LİFLİ

sif. Tərkibində lif olan, liflərdən ibarət. Nazik lifli pambıq. Lifli parça. Lifli bitki.
LİFLƏNMƏK
LİFT
OBASTAN VİKİ
Lifli vaşinqtoniya
Lifli vaşinqtoniya (lat. Washingtonia filifera) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin vaşinqtoniya cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii şəraitdə ABŞ və Meksikanın cənub ştatlarında tropik ərazilərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan, tezböyüyən düz gövdəli bitkidir. Yelpik formalı, iri yarpaqcıqlardan ibarət çətirə malikdir. Yarpaqların uzunluğu 14–45 sm, yaşıl rəngli, cod saplaqlı, ag liflidir. Saplaqları iynələrlə örtülmüşdür. Kanarları tikanlıdır. Yarpaq saplağının uzunluğu 1,5–2,5 m-ə çatır. Ləkvari, çətirşəkilli, çoxsaylı hissələri yarpaq ayasının bünövrəsindən çıxır yarpağın ucunda hissələrə bölünür.
Lifli yukka
Lifli yukka (lat. Yucca filamentosa) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada Missisipi, Cənubi Karolina və Floridada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-4 m-ə qədərdir. Gövdəsi yoxdur və ya çox zəif inkişaf etmişdir. Yarpaqları göyümtül-yaşıl rəngli, uzunluğu 70 sm-ə qədər, eni 4 sm olub, ucu biz xətvaridir, kənarlarında şoxsaylı ağ, nazik, buruq saplaqları, çoxlu yarpaq rozetləri vardır. Sarı və ya ağ yarpaqları olan alabəzək yarpaqlı formaları vardır. Çiçək süpürgəsinin hündürlüyü 1-3 m-ə çatır, süpürgə oxu çılpaqdır. Çiçəkləri sallaq, sarımtıl-ağ rəngdədir, 5-7 sm uzunluqdadır. Çiçəkləmə dövründə dekorativ görünür.
Karbon lifli süni material
Karbon lifli süni material kompozit material olub, karbon liflərinin karbon matrisinə daxil edilməsi ilə əldə olunur. Belə materiallara həm də öz lifləri ilə gücləndirilmiş materiallar deyilir. Lifin növü, onların orientasiyası, həcmi və kompozit materialın hazırlanma üsulu sərbəst seçilə bilər və karbon lifli materialın xassələrinin geniş spektrdə əldə olunmasına imkan yaradır. Karbon lifləri ilə gücləndirilmiş materiallara formavermə, süni materialların hazırlanma üsulu ilə oxşardır. === Hazırlanması === Karbon liflər termiki bərkiyən birləşdirici maddələrdə batirıldıqdan sonra qat-qat dolanır və preslənir. Bu zaman piroliz prosesi baş verir. Birləşdirici maddə kömürləşir. Birləşdirici maddə çəkisini itirir və məsaməli kompozit material alınır (şəkil 1). Bu aralıq material yenidən mayeyə hopdurulur və karbonlaşdırılır. Bu proses bütöv bir material alınana qədər dəfələrlə təkrar olunur.

Digər lüğətlərdə