Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Matris
Matris – düzbucaqlı sxemdə yerləşən aij elementləri (ədədlər, funksiyalar, üzərində cəbri əməllər aparıla bilən başqa kəmiyyətlər) sistemi. Onun m sətri və n sütunu varsa, deyilir ki, (m×n)–ölçülü matris verilmişdir. Məsələn, [ 1 9 − 13 20 5 − 6 ] {\displaystyle {\begin{bmatrix}1&9&-13\\20&5&-6\end{bmatrix}}} matrisi iki sətirə və üç sütuna malik 2×3 ölçülü matrisdir. Matrislər əlavə spesifikasiyalar olmadan xətti çevirmələri təsvir edir və xətti cəbrdə aşkar hesablamalar aparmağa imkan verir. Buna görə də matrislərin tədqiqi xətti cəbrin böyük bir bölümünü təşkil edir və abstrakt xətti cəbrin əksər xassə və əməlləri matrislərlə ifadə oluna bilir. Məsələn, matrislərin hasili xətti çevirmələrin kompozisiyasını ifadə edir. Matrislərin hamısı xətti cəbrlə əlaqəli deyil. Bu xüsusən qraf nəzəriyyəsində, insident və qonşuluq matrislərində belədir. Bu məqalədə xətti cəbrlə əlaqəli matrislərə diqqət yetirilir və əgər digər hallar göstərilməyibsə, bütün matrislər xətti çevirmələri ifadə edir Eyni sayda sətir və sütuna malik matrislər (kvadrat matrislər) matrislər nəzəriyyəsində böyük rol oynayır. Verilmiş ölçülü kvadrat matrislər qeyri-kommutativ halqa əmələ gətirir ki, bu da qeyri-kommutativ halqanın ən ümumi nümunələrindən biridir.
Matros
Matros (nid. matroos) — Müxtəlif ölkələrin silahlı qüvvələrinin hərbi dəniz donanmalarında kiçik hərbi rütbə. Digər qoşun növlərindəki sıravi rütbəsi ilə eyni statusdadır.
Patras
Patras (q.yun. Πάτραι, yun. Πάτρα, lat. Patrae) və ya Baliyabadra (türk. Balyabadra) – Yunanıstanda şəhər. Konstantinos Stefanopulos — 1995-2005-cı illərdə Yunanıstanın prezidenti.
Matrak
Matrak — Osmanlı-boşnak dövlət xadimi, tarixçisi və alim Matrakçı Nasuh (Nasuh ibn Qaragöz ibn Abdullah əl-Bosnavi) tərəfindən icad edilən qılınc və qalxan mübarizəsinə əsaslanan Osmanlı döyüş idmanı. XVI o, qılınc simulyasiya edən dəri ilə örtülmüş taxta çubuqlar və taxta dəri örtüklü qalxanla oynanılır. Çubuqların yuxarı hissəsi yuvarlaqlaşdırılıb və boulinq sancaqlarına bənzəyən gövdədən bir qədər genişdir. Oyun bir növ döyüş simulyasiyasıdır və qazonda oynanılır. O, Osmanlı əsgərləri tərəfindən döyüşlərdə məşq kimi istifadə olunurdu. Möhtəşəm əsr teleserialında döyüş oyunu kimi göstərilir.
Maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.
Matra
Matra (Avstriya. Mátra) — Şimali Avstriyada dağdır. == Coğrafiyası == Ən hündür zirvəsi Qora Kekeşdir. Hündürlüyü 1014 m-dir. Bu zirvə yalnızca Matranın deyil həmçini bütün Avstriyanın ən hündür zirvəsidir. == Bitki örtüyü == Əsas bitkiləri palıd və vələsədir. Dağın ətəyində meyvə bağları xüsusilə üzüm bağları salınmışdır. == Turizm == Matra dağının yamaclarında dağ-xizəyin inkişafı üçün əlverişli şərait vardır və bu sahə genişinkişaf etmişdir. Byuksek, Parad və Matrafyured əsas kurort zonalarıdır. == Maraqlı faktlar == Matra Slovakiyanın bayrağında Tatr və Fatr dağları ilə həkk olunmuşdur.
Abdallah Marraş
Abdulla bin Fətulla bin Nəsrulla Mərraş (ərəb. عبد الله بن فتح الله بن نصر الله مرّاش‎; 14 may 1839, Hələb – 17 yanvar 1900, Marsel) — Hələbdən yazıçı. Fransis və Maryana Mərraşın qardaşı idi.
Baş matros
Baş matros — Xidməti öhdəliklərini nümunəvi yerinə yetirdiyinə və nümunəvi nizam-intizamına görə matroslara verilən hərbi rütbə. Baş matroslar manqa komandirləri icazəli olduqları zaman onları əvəz etmək hüququna malikdirlər.
Fransis Marraş
Fransis bin Fətulla bin Nəsrulla Mərraş (ərəb. فرنسيس بن فتح الله بن نصر الله مرّاش‎; 29 iyun 1836[…], Hələb – 1874, Hələb) ya Fransis əl-Mərraş ya Fransis Mərraş əl-Hələbi — şair, yazıçı və həkim Hələbdən. Abdulla və Maryana Mərraşın qardaşı idi. == Həyatı == 1866-cı ildə tibb oxumaq üçün Parisə getdi. Gözlərinin pisləşən vəziyyəti onu təhsilini yarımçıq qoydurdu.
I Matyaş
I Matyaş və ya Mattias Korvinus (mac. Hunyadi Mátyás, xorv. Matija Korvin, rum. Matei Corvin, slovak. Matej Korvín, çex. Matyáš Korvín, 24 fevral 1443 və ya 23 fevral 1443, Kluj-Napoka, Macarıstan krallığı – 6 aprel 1490 və ya 7 aprel 1490, Vyana)— 1458-1490-cı illərdə Macarıstan və Xorvatiyanın kralı. Bir neçə hərbi kampaniya təşkil etdikdən sonra 1469-cu ildə Bohemiya kralı seçilmiş, 1487-ci ildə isə Avstriya hersoqu ünvanını qəbul etmişdir. == Həyatı == Mattias Korvinus 24 fevral 1443-cü ildə Kolozvarda anadan olmuşdur. Matyaş Məşhur macar general Yanoş Hunyadinin kiçik oğlu idi. Atasının ölümündən sonra o, 1456-cı ildə atasının düşməni Ulrix tərəfindən əsir götürülmüş, kiçik qardaşı Laslo Hunyadi isə öldürülmüşdü.
Mariyana Marraş
Maryana bint Fətulla bin Nəsrulla Mərraş (ərəb. مريانا بنت فتح الله بن نصر الله مرّاش‎; avqust 1848, Hələb, Hələb əyaləti, Osmanlı imperiyası – 1919, Hələb) ya Maryana əl-Mərraş ya Maryana Mərraş əl-Hələbiyyə — Hələbdən yazıçı və şair. Fransis və Abdulla Mərraşın bacısı idi. == Həyatı == 1870-ci ildən qəzetlərdə məqalə və şeirləri dərc edildi. 1893-cü ildə Beyrutda onun "Bintü-fikr" adlı şeir toplusu nəşr edildi. Mərraşın II Əbdülhəmidi tərifləyən bir şeir yazmağından sonra, Osmanlı hökuməti bu kitabın nəşr edilməyə icazə vermişdi.
Matias Kastren
Matias Aleksandr Kastren (fin Matthias Alexander Castrén; 2.12.1813, Tervola — 7.5.1852, Helsinki) — fin etnoloq və filoloqu. == Xarici keçidlər == Vikianbarda Matias Kastren ilə əlaqəli mediafayllar var.
Matias Zuloaqa
Matias Zuloaqa (23 dekabr 1997) — Argentinalı xizək yürüşçüsü. Matias Zuloaqa Argentinanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Matias Zuloaqa birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Zuloaqa 42:27.5 saniyəlik nəticəsi ilə 119 atlet arasında 100-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Matyas Rakosi
Matyaş Rakoşi (9 mart 1892[…] – 5 fevral 1971[…], Nijni Novqorod) — Macar kommunist siyasətçi. == Həyatı == Matyaş Rakoşi 1892-ci ilin mart ayının 9-da Avstriya-Macarıstan imperiyasının Ada bölgəsinin Baks-Qodroq kəndində yəhudi əsilli ailənin dördüncü uşağı kimi anadan olmuşdur. Bu ərazi hal-hazırda Serbiyanın Voyvodina ərazisi adlanır. == Siyas həyatı == I Dünya müharibəsində Avstriya-Macarıstan ordusunda xidmət etmişdir.Şərq cəbhəsində Rus ordusuna əsir düşmüş və müharibənin sonlarına qədər burada əsir kimi qalmışdır. Rusiyada vətəndaş müharibəsi alovlandığı zaman əsirlikdən qaçaraq bolşevik hərəkatına qoşulmuşdur. Macarıstana qayıtdıqdan sonra Bela Kunun rəhbərliyində yerli bolşevik hərəkatına qoşulmuşdur. 1945-1956-ci illər arasında Macarıstan Kommunist partiyasının birinci katibi olmuşdur, 14 avqust 1952- 4 iyul 1953-cü illər arasında Macarıstanın baş naziri olaraq çalışmışdır. == Hakimiyyətdən uzaqlaşdırılması == Xruşşovun Gizli nitqindən az sonra Matyaş Rakoşi vəzifəsindən azad edildi və onu müavini Erno Gero əvəz etdi. Onu tamamilə macar siyasi səhnəsindən təmizləmək üçün Sovet rəhbərliyi tərəfindən Qırğızıstana göndərildi. İctimaiyyətə isə bunun tibbi müalicə ehtiyacı səbəbindən olduğu bildirildi.
Matyas Tayti
Matyas Tayti (2 iyun 1998-ci ildə anadan olub) — Nemzeti Baynoksaq I təmsilçilərindən olan Dioşqyor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Macarıstan futbolçusudur. == Klub karyerası == === Dioşqyor === Tayti Barselona akademiyası vasitəsilə inkişaf etmişdir. 10 iyul 2016-cı ildə o, La Liqa təmsilçilərindən olan Malaqa klubuna transfer olmuşdur. 17 iyul 2018-ci ildə Tayti Nemzeti Baynoksaq I təmsilçilərindən olan Dioşqyor klubu ilə müqavilə imzalamışdır. Tayti öz peşəkar karyerasında debütünü 28 iyul 2018-ci ildə Puşkaş klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə Attila Busaini əvəz etmişdir. Nemzeti Baynoksaq I görüşündə Dioşqyor rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 1 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Macarıstan Superkuboku görüşləri daxildir.
Tərs matris
Tərs matris — n tərtibli A kvadrat matrisinin tərsi elə bir B matrisinə deyilirki, A B = B A = E n {\displaystyle AB=BA=E_{n}} şərti ödənilsin. Burada En, n tərtibli vahid matrisdir. E n = ( 1 0 ⋯ 0 0 1 ⋯ 0 ⋮ ⋮ ⋱ ⋮ 0 0 ⋯ 1 ) {\displaystyle E_{n}={\begin{pmatrix}\mathbf {1} &\mathbf {0} &\cdots &\mathbf {0} \\\mathbf {0} &\mathbf {1} &\cdots &\mathbf {0} \\\vdots &\vdots &\ddots &\vdots \\\mathbf {0} &\mathbf {0} &\cdots &\mathbf {1} \\\end{pmatrix}}} Tərs matrisi B=A−1 kimi işarələyirlər. Buradan belə nəticəyə gəlmək olar ki, A A − 1 = A − 1 A = E n {\displaystyle A{A^{-1}}=A^{-1}A=E_{n}} bərabərlik şərti ödənilməlidir.
Vahid matris
Vahid matris o matrisə deyilir ki, sağ(baş)diaqonalı elementləri 1, digər elemetlər 0 olsun. Kvadrat matris prinsipi zəruridir. I 3 = [ 1 0 0 0 1 0 0 0 1 ] {\displaystyle I_{3}={\begin{bmatrix}1&0&0\\0&1&0\\0&0&1\end{bmatrix}}} n × n {\displaystyle n\times n} ölçülü vahid matris adətən I n {\displaystyle I_{n}} bəzən isə E n {\displaystyle E_{n}} kimi işarə edilir. I n = [ 1 0 ⋯ 0 0 1 ⋯ 0 ⋯ ⋯ ⋯ ⋯ 0 0 ⋯ 1 ] , {\displaystyle I_{n}={\begin{bmatrix}1&0&\cdots &0\\0&1&\cdots &0\\\cdots &\cdots &\cdots &\cdots \\0&0&\cdots &1\end{bmatrix}},} Hər hansı bir matrisin vahid matrisə hasili onun özünə bərabərdir A I = I A = A {\displaystyle AI=IA=A} Matrisin onun tərs matrisi ilə hasili vahid matrisə bərabərdir A A − 1 = I {\displaystyle AA^{-1}=I} Vahid matrisin determinantı vahidə bərabərdir d e t I = 1 {\displaystyle \mathrm {det} \,I=1} .
Matias Olivera
Matias Olivera (31 oktyabr 1997, Montevideo) — Uruqvaylı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun və Uruqvay milli komandasının müdafiəçisi. == Karyera == Olivera "Nacional" klubunun yetirməsidir. 13 fevral 2016-cı ildə paytaxtın "River Pleyt" komandasına qarşı oyunda rəsmi debütunu etdi. İlk mövsümündə Matthias klubun çempion olmasına kömək etdi. 2017-ci ildə icarə əsasında "Atenas" klubuna keçir. 2017-ci ilin yayında Olivera İspaniyanın "Xetafe" klubu ilə 6 illik müqavilə imzalayır. Oktyabrın 24-də İspaniya kubokunun "Alaves"lə oyununda Matias əsas komandada debüt edir. Noyabrın 3-də "Betis"lə matçda La Liqada debüt etdi. 4 iyul 2018-ci ildə "Segunda División" çıxış edən "Albacete" klubu, Olivera ilə bir mövsümlük icarə müqaviləsi imzaladığını elan etdi.
Yuri Matias
Cefferson Yuri de Sousa Matias (10 fevral 1995, Kampina-Qrandi[d], Paraiba) — Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" klubunda mərkəz müdafiəçisi kimi çıxış edən braziliyalı peşəkar futbolçudur . Braziliyanın Kampina-Qrandi şəhərində anadan olan Matias 27 iyun 2016-cı ildə bir illik icarə əsasında Akademica de Coimbra-ya transfer olundu. 2020-ci ilin yanvarında Akademika ilə müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildi və Yuri Fars Körfəzi Pro Liqasında çıxış edən Traktor ilə altı aylıq müqavilə imzaladı. 18 iyul 2023-cü ildə "Neftçi" Yuri Matias ilə 2 illik müqavilə imzaladığını elan etdi.
Matris: Dirilmə
Matris: Dirilmə (ing. The Matrix Resurrections) — Lana Vaçovskinin rejissorluğu ilə çəkilmiş 2021-ci ilin elmi fantastika, döyüş filmi. Bu "Matris: Çevriliş" (2003) filminin davam filmidir. "Matris" film silsiləsinin 4-cü filmidir.
Matias Brayn
Matias Brayn (15 yanvar 1974, Santyaqo) — Çilini təmsil edən triatlonçu. == Karyerası == Matias Brayn Çilini 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 41-ci pillədə başa vurdu.
Matris (film)
Matris (ing. The Matrix) — Vaçovskilərin 1999-cu ildə çəkdiyi elmi fantastika, döyüş filmi. Bu "Matris" seriyasının ilk filmidir. Filmdə çəkiliblər: Kianu Rivz, Lorens Fişborn, Kerri-Enn Moss, Hüqo Vivinq və Co Pantoliano. Film gələcəkdə keçir, burada insanlar ağıllı maşınların yaratdığı süni dünyada – Matris adı verilən simulyasiyada saxlanılıblar. Maşınlar insanların bədənlərindən enerji mənbəyi kimi istifadə edir. Günlərin birində "Neo" kimi tanınan kompüter proqramçısı, haker Tomas Anderson həqiqətlə tanış olur. O, Matrisdən qurtulmuş bir qrup insana qoşulur və onlarla birlikdə maşınlara qarşı mübarizə aparır.
Maraş döyüşü
Maraş döyüşü (türk. Maraş muharebesi, fr. Bataille de Maras) və ya Maraşın müdafiəsi (türk. Maraş savunması, fr. Défense Maras) — Birinci Dünya Müharibəsində məğlub olduğuna görə, Osmanlı İmperiyası ilə 1918-ci ilin oktyabr ayının 30-da imzalanan Mudros müqaviləsi çərçivəsində Anadolunun çox hissəsi kimi Maraşın da işğal edilməsi ilə işğalçı qüvvələrə qarşı Fransa–Türkiyə müharibəsi zamanı 1920-ci ilin Yanvar ayının 21-də başlayan və 1920-ci ilin fevral ayının 12-də tarixində işğalın ortadan qalxması ilə nəticələnən döyüş. == Südçü İmam Hadisəsi == Döyüşün ilk qığılcımı 1919-cu ilin Oktyabr ayının 31-də Südçü İmam Hadisəni idi. Erməni və fransız legionu əsgərləri Uzunoluq Hamamından çıxan örtüklü türk qadınlarına əl uzatmaları nəticəsində qiyam qaldıran türklər, ermənilərə və fransızlara hücum etməyə çalışsalar da erməni və fransız əsgərləri, hadisəyə müdaxilə etmək istəyən Çaxmaqçı Səidi yaraladılar. Südçü İmamın cavabı, erməni və fransız əsgərlərinə atəş açmaq idi. Bu hadisədən qısa müddət sonra bir dava reallaşdı. === Bayraq Hadisəsi === 1919-cu ilin Noyabr ayının 27-də Aqop Hırlakyan adlı bir erməninin evində fransız komandir üçün bir rəqs tərtib edilmişdir.
Mataş Mazayev
Mataş Həmzətxanoviç Mazayev (çeç. Мазаев Хьамзатан кӀант Маташ; 1908 – avqust 1942, Volqoqrad vilayəti) — Çeçen mənşəli Sovet tankçısı, kapitan., Polşa kampaniyasının, SSRİ-Finlandiya müharibəsinin və Böyük Vətən müharibəsinin iştirakçısı. R. A. Belevintevin "Prometey tank dəbilqəsində" kitabının qəhrəmanı.. Герой книги Р. А. Белевинтева "Прометей в танковом шлеме" == Həyatı == === Erkən illər === 1908-ci ildə Terek vilayətinin Verxnı Naur kəndində Həmzətxan və Bala Mazayevlərin ailəsində anadan olub. 1918-ci ildə Terek kazaklarının torpaqlarının milliləşdirilməsi zamanı ailə Mixaylovskaya kəndində torpaq aldı və ora köçdü. Orada, Lenin şəhərciyində Mataş yeddiillik məktəbi bitirdi və dostları İbrahimov və İbrahim Kazəliyevlə birlikdə kəndin ilk komsomolçusu oldu. == Partiya üzvlüyündə == M. Mazaev rəhbərliyi altında yerli quldur dəstələrinə qarşı uğurla mübarizə aparan komsomol dəstəsi yaratdı. Siyasi fəaliyyətdəki uğurlarını qiymətləndirən rayon komsomol komitəsi Mazaevə Sovet partiya məktəbinə dau olmaq üçün zəmanət verdi. Beləliklə, Mazayev 1926-cı ildə məktəbi bitirdikdən sonra həyatını partiya işi ilə bağlamağa qərar verdi. Ancaq Moskvadan Qroznı Regional Komitəsinə Mazayevin adına Bauman adına Moskva Dövlət Texniki Universitetindən dəvət daxil oldu.
Qəhrəman Maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.
Martes martes
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. == Təsviri == Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. == Yayılması == Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.
Katral
Katral (isp. Catral) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 20,01 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 8926 nəfərə çatmışdır.
MATLAB
MATLAB (ing. "Matrix Laboratory" sözünün qısaldılmış forması) ― texniki hesablamalarla bağlı məsələlərin həlli üçün nəzərdə tutulmuş tətbiqi proqramlar paketi və bu paketdə istifadə olunan eyniadlı proqramlaşdırma dili. 4-cü nəsil proqramlaşdırma dili olub, rəqəmsal hesablama sistemidir. MATLAB-la aşağıdakı əməliyyatlar yerinə yetirilə bilər: Matriks əməliyyatları; Funksiya və dataların qrafiklərinin çəkilməsi və təhlili; Alqoritmlərin tətbiqi; Başqa dillərdə (C, C++ və Fortran daxil) yazılmış proqramlarla əməliyyatlar. 2004-cü ildə MathWorks təşkilatı dünyada bir milyondan artıq insanın MATLAB istifadə ettiyini e’lan etti. Bu proqramın istifadəçiləri çox fərqli sahələrdə çalışırlar: mühəndislik, elm, iqtisadiyyat, və s. Böyük müştərilər arasında Massaçusets Texnologiya İnstitutu, NASA, Max Planck Cəmiyyəti və RWTH Aachen Universiteti kimi elmi tədqiqat mərkəzlərindən yanı sıra ABB Grupu, Boeing, Ford Motor, Halliburton, Lockheed Martin, Motorola, Novartis, Pfizer, Philips, Toyota, and UniCredit Bank kimi sənayə quruluşları da var. MATLAB müasir əməliyyat sistemlərinin əksəriyyətində, o cümlədən Linux, Mac OS və Microsoft Windows sistemlərində işləyir. MATLAB yüksək-səviyyəli interpretasiya olunan proqramlaşdırma dilidir. O, matrislərə əsaslanan verilənlər strukturuna, funksiyaların geniş spektrinə, inteqrasiya olunmuş gəlişdirmə mühitinə (INTEGRATED DEVELOPMENT ENVIRONMENT), obyekt-yönlü imkanlara və başqa proqramlaşdırma dillərində yazılmış proqramlarla interfeysə malikdir.