Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ləgər
Aşağı Ləgər
Megera
Megera (q.yun. Μέγαιρα q.yun. Μέγαιρα Μέγαιρα, "paxıl") — qədim yunan mifologiyasında günahkarları təqib edib onları dəliliyə sürükləyən qan davası tanrıçalarından ən qorxulusudur . O, Erebos və Nyukty nun qızıdır. Megera həsəd və qəzəbin təcəssümü kimi tanınır. Onu başında saç əvəzinə ilanlar , əlində dişlər və qamçı saxlamış vəziyyətdə təsvir edirdilər. Təsviri mənada o, qəzəbli və qəmli bir qadındır (məsələn, fr. mégère , it. megera). Megera kəpənəyi və Megera asteroidi (464) onun şərəfinə adlandırılmışdır.
Meyer
Meyer dovşanalması
Məmər
Məmər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Məmər kəndinin adı ərəb mənşəli məmər sözündən olub, “çay keçidi” və ya “dağ keçidi” mənasındadır. Adlandırmada yaşayış məntəqəsinin fiziki-coğrafi mövqeyi əsas rol oynamışdır. Yaşayış məntəqəsi vaxtilə Həkəri çayının keçid (məmər) yerində salındığı üçün belə adlandırılmışdır.
Yeger
Yeger (alm. Jäger‎ – hərf. ovçu, atıcı) — XVIII–XIX əsrlərdə Avropanın bəzi dövlətlərində yüngül piyada növü. Yeddiillik müharibədə (1756–63) Fransa, Prussiya və Avstriya ordularında geniş yayılmışdı. Rus ordusunda 1761-ci ildən təşkil edilmişdi; 1856-cı ildə yeger alayları piyada alaylarına çevrildi. Yeger karabinerləri isə qrenadyorlar adlandırıldı. XVIII–XIX əsrlərdə Avropanın bəzi ordularında süvari yegerləri də olmuşdur.
Eqer
Eqer (lat. Agria, alm. Erlau‎) — Macarıstanın Heveş əyalətinin paytaxtı və Şimali Macarıstanın ikinci ən böyük şəhəri. Eqer şəhəri qalaları, termal qurğuları, tarixi binaları, Türk minarələri və qırmızı şərabı ilə tanınır. Eqerin tarixi Daş dövrünə aiddir. Şəhərin əsası XV əsrdə Macarıstanın ilk xristian kralı Müq. Stefan tərəfindən qoyulmuşdur (997-1038). == Coğrafiyası == Eqer paytaxt Budapeştin 135 km şimal-şərqində, Eqer çayı sahilində, Bükk dağının ətəklərində yerləşir. == Tarixi == Şəhərin tarixi Daş dövrünə aiddir. Erkən orta əsrlərdə alman, avar və slavyan tayfaları burada yerləşdi.
Alfred Meyer
Dr. Alfred Meyer (5 oktyabr 1891, Göttingen – 11 aprel 1945) nasist zabiti idi. Avropada İkinci Dünya Müharibəsinin sonunda, ölümünə qədər Staatssekretär və Reyx işğalı altındakı Şərq regionları Nazirliyinin (Reichministerium für die Besetzten Ostgebiete və ya Ostministerium) nazir idi. Həm də toponomiyanı öyrənən bir arxeoloq idi. == Gənclik == Meyer Göttingen şəhərində bir hökumət rəsmisinin oğlu olaraq anadan olub. 1911-ci ildə Soesti bitirib Gimnaziyada oxudu. 1912-ci ildə Infanterieregiment 68 (Koblenz) ilə bir Fahnenjunker (hərbi tələbə) oldu. 1913-cü ildə zabit imtahanından keçdi. Birinci Dünya Müharibəsi dövründə iki dəfə Dəmir Xaç medalı qazandı. Qərb cəbhəsində Infanterieregiment 363 qoşununun tərkibində döyüşdü.
Echinops meyer
Karl Menger
Karl Menger (alm. Carl Menger‎; 23 fevral 1840[…], Novı-Sonç, Kiçik Polşa voyevodluğu[d] – 26 fevral 1921, Vyana) — 27 fevral 1921, Vyana, Avstriya) — Avstriya iqtisadçısı. == Həyatı == Avstriya məktəbinin ilkin yaradıcılarından biri K. Menger olmuşdur. O, "Xalq təsərrüfatı haqqında elmi prinsiplər", ictimai elmlərin, xüsusən "Siyasi iqtisadın metodları haqqında tədqiqat" (1883) və s. əsərlərin müəllifidir. Bununla belə onun son faydalıqla bağlı nəzəri baxışları əsasən "Siyasi iqtisadın əsasları" (1871) əsərində irəli sürülmüşdür. Bu əsərdə K. Menger Avstriya məktəbi nümayəndələri içərisində ilk dəfə sərvətin faydalığının onun az tapılmasından (nadirliyindən) asılılığını göstərməyə çalışmış, faydalığın azalması prinsipini əsaslandırmışdır. Bu prinsipə üyğun olaraq məhsulun dəyəri təklifin həcmindən asılıdır və onun sərəncamda (ehtiyatda) olan son vahidinin, yəni az vacib olanının faydası ilə müəyyən olunur. Son faydalılıq prinsipinə tərif verərək K. Menger göstərirdi ki, onun nəzəriyyəsi sərvətlər və insanlar arasında olan münasibətlərə həsr edilmişdir. Bu münasibətlərdə isə ən mühüm məsələ hər hansı bir məhsulun tələbatlar sırasında tutduğu yerdir.
Lukas Meyer
Lukas Meyer (isv. Lukas Meijer; d. 21 avqust 1988, Stokholm, İsveç) — İsveç müğənnisi, rok musiqiçisi, gitaraçı və bəstəkar. O, polyak DJ Gromee ilə birlikdə "Light Me Up" mahnısı ilə Polşanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 2013-cü ildən etibarən Lukas İsveçin No Sleep For Lucy rok qrupunda vokalist olaraq fəaliyyət göstərir. 2018-ci ildə qrupun Until the End adlı debüt albomu işıq üzü görmüşdür.
Meyer dovşanalması
Meyer dovşanalması (lat. Cotoneaster meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. 100-dən çox növü Avropa, Asiya, Şimali Afrikada yayılmışdır. Hündürlüyü 3 m-dək olan, kənarları bütöv yarpaqlı kollardır. Çiçəkləri xırda, ağ və ya açıq çəhrayıdır. Meyvəsi çox xırda, unlu, qırmızı və ya qara, 2-4 toxumlu almadır. Quraqlığa davamlıdır. Böyük və Kiçik Qafqazda, Talışda təbii halda rast gəlinir. Canlı hasarların tərtibatında, yamacların bərkidilməsində, meşə-bağlarda peyvənd kimi istifadə edilir.
Meyer dəvəayağı
Limonium scoparium (lat. Limonium scoparium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinin dəvəayağı cinsinə aid bitki növü. Hündürlüyü 40-80 (100) sm olan çılpaq çoxillik bitkidir. Kökü yoğun, odunlaşmış, qısa budaqlı kaudekslidir. Bozumtul-yaşıl rəngli yarpaqlarının hamısı kökyanı, uzunluğu 6-20 (35) sm, eni 4-7 (10) sm enli elliptik və ya tərs yumurtavaridir. Çoxsaylı çiçək saplaqları süpürgəvari-budaqlıdır. Qısa sünbülcüklər şəklində yığılan çiçəkləri, cəm olaraq süpürgəvari çiçəkqrupu əmələ gətirir. Sünbülcüklər xırda, 2-4 çiçəklidir. Tacı əlvan bənövşəyidir. Avqust-oktyabr aylarında çiçəkləyir və meyvə verir.
Meyer qaramurdarçası
Qafqaz, Orta Asiya (Kopetdağ), Yaxın Şərq və İranda təbii arealı vardır. Talış zonasında yayılmışdır. Azərbaycanın nadir bitkisidir.NT. Dağ yamaclarında və çayların kənarlarında bitir. Təbiətdə arealı geniş deyildir. Dairəvi çətirli, 5 m-ə qədər hündürlükdə ağac və ya koldur. Yaşlı budaqları bozumtul-qonur rəngdə olur. Yarpağın hər iki tərəfi xırda tükcüklüdür. Yarpaq saplaqları yarpaq ayasından 5-8 dəfə qısadır. Yarpaqlarının uzunluğu 3,5-9 sm, eni 1,3-4,5 sm olub, nazik, üstü parlaq yaşıl, alt tərəfi daha açıq, hər iki tərəfdən çıxıntılı, uzunsov-ellipsvarı və ya oval-ellipsvarıdır. Bitki işıq və susevəndir.
Meyer qızılçətiri
Qəşəng qızılçətir (lat. Centaurium pulchellum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü.
Meyer yemişanı
Meyer yemişanı (lat. Crataegus meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Balkan, Kiçik Asiya, İran və Qafqazda bitir. Hündürlüyü 3–4 m-ə qədər olan tikanlı ağac və ya koldur. Cavan zoğu al qırmızıdır. Yarpaqları hər iki tərəfdən tükcüklü, 5-7 bölümlüdür. Yarpaq saplağı sıx tükcüklüdür. Meyvəsi ovalşəkilli tünd qırmızıdır. İki və ya bir çəyirdəklidir. Budağlarının qabığı boz, qırmızı qonurdur.
Meyer yulğunu
Meyer yulğunu (lat. Tamarix meyeri) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. İlk dəfə Хəzər dənizi ətrafında təsvir еdilib. İranda, Balkanda, Kiçik Asiyada, Qafqazda, Оrta Asiyada, Aralıq dənizi ölkələri ətrafında təbii halda bitir. Hündürlüyü 6 m-ə çatan iri kоldur. Gövdəsinin qabığı bоz və ya qоnur-bоz rəngdədir. Birillik zоğları yaşılımtıl rənglidir. Yarpağı хətvari-lansеtvaridir. Çiçəyi 4-5 üzvlü, ləçəkləri ağ və ya çəhrayı rənglidir. Еrkəkciyi 4-6 ədəddir, çiçək tacı ilə еyni səviyyədə yеrləşir.
Məhər Quliyev
1924-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1941-1945 Böyük Vətən Müharibəsinin iştirakçısı olub. İlk pedaqoji fəaliyyətinə Xatınlı kənd 7 illik orta məktəbində başlayıb. Daha sonra A.S.Puşkin, Y.Sadıqov və N.Tusi adına orta məktəbdə ixtisası üzrə dərs deyib. Fəaliyyəti dövründə Tovuz rayonunda kimya olimpiyadaları təşkil edərək gəncləri elmə cəlb edib. Azərbaycan SSR üzrə "respublika kimya olimpiyadası"nın Y.Sadıqov adına orta məktəbdə keçirilməsinə nail olub. Həmin dövrdə ən böyük və zəngin kimya laboratoriyasını yaradıb. (İndi həmin laboratoriyadan əsər-əlamət qalmayıb.) Yetirmələri ən yüksək vəzifələrdə çalışır. SSRİ Maarif əlaçısı, metodist müəllim, Qabaqcıl maaarif xadimi,Böyük Vətən Müharibəsi Veteranı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın əməkdar müəllimi fəxri adlarına və prezident təqaüdünə layiq görülüb.
Məmər məscidi
Məmər məscidi — Qubadlı rayonunun Məmər kəndində ХVIII əsrdə inşa edilmiş məscid. Sovet hakimiyyəti dövründə anbar binası kimi istifadə olunan məscid, Azərbaycan müstəqillik əldə edəndən sonra bərpa edilərək öz əvvəlki funksiyasını yerinə yetirmişdir. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscid dağıdılmış və donuz tövləsinə çevrilmişdir. İslam Əməkdaşlığı Təşkilatı Azərbaycanın işğal edilmiş ərazilərində İslam məbədlərinin dağıdılması ilə bağlı narahatçılığını bildirərkən dağıdılmış Məmər məscidini erməni tərəfinin aqressiya siyasətinin sübutu adlandırmışdır.
Məsgər (Xudabəndə)
Məsgər (fars. مسگر‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 404 nəfər yaşayır (92 ailə).
Məzgər (Kəleybər)
Məzgər (fars. مزگر‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 148 nəfər yaşayır (22 ailə).
Qolda Meyer
Qolda Meir (ivr. ‏גולדה מאיר‏‎; 3 may 1898[…], Ukrayna, Kiyev quberniyası, Rusiya imperiyası – 8 dekabr 1978[…], Qüds) — İsrailli müəllimə, siyasətçi, İsrailin Xarici işlər (1956–1966) və ilk Baş naziri. (1969–1974). O, İsrailin ilk və yeganə qadın hökumət başçısı, Yaxın Şərqdə ilk qadın hökumət başçısı və dünyada dördüncü seçilmiş qadın hökumət və dövlət başçısı idi. Meir həm də əmək naziri və xarici işlər naziri vəzifələrində çalışmışdır. O, İsrail siyasətinin "dəmir xanımı" kimi xarakterizə edilmişdir. O, sadəlövh və inandırıcı bir natiq kimi bir reputasiyaya sahib idi. Onun natiqlik bacarığı və ingilis dilini bilməsi onu yeni İsrail dövlətinin kritik ilk illərində son dərəcə uğurlu bir dövlət xadimi etdi. Qolda Maboviç Meyer 1898-ci il dekabrın ayının 8-də Rusiya imperiyasının Kiyev şəhərində anadan olub. Atası Moşe İshaq Maboviç dülgər, anası Blyum Maboviç tibb bacısı idi.
Riçard Meyer
Riçard Meyer (12 oktyabr 1934-cü il) — ABŞ-lı memar. Fəaliyyətini hələ də davam etdirməkdədir. 1984-cü ildə Pritsker mükafatını qazanmışdır. Riçard Meyer Nyu-Cersi ştatının Ntuark şəhərində doğuldu. Memarlıq təhsilini Kornell Universitetində aldı. 1959-ci ildə SOM (Skodmore, Ouings və Merrill) memarlıq firmasında qısa bir müddət çalışdıqdan sonra Marsel Breuer ilə üç il işlədi. 1963-ci ildə Nyu-Yorkda öz memarlıq ofisini açdı. Adı 1972-ci ildə "Nyu-York Quintet" qrupunun bir üzvü olduqdan və Kaliforniya ştatının Los-Anceles şəhərində inşa edilən Getti Mərkəzi ilə məşhurlaşdı. Riçard Meyerin dizaynlarının çoxunda XX əsrin ortalarından fəaliyyət göstərmiş memarların təsirləri müşahidə olunur. Riçard Meyerin dizaynlarında təsirlərini əks etdirdiyi digər memarlar arasında Miys Van der Roh, Frank Lyoyd Rayt və Luis Barraqandır (rənglərin istifadəsi istisna olmaqla).
Teodoro Meyer
Teodoro Meyer (isp. Teodore Meyer; 11 dekabr 1910 – 7 aprel 1972) — Alman əsilli Argentina botaniki. Teodoro Meyer toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Aloysia meyeri Moldenke, 1940 [syn. Aloysia gratissima (Gillies & Hook.) Tronc., 1962] Eichhornia meyeri A.G.Schulz, 1942 [syn. Eichhornia paniculata (Spreng.) Solms, 1883] Erigeron meyeri Cabrera, 1959 Şablon:Bt-latrus Gentiana meyeri Fabris, 1949 [syn. Gentianella thiosphaera (Gilg) Holub, 1967] Isoetes meyeri H.P.Fuchs, 1965, nom. nud. Juelia meyeri Sleumer, 1954 [syn. Ombrophytum subterraneum (Aspl.) B.Hansen, 1980] Nassella meyeri Torres, 1997 Salvia meyeri Legname, 1962 [syn.
Yuxarı Ləgər
Yuxarı Ləgər — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə(?) yaradılmışdır. Yuxarı Ləgər oyk., mür. Qusar r-nunun Xuray i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonimin əvvəlinə yuxarı sözü kəndi eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək üçün əlavə edilmişdir. Oykonimin əsasım təşkil edən Ləgər Dağıstan xalqlanndan lakların adını bildirir. Kənd ağsaqqallarının istianadən vaxtı ikən orada Çar ordusunun qusar alayının düşərgələri yerləşdirilmişdir.Rus dilində Верхний лагерь, нижний лагерь adlandırılmışdır...Yuxarı ləgər termini "Верхний лагерь"-Yuxarı Düşərgə(Lager)sözünün rus dilindən təhrif edilmiş formasıdı... 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 565 nəfər əhali yaşayır. Yuxarı Ləgər kəndinin əhalisi azərbaycanlılardan ibarətdir.
Meyer astrakantası
Meyer astrakantası (lat. Astracantha meyeri) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. Kiçik Qafqaz dağlarında yayılmışdır. 15-30 sm hündürlükdə, 15-25 sm diametrində çətir əmələ gətirən, yarpağını tökən xırda koldur. Budaqları 4 sm uzunluqda, 1 mm enində, darçını rəngdə, az və ya çox əyilmiş, xırda tikanlı, boz tüklərlə örtülmüşdür. Yarpaqlarının əsası enli, yumurtaşəkilli, neştərvari, qısa, ucu şiş, üzəri tüklüdür. Yarpaqları 4 (8) cüt, ağ tüklü yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqların uzunluğu 15 mm, eni 5 mm, ellipsvari olub, yuxarı hissəsi qısa tikanlıdır. Çiçəkləri yarpaqların qoltuğunda yerləşərək adətən başcığaoxşar, 3 sm uzunluğunda salxım çiçək qrupu əmələ gətirir. Çiçəkaltlıqları 6–7 mm uzunluqda, 1 mm enində, xətvari, qayığaoxşar, aşağı hissəsi çılpaq, yuxarısı keçəvari tüklüdür.