Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Manqal
Manqal - içində od qalayıb, üstündə şişlik ət, toyuq, balıq və s. bişirmək üçün istifadə edilən xüsusi ocaq növü. == Hazırlanması == Manqal dəmirdən, misdən və ya gildən düzəldilir. Manqal adətən dördkünc və uzunsov olur. Üstündə şiş qoymaq üçün kəsiklər, kənarlarında daşımaq üçün qulp düzəldilir. Əksər manqallar dörd(4) ayaqlı olur. Manqalın uzunluğu müxtəlif, eni isə şişin üzunluğundan 10-15 sm qısa olur. == İstifadə == Manqalın içində ağac, kömür və ya odun yandırılıb köz salınır. Qızardılan məhsul şişlərə taxılıb manqala eninə düzülür. == Mənbə == Azərbaycan Kulinariyası Ensiklopediyası, səh.
Marxal
Marxal - qar kütləsinin dağ zirvələrindən və yamaclardan sürüşüb axması və sürüşdükcə yeni qar kütlələrini özü ilə aparmasıdır. == Baş vermə səbəbi == Qar uçqunlarının əmələ gəlməsinin əsas səbəbləri yamaclarda qarın həddindən artıq yığılması, qar kütləsinin daxilində gedən kristallaşma prosesi və qar sahəsinin temperatur dəyişkənliyi nəticəsində sıxlaşmışdır. Qar uçqunlarının sürəti 20-30 m/san-yə, həcmi bir neçə mln.m3-ə çata bilər. Bu böyük dağıntılara səbəb olur. Qar uçqunları zamanı onun önündə əmələ gələn hava dalğası çox güclü dağıdıcı qüvvəyə malik olur. Qar uçqununun zərbə gücü qar kütləsinin0,5 sıxlığında 1 m2-də 60-100 t təşkil edir. qar uçqunları dağlarda mailliyi 15° və qarın hündürlüyü 40-50 sm-dən yuxarı olan yamaclarda baş verir. == Növləri == Hərəkət yolunun səciyyəsinə görə qar uçqunu 3 cür olur: Məcradan kənarda bütün yamac boyu sürüşmə şəklində Çay məcrası ilə hərəkət edən Sərt sütunlardan qopan qar uçqunu == Yayıldığı ərazilər == Alp, Şimali Amerikanın Kordilyer, Qafqaz, Xibin və Orta Asiya dağlarında müşahidə edilmişdir. Azərbaycanda bu təbii fəlakət az yayılmışdır və əsasən Böyük Qafqazın cənub yamacında müşahidə edilir.
Marşal
Marşal (qədim alman sözü marahscalc — mehtər: qədim alman sözləri "marah" — at və "scalc" — nökər; fr. maréchal) — bir sıra ölkələrin ordularında general tərkibində ali hərbi rütbə. Bəzi ölkələrdə (çar Rusiyası, Böyük Britaniya, Almaniya, Avstriya, Hindistan) bu rütbə feldmarşal (alm. feldmarshall‎; feld — çöl, səyyari, qoşun) adlanırdı.
Maral
Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən Avstraliya və Yeni Zelandiyaya gətirilib. Azərbaycan folklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".
Aleksandr Marşal
Aleksandr Vitalyeviç Minkov (Tam adı: rus. Александр Витальевич Миньков; 7 iyun 1957, Korenovsk, Krasnodar diyarı) — Rus əsilli müğənni və musiqiçi, Rusiya Federasiyasının Əməkdar artistidir (2007). Solo karyerası ilə tanınsa da, bəzi qrupların da üzvüdür: Araks (Аракс), Gül (Цветы), Salam, mahnı (Здравствуй, Песня!), Qorki Parkı (Парк Горького). 2001 və 2003 tarixlərində Qızıl Qramafon Laureatı ilə mükafatlandırılmışdır.
Alfred Marşal
Alfred Marşal (ing. Alfred Marshall; 26 iyul 1842[…], London – 13 iyul 1924[…], Kembric[…]) ingilis iqtisadçı və öz vaxtının ən təsiredici iqtisadçılarından biri olmuşdur. Neoklassik iqtisadiyyatın tamamlayıcısı kimi tanınır. Onun "İqtisadiyyatın Prinsipləri" (1890) kitabı İngiltərədə üzün müddət dərslik kimi istifadə olunub. O, tələb və təklif, marjinal fayda və istehsalın xərcləri anlayışlarını qaydaya salınmış halda təqdim edir. == Həyatı == 1842-ci ilin iyulun 26-da Bermondsey, London, İngiltərədə anadan olmuşdur.XIX əsrin sonu XX əsrin əvvəllərində mə'lum olduğu kimi dünya kapitalist iqtisadiyyatında ciddi dəyişikliklər baş verdi. Kapitalizm öz fərdi fəaliyyətini genişləndirib, ictimai xarakter almağa başladı. Belə şəraitdə baş verən iqtisadi hadisələrə klassik yanaşmaq metodundan fərqli olaraq, yeni yanaşma metodları baş verdi. İqtisadi hadisələr təkcə əmək-dəyər baxımından deyil, subyektiv psixoloji və faydalılıq baxımından qiymətləndirilməyə başladı. İqtisadi tədqiqatların belə yanaşılması ingilis iqtisadçısı Alfred Marşallın (1842–1924) əsərlərində aparılmağa başlanmışdır.
Hamfri Marşal
Hamfri Marşal (ing. Humphry Marshall; 10 oktyabr 1722, Çester qraflığı[d], Pensilvaniya – 5 noyabr 1801, Çester qraflığı[d], Pensilvaniya) — amerikalı botanik.
Harold Marşal
Harold Marşal (ing. Harold Marshall; 10 fevral 1918 – 18 yanvar 2013, Kalqari, Alberta) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş kanadalı snayper.
Manqal salatı
Manqal salaltı - Əsasən türklərin istifadə etdiyi və sevdiyi salatdir. Bu salat adətən kabab bişiriləndə yeyilir.
Margan (Sərdəşt)
Margan (fars. ‎مرگان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Marşal Baqramyan
İvan (Hovannes) Baqramyan (erm. Հովհաննես Քրիստափորի Բաղրամյան; 20 noyabr (2 dekabr) 1897 və ya 2 dekabr 1897, Çardaxlı, Yelizavetpol qəzası – 21 sentyabr 1982[…], Moskva, RSFSR, SSRİ) — Sovet İttifaqı marşalı. == Həyatı == Hovannes Baqramyan 2 dekabr 1897-ci ildə anadan olub. == Xatirəsi == Baqramyan ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı olanda onun vətənində büstünün ucaldılması məsələsi ortaya çıxıb. O, Azərbaycanın Şəmkir rayonunun Çardaxlı (Çənlibel) dağ kəndində anadan olub. Bu kənd rayon mərkəzindən xeyli uzaqda yerləşir. Onun arzusu isə büstünü gənc yaşlarında təhsil aldığı Kirovabad (indiki Gəncə) şəhərində qoymaq imiş. MK-nın bürosunda məsləhətləşmələr olmuş və müəyyən edilmiş qaydalardan kənar olsa da, onun xahişini təmin etmək qərarına gəlinmişdir. Kirovabadda şəxsən Baqramyan özü böyük bağı olan ən gözəl bir sahə seçmiş və orada onun büstü qoyulmuşdur. Sonralar Baqramyan onun doğma kəndində döyüş şöhrəti muzeyi yaradılmasını da istəmişdir.
Marşal Timoşenko
Semyon Timoşenko (6 (18) fevral 1895 və ya 18 fevral 1895, Furmanovka[d], Bessarabiya quberniyası[d] – 31 mart 1970[…], Moskva) — Sovet İttifaqı marşalı.
Marşal itburnu
Marşal mahmızlalәsi
Marşal mahmızlalәsi (lat. Corydalis marschalliana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-30 sm olan çoxillik ot bitkisidir. Gövdənin aşağı hissəsində yarpaq olmur, yuxarı hissədə isə iki ədəd yarpağı vardır. Kök yumruları orta ölçüdə, kələ-kötür şarşəkilli, yaşlaşana yaxın isə oyuq olurlar. Qısa saplaqdakı yarpaqların ayası enlidir və ikiqat üç qovuşuq hissədən ibarətdir; dlimləri ellipsvari və yaxud uzunsovdur, ön hissədən bütöv və sivriləşmişdir. Çiçək seyrək salxımda toplanmışdır. Çiçəkaltlığı bütöv, yaşıl rəngli, uzunsov və ya yumurtaşəkilli olub, iridir və 2-3 dəfə çiçək saplağını ötüb keçir. Tacın uzunluğu 22-25 mm, sarı və ya sarımtıl-çəhrayıdır, xarici ləçəkləri çəhrayı, daxili ləçəkləri isə sarıdır. Qutucuq uzunsovdur, sivri uclu, əyilmiş və yaxud asılmış halda olur, uzunluğu 15-20 mm-dir.
Marşal planı
Marşal planı — Soyuq müharibənin başlanması üçün real addım. Almaniya və Yaponiya üzərində 1945-ci ildə çalınan qələbənin sevinci çox keçmədi ki, qorxu ilə əvəz olundu. Belə ki, Amerikanın müttəfiqi olan Sovet İttifaqı birdən-birə dönüb onun düşməninə çevrildi və Soyuq Müharibə qırx ilə qədər çəkdi. Soyuq Müharibə ABŞ cəmiyyətinə, onun dövlət siyasətinə böyük dəyişmələr gətirdi. Bu müharibə amerikan xalqına, çətin də olsa, öz münasibət və baxışlarına yenidən nəzər yetirməyi təlqin etdi. Axı amerikalılar özlərinin xarici siyasətində yalnız ağ və qara rəngi görməyə alışmışdılar: hər hansı dövlət ya dostdur, ya da düşmən; yaxşı siyasət ya da pis siyasət, udulan, ya da uduzulan müharibə; Soyuq Müharibə dövründə amerikan xarici siyasəti mahiyyətcə Harri Trumən tərəfindən düşünülmüş "cilovlama siyasəti"nə (containment policy) söykənirdi. Bu siyasətin əsas məqsədi Sovet İttifaqının nüfuz dairəsini Şərqi Avropa çərçivəsində cilovlamaq idi; kommunist qüvvələri daha uzağa gedəcəyi təqdirdə, Birləşmiş Ştatların əsas vəzifəsi Sovet İttifaqını yalnız öz yerində oturtmaq idi. Soyuq Müharibə amerikalılara imkan yaratdı ki, Marşall planını əldə rəhbər tutub səxavət göstərsinlər, həm də ölkənin öz daxili siyasətində ciddi dəyişmələr aparsınlar. Koreya müharibəsinin tən ortasında o qədər də rəğbət qazanmayan prezident, məşhur generalı tutduğu vəzifədən azad etməklə, mülki rəhbərliyin hərbçilərdən bir baş yuxarı olduğunu sübuta yetirdi. Ali Məhkəmə öz hərbi səlahiyyətlərindən istifadə etmiş prezidentin bu təşəbbüsünü antikonstitusion hərəkət kimi qiymətləndirdi; amerikan tarixində Vətəndaş müharibəsindən bəri indiyəcən belə bir məqama rast gəlinməmişdi.
Marşal südləyəni
Marşal südləyəni (lat. Euphorbia marschalliana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çılpaq, göyümtül, çoxillik ot bitkisidir. Gövdələri çox sayda, qalxan, bəsit sıxyarpaqlı, 15-40 sm hündürlükdədir. Gövdə yarpaqları oturaq, ətli, uzunsov-kürəkvari və ya rombvari, tərs–yumurtavari, qaidədə pazvari, sivriləşmiş və ya iti uclu, kənarları qabırğavarı dişlidir, 10-25 mm uzunluğundadır. Sarğı yarpaqları dairəvi və ya tərs yumurtavari, 8-15 mm uzunluğunda, qısa iti uclu, sarğı yarpaqcıqları 2, dairəvi, rombvari və ya üçbucaq–böyrəkşəkilli, qaidədə zəif ürəkvari, xırda dişlidir. Qədəhcik zəngçiçəyi quruluşunda, 3-3,5 mm diametrində, ağzı iridir. Qutucuq yumurtavari-üçtilli, 5-6 mm uzunluğunda, hamardır.
Sarqal (Qürvə)
Sarqal (fars. سرقل‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 150 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Tomas Marşal
Tomas Marşal — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 28-ci vitse-prezidenti.
Turqud Marşal
Turqud Marşal (1908-1993)-Məşhur hüquqşünas == Həyatı == Hətta Martin Lüter Kinqdən və Malkolm X-dən afro-amerikalılara qarşı diskriminasiya qanunlarına qarşı mübarizə aparan və mülki hüquqları uğrunda hərəkatının yaradılmasında Turqud Marşalın böyük zəhmətinə aid etmək olar. Martin Lüter Kinq küçələrdə mübarizə aparırdırsa Turqut Marşal məhkəmələrdə döyüşləri aparırdı. Amerikanın tarixi hüquqşünaslardan biridir. 1933-cü ildə Hovard Universitetində hüquqi təhsilini almıdır. Marşal öz hüquqi təcrübəsini Baltimorda toplamağa başlamışdır. Ədətən mülki işlərlə məşğul idi. Tez bir zamanda dövlətin qabaqcıl vəkillərin birinə çevrildi. Onun Ali Məhkəmədə ilk qalibiyyəti 32 yaşında oldu. Onun ən məşhur işlərindən biri Braun Təhsil Şurasına qarşı tarixi məhkəmə işini hesab etmək olar (1954-cü il). Nəticədə "Bölən lakin bərəbər olan" qanun ləğv edilmişdir.
Marşal itburnusu
Marşal itburnusu (lat. Rosa marschalliana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiyada (Dağıstan, Aşağı Don), Gürcüstanda (Kayşauri) təbii arealı vardır. == Azərbaycanda yаyılması == Quba, Xəzər ovalığı, Naxçıvan MR-ın dağ və düzənliyində, Lənkəran düzənliklərində, meşə kənarları və kol cəngəlliyində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU D2. == Bitdiyi yеr == Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə daşlıqayalı quru yamaclarda yayılmışdır. == Тəbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 90-120 sm-ə qədər оrtаboylu kollardır. Qopartikanı iri, oraqvаrı əyilmiş və ya düzdür, tək-tək bəzən 2-2 оlur.
Ananda Marqa
Ananda Marqa — qeyri-ənənəvi dini cərəyan. Sanskrit dilindən tərcümədə "səadət yolu" mənasını ifadə edən bu dini cərəyan 1955-ci ildə Hindistanda, Bihar ştatının Camalpur şəhərində Prabhat Rancan Sarkar (1921-1990) adlı hindli tərəfindən yaradılmışdır. Rancan Sarkar 1954-cü il noyabrın 7-də Camalpur şəhərində tərəfdarları qarşısında çıxış edərək, "Brahma İsta Marqa" (Brahmaya aparan yol) adlı yeni dini cərəyan yaratdığını elan etmişdir. Cərəyan 1955-ci ilin 9 yanvarında təşkilat kimi Bihar ştatında qeydiyyatdan keçmiş və həmin ilin 7 noyabr tarixindən etibarən Ananda Marqa adı ilə fəaliyyətə başlamış, meditasiya dərsləri üçün müəllimlər hazırlamışdır. Sarkar yaratdığı və rəhbərlik etdiyi təşkilatın üzvlərini moralistlər (əxlaq dərsi verənlər) adlandırmışdır. Onun təliminə görə, meditasiya vasitəsilə ali düşüncə əldə edən insanlar bir-birinə ruhən yaxınlaşaraq, indiki dünyanı tərk edir, yeni həyata daxil olurlar. Bu cərəyan özündə yoqaya məxsus psixotexniki meditasiyası ilə tantrizmin (sehrli dini ayinlər vasitəsilə fövqəltəbii enerji əldə etmək haqqında təlim) vəhdətini ehtiva edir. Sarkar deyirdi ki, "Mən ardıclılarımı tanrılara və müqəddəs varlıqlara çevirəcəyəm. Qalib olmaq üçün insan öz həyatını, mövcudluğunu unutmalıdır". Onun fikrincə, insanlar özlərini müxtəlif dil, din, millət qruplarına bölünmək əvəzinə, bütün bəşəriyyətin daxil olduğu vahid, böyük ailənin hissələri hesab etməlidirlər.
Ağquyruq maral
Ağquyruq maral (lat. Odocoileus virginianus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin amerika maralı cinsinə aid heyvan növü. Marallar fəsiləsinin Şimali Amerikada daha çox yayılmış növüdür.
Maral Akşənər
Meral Akşenər (8 iyul 1956, İzmit) — türk elm xadimi və siyasətçi, sabiq Daxili işlər naziri (1996–1997), İYİ Partiyanın qurucu sədri. O, 2018-ci il keçirilən Türkiyə Respublikası Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 1995 və 1999 Türkiyə seçkilərində Doğru Yol Partiyasından millətvəkili kimi TBMM-ə girən Akşenər, 1996 və 1997-ci illər arasında Nəcməddin Erbakan tərəfindən qurulan koalisyon hökumətdə daxili işlər naziri olmuşdur. 2007, 2011 və 2015 Türkiyə seçkilərində Milliyətçi Hərəkat Partiyası millətvəkili olaraq TBMM-ə girməyi bacarmışdır. 2015-ci il noyabr seçkilərində partiyasından millətvəkili namizədi göstərilməmişdir. 25 oktyabr 2017-ci ildən etibarən özünün liderliyində qurulan İYİ partiyanın rəhbəridir. 2018-ci il Türkiyə prezidentliyi seçkilərində partiyasının prezidentliyə namizədi olmuşdur. == Həyatının erkən dövrü və karyerası == Selanikdən Kocaeliyə köçən Balkan türkü ailənin qızı olan Meral Akşenər, 18 iyul 1956-cı il tarixində Tahir Ömər bəy və Sıdıka xanımın uşağı olaraq Kocaelinin İzmit bölgəsinə bağlı Gündoğdu kəndində anadan olmuşdur. 1974-cü ildə Bursa Qız Liseyini bitirdikdən sonra 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümündən məzun olmuşdur. 1979–1982-ci illərdə müəllim olaraq çalışan Meral Akşenər, 1982-ci ildə Ulduz Texnik Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır.
Maral Ağşənər
Meral Akşenər (8 iyul 1956, İzmit) — türk elm xadimi və siyasətçi, sabiq Daxili işlər naziri (1996–1997), İYİ Partiyanın qurucu sədri. O, 2018-ci il keçirilən Türkiyə Respublikası Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 1995 və 1999 Türkiyə seçkilərində Doğru Yol Partiyasından millətvəkili kimi TBMM-ə girən Akşenər, 1996 və 1997-ci illər arasında Nəcməddin Erbakan tərəfindən qurulan koalisyon hökumətdə daxili işlər naziri olmuşdur. 2007, 2011 və 2015 Türkiyə seçkilərində Milliyətçi Hərəkat Partiyası millətvəkili olaraq TBMM-ə girməyi bacarmışdır. 2015-ci il noyabr seçkilərində partiyasından millətvəkili namizədi göstərilməmişdir. 25 oktyabr 2017-ci ildən etibarən özünün liderliyində qurulan İYİ partiyanın rəhbəridir. 2018-ci il Türkiyə prezidentliyi seçkilərində partiyasının prezidentliyə namizədi olmuşdur. == Həyatının erkən dövrü və karyerası == Selanikdən Kocaeliyə köçən Balkan türkü ailənin qızı olan Meral Akşenər, 18 iyul 1956-cı il tarixində Tahir Ömər bəy və Sıdıka xanımın uşağı olaraq Kocaelinin İzmit bölgəsinə bağlı Gündoğdu kəndində anadan olmuşdur. 1974-cü ildə Bursa Qız Liseyini bitirdikdən sonra 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümündən məzun olmuşdur. 1979–1982-ci illərdə müəllim olaraq çalışan Meral Akşenər, 1982-ci ildə Ulduz Texnik Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır.
Maral Poladova
Maral Bahadur qızı Poladova (18 sentyabr 1949, Qasım İsmayılov) — "Elm və həyat" jurnalının məsul katibi. == Həyatı == Maral Poladova 1949-cu ildə Goranboy rayonunda doğulub. 1966-cı ildə 1 saylı orta məktəbi bitirərək 1966–68-ci illərdə rayonda çıxan "Mübariz" qəzeti redaksiyasında korrektor vəzifəsində çalışıb. 1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1980–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları Fondunda baş laborant vəzifəsində çalışıb və həmin vaxtdan "Elm və həyat" jurnalı redaksiyası ilə əməkdaşlığa başlayıb. 1983-cü ilin iyul ayından jurnala müxbir vəzifəsinə işə qəbul olunub. 1995-ci ilədək ədəbi işçi, baş ədəbi işçi vəzifələrində çalışıb. 1995-ci ildən jurnalın məsul katibidir. M.Poladovanın 2004-cü ildə nəşr olunmuş "Ömrün izləri" adlı kitabında "Elm və həyat" jurnalında çap edilmiş yazılarının bir hissəsi toplanmışdır. O, "Elm və həyat" nəşriyyatında çapa hazırlanan onlarla kitabın redaktoru olub.
Arqayl
Arqayl (ing. Argyll; şot.kelt Earra-Ghàidheal) — Şotlandiyanın qərbində tarixi region. 1889-cu ildən 1975-ci ilə qədər Arqayl, o vaxtdan isə Arqayl-end-Büt qrafılığının bir hissəsidir. Arqayl tarixi Kintayr, Napdeyl, Koval və Lorn, bəzən Ardnamurhan və Morvern ərazilərini əhatə edir. Təxminən VI əsrdə İrlandiyadan olan şotlandlar buraya köçərək Dal Riada krallığını yaratmışlar. VIII və IX əsrlərdə Haylend ərazilərin çox hissəsini müstəmləkə edən gel qəbilələrinin əksəriyyəti buradan gəlirdi. Arqayl IX əsrin ortalarından etibarən Alba dövlətinin tərkibində idi. XIV əsrdən burada Birinci Şotlandiya İstiqlaliyyət müharibəsi zamanı Robert I Brüsü dəstəkləyən Lox-Eyvin Kempbellər klanı üstünlük təşkil edirdi. == Əlavə ədəbiyyat == Omand, Donald (ed.) (2006). The Argyll Book.
Arğalı
Arğalı — Arazbar qəzasında var olmuş kənd. Hal-hazırkı ərazidə Qazaxlar və Əhmədalılar kəndi yerləşir. == Tarixi == Arğalı yurdu qədim-qayım Qarabağın Arazbar qəzasında yerləşirdi. Orta çağlarda ara savaşları zəminində əhalisi köçürülmüşdür. Hazırda kəndin yerində Qazaxlar və Əhmədalılar yaşayış məntəqələri bərqərardır. XIII yüzillikdə Arğalı kəndində Arğalı türbəsi inşa edilmişdir.1727-ci ilə aid Osmanlı qaynağında yazılır: "Arazbar qəzasına tabe olan Arğalı kəndi". Heç kimin yaşamadığı bu kənddə kənardan gələn rəiyyətlər çəltik əkib-becərirdilər. Orta çağlarda Xudafərin körpüsündən Arğalıya qədər yol uzanırdı. Bu yol "Arğalı yolu" adlanırdı. Kəndin adı Arğalı olduğundan hal-hazırda bu ərazidə yerləşən qəbiristanlığa "Arğalı" və ya "Arğalıq" deyilir.
Baqqal
Baqqal — pozulmadan saxlanılabiləcək yarı təzə və ya konservləşdirilmiş yemək maddələrini, müxtəlif təmizlik vəsaitlərini topdan ya da pərakəndə satan bir tacir.
Basqal
Basqal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Basqal kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Basqal kənd Soveti ləğv edilərək, Basqal şəhər tipli qəsəbəsi mərkəz olmaqla Basqal qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Mərhum akademik Ziya Bünyadovun fikrincə, "bas" və "qal" ifadələrinin birləşməsindən əmələ gələn basqal sözü qala bas, qala qur, qala ucalt mənalarını verir. Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə aid abidələrlə zəngin olan "qalalar" adlanan ərazi qədim insan məskəni olub. Basqal qəsəbəsi 1932–1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın "Qalabaşı" məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir.
Carqıl
Carqıl xanım — türk və altay mifologiyasında xəbərçi tanrıçası. İnsanlara tanrıların xəbərlərini gətirir. == Etimologiya == (Car/Çar/Çer) kökündən törəmişdir. Car sözü monqolcada nara, avaz, qışqırıq mənalarına gəlir. Carçı/Çerçi sözü kənd-kənd gəzən səyyar satıcıları ifadə edir, çünki hər girdiyi kənddə bağırır. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.