Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • мемориальный

    -ая, -ое.; (от лат. memorialis - памятный) 1) к мемориал 1) Мемориальный комплекс. М-ое сооружение. Мемориальный холм. Мемориальный музей. 2) Установл

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • МЕМОРИАЛЬНЫЙ

    1. мемориал; мемориальная книга мемориал дафтар (см. мемориал). 2. мемориальная доска (са кас) гьамиша рикIел хуьн патал кхьена цлаз ядай (ва я цла т

    Tam oxu »
    Rusca-ləzgicə lüğət
  • МЕМОРИАЛЬНЫЙ

    прил. xatirə-i[-ı]; мемориальная доска xatirə lövhəsi.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • MEMORİAL

    ...павших героев, выдающихся деятелей и памятных событий II прил. мемориальный. Memorial lövhə мемориальная доска

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • СЕНЬОРИАЛЬНЫЙ

    прил. senyor(luq) -i[-ı]

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • XATİRƏ

    ...hədiyyəsi памятный подарок, xatirə nişanı памятный значок 2. мемориальный. Xatirə kompleksi мемориальный комплекс, xatirə lövhəsi мемориальная доска

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • неугасимый

    ...не гаснущий. Неугасимый светильник. Н-ая лампада. Неугасимый мемориальный огонь. 2) Постоянно существующий и неослабевающий. Н-ая любовь, ненависть.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • вечный огонь

    ...факел на месте захоронения героев, могиле Неизвестного Солдата, в мемориальных комплексах и т.п.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • KOMPLEKS

    ...сочетание предметов, явлений, действий, свойств). Xatirə kompleksi мемориальный комплекс II прил. комплексный. İstehsalın kompleks avtomatlaşdırılmas

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • пагода

    ...санскр.) В Китае, Японии и некоторых других странах: культовое мемориальное буддийское сооружение.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • KUBOK

    ...mübarizə aparmaq бороться за кубок, xatirə kuboku памятный, мемориальный кубок, ölkə kuboku uğrunda yarışlar соревнования на кубок страны II прил. ку

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • барельеф

    ...bas-relief) см. тж. барельефный Скульптурное изображение (обычно архитектурное или мемориальное), выступающее над поверхностью. Барельеф Гоголя. Мрам

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • ансамбль

    ...стройное единство частей, образующих что-л. цельное. Архитектурный, мемориальный ансамбль. Дворцово-парковые ансамбли. 5) Комплект одежды из нескольк

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • увековечить

    ...наскальными рисунками. На памятной доске увековечены имена героев. Мемориальная доска, увековечив имя великого обитателя этого дома, навсегда осталас

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • комплекс

    ...сооружений как единое архитектурное целое. Архитектурный комплекс. Мемориальный комплекс. Туристский комплекс. Спортивный комплекс. 4) а) В психологи

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • уголок

    ...политической и культурно-просветительской работы). Уголок памяти (мемориальный). Живой уголок. (место, где содержатся животные, птицы). 5) Небольшой

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • почёт

    ...почётом. Высокого гостя встретили с особым почётом. Книга почёта (мемориальная книга для внесения имён героев войны и труда, деятелей науки и культур

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • TAMAŞA

    ...и смотрели вокруг, xatirə kompleksinə tamaşa etmək смотреть на мемориальный комплекс, sərgiyə tamaşa etmək осмотреть выставку; 2. созерцать, любовать

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • могила

    ...место погребения одновременно погибших где-л.). Могила Неизвестного солдата (мемориальное сооружение на месте погребения останков неизвестного воина

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • вечный

    ...умершего, погибшего; обычно в траурных речах, заупокойных службах, мемориальных надписях). Вечный огонь (постоянно горящее пламя у памятников погибши

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • доска

    ...имена лучших учеников - выпускников гимназии, лицея, консерватории и т.п.). Мемориальная доска. (плита из мрамора, гранита для увековечения памяти ко

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Himeyuri memorialı
Himeyuri qülləsi (ひめゆりの塔, Himeyuri no to) – Yaponiyanın Okinava prefekturasının İtoman şəhərində yerləşən memorial abidə. Abidə İkinci dünya müharibəsi zamanı yaralı yapon əsgərlərə tibbi yardım göstərmiş Himeyuri tələbələrinə həsr olunmuşdur. == Tarixi == "Himeyuri" sözü Okinava prefekturasının iki qadınlar məktəbini bildirmək üçün istifadə olunur: Okinava Normal Məktəbi və Okinava 1 Saylı Qızlar Liseyi. Bu söz adıçəkilən təhsil müəssisələrinin 1916-cı ildə yaratdıqları jurnalın adından yaranmışdır. Tezliklə bu məktəblərdə təhsil alan şəxslər Himeyuri tələbələri adlanmağa başlanmışdır.İkinci dünya müharibəsi zamanı Himeyuri tələbələri Okinava döyüşündə yaralanan yapon əsgərlərə tibbi yardım göstərmək məqsədilə səfərbər olmuşdurlar. Müharibə nəticəsində əsgərlərə qayğı göstərən 136 Himeyuri tələbəsi və müəllimi ölmüşdür.İkinci dünya müharibəsindən sonra Himeyuri tələbələrinin birinin qohumu Kinco Vaşin ərazi sakinləri ilə birlikdə insan qalıqlarını toplamağa başlamış və 1946-cı ildə bu abidənin əsasını qoymuşdur. == Xüsusiyyətlər == Əsasən kenotaflardan ibarət olan abidə müharibə zamanı Himeyuri tələbələri tərəfindən yaradılmış Haebaru sahə xəstəxanasının ərazisində və eyniadlı mağaranın yaxınlığında yerləşir. Bu mağara Himeyuri tələbələri tərəfindən əsgərlərə tibbi yardım göstərmək üçün istifadə olunmuşdur. Abidənin yaxınlığında Himeyuri Sülh Muzeyi yerləşir. == Populyar mədəniyyətdə == Okinava yazıçısı İşino Keyiçiro bu hadisə əsasında "Himeyuri qülləsi" adlı əsər yazmışdır.
Linkoln memorialı
Linkoln memorialı ABŞ-nin paytaxtı Vaşinqtonda ABŞ prezidenti Abraham Linkolnun xatirəsinə inşa edilmiş bir abidədir. Dözümlülüyü, dəqiqliyi və qətiyyəti simvollaşdırır. Henry Bacon tərəfindən, Afina Akropolundakı Parfenonu xatırladacaq üslubda tərtib edilmişdir; Hündürlüyü 13.4 m olan 36 sütuna malikdir. Kolorado mərmərindən hazırlanmış bu sütunların sayı ABŞ-nin Linkolnun dövründəki əyalətlərinin sayı qədərdir. Linkolnun 5.80 m hündürlüyündəki heykəli ağ Corciya mərmərindən düzəldilib və Tennesse mərmərindən düzəldilmiş bir özül üzərindədir. Daniel Chester French tərəfindən hazırlanan heykəl Nyu-Yorkdakı Piccirilli qardaşları tərəfindən mərmərə həkk edilmişdir. Abidənin önündəki bir hovuzun üstündən şərqə, Vaşinqton abidəsi və Kapitola doğru baxır. Abidə içərisində, Lincolnun Gettyburg nitqi cənub divarına həkk edilmişdi və ikinci dəfə prezident seçildikdən sonra etdiyi çıxışı isə şimal divarına həkk olunmuşdur. Tavanda Jules Guerinin iki rəsm əsəri var; bunlardan biri Birləşmə və Tərəqqi, digəri Bir irqin azadlığını əldə etməsi adlanır.
Quba memorialı
Quba Soyqırımı Memorial Kompleksi – 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. == Tarixi == 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb.2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər. == Memarlıq xüsusiyyətləri == Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir.Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir.Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən imtina edilib. === İnteryeri === Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən foto-şəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.Ekspozisiya unikal arxiv sənədləri ilə zəngindir. Burada 1918-ci ilin qanlı hadisələrindən sonra cinayəti tədqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqda qərarı və komissiyanın sənədləri, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xüsusi məzmunlu xəritə, Heydər Əliyevin soyqırım haqqında sərəncamı təqdim olunur.Müxtəlif qəzalarda baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə xüsusi qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırılıb, dənizə, quyulara atılıb və bu səbəbdən onları dəfn etmək mümkün olmayıb.
İvodzima Memorialı
Dəniz Piyadasına Hərbi Abidə (yaxud İvodzima Memorialı) Virciniyadakı Arlinqton milli qəbiristanı yanında yerləşir, tuncdandır. 1775-ci ildən etibarən ölkəni müdafiə etmiş ABŞ-nin bütün həlak olmuş dəniz piyadaçılarına həsr olunmuşdur. 1954-cü il noyabrın 10-da açılmışdır. Heykəltəraş - Feliks de Ueldon. Abidə altı dəniz piyadaçını təsvir edir (hündürlüyü 10 metr). 1961-ci ildən, Con Kennedi fərmanına əsasən, abidəsində 24 saat ərzində ABŞ bayrağı yellənir. Bayraq ağacı hündürlüyü 20 metrdir.
Avstraliya Müharibə Memorialı
Avstraliya Müharibə Memorialı (ing. Australian War Memorial) — Avstraliyanın iştirak etdiyi müharibələrdə və ya sülhməramlı əməliyyatlarda həlak olmuş avstraliyalılar üçün memorial. Memorial paytaxt Kanberrada yerləşir və üç hissədən ibarətdir: memorial zalın yerləşdiyi memorial zona, memorial qalereyaları və kitabxana. Memorial qalereyalar Avstraliyanın XIX əsrin ortalarından indiki dövrdə qədər müharibələrdə iştirakını əhatə edən geniş hərbi tarix kolleksiyasını ehtiva edir. Memorialın yaxınlıqlarında yerləşən "Anzak paradı"nın digər abidələri Milli Paytaxt Səlahiyyəti (MPS) tərəfindən ayrıca nəzarət olunur və Avstraliya Müharibə Memorialının bir hissəsi deyil. == İstinadlar == == Əlavə ədəbiyyat == Bligh Voller Architects; Australian War Memorial. Australian War Memorial Heritage Conservation Masterplan. 1997. Connor, J. R. A Guide to Canberra Buildings. Angus and Robertson.
Gürcüstan tarixi memorialı
Gürcüstan tarixi memorialı (gürc. საქართველოს მემატიანე) – Tbilisi şəhərində, hündür təpə üzərində yerləşən və Zurab Seretelinin layihəsi əsasında hazırlanmış abidə kompleksi. == Tarixi == Zurab Seretelinin layihəsi əsasında işlənmiş abidə kompleksinin yerində ilkin olaraq İosif Stalinin 100 metrlik nəhəng heykəlinin ucaldılması planlaşdırılırdı. Lakin, ideya Stalin tərəfindən bəyənilmir. O, həmin ərazidə hansısa böyük layihənin gerçəkləşdirilməli olduğunu desə də, belə layihəni gerçəkləşdirəcək sənətkar olmadığını bildirir. Gürcüstan tarixinə həsr edilmiş dəbdəbəli abidənin yaradılmasından əvvəl 1980-ci illərin ortalarına kimi ərazi boş qalmışdır.Memorialın inşasına iyirmi il (1985-2003) vaxt sərf edilsə də, o, hələ də tamamlanmamış olaraq qalmaqdadır. Patriarx bəzi lövhələrdə qeyri-dəqiqliklər müşahidə etmiş və bundan sonra, həmin lövhələr yenidən işlənməsi üçün sökülərək emalatxanaya göndərilmişdir. == Təsviri == Gürcüstan tarixi memorialı şəhər mərkəzindən 13 km aralıda, Tbilisi dənizi adlandırılan su anbarının sahilindəki hündür təpə üzərində yerləşir. Abidə dəniz səviyyəsindən 120 metr yüksəklikdə yerləşir.Kompleks, hər biri 353 metr hündürlüyə malik olan 16 bədii tərtib olunmuş sütundan ibarətdir. Bürünc və misdən hazırlanmış sütunlar tematik barelyef və qorelyeflərlə bəzədilmişdir.Hər sütun üç hissəyə bölünmüş, aşağıda Bibliya çarları, ortada Gürcüstanın tanınmış ictimai-siyasi xadimləri, yuxarıda isə məişət səhnələri təsvir olunmuşdur.
Hiroşima Sülh Memorialı
Hiroşima Sülh Memorialı (yap. 広島平和記念碑 - Hiroşima heiva kinenhi) və ya daha çox Atomik Bomb Dome (Atom bombası Gümbəzi) və ya Genbaku Domu (Atom bombası Günbəzi - yap. 原爆ドーム) adı ilə tanınır — Yaponiyada tarixi abidə. Eyni adlı parkın bir hissəsi olan Hiroşima Sülh Memorialı 1996-cı ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Lakin bu proses də siyasi müdaxilələrdən yan keçməyib. Çin və ABŞ hökumətinin etirazlarına baxmayaraq, 1996-cı ilin dekabrında Genbaku Günbəzi ümumdünya mədəni və təbii irsin müdafiəsi Konvensiyasına əsasən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Tarixi binanın həmin siyahıya daxil edilməsi bəşəriyyət tarixində ilk dəfə insanların yaşadığı ərazilərdə nüvə silahının istiafdə edilməsi nəticəsində atom bombasının dağıdıcı təsirindən "sağ çıxması" və daha vacibi tikilinin sülhün rəmzi kimi təqdim olunması ilə əsaslandırılıb. Binanın qalıqları 6 avqust 1945-ci ildə Hiroşimaya atılan atom bombasının təsiri nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə saxlanılıb. Bütövlükdə, atom bombasının təsiri nəticəsində Yaponiyada 70 mindən çox insan yerindəcə həlak olub daha 70 min nəfər isə radiasiyanın müxtəlif dərəcəli, ölümcül təsirlərinə məruz qalıblar. O qədər də qeyri-adi tarixçəsi olmayan tikili hazırda yaponlar üçün unudulmaz və bir o qədər də yaxın keçmişin, daha da önəmlisi isə, dəhşətli və faciəli günün tarixinə çevrilib.
Qarabağ müharibəsi memorialı
Qarabağ müharibəsi memorialı (Xocalı) — Xocalı rayonu Badara kəndində erməni separatçılarının ucaltdığı memorial. Qarabağ müharibəsi tank memorialı (Əsgəran) — Xocalı rayonu Əsgəran qəsəbəsində erməni separatçılarının ucaltdığı memorial. Qarabağ müharibəsi memorialı (Tərtər) — Tərtər rayonu Talış kəndində erməni separatçılarının ucaltdığı memorial.
Spaldinq Müharibə Memorialı
Spaldinq Müharibə Memorialı — İngiltərənin şərqində yerləşən Linkolnşir, Spaldinqdəki Ayskofi Zalında Birinci Dünya Müharibəsi memorialıdır. Memar Ser Edvin Lütyens tərəfindən dizayn edilmişdir. Spaldinqdən müharibədə ölənlərin xatirəsinə memorial ucaldılması təklifini 1918-ci ilin yanvarında Barbara Maklaren etmişdir. Onun bölgə parlamentinin üzvü olan həyat yoldaşı da müharibə zamanı hava qəzasında öldürülmüşdü. Barbara mövcud ailə əlaqələri vasitəsiylə Lütyenslə təmas qurdu və memar ortasında xaç olacaq, dairəvi hovuzla əhatələnən memorial monastır üçün layihə hazırladı. Memorial yerli bölgə şurasının sahib olduğu rəsmi Akskofi bağçalarında inşa edilməli idi. Barbara bu təklifi şuraya bildirdiyi zaman icma daxilində ciddi müzakirələrə səbəb oldu və çoxlu sayda müxtəlif planlar təklid edildi. 1919-cu ildə reallaşan ictimai yığıncaqdan sonra Barbaranın təklifinin kiçildilmiş versiyası qəsəbənin taxıl mübadilə binasında bir saatla birlikdə üstün tutulan seçim kimi formalaşdı. Memorialın hazırlanmasına ümumi 3.500£ lazım idi. Barbara və qayınatası bu məbləğın 1.000£-u qarşıladı, onun qayını isə bir cüt rənglənmiş daş bayraqlar bağışladı.
Viktoriya memorialı (London)
Viktoriya abidəsi (ing. Viktoria Memorial) — İngiltərənin paytaxtı London şəhərində yerləşən abidə və ya heykəl. Bukingem sarayının ön cəbhəsində yerləşir. == Haqqında == Abidənin tikilməsinə 1901-ci ildə başlanmışdır. Memarı Tomas Brokdur. Abidə 1911-ci ildə tamamlanmış və 16 aprel tarixində açılmışdır. Ətrafı memar Aston Ueb tərəfindən 2.300 ton ağ mərmərdən hazırlanmışdır. Abidə kraliça Viktoriyanın üzü şimal-qərbə baxan ageniş heykəlini ehtiva edir. Abidənin bir tərəfində şimal-qərbdəki Yaşıl parka baxan ədalət mələyi yerləşir. Dürüstlük mələyi isə cənub-şərqdəki Bukinqem sarayına baxır.
Qarabağ müharibəsi memorialı (Tərtər)
Qarabağ müharibəsi memorialı (erm. Արցախյան ազատամարտի հուշահամալիր, Artsaxyan azatamarti huşahamalir) — Azərbaycanın Tərtər rayonu ərazisində yerləşən Talış kəndində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən Birinci Qarabağ müharibəsi (1988–1994) üçün ucaldılan memorial kompleksi. 1990-cı illərdə ucaldılan memorial həmçinin, İkinci Dünya müharibəsində həlak olan erməni əsilli döyüşçülər üçündür. == Tarixi == Qarabağ müharibəsi memorialı Qondarma Dağlıq Qarabağ Respublikası (DQR) tərəfindən 1990-cı illərdə ucaldılmışdır. Memorial kompleksi ümummilli əhəmiyyətli abidə kimi Qondarma DQR-nın daşınmaz tarix və mədəniyyət abidələri siyahısına "062" nömrəsi altında daxil edilmişdir.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başladılmışdır. Azərbaycan hərbçiləri 3 oktyabr tarixində Tərtər rayonunun Talış kəndini tamamilə işğaldan azad etmişdir. Döyüşlər zamanı memorial dağılmışdır. == Təsviri == Memorial kompleksinin hündürlüyü 48 metr, eni 38 isə metrdir. Memorial 3 hissədən – iki qartal heykəlindən, daşlardan və İkinci Dünya müharibəsində həlak olan Talış kəndi sakinləri üçün xatirə lövhəsindən ibarətdir.
Qarabağ müharibəsi memorialı (Xocalı)
Qarabağ müharibəsi memorialı (erm. Արցախյան ազատամարտի հուշահամալիր, Artsaxyan azatamarti huşahamalir) — Azərbaycanın Xocalı rayonu ərazisində yerləşən Badara kəndində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən Birinci Qarabağ müharibəsində (1988–1994) həlak olan erməni hərbçilər üçün ucaldılan memorial kompleksi. == Tarixi == === Zəmin === Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə bölgənin erməni əhalisinin Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-yə qoşulmaq istəməsi ilə başlamışdır. 1991-ci ildə münaqişə artıq müstəqil Azərbaycan ilə Ermənistan respublikaları arasında genişmiqyaslı müharibəyə çevrilmişdir. Birinci Qarabağ müharibəsində Badara kəndindən 155 nəfər erməni hərbçi iştirak etmiş, onlardan 22-si döyüş əməliyyatları zamanı həlak olmuşdur. === Memorial kompleksi === 2013-cü ildə Qondarma Dağlıq Qarabağ Respublikası (DQR) tərəfindən müharibədə həlak olan 22 erməni hərbçisinin xatirəsini yad etmək üçün Badara kəndinin girişində Qarabağ müharibəsi memorialı inşa edilmişdir. Memorial kompleksinin memarı Vladimir Sarkisyandır. İnşaat işləri üçün Suren Xaçatryan, Aleksandr Musayelyan, Gerasim Barseğyan və "Artsax Azadlıq Döyüşçüləri" Birliyi maliyyə ayırmışdır. Memorial kompleksinin açılış mərasimi 20 may 2013-cü il tarixində Qondarma DQR-nın keçmiş prezidenti Bako Saakyan, Qondarma DQR Milli Məclisinin sədri Aşot Qulyan, Qondarma DQR Müdafiə Ordusu komandiri Movzes Akopyan, Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının baş yepiskopu Parqev Martirosyan və digər rəsmi şəxslərin iştirakı ilə baş tutmuşdur. == Təsviri == Memorial kompleksi Badara kəndinə girən yoldan bir az yuxarıda yerləşən bir təpədə inşa edilmişdir.
Sambek yüksəkliyi şöhrət memorialı
Sambek yüksəkliyi şöhrət memorialı — Rostov vilayəti Neklinnovski rayonu Sambek qəsəbəsindən bir qədər aralıda yerləşən memorial abidə kompleksi. Kompleks 130 və 416 atıcı diviziyalarının Taqanroqun alınmasındakı xidmətlərinə görə qoyulmuşdur. Bu diviziyalar fəxri "Taqanroq diviziyası" adın layiq görülmüşlər. == Abidə == Abidə kompleksinin müəllifi bakılı heykəltaraş Elcan Seyfulla oğlu Şamilov və rostovlu V. İ. və İ. V. Qriqor. Abidə kəndin ətrafında ən hündür nöqtədə, vaxtı mövcid olan səngərlərin yerində, pulemyotların yerləşdirildiyi ərazidə ucaldılmışdır. Abidə iki beton lövhədən ibarətdir. Mərkəzdə ayrılmış abidə iki hissədən ibarətdir. Bu isə Taqanroqun azad olunmasında iştirak etmiş iki atıcı diviziyanı tərənnüm edir. Bu abidə bütün Rostov vilayəti ərazisində ən böyük memorial abidədir. == Tarix == Abidə 7 may 1980-ci ildə Azərbaycan SSR MK baş katibi Heydər Əliyev başda olmaqla Azərbaycandan gəlmiş nümayəndə heyətinin iştirakı ilə açılmışdır.
Terror qurbanları memorialı (İsrail)
İsraildə terror qurbanları memorialı – 1851-ci ildən İsrail terror bütün qurbanlarının xatirəsi. Yaddaş Hers Herzl, Jerusalem -də yerləşir. Anıdanda terror hadisələrində öldürülən yəhudi və qeyri-yəhudi xalqlarının adları yer alır. == Galeri == == Xarici keçidlər == The Monument for Victims of Hostile Acts: Honor Inscribed In Stone Arxivləşdirilib 2013-12-16 at the Wayback Machine.
Qarabağ müharibəsi tank memorialı (Əsgəran)
Qarabağ müharibəsi tank memorialı (erm. Արցախյան ազատամարտի տանկ-հուշարձան, Artsaxyan azatamarti tank-huşardzan) — Azərbaycanın Xocalı rayonu ərazisində yerləşən Əsgəran qəsəbəsində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən Birinci Qarabağ müharibəsi (1988–1994) üçün ucaldılan tank memorialı. == Tarixi == Tank memorialı erməni separatçı qüvvələri tərəfindən 1992-ci ildə Şuşanın işğalının xatirəsinə ucaldılmışdır. Memorialı Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) yüksək vəzifəli şəxsləri və hərbi xadimləri ziyarət etmişdir. Tank memorialı hərbi silahlı qüvvələrin andiçmə mərasimi zamanı ucalmışdır. Mərasimdə Ermənistanın müdafiə naziri Vigen Sarkisyan, Qondarma DQR Müdafiə Ordusu komandiri Levon Mnatsakanyan və digər yüksək vəzifəli şəxslər iştirak etmişdir. == Təsviri == Memorial Əsgəran–Ağdam yolunun sol tərəfindəki kiçik bir təpədə ucaldılmışdır. Memorial üzərində "T-72" tankı olan daş postamentdən və ona bitişik parkdan ibarətdir. Həmin "T-72" tankı Ağdamın işğalında iştirak etmişdir.
1944-cü ilin deportasiya qurbanları memorialı
1944-cü ilin deportasiya qurbanları memorialı (çeç. 1944 шарахь дIабохийначеран хIоллам; rus. Мемориал жертвам депортации 1944 года) — 1992-ci ilin yayında Çeçenistanın paytaxtı Qroznı şəhərinin mərkəzində soyqırımı qurbanlarının xatirəsinə inşa olunmuş memorial abidə kompleksi idi, 1944-cü ilin fevralında çeçen xalqına qarşı Stalin rejiminin törətdiyi zorla Mərkəzi Asiyaya deportasiya edilməsi zamanı onların soyqırımı qurbanlarının xatirəsinə. 1994-1996-ci ildə olan Rusiya-Çeçenistan müharibənin təsiri altında dağıntılar alınmış və müharibədən sonra bərpa olunmuşdu, həmçinin 1999-2000-ci illərdə, Çeçenistana qarşı Rusiyanın hərbi kampaniya zamanı qismən ziyan dəymişdi, və 2008-ci ildə hakimiyyət tərəfindən onun sökülməsinə cəhd göstərərək eybəcərləşmişdi. O zaman hüquq müdafiəçilərinin, hiddət qarşısında belə "barbarlıq" və "vəhşiliklə" üz-üzə olaraq "şəhərin yeganə əsl çeçen abidəsini" sökülməsindən xilas etdilər, heç olmasa memorial, müstəqilliyin qaçılmaz simvolu kimi dərk edilən, və ətrafına başdan-başa hasar çəkilmişdi, tamamilə onu gözlərdən gizlədərək. Buna baxmayaraq, çeçen xalqının deportasiyasının 70-ci ildönümü ərəfəsində, 2014-cü ilin fevralında abidə kompleksi, "yuxarıdan əmri ilə" gizli və bu dəfə, tamamilə söküldü. Onun üzərində olan, kompozisiyaya daxil olmuş qəbir daşları, Əhməd Kadırovun meydanına köçürülmüşdü və rusiya hakimiyyəti yerli əməkdaşlarının həlak olanların şərəfinə ucaldılmış abidəsinin yanında quraşdırılmışdı.