Bıçaqlar çəkildi: Sirli macəra
Bıçaqlar çəkildi: Sirli macəra (ing. Glass Onion: A Knives Out Mystery) — Rian Conson tərəfindən süjet xətti yazılmış və rejissorluğu edilmiş və Conson və Ram Berqmanın prodüseri olduğu 2022-ci il istehsalı olan Amerika müəmma filmidir. 2019-cu ildə çəkilmiş olan "Bıçaqlar çəkildi" filminin davamı olan filmdə Daniel Kreyq texnoloji milyarderi olan Miles Bron (Edvard Norton tərəfindən canlandırılmışdır) və Bronun ən yaxın dostları ətrafında baş verən yeni bir işi həll etməyə çalışarkən usta detektiv Benoit Blank rolunu canlandırmışdır. Digər rolları isə Janelle Monae, Ketrin Hahn, Leslie Odom Jr., Cessika Henvik, Medelin Klayn, Keyt Hadson və Deyv Botista canlandırmışdırlar.
Hələ Bıçaqlar çəkildi filmi yayımlanmamışdan əvvəl Conson davam filminin mümkünlüyündən danışmışdı. 2020-ci ildə isə onun yeni bir süjet xətti üzərində işlədiyi və Kreyqin rolunu yenidən canlandıracağı xəbəri təsdiqlənmişdir. 2021-ci ilin mart ayında isə keçirilmiş olan hərracda Netflix şirkəti, Bıçaqlar çəkildi filminə məxsus olan iki davam filminin hüquqlarını 469 milyon dollara satın almışdır.
== Süjet xətti ==
2020-ci ilin may ayında Karantində olan qubernatora, alimə, keçmiş modelə və yayımçıya, müştərək dostları, texnoloji milyarderi olan Maylz Brondan onun şəxsi Yunan adasındakı malikanəyə baş çəkmək və əyləncə gecəsinin sahibinin “qətl” sirli oyununda iştirak etmək üçün dəvətnamələri olan tapmaca qutuları gəlir. Oxşar bir paketi avaralıqdan əziyyət çəkən xüsusi detektiv olan Benua Blan da alır və dəvəti həvəslə qəbul edir. Yunanıstana gələn rəngarəng dəstə Maylzın keçmiş iş şəriki, məhkəmədə şirkəti mühakimə etdiyi Endi Bredin gəlişinə təəccüblənir və çox da sevinmir.