Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Limli
Limli (Şərqi Azərbaycan) — Güney Azərbaycanın Muğan məntəqəsinin Xoruzlu mahalında yerləşən kənd. Limli (Biləsuvar) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd.
Entoni Şirli
Ser Entoni Şirli (d. 1565, İngiltərə krallığı — ö. 1635, Madrid, İspaniya krallığı) — ingilis səyyahlarından biri. Səfəvi imperiyasında da fəaliyyət göstərmiş, I Abbasla yaxın olmuşdur. 1603-cü ildə onun kral I Ceyms tərəfindən həbs edilməsi İngiltərə Nümayəndələr Palatasının özünün imtiyazlarından biri olan və üzvlərinin həbs edilməməsini nəzərdə tutan qanunu qəbul etməsinə yol açdı. Bu qanun Üzr istəmə və Məmnuniyyət Forması (ingiliscə:The Form of Apology and Satisfaction). == Ailəsi == Entoni Şirli Ser Tomas Şirli ilə Ser Tomas Kempenin qızı Enn Kempenin evliliyindən dünyaya gəlmişdir. O, Tomas Şirlinin böyük, Ser Robert Şirlinin kiçik qardaşıdır. Onların sağ qalmağı bacarmış 6 bacısı da olmuşdur. == Fəaliyyəti == Oksford Universitetində təhsil alan Şirli ingilis ordusu tərkibində Niderlandda döyüşmüş və Fransannı şimalına edilən 1591-ci il yürüşündə iştirak etmişdir.
Evancelin Lilli
Nikol Evancelin Lilli (ing. Nicole Evangeline Lilly; 3 avqust 1979[…], Fort-Saskaçevan, Alberta) — "Qızıl qlobus" mükafatının sahibi olan Kanada aktrisası. 3 avqust 1978-ci ildə Kanadada Alberta əyalətin Fort-Saskaçevan şəhərində anadan olmuşdur. Daha çox "Lost" serialında Keyt Ostin rolunu ifa etdiyinə görə populyarlıq qazanmışdır. Karyera - "Sağ qalmaq" serialına çəkilməzdən əvvəl Lilli stüardessa və ofisiant kimi çalışmışdır.təhsilini maliyyələşdirmək üçün o, telereklamlarda çəkilir və model kimi çalışırdı. Hərçənd özünü heç vaxt model hesab etməmişdir. Model kimi onu Ford model agentliyinin meneceri Kelonva şəhərinin küçələrində görərkən kəşf etmişdir. Lilli agentliklə müqavilə imzalayır və Vankuverə köçür. O, burada dəb nümayişlərində çıxış edir və Britaniya Kolumbiyasındakı beynəlxalq münasibətlər fakültəsindəki təhsilini maliyyələşdirir. 2004-cü ildə Lillinin əmək haqqısı hər epizoda görə $80 000 təşkil edirdi.
Lifli vaşinqtoniya
Lifli vaşinqtoniya (lat. Washingtonia filifera) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin vaşinqtoniya cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii şəraitdə ABŞ və Meksikanın cənub ştatlarında tropik ərazilərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan, tezböyüyən düz gövdəli bitkidir. Yelpik formalı, iri yarpaqcıqlardan ibarət çətirə malikdir. Yarpaqların uzunluğu 14–45 sm, yaşıl rəngli, cod saplaqlı, ag liflidir. Saplaqları iynələrlə örtülmüşdür. Kanarları tikanlıdır. Yarpaq saplağının uzunluğu 1,5–2,5 m-ə çatır. Ləkvari, çətirşəkilli, çoxsaylı hissələri yarpaq ayasının bünövrəsindən çıxır yarpağın ucunda hissələrə bölünür.
Lifli yukka
Lifli yukka (lat. Yucca filamentosa) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada Missisipi, Cənubi Karolina və Floridada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-4 m-ə qədərdir. Gövdəsi yoxdur və ya çox zəif inkişaf etmişdir. Yarpaqları göyümtül-yaşıl rəngli, uzunluğu 70 sm-ə qədər, eni 4 sm olub, ucu biz xətvaridir, kənarlarında şoxsaylı ağ, nazik, buruq saplaqları, çoxlu yarpaq rozetləri vardır. Sarı və ya ağ yarpaqları olan alabəzək yarpaqlı formaları vardır. Çiçək süpürgəsinin hündürlüyü 1-3 m-ə çatır, süpürgə oxu çılpaqdır. Çiçəkləri sallaq, sarımtıl-ağ rəngdədir, 5-7 sm uzunluqdadır. Çiçəkləmə dövründə dekorativ görünür.
Lilli Platt
Lilli Platt (ing. Lilly Platt) — İngilis əsilli holland ekoloqu. Platt ekoloji problemləri səsləndirdiyi gəncliyi və dinc tətilləri ilə tanınır. O, YouthMundus, Earth.org və WODI üçün qlobal səfir; Plastik Çirklənməyə Qarşı Koalisiyanın Gənclər Səfiri və How Global; Dünya Təmizlik Günü üçün uşaq səfiri. Platt topladığı və çeşidlədiyi plastik zibilləri yerləşdirdikdən sonra əvvəlcə sosial mediada məşhurlaşır. Bu illər ərzində o, 100.000-dən çox zibil toplayır. Platt Böyük Britaniyada anadan olub. Onun yeddi yaşı olarkən ailəsi Hollandiyaya köçür. == Ətraf mühitin mühafizəsi == 2015-ci ildə Platt babası ilə Hollandiyada parkda gəzərkən yerə səpələnmiş plastik zibilləri görür. O, holland dilini məşq etmək üçün onları saymağa qərar verir.
Limli (Biləsuvar)
Limli (fars. ليملو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 125 nəfər yaşayır (26 ailə).
Maksim Tirli
Tirli Maksim (Μάξιμος Τύριος, lat. Cassius Maximus Tyrius; II yüzillik) — antik filosof, orta platonizmin nümayəndəsi. O, Romada istedadlı natiq kimi tanınmışdır. == Əsərləri == Maksimin qırxa qədər fəlsəfi nitqləri zamanımıza gəlib çatmışdır. Onlar əsasən dini-fəlfəsi və əxlaqi məzmunludur. “Platona görə Tanrı nədir”, “Sokratın demonu”, “Tanrıya yalvarmağın mənası var, ya yox?”, “Hər şey taleyə tabedirsə, iradə azadlığı var, ya yox?” adlanan fəlsəfi nitqləri daha çox maraq kəsb edir. Burada din fəlsəfəsinin əsas problemləri olan Tanrının varlığı, şərin təbiəti, azad iradə və tale problemlərinə diqqət yetirilir. Bütün bu problemlər sonralar, yəni ortaəsr fəlsəfəsinin ən mübahisəli məsələlərinə çevrilmişdir. == Tanrılara inanc haqqında düşüncələri == “Tanrıya yalvarmağın mənası var, ya yox?” nitqində Maksim demişdir ki, Tanrıdan nəsə istəyən insan istədiyi şeyə layiq olmalıdır. Əgər layiqdirsə, onda dua etməyin mənası yoxdur, çünki səbəb-nəticə qanununa görə istədiyi şeyi duasız da əldə edər.
Pirli (Germi)
Pirli (fars. پيرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 242 nəfər yaşayır (47 ailə).
Robert Şirli
Robert Şirli (ing. Sir Robert Shirley) — ingilis səyyah və macərapərəst. Şah Abbasın hakimiyyəti dönəmində Səfəvilər ordusunun modernləşdirilməsində mühüm işlər görmüşdür. Şah Abbasın tələbi üzərinə İrana gələn Şirlinin qarşısında ordunun və donanmanın yenilənməsi vəzifəsi qoyulur. Görülən işlər nəticəsində Səfəvilərin əsas rəqibləri olan Osmanlı imperiyasının ordusu ilə rəqabət apara biləcək ordu yaradılmışdır. Robert Şirli 1581-ci ildə Şimali Sasseks bölgəsinin Viston kəndində yaşayan Tomas Şirlinin (ata) ailəsində anadan olmuşdur. Özündən böyük olan qardaşları Tomas Şirli və Entoni Şirlidən əlavə altı bacısı vardı. Səyyah 1598-ci ildə Səfəvilər imperiyası ordusunun daha da modernləşdirilməsi və mövcud düşmənlərlə effektiv mübarizə aparılması üçün imperiyaya dəvət edildi. Robert Şirli Səfəvilər imperiyasına böyük qardaşı Entoni Şirli ilə birlikdə getmişdi və Entoni imperiyanı tərk edən zaman, Robert 14 nəfər ingilis zabiti ilə birlikdə burada qaldı. 1607-ci ilin fevral ayında Robert Şirli yerli xristian-çərkəz zadəganlarından birinin qızı olan Tereza Sapsonia ilə evlənir.
Sirli ada
Sirli ada — Jül Vernin 1875-ci ildə qələmə aldığı “Sirli ada” əsəri hava şarı ilə əsirlikdən qaçmış mühəndis Sayres Smit və onun dörd yoldaşının qəza nəticəsində kimsəsiz adaya düşmələrindən və oradakı macəralarından bəhs edir. Onun yaradıcılığında "Sirli ada" romanı xüsusi bir yer tutur. Əsər qasırğa nəticəsində qəzaya uğrayıb Sakit okeanın kimsəsiz bir adasına düşən 5 nəfərin yaşamaq uğrunda mübarizəsindən bəhs edir. Yazıçının kolonistlər adlandırdığı bu insanlar adadakı həyatlarından razıdırlar. Bu azad insanlar (azad yaşamağa layiq insanlar) Riçmondda quldarların əhatəsində qalmaqdansa adada yaşamağı üstün tuturlar. Bu isə Amerikada vətandaş müharibəsinin böyük dəhşətlərindən xəbər verirdi. Həmin namuslu insanlar vəhşi təbiəti ram edib, adanı sivil ölkələrin kəndlərindən birinə çevirirlər. Təsadüfən Herbertin cibindən tapılan bir buğda dənəsindən yüz kiloqramlarla taxıl yetişdirirlər. Adada xariqələr yarada-yarada vətənə qayıtmaq ümidlərini bir an olsa belə itirmirlər. Lakin həyat həmişə uğur gətirmir, nə vaxtsa verdiklərini geri alır.
Sirli ulduz
Sirli ulduz — Məşhur belçikalı komiks yazıçısı Erjenin qələmə aldığı Tintin macəralarının bir seriyası. Bu seriyanın qəhrəmanı Yerə düşən meteoriti tapmaq üçün Şimal dənizinə yollanan müxbir Tintindir. "Sirli ulduz" Tintin macəralarının 10-cu hissəsidir. Macəra 1941-ci il 20 oktyabrından 21 may 1942-ci ilə qədər "Le Soir" qəzetində yayımlanmışdır. Tintin bir isti yay günü Milu ilə gəzişərkən göydə əvvəl heç vaxt görmədiyi parlaq ulduz diqqətini çəkir. Ulduz haqqında məlumat almaq üçün rəsədxanaya baş vuran Tintin onun əslində ulduz yox, Yerlə toqquşacaq olan kometa olduğunu öyrənir. Dünyanın sonun gəldiyini düşünən Tintin kədərlənir. Amma sabahısı gün zəlzələdən başqa hadisə baş vermir. Astronomlar kometanın trayektoriyasını səhv hesablamışdılar. Kometa Yer ilə toqquşmamışdır, amma bir hissəsi Şimal dənizinə düşmüşdür.
Tirli Marin
Tirli Marin — qədim coğrafiyaçı, kartoqraf, riyazi kartoqrafiyanın banisi hesab olunur. Marin I əsrin II yarısında Tiranada anadan olmuşdur. O dövrdə Suriya Roma imperiyası müstəmləkəsi idi. Bundan əlavə, onun həyatı haqqında məlumat yoxdur. Onun əsərləri bizim dövrümüzə gəlib çatmayıb. Ptolomeyin Coğrafiya kitabında adı çəkilir. Ptolomeyə görə Marin dəniz xəritəsini işləmişdir. O ilk dəfə coğrafi uzunluq və enliyi elmə gətirib. ptolemoy onun bir çox əsərlərinin adlarını çəkir. Marin ilk dəfə ekvatorun uzunluğunun 180000 stadiyev olduğu demişdir.
Şirli Makleyn
Şirli Makleyn (ing. Shirley MacLaine, 24 aprel 1934) — ABŞ aktrisası və yazıçısı. Şirli Makleyn 24 aprel 1934-cü ildə Virciniya ştatının Riçmond şəhərində anadan olub. Atası Ayra Ouens Biti psixiologiya professoru, anası Ketlin Koronna dram müəlliməsi idi. 1930-cu illərdə məşhur olan aktrisa Şirli Templin şərəfinə adlandırılıb.
Şirli Templ
Şirli Templ (ing. Shirley Temple; 23 aprel 1928[…], Santa-Monika, Kaliforniya – 10 fevral 2014[…]) — ABŞ aktrisası. Şirli Templ 1928-ci ildə dünyaya gəlmişdi. 1934-cü ildə ən gənc "Oskar" mükafatı laureatı olub. Həmin dövrdə canlandırdığı uşaq obrazlarına görə Hollivudun ən çox tələbat olan aktrisalarından idi. Aktrisa karyerasını başa vurduqdan sonra siyasi fəaliyyətlə məşğul olurdu. O, ABŞ-nin bəzi ölkələrdə səfiri kimi çalışıb. Vikianbarda Şirli Templ ilə əlaqəli mediafayllar var.
Tirli Giyom
Tirli Vilhelm (lat. Willelmus Tyrensis) və ya Tirli Giyom (fr. Guillaume de Tyr; təq. 1130, Qüds – 29 sentyabr 1186, Qüds) — Yerusəlim krallığında ruhani və ictimai xadimi, kral I Amorinin saray tarixçisi, səlib yürüşlərinin ən mühüm salnaməçilərindən biri. Onun ailəsinin regiona Fransadan, ya da İtaliyadan gəldiyi güman edilir. Tarixçilər onun valideynlərin krallıqda məskunlaşmış "varlı tacirlər" olduqlarını ehtimal edirlər, lakin onların Birinci Səlib yürüşündə iştirak edib-etmədikləri və ya sonradan region məskunlaşıb-məskunlaşmadıqları məlum deyil. Vilhelm təxminən 1130-cu ildə Yerusəlim şəhərində anadan olmuşdur. Onun ən azı Ralf adında bir qardaşı var idi. Anasının 1165-ci ildən əvvəl vəfat etməsi istisna olmaqla, ailəsi haqqında başqa heç nə məlum deyil. Vilhelm latın, fransız, yunan, ərəb, süryani və alman dillərini mükəmməl bilirdi.
Tirli Vilhelm
Tirli Vilhelm (lat. Willelmus Tyrensis) və ya Tirli Giyom (fr. Guillaume de Tyr; təq. 1130, Qüds – 29 sentyabr 1186, Qüds) — Yerusəlim krallığında ruhani və ictimai xadimi, kral I Amorinin saray tarixçisi, səlib yürüşlərinin ən mühüm salnaməçilərindən biri. Onun ailəsinin regiona Fransadan, ya da İtaliyadan gəldiyi güman edilir. Tarixçilər onun valideynlərin krallıqda məskunlaşmış "varlı tacirlər" olduqlarını ehtimal edirlər, lakin onların Birinci Səlib yürüşündə iştirak edib-etmədikləri və ya sonradan region məskunlaşıb-məskunlaşmadıqları məlum deyil. Vilhelm təxminən 1130-cu ildə Yerusəlim şəhərində anadan olmuşdur. Onun ən azı Ralf adında bir qardaşı var idi. Anasının 1165-ci ildən əvvəl vəfat etməsi istisna olmaqla, ailəsi haqqında başqa heç nə məlum deyil. Vilhelm latın, fransız, yunan, ərəb, süryani və alman dillərini mükəmməl bilirdi.
Sirli göl
Roopkund (yerlilər arasında Sirli göl və ya Skelet gölü kimi tanınır) — Hindistanın Uttarakhand əyalətinin Trisul massivində, yüksək hündürlükdə yerləşən buzlaq gölü. Himalay dağlarında yerləşən gölün ətrafında yaşayış yoxdur və təqribən 5020 metr (16,470 fut) hündürlükdə yerləşir. Buzlaqlarla örtülmüş qayalar və qarlı dağlarla əhatə olunmuşdur. Roopkund məşhur trekkinq yeridir. Gölün ölçüsü müxtəlif dövrlərdə əhəmiyyətli dərəcədə dəyişir, lakin onun diametri nadir hallarda 40 metrdən çox olur və həmçinin qışda donur. Təxminən üç metr dərinliyi olan Roopkund gölü kənarında tapılan yüzlərlə insan skeleti ilə məşhurdur. Qar əriyəndə insan skeletlətlərinin qalıqları gölün dibində görünür. 2015-ci ildə 82 skelet qalığında aparılan genetik və bioloji analizlərdən məlum olub ki, fərdlərin əksəriyyəti eramızın 8-ci əsrində, qalanları isə 9-cu əsrdə yaşamış kişilərdir. Qarşılaşdırılmış genetik analizlər göstərdi ki, 8-ci əsrdə ölən fərdlər genetik cəhətdən iki fərqli qrupda aiddirlər. Əksəriyyət müasir Avropa və Yaxın Şərq populyasiyalarına genetik yaxınlıq göstərsə də, digər qrup isə Şimali Hindistan Himalaylarından olan Avstroasiya əhalisi ilə yaxın haploqrupları bölüşürdü.
Sirli dəri
Sirli dəri (ing. Mysterious Skin) — Qreq Arakinin 2004-cü ildə ekranlara çıxan dram filmi. Uşaq yaşlarında eyni şəxs tərəfindən cinsi istismara məruz qalmış gənclərin yolları nəhayət kəsişir — biri fahişəlik edir, digərinin isə yadplanetlilərlə bağlı narahtlıqları var. Cozef Qordon-Levitt Brady Corbet Michelle Trachtenberg Jeff Licon Mary Lynn Rajskub Elizabet Şu Bill Sage antidotefilms.com/films/mysterious-skin/ — Sirli dərinin rəsmi saytı Sirli dəri — Internet Movie Database saytında.
Lili Afşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Lili Avşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Lili Kraus
Lili Kraus (3 aprel 1903, Budapeşt – 6 noyabr 1986[…]) — macar əsilli pianoçu. == Həyatı == Lili Kraus 1903-cü ildə Budapeştdə anadan olmuşdur. Atası çex, anası isə macar yəhudi ailəsindən çıxmışdı. Ferens List Musiqi Akademiyasında təhsilini bitirdikdən sonra 17 yaşı olarkən Budapeşt Konservatoriyasına daxil olmuşdu. Burada Zela Koday və Bela Bartok ilə birgə təhsil almışdı. 1930-cu illərdə Vyanada Severin Ayzenberqer, Eduard Ştereyman və Berlində Artur Şnabel ilə öz təhsilini davam etdirərək klassik ənənəyə ola marağını daha da artırdı. Lili Kraus tezliklə Motsart və Bethovenin mədəni irsini araşdıran mütəxəssis kimi tanındı. Krausun ilkin musiqi çıxışları və skripkaçı Simon Qoldberq ilə birgə ifaları ona beynəlxalq karyera qazandıran tənqidi tanınmasına gətirib çıxardı. 1930-cu illərdə Avropaya, Avstraliyaya, Yaponiyaya və Cənubi Afrikaya səfərlər etdi. 1940-cı ildə Kraus Asiya turuna çıxarkən Yavada olduğu zaman ailəsi ilə birlikdə həbs edildi və 1943-cü ilin iyun ayından 1945-ci ilin avqustuna qədər Yaponiyanın konsentrasiya düşərgəsində saxlanıldı.
Lili Larys
Lili Larys (pol. Helena Maliszewska-Płaczkiewicz, primo voto Osmólska 19 mart 1909, Yalta, Tavriya quberniyası[d] – 24 avqust 1986, Katovitse) — polyak rəqqasə. == Həyatı == O, Krımın Yalta şəhərində polşalı ailəsində anadan olub. Onun valideynləri Andrey Malişevski və Teodozja Rytter idi. 1905-ci ildə Andrey xəstəliyinə görə Varşavadan Krıma getdilər. O, Yaltada kimyaçı idi və orada uğurlu rus-fransız biznesi ilə məşğul olurdu. O, Rusiyada olarkən baletlə məşğul olub. Onların Krımdakı evinə İvan Mosjukinə baş çəkdi və ona tanqo rəqsini öyrətdi. Helena və anası 1922-ci ilin noyabrında Varşavaya qayıtdılar. O, təhsilini Polşada, o cümlədən balet məktəbində davam etdirdi.
Lili Luik
Lili Luik (d. 14 oktyabr 1985) — Estoniya idmançısı. Olimpiadalar tarixində iştirak edəcək ilk üçəmin üzvü. Bacıları Liina və Leyla Luikdir. Lili bacıları ilə birlikdə 2016 Yay Olimpiya Oyunlarında idman yerişi (21,1 km) və 10 km məsafələrə marafon yarışında iştirak edəcəklər.
Lili Reynhart
Lili Poline Reynhart -1996-cı il 13 sentyabrda anadan olub, Amerikalı aktrisa. == Həyatı == ReynhartOhayo ştatının Klivlend şəhərində anadan olub və yaxınlıqdakı Bay Village şəhərində böyüyüb. 10 yaşından etibarən mahnı oxumaq, aktyorluq etmək və rəqs etməyi özündə inkişaf etdirən Lili anasından onu Nyu-Yorka aparmasını xahiş edir. Reynhart18 yaşında olarkən Los Angeles şəhərinə köçür. Orada öz aktyorluq qabiliyyətini davam etdirir amma 5 aydan sonra Lili bundan imtina edir. == Karyera == Reynhart televiziya serial olan Qanun və Sifariş: Xüsusi Qurbanlar Birliyi seriyalında qonaq qismində rol aldı. Reynharteyni zamanda Lilith (2011), Dalğalanmayan, amma Boğulan (2012), Yayın Kralları (2013), Gibsonburg (2013), Forever's End (2013), Miss Stivens (2016) və Yaxşı Qonşu (2016) filmlərində rol almışdır. Reynhart, Ben Foster və Elle Fanning ilə birlikdə Mélanie Laurent'ın Galveston (2018), və Lorene Scafaria'nın Hustlers (2019) filmində, Cennifer Lopez, Keke Palmer, Cardi B və Constance Wu ilə birlikdə rol aldı. 14 iyun 2019-cu ildə isə Reyinhartın Richard Tanne'nin " Kimyəvi ürəklər" filmində Grace Town rolunu canlandıracağı elan edilib. "Kimyəvi Ürəklər" Amazon Studios tərəfindən efirə çıxacaq və hal-hazırda elan tarixi isə bəlli deyil.
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.