Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Magistr
Magistr (lat. magister — müəllim, usta) — bəzi ölkələrdə magistraturanı başa vurduqdan sonra tələbələrin əldə etdikləri ali ixtisas dərəcəsi, ilkin elmi dərəcə. Magistratura — ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə biliklərin dərinləşdirilməsinə xidmət edir. Avropanın "Bolonya prosesinə" qoşulmuş ölkələri, o cümlədən Azərbaycan ümumi Avropa təhsil çərçivəsi yaratmaq məqsədilə magistr təhsil pilləsini daxil etmişlər. Magistr iki il, peşə yönümündən asılı olaraq öncədən alınmış təhsili elmi cəhətdən dərinləşdirməyə və əlavə ixtisasa yiyələnməyə xidmət edə bilər. Bundan əlavə magistr dərəcəsi aspiranturada təhsil üçün əsas şərt sayılır. Magistraturada təhsilə məhdudiyyət vardır. Azərbaycanda magistr təhsilinin əsasları "Azərbaycan Respublikasının təhsil qanununda" ətraflı verilir.
Maqistr

Hərbi magistr
Hərbi magistr (lat. Magíster mílitum — ordu magistrı, silah magistrı ya hərbi magistr) — Roma İmperiyasında və Respublika dövründə müasir dönəmin "Baş qərargah rəisi" rütbəsinə uyğun olan hərbi vəzifə idi. IV əsrin ortalarında Böyük Konstantin tərəfindən pretoriya prefektlərinin hərbi funksiyası əllərindən alındıqdan sonra bu vəzifə təsis edilmişdir. Əvvəlcə iki vəzifə: piyadalar magistrı (lat. magister peditum) və suvari magistrı (lat. magister equitum, bu vəzifə hələ Roma Respublikası dövründə mövcud olmuşdur) təsis edilir. Piyadalar magistrı daha böyük sayılırdı. Öz növbəsində həm piyadalar həm də suvarilər rəisi hər iki qoşun növünə rəhbərlik etməyə başlayırdı və müvafiq olaraq bu vəzivə piyada və suvarilər rəisi (lat. magister equitum et peditum) və ya hər iki ordunun rəisi (lat. magister utriusquae militiae) adlandırılırdı.
Benthophilus magistri
Azov çömçəxulu (lat. Benthophilus magistri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Əsasən Azov dənizinin Taqanroq körfəzi, Kerç boğazı, Mius və Yeva çayı deltaları və of Axtanizovski limanlarında yayılmışdır. Bu növə ancaq lilli estuari sularında rastlamaq olur.
Magister equitum
Suvarilər rəisi (lat. Magister equitum suvari ordu komandiri) — Qədim Romada fövqəladə magistratlara aid dövlət tutulu eyni zamanda diktatorun müavini.
Pentacalia magistri
Pentacalia magistri (lat. Pentacalia magistri) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Vəzifələr magistrı
Vəzifələr magistrı (lat. magister officiorum, yun. μάγιστρος τῶν ὀφφικίων) — Roma imperiyasında ən yüksək mülki məmur titullarından biri. Bizansda sonda sadəcə böyük bir fəxri titula çevrilmiş və magistr (άγάγιστρος) adlanmışdır. XII əsrdən etibarən mövcudiyyətini itirmişdir. Vəzifələr magistrı saray idarəsinə rəhbərlik edirdi (xüsusən də saray işçilərinin cinayətlərini mühakimə etmək hüququna malik idi). İmperator idarəsinə tabe idi, imperatorun adına göndərilən ərizə və şikayətləri ayırd edirdi. O, sarayın ali inzibatçısı kimi elçilərin qəbuluna nəzarət edirdi və "bütün dillərdən tərcüməçiləri"nə rəhbərlik edirdi. İdarə rəisinin tabeliyində olanlar arasında məxfi xidmətlər və imperatorun şəxsi mühafizəsi də var idi. Bundan əlavə, vəzifələr magistrı silah (qalxanlar, oxlar, mərmilər, atıcı maşınlar və digər silahlar) istehsalı fabriklərinə və dövlət nəqliyyat sistemi olan "cursus publicus"a nəzarət edirdi.
Majastr
Majastr (fr. Majastres, oks. Majastres) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04107. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli insanlar arasında (15–64 yaş) 1 nəfər iqtisadi cəhətdən fəal idi (fəaliyyət göstəricisi — 100,0%, 1999-cu ildə — 50,0%). İşsizlər yox idi.
Registr
Registr (ing. Register) — mikroprosessorun, yaxud hər hansı elektron qurğunun yüksək sürətli yaddaşının verilənləri ikilik formada yaza bilən böyük olmayan, adlandırılmış sahəsi. Registr, adətən, yalnız bir neçə bayt informasiya saxlaya bilir və proqramda AX, SP kimi adlarla göstərilir; o, xüsusi, bəzən sistemin fəaliyyəti üçün həlledici verilənləri saxlamaq üçün istifadə olunur. Adi xanadan fərqi odur ki, registr ikilik kodu saxlamaqla bərabər onu çevirməyə də imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Magíster mílitum
Hərbi magistr (lat. Magíster mílitum — ordu magistrı, silah magistrı ya hərbi magistr) — Roma İmperiyasında və Respublika dövründə müasir dönəmin "Baş qərargah rəisi" rütbəsinə uyğun olan hərbi vəzifə idi. IV əsrin ortalarında Böyük Konstantin tərəfindən pretoriya prefektlərinin hərbi funksiyası əllərindən alındıqdan sonra bu vəzifə təsis edilmişdir. Əvvəlcə iki vəzifə: piyadalar magistrı (lat. magister peditum) və suvari magistrı (lat. magister equitum, bu vəzifə hələ Roma Respublikası dövründə mövcud olmuşdur) təsis edilir. Piyadalar magistrı daha böyük sayılırdı. Öz növbəsində həm piyadalar həm də suvarilər rəisi hər iki qoşun növünə rəhbərlik etməyə başlayırdı və müvafiq olaraq bu vəzivə piyada və suvarilər rəisi (lat. magister equitum et peditum) və ya hər iki ordunun rəisi (lat. magister utriusquae militiae) adlandırılırdı.
Qriqor Magistros
Qriqor Magistros (erm. Գրիգոր Մագիստրոս; təq. 990, Bjni – 1058) — erməni alimi və yazıçısı. Zadəgan Pahlavuni ailəsinin üzvü olan Magistros Pakraduni, Bizans və son olaraq Kilikiya saraylarında mühüm rol oynamışdır.
Magistral damarların transpozisiyası
Magistral damarların transpozisiyası, həmçinin böyük arteriyaların transpozisiyası qanı ürəkdən uzaqlaşdıran iki əsas arteriyanın — ağciyər arteriyası və aortanın yer dəyişdirdiyi anadangəlmə ürək qüsurudur.
Ümumi təyinatlı registr
Ümumi təyinatlı registr — (ingiliscə general-purpose register, rusca регистр общего назначения — çoxamaclı registr, ümumi təyinatlı registr – müxtəlif məqsədli istifadə üçün nəzərdə tutulmuş registr və ya əməliyyat sistemi tərəfindən hər hansı konkret məqsəd üçün ayrılmamış registr. (registr – mikroprosessorda saxlanma yeri kimi istifadə olunan çox da böyük olmayan yüksək sürətli sxem). İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Bakı-Qazax magistral yolu
Azərbaycan Respublikasında Bakı şəhəri və Qazax rayonu arasında magistral yoldur.Qazaxdan sonra Gürcüstan,Qara dəniz boyu Türkiyə və Avropaya doğru uzanır.
Bakı–Qazax magistral yolu
Azərbaycan Respublikasında Bakı şəhəri və Qazax rayonu arasında magistral yoldur.Qazaxdan sonra Gürcüstan,Qara dəniz boyu Türkiyə və Avropaya doğru uzanır.
Naxçıvan-Sədərək magistral yolu
Naxçıvan-Sədərək magistral yolu — Azərbaycanı Türkiyə ilə birbaşa birləşdirən yeganə quru avtomobil yolu. Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Yolun tikintisi 2010-cu ilə qədər mərhələli şəkildə aparılmış və 2010-cu ilin oktyabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Dördzolaqlı yolun ümumi uzunluğu 87 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir. Azəravtoyolun rəsmi saytında verilən məlumata görə yolun indeksi M-7-dir.