. 1968–1975-ci illərdə Bakı şəhərində yerləşən 16 saylı musiqi məktəbini oxumuş, 1968–1978-ci illərdə isə 225 saylı orta məktəbi bitirmişdir. 1978–1984-cü illərdə Azərbaycan Dövlət Tibb Universiteti, Müalicə–profilaktika fakültəsi, müalicə işi üzrə həkim ixtisasına yiyələnən L. İmanova 1993–1995-ci illərdə AMEA, "İnsan fiziologiyası" ixtisası üzrə aspirantura təhsili almışdır. === Ailəsi === Nazim İmanovla ailəlidir, iki övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1984–1985 — Xəzər Gəmiçiliyinin Mərkəzi Klinik Xəstəxanası, intern həkim; 1985–1987–16 saylı şəhər poliklinikası, sahə həkimi; 1987–1988–16 saylı şəhər poliklinikası nəzdində AMEA Tibb Məntəqəsinin rəhbəri; 1988–2001 — AMEA Fiziologiya İnstitutu, Respublika Nevroloji Mərkəzi bazasında Kliniki Neyrofiziologiya laboratoriyası, baş elmi işçi; 1998–2000 — Türk – Amerika Tibb Mərkəzi, nevropatoloq həkim; 2001–2004 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, İctimai Səhiyyə Proqramı, əlaqələndirici; 2004–2009 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Proqram direktoru (İctimai Səhiyyə proqramı, Zərərin Azaldılması Beynəlxalq proqramı, Beynəlxalq Palliativ Yardım proqramı, Səhiyyə Büdcəsinin monitorinqi proqramı, Psixi Sağlamlıq proqramı); 2006–2012 — HİV/AİDS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond proqramının 4-cü və 9-cu raundlar üzrə Vətəndaş Sektoru hissəsinin rəhbəri; 2009–2012 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Sağlamlıq Hüququ və Siyasəti Proqramının direktoru; Səhiyyə sahəsində araşdırmaların və Milli Səhiyyə Proqramlarının hazırlanmasının təşkili, habelə ekspert qismində iştirak; İctimai Səhiyyə sahəsində 300-dən çox konfrans, seminar, dəyirmi masa və təlimin təşkili və nəticələrinin əlaqələndirilməsi, habelə eskpert qismində iştirak; İctimai Səhiyyə sahəsində 250-dən çox layihənin hazırlanması və icrasının əlaqələndirilməsi; Müxtəlif qurumların və işçi qrupların üzvü: Vərəm, Tütün, Palliativ Yardım və Uşaqların Müdafiəsi üzrə Şəbəkələrin üzvü, Ədliyə Nazirliyi Penitensiar xidmətinin Yetkinlik yaşına çatmamış uşaqlar üçün Tərbiyə müəssisəsinin Himayəçilik Şurasının sədri, HİV/AİDS, Vərəm və Malyariya ilə mübatizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının üzvü; Maliyyə və proqram hesabatlarının hazırlanması; BMT-yə HİV üzrə ölkə hesabatının "Vətəndaş sektoru" bölməsinin 2010 və 2012-ci illər üzrə müəllifi və əlaqələndiricisi; Qanun layihələrinin vətəndaş sektoru tərəfindən müzakirələrinin təşkili, təkliflərin formalaşdırılaraq Milli Məclisə təqdim edilməsi, o cümlədən HİV/AİDS və Sosial Xidmətlər üzrə Qanun layihələrinin hazırlanması dövründə MM Sosial Siyasət Komitəsi nəzdindəki işçi qruplarda vətəndaş sektorunun təmsilçisi; Çap materiallarının, metodik vəsaitlərin tərtib edilməsi, redaktəsi, nəşrə hazırlanması və nəşrinin əlaqələndirilməsi, dizayn işləri üzrə məsləhətçi; Soros Fondları Şəbəkəsinin Azərbaycan bölməsinin İctimai Səhiyyə proqramı üzrə ölkə strategiyalarının yazılması və Azərbaycanın maraqlarının təmsilçisi kimi müdafiəsi; Zərərin Azaldılması, Palliativ Yardım, Əlilliyi olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyası və reabilitasiyası üzrə proqram və maliyyə standartlarının hazırlanması; Yerli və beynəlxalq ekspertlərin işinin təşkili və əlaqələndirilməsi; 2012–2014 — "Qafqazın Strateji Tədqiqatlar İnstitutu" MMC – İnformasiya və təhlil şöbəsinin rəhbəri; 2014–2020 — AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru. 2021-indiyədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) Strateji planlaşdırma, beynəlxalq əlaqələr və layihələr departamentinin direktoru. == Mükafatları == 1996-cı ildə "The British Council" təlim mərkəzindən İngilis dili üzrə Sertifikat 1998-ci ildə Nevrologiya və fiziologiya ixtisasları üzrə Tibb elmləri namizədi diplomu 1998-ci ildə Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə institutu tərəfindən Nevrologiya ixtisası üzrə sertifikatı 22 oktyabr 2018-ci ildə Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi tərəfindən "Qızıl xaç" ordeninə layiq görülmüşdür. == İstinadlar == == Xarici keçidlər == AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Prezident Kitabxanasında olmuşdur Arxivləşdirilib 2019-12-04 at the Wayback Machine Leyla İmanova: "Nəsimi ili" çərçivəsində Mərkəzi Elmi Kitabxana tərəfindən fəaliyyət planı hazırlanıb Leyla İmanova: Tədqiqat aparmaq üçün əski erməni dilini bilən mütəxəssislərə ehtiyac var MEK direktoru Leyla İmanova və professor Claudia Lux AzTV-nin Səhər proqramında qonaq.
Leyla İsmayılova
İsmayılova Leyla Rizvan qızı (belar. Лейла Рызванаўна Ісмаілава) – Belarus Respublikasının tanınmış jurnalisti, musiqili televiziya proqramının aparıcısı, model, Minskdə keçirilən 2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin aparıcısı (Denis Kuryanla birgə), 2011 Avroviziya Mahnı Müsabiqəsində Belarus üzrə səsvermənin nəticələrini elan edib. O, həmçinin 2012 Avroviziya Mahnı Müsabiqəsinin Belarusda keçirilən seçim turunun aparıcısı olub. == Həyatı == Leyla İsmayılova 28 iyul 1989-cu ildə Minskdə anadan olub. Atası Rizvan İsmayılov, anası minskli Halina Rujantsovadır. Leyla anadan olandan bir ay sonra ailə Bakı şəhərinə köçüb. Atasını 3 yaşında ikən itirib. Ağdamda neft bazasının direktoru olan Rizvan İsmayılov Ermənistan–Azərbaycan münaqişəsinin qurbanıdır – o, erməni tərəfinin Ağdam şəhərini bombardman etməsi nəticəsində həlak olub. 3 uşaqla tək qalan anası Minskə köçüb. Leyla 15 yaşından mətbuatda çıxış etməyə başlayıb.
Leyla Şahgəldiyeva
Leyla Şahgəldiyeva (tam adı: Leyla Mais qızı Şahgəldiyeva) — kimyaçı alim, AMEA-nın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru. == Həyatı == Şahgəldiyeva Leyla Mais qızı 1969-cu ilin 06 may ayının Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 1975-ci ildə 160 nömrəli məktəbin birinci sinfinə daxil olub, oranı 1985-ci ildə bitirib. Həmin, 1985-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaşılıq fakültəsinə daxil olub, 1991-ci ildə institututu fərglənmə diplomu ilə bitirib. 1991-ci-1995-ci illərdə "Eskado" fimrasında kimyaçi-analitik kimi çalışırdı. 1995 ildə AMEA Aşqarlar Kimyası İnstitutuna "Mühafizəedici aşqarlar" laboratoriyasına kiçik elmi işçi vəzifəsinə daxil olub. 1998 ildə aspiranturaya daxil olub, və 2002 ildə aspiranturanı bitirib. . O, aspiranturanı bitirdikdən sonra mühəndislikdən elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 2011 ildə "Hetaril-sulfamidlərin sintezi və onların xassələrinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüş və hal-hazırda həmin vəzifədə çalışır. == Elmi fəaliyyəti == 1.