Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Melanin
Melanin — bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal. İnsanda da rast gəlinir. Dəriyə, saçlara, gözə , mərkəzi sinir sisteminin müəyyən hissələrinə tünd rəng verir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. İnsan dərisində bu piqmentin olması , qoruma xarakteri daşıyır. Melanin əlavə günəş şüalarını udaraq dəri və gözlərimizi günəş şüalarının zərərli təsirindən qoruyur. Günəş şüalarına çox məruz qaldıqda dəridə melanin artır.Tünd dərili şəxslərdə açıq dəri rənginə sahib şəxslərə nisbətən daha çox rast gəlinir. Melanin çatışmazliğı olan şəxslərin dəriləri çox ağ, gözləri qırmızı olur. Bu hal albinizm adlanır. Məlumdur ki, canlıların gözlərinin rəngi müxtəlifdir.
Metanın pirolizi
Metanın pirolizi- yüksək temperaturda 1200 – 1500 oC və reaksiya məhsullarının tez bir zamanda soyudulması ilə gedən prosesdir. == Metanın piroliz reaksiyaları == Piroliz nəticəsində asetilen alınır ki, bu da son məqsəd deyil və üzvi sintez məhsullarının alınması üçün aralıq maddədir. Belə ki, metanın pirolizi təkcə asetilenin alınması üçün iqtisadi cəhətdən səmərəli olmadığından bu texnologiya adətən asetilenin digər məhsullara məsələn sintetik kauçuk emalı zavodlarında tətbiq edilir. Piroliz prosesinin effektivlik dərəcəsini müəyyən edən əhəmiyyətli faktor alınan və istifadə edilən karbohidrogenlərin yüksək temperatura davamlılığıdır. Karbohidrogenlərin termiki davamlılığı haqqında onların əmələ gəlməsinin sərbəst enerji temperaturunun dəyişməsini izləməklə mühakimə yürütmək olar. Verilmiş temperaturda sərbəst enerji nə qədər az olarsa, karbohidrogen bir qədər stabil olar. Bu asılılığın tədqiqi göstərdi ki, temperaturun artması ilə asetilenin stabilliyi artır, digər karbohidrogenlərdə stabillik enir.Bu onu göstərir ki, karbohidrogenlər müvafiq temperaturda asetilinə çevrilə bilərlər. Belə ,ki 1200 oC temperaturda asetilenin sərbəst əmələ gəlmə istiliyi, metanın sərbəst əmələgəlmə istiliyindən az olduğundan, bu asetilinin bilavasitə metandan alınmasını mümkün edir. Ancaq asetilen 1500 oC temperaturda termodinamiki cəhətdən stabil olmayıb, az bir zaman müddətində hidrogenə və karbona (duda) ayrıla bilər. Metanın pirolizindən alınan asetilenin parçalanmasının qarşısını almaq üçün piroliz qazlarının reaksiya zonasında qalma müddəti saniyənin yüzdə bir hissəsindən artıq olmamalıdır.
Meşənin boniteti
Meşənin boniteti- (Latın Bonität - yaxşı keyfiyyət), Ağacların məhsuldarlığını qiymətləndirmək üçün istifadə olunan şərti bir göstəricidir. Ağacların potensial məhsuldarlığını və ağacların artım dərəcəsini müəyyən edən meşə əkinçiliyinin keyfiyyət xüsusiyyətidir. Orlov cədvəlinə görə, əkin sahəsindəki stendin ortalama yaşı və orta hündürlüyünə və mənşəyinə (toxum və ya gənc böyümə) görə müəyyən edilir. Buğumlar arasındakı məsafədən (50cm-dən çox I bonitet, 50cm-dən az II bonitet) asılı olaraq təyin edilir. Ən məhsuldar ağaclıqlar I sinifə,ən az məhsuldar V sinifə aiddir. II dərəcəli və daha yüksək dərəcəli əkinlərə yüksək bonitetli, III - IV - orta bonitetli, V - aşağı bonitetli, Va və Vb - məhsuldar olmayan bonitetli adlandırırlar. Meşə bonitetinin 5 sinfi var.
Meşənin su rejimi
Meşənin su rejimi – atmosfer və qrunt sularının meşəyə daxil olması və onların meşə tərəfindən istifadə olunması, həmçinin suyun meşə daxilində və ondan kənarda hərəkət etməsini təyin edən hadisələrin məcmusu. == Meşənin su rejimi == Meşənin su rejimi adətən konkret sahədə müəyyən dövr ərzində (əsasən bir il müddətində) atmosfer meşə bitkisi-torpaq sistemi daxilində su balansı ilə xarakterizə olunur. Yağıntının bir hissəsi meşə çətirləri arasındakı boşluqlardan keçib meşə döşənəyinə çatır, bir hissəsi isə ağaclar və aşağı yarus bitkiləri tərəfindən tutulub saxlanır. Meşə döşənəyinə və torpağın səthinə çatan suyun bir hissəsi sızaraq torpağın alt qatlarına gedir və ya səthi axım şəklində hidroloji şəbəkəyə daxil olur. Meşə altda torpaq çox məsaməli olduğundan və çox zəif donmaya məruz qaldığından suyu bitkinin və torpağın səthindən buxarlanma hesabına və desuksiya, sonra isə transpirasiya yolu ilə sərf edir. Meşə formasiyası ot və mədəni bitkilərə nisbətən potensial buxarlanma cəminin çoxluğu ilə xarakterizə olunur, bu meşənin özünün xassələrindən asılıdır.
Meşənin təbii bərpası
Meşənin təbii bərpası – meşə çətri altında, meşəqırma sahələrində, meşə yanğını yerlərində meşənin yeni nəslinin yaranması prosesi. == Ümumi məlumat == Meşənin təbii bərpası toxumla, kötük pöhrələri ilə, kök bicləri ilə gedir. Meşənin təbii bərpasının intensivliyi fiziki-coğrafi şəraitdən, meşə tipindən, meşəqırma üsulundan və ağac cinslərinin meşəçilik xüsusiyyətindən asılıdır. Fizikicoğrafi mühit meşənin bərpası üçün meşə zonasında daha əlverişlidir. Meşənin təbii bərpası zamanı ağac cinslərinin dəyişilməsi (suksessiya) müşahidə olunur. Meşənin təbii bərpasına kömək etmək məqsədilə meşəqırma sahəsində toxumluq ağaclar saxlanılır, torpaq yumşaldılır, toxumun cücərməsinə şərait yaradılır. Bəzən bu tədbirlərlə yanaşı seyrək və açıq sahələrdə, həmçinin ağac şitillərinin əkini və yaxud toxumunun səpini aparılır. == Meşəsalma, meşəyetişdirmə == Meşəsiz regionlarda olan sahələrdə toxum səpmək və tinglər əkməklə süni meşə salınması. Meşəsalma üsulları iqtisadi cəhətdən məqsədəuyğun olaraq torpaq və iqlim şəraiti nəzərə alınıb seçilir. Meşəsalma zamanı müxtəlif səpin üsulları (dağınıq, cərgəli və s.) tətbiq edilir.
Musanın hökmü (Mikelancelo)
Musanın hökmü — Romada Vinkolidəki San Pietro kilsəsində yerləşən, 1513–1515-ci illərdə yaradılmış, İtaliyanın İntibah dövrü rəssamı Mikelancelonun heykəli. 1505-ci ildə Papa II Julius tərəfindən məzarüstü abidə kimi sifariş edilmişdir. == Yaranma tarixi == 1505-ci ildə papa II Yuli, Renessansın ən böyük sənətçisi hesab edilən Mikelancelonu (Michelangelo) o dövrə qədər bərabəri olmayan, möhtəşəm ölçü və görkəmdə, öz məzarı üzərində olmasını istədiyi bir heykəl yaratmağı tapşırır. Ancaq işin davamında məzarın da içərisində yerləşəcəyi planlanan San Pietro İn Vinroli bazilikası səbəbindən vəsait sıxıntısı yaşanmağa başlanır. Bundan sonra Romaya qayıdan Mikelancelo maddi məsələlərdə papa ilə anlaşılmazlıq yaşayır. 1513-cü ildə II Yulinin ölümü səbəbilə Mikelancelo məzar abidəsi işini düzəltmək üçün yenidən işə başlayır.Bir müddətlik fəaliyyətdən sonra məşhur “Musanın hökmü” əsəri Mikelancelo tərəfindən ərsəyə gətirilmiş olur. Heykəldə təsvir edilmiş şəxs Musa peyğəmbərdir. Abidə iki qismdən ibarət idi: Üst hissədə Məryəm, İsa və papanın heykəlləri yer almışdır. Alt hissədə isə İnsanüstü bir ölçüdə və oturmuş şəkildə təsvir edilən Musa heykəlinin sağı və solunda, ətraf dünya və daxili aləmə dönüşü təmsil edən, Yaqub peyğəmbərin arvadları olan iki bacı: Lea (Leah) və Raşelin (Rachel) heykəlləri də yer almışdır. == Musanın təsviri == Musa tanrının 10 qanunu xalqına çatdırmaq üçün Sina dağına çıxmış və orada 40 gün, 40 gecə keçirmişdir.
Məkanın melodiyası (film, 2004)
== Məzmun == 80 yaşlı violençelist — Murad(Ələddin Abbasov) özünün ad günündə, ömrünün boş və hədər keçdiyini hiss edib sarsılır. Gəncliyindən bəri ürəyində gəzdirdiyi melodiyanı heç cür tamamlaya bilməyən qəhrəmanın fikrindən hətta intihar da keçir. Amma parkda təsadüfən rastlaşdığı Rəna(Ayan Mirqasımova) ilə tanışlığı onu bu fikirdən daşındırır. Çünki özünün xərçəng xəstələyinə tutulduğundan şübhələnən rəqqasə Rəna da, az qala intihar ərəfəsindədir. Bunu bilən Murad o cavan qadının xilaskarına çevrilir. Rəna isə bu xeyirxah qocanın haçansa gənclik illərində ilk baxışdan görüb sevdiyi, amma iradəsizlik göstərib həmişəlik itirdiyi Minanın axtarışına çıxır. Bu, həm də o nakam sevginin ifadəsi olan itirilmiş melodiyanın axtarışıdır. Tamaşaçının bir çox dramatik məqamlarıyla rastlaşdığı bu film qəhrəmanın uzun ömrünün cəmi iki gününü göstərsə də, əslində onun bütün həyatını əhatə edir.Filmdə söhbət idealların məhv olmasından gedir. Və idealların məhv olması fonunda insanların arasında olan münasibətlərin dəyişməsi, eləcə də onların psixoloji məqamları diqqət mərkəzindədir. Bu filmin qəhrəmanı bütün ömrü boyu cəmiyyətin qanunları ilə yaşayıb.
Zamanın və məkanın fəlsəfəsi
[[İmage:Titian - Allegorie der Zeit.jpg|thumb|250px|Tisian, „Zamanın alleqoriyası" - Keçmişin, çağdaşın və gələcəyin münasibətlərinin alleqorik təsviri. Burada keçmiş sola, gələcək sağa, çağdaş yaşlı kişi düz baxır.]] Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər.
Məqarin
Məqarin (ərəb. مقارين‎) — Əlcəzairin şimal-şərqində, Uarqla vilayətində şəhər və kommuna. Meqarin dairəsinin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şiaml vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 468 kilometr (291 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 68 metrdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 66 mm-dir). Orta illik temperatur 21,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,3°C-dir. == Nəqliyyat == Şəhərin qərbindən 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir.
Meşari
Meşari (alb. Meshari) - alban dilində çap edilmiş ilk kitab. Hal-hazırda tək bir nüsxəsi mövcuddur. Kitab 188 səhifədən ibarət olmuşdur və yazılar səhifələrdə iki sütunla yazılmışdır. == Tarixi == Kitab təxminən 1555-ci ildə Venesiyada katolik yepiskopu Gön Buzuku tərəfindən nəşr edilmişdir. Meshari 1740-cı ildə Skopyedə aşkar edildi, bir müddət sonra isə onun haqqında məlumatlar itdi. 1910-cu ildə kitabın bir nüsxəsi Katolik Yepiskopu Luzi Skiroi tərəfindən yenidən aşkar edildi. 1930-cu ildə kitabın fotonüsxəsi, 1968-ci ildə isə elm adamlarının rəyləri ilə kitab yeni formada nəşr olundu. Hal-hazırda orijinal kitab Vatikan Kitabxanasındadır. Vatikan nüsxəsində kitabın titul vərəqi və ilk 16 səhifəsi yoxdur.
Meşkin
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Güney Azərbaycanın Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur. == Şəhərin görməli yerləri == Ən mühüm turizm obyektləri bunlardır: Seyid Süleyman Fəxrəbad İmamzadə Seyid Süleyman məqbərəsi Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları Qarasu çayının sahili Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası Sasani dövrünün 2000 illik epiqrafik abidələri Unar kəndində qədim qəbiristanlıq Şeyx Heydər türbəsi Arşaq qalası Qışlaqzaxir qalası Qənbər təpəsi Anar qədim məzarlığı Cənnət Sara məscidi Həsəndaş müqəddəs yeri Meşəlik parkı Şirvan dərəsi Qarasu Huşəng meydanı Savalan dağının ətəkləriŞəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur.
Mədain
Ktesifon (yun. Κτησιφῶν (Ktēsiphōn), pəhl. Tyspwn, fars. تیسفون‎ (Tisfun), ərəb. قطسيفون‎ (Qaṭaysfūn), erm. Տիզբոն (Tizbon)) — Parfiyanın, sonra Sasanilərin paytaxtı. Azərbaycan tarixi ədəbiyyatında Mədain kimi xatırlanır. == Tarixi == Mədain-digər adı ilə Ktesifon şəhəri əvvəlcə Parfiyanın, sonra Sasanilər imperiyasının paytaxtı idi. İndi xarabalıqları İraqın şərqində yerləşir. Ərəblər Mədaini Səvad adlandırırdılar.
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi (ing. United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)), 1959-cu ildə (Sputnikin buraxılmasından qısa müddət sonra) Birləşmiş Millətlər Təşkilatının 1472 (XIV) saylı qətnaməsi ilə Ad hoc komitə kimi yaradılmış və 1962-ci ildə daimi komitəyə çevrilmiş katibliyini Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosunun etdiyi komitədir. Komitə, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatları kimi beynəlxalq bir müqavilə ilə müstəqil bir beynəlxalq təşkilat olaraq deyil, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin bir institutu olaraq yaradılmışdır. Komitənin 2016-cı il tarixində 83 üzvü olmuşdur.COPUOS-un missiyası “kosmosun dinc istifadəsində beynəlxalq əməkdaşlığın əhatə dairəsini öyrənmək, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında bu sahədəki proqramları planlaşdırmaq, kosmos haqqında davamlı tədqiqatları və məlumatların yayılmasını təşviq etmək və kosmosun kəşfindən yaranan hüquqi problemləri öyrənmək” kimi müəyyənləşdirilmişdir. == Tarix == Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin kosmosa dair 18 dekabr 1958-ci il tarixli və 1348 (XIII) saylı ilk qətnaməsində kosmosun dinc məqsədlər üçün istifadəsinin vacibliyi vurğulanmış və bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin yaradılmasına qərar verilmişdir. Bu komitə 1959-cu ildə fəaliyyətə başlamışdır. 1962-ci ildə “hüquq alt komitəsi” və “elm və texnologiya alt komitəsi” adlı iki alt komitəyə ayrılmışdır. Komitə, kosmosla əlaqəli hüquqi və texniki məsələlərin Birləşmiş Millətlər Təşkilatı qarşısında müzakirə edilərək qərar veriləcəyi ilk platforma olaraq yaradılmışdır.
Hesabın tarixi
Hesabın tarixi — hesabın görünüşündən tutmuş aksiomlar sistemindən istifadə etməklə ədədlərin rəsmi müəyyənləşdirilməsinə və hesab əməliyyatlarına qədər dövrü əhatə edir. Hesab - ədədlər, onların xüsusiyyətləri və əlaqələri haqqında elm - əsas riyazi elmlərdən biridir. Cəbr və ədədlər nəzəriyyəsi ilə sıx əlaqəlidir. Hesabın meydana gəlməsi səbəbi saymağa, sadə ölçmələrə və hesablamalara praktik ehtiyac idi. Hesablama bilikləri haqqında ilk etibarlı məlumatlar eramızdan əvvəl III - II minilliklərə aid Babil və Qədim Misirin tarixi abidələrində tapılmışdır. Hesabın inkişafına dünyanın bütün qanunlarını müəyyənləşdirmək üçün nömrələrdən istifadə etməyə çalışan yunan riyaziyyatçıları, xüsusən də Pifaqorçular məktəbi böyük töhfə vermişdilər. Orta əsrlərdə arifmetikanın əsas tətbiq sahələri ticarət və təxmini hesablamalar idi. Hesab ilk növbədə Hindistan və İslam ölkələrində inkişaf etdi və yalnız bundan sonra Qərbi Avropaya gəldi. XVII əsrdə dəniz astronomiyası, mexanika, daha mürəkkəb kommersiya hesablamaları, hesablama texnikasına yeni hesab sorğuları qoydu və sonrakı inkişafa təkan verdi. Ədəd anlayışının nəzəri əsasları, ilk növbədə,1889-cu ildə hazırlanmış natural ədədin və Peano aksiomlarının tərifi ilə əlaqələndirilir.
Maskanın etirafları
Maskanın etirafları (yap. 假面の告白) — Yaponiya yazıçısı Yukio Mişimanın debüt romanı. "Qızıl məbəd" romanı ilə yanaşı yazıçının yaradıcılığının zirvəsi hesab edilir. 1949-cu ildə nəşrindən sonra iyirmi dörd yaşlı Mişima şöhrət qazanmışdır. Avtobioqrafik roman yapon oxucuları tərəfindən birmənalı qarşılanmamışdır: bir tərəfdən romanın mətnində əsas qəhrəmanın daxili aləminin təsviri zamanı sarsıdıcı açıqlığa yer verilmiş, digər tərəfdən yazıçı söz sənətinin mahir bələdçisi olduğunu göstərmişdir. == Məzmunu == Əsas qəhrəman romanda Koçan kimi qeyd edilir. O, Yaponiyada sağ yönlü militarist imperiya dövründə yaşayır və gənc yaşlarından müharibədə iştirak edir. Mişima kimi Koçan da adi yapon oğlanları ilə müqayisədə daha cılız və zəif fizionomiyaya malikdir və kitabın birinci yarısında (burada əsasən Koçanın uşaqlığı təsvir olunur) intensiv şəkildə yapon cəmiyyətinə uyğunlaşmağa çalışır. Zəifliyi ilə əlaqədar olaraq Koçan həmyaşıdı olan oğlanlardan uzaq gəzir və bu onun üçün normaya çevrilir. Məhz bu onun ölüm, şiddət və seks haqqında gələcək fantaziyalarının yaranmasına gətirib çıxarır.
Medenin (vilayət)
Medenin vilayəti (ərəb. مدنين‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Medenin vilayətinin ərazisi 9 168 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Medenin vilayətinin əhalisi 480 520 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Medenin vilayəti
Medenin vilayəti (ərəb. مدنين‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Medenin vilayətinin ərazisi 9 168 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Medenin vilayətinin əhalisi 480 520 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Mehmanın qamışlığı
Mehmanın qamışlığı-Ağcabədi rayonunda, rayon mərkəzindən 20 km cənub-şərqdə, Ağgöl qoruğunun yaxınlığında qeydə alınmış coğrafi adlardan biridir. == Toponimikası == Qamış-taxıllar fəsiləsindən çoxillik bitki cinsidirː hündürboylu hidrofil otdur. Gövdəsi boş və arakəsməlidir. Hündürlüyü 4-5 bəzən 9 metrə çatır. İsti yerdə və il ərzində bir neçə dəfə su basan yerdə bitən qamış Azərbaycanın 72 min hektar sahədə yayılmışdır. Qamışdan çəpər çəkmək, arakəsmələr hazırlamaq, damların üstünü örtmək üçün istifadə edilir. Odunlaşmış qamış kağız, qatran, sirkə turşusu, metil spirti və s.istehsal etmək üçün qiymətli xammaldır. Toponimin tərkibindəki Mehman sözü şəxs adıdır. Toponim "Mehmana məxsus olan qamışlıq" mənasındadır.
Məsihin dirilməsi
Məsihin Dirilməsi (1499–1502), həmçinin Kinnaird Dirilməsi (rəsmin keçmiş sahibi Lord Kinnaird adı ilə) İtaliyanın Yüksək İntibah dövrü ustası Rafael Santinin ağac üzərində yağlı boya ilə çəkdiyi rəsmdir. Əsər rəssamın 1499–1502-ci illər arasında çəkilmiş ən qədim rəsmlərindən biridir. O, ehtimal olunur ki, naməlum predellanın bir hissəsidir, lakin belə bir fikir irəli sürülür ki, rəsm Rafaelin ilk qeydə alınmış əsərlərindən olan (1789-cu ildə zəlzələdə ciddi zədələnmiş, hissələri hazırda Avropa muzeylərindədir) Baronçi altarının qalan artefaktlarından biri ola bilər. Rəsm indi San Paulo İncəsənət Muzeyindədir. Kinnaird Dirilişi, ustası Pietro Peruqinonun incə poetik üslubundan fərqli olaraq, onun təbii dramatik kompozisiya üslubunun artıq açıq-aydın olduğu Rafaelin qorunub saxlanmış ilk əsərlərindən biridir. Olduqca rasional kompozisiyaya səhnənin bütün elementlərini birləşdirən və ona qəribə animasiya ritmi verən mürəkkəb ideal həndəsə rəhbərlik edir, personajları ümumi qəhrəmanlara unikal "Xoreoqrafiya"ya çevirir. Rəsm Pinturikkio və Melozzo da Forlidən estetik təsirə malikdir, baxmayaraq ki, əsərin məkan orkestri, hərəkətə meylliliyi ilə Rafaelin 16-cı əsrin Florensiyalı bədii mühiti haqqında biliklərini göstərir.Əsər 1954-cü ildə San Paulo İncəsənət Muzeyi tərəfindən alınıb. Muzeyin keçmiş direktoru Pietro Mariya Bardi, Romadakı Studio D'Arte Palma-dakı əməkdaşı Mario Modestininin tövsiyəsi ilə, Kinnaird Dirilişini Rafaelin əsərlərinə əlavə etmək məsuliyyətini öz üzərinə götürdü və beləliklə kompozisiya üçün iki hazırlıq işinin mövcudluğuna əsaslanaraq, onun müəllifliyi ilə bağlı qızğın müzakirələr başlayır. Bu gün Rafaelə istinad ekspertlər tərəfindən demək olar ki, yekdilliklə qəbul edilir. Bu, hazırda Cənub yarımkürəsində həmin rəssamın yeganə əsəridir.
Məyanic nahiyəsi
Məyanic nahiyəsi — XIV əsr-1990 inzibati nahiyə. == Tarixi == Elxanilər dövləti Azərbaycan vilayətinin Sərab tüməninin nahiyəsi olmuşdur. 1724-ci ilin icmal dəftərinə görə Ərdəbil əyalətinə tabe olan Ərdəbil livası Miyanə nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Mərkəzi Miyanə şəhəridir. 101 kənd və 9 məzradan ibarət idi.İranın Şərqi Azərbaycan ostanının 20 şəhristanından biri Miyanə şəhristanı oldu.
Məşahir xalçaları
Məşahir xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır.Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.).
Sergey Yesenin
Sergey Aleksandroviç Yesenin (21 sentyabr (3 oktyabr) 1895[…] – 28 dekabr 1925[…], Leninqrad, SSRİ) — XX əsrin əvvəllərində yazıb-yaratmış rus şairi. Adı həmin dövrün ən böyük şairləri – Aleksandr Blok, Vladimir Mayakovski, Bryusovla bir sırada çəkilən Yesenin ən lirik Rus şairlərindən hesab olunur. O, 1924–1925-ci illərdə bir müddət Bakıda olmuş, yaradıcılığının ən məhsuldar dövrünü də demək olar ki, Bakıda yaşamışdır. == Həyatı == Sergey Yesenin 20 iyun 1924-ci il tarixdə qələmə aldığı tərcümeyi-halında yazır: "Mən 1895-ci il sentyabrın 21-də (yeni tarixlə oktyabrın 3-də) Ryazan qəzası və Ryazan quberniyasının Kuzmino vilayətinin Konstantinovo kəndində anadan olmuşam. Atam – kəndli Aleksandr Nikitiç Yesenin, anam isə Tatyana Fyodorovnadır. Uşaqlığım kəndin Matovo adlanan başqa hissəsində, ana tərəfdən nənə-babamın yanında keçib. İlk xatirələrim üç-dörd yaşım olan vaxtlara aiddir. Meşə, böyük arxlı yol xatirimdədir. Nənəm bizdən təxminən 40 verst aralıda yerləşən Radovetski monastırına gedir. Onun əlindəki əsadan yapışıb, yorğunluqdan ayaqlarımı zorla sürüyürəm, nənəm isə hey deyir: "Gedək, gedək, quzum, Allah xoşbəxtlik verər".
İnsanın anatomiyası
İnsan anatomiyası müasir insanın zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloji elmlərdəndir ( "morfo" - forma, "logos" - elm).
İnsanın dişləri
İnsan dişləri ― mədə-bağırsaq yolunun əvvəlində yerləşən, qida maddələrini mexaniki olaraq parçalama funksiyasını daşıyan, normal halda kökləri üst və alt çənənin alveolar çıxıntısında yerləşən və adətən sayı 28 və ya 32 olan orqan.İnsanlarda dörd növ diş olur: kəsici, köpək, kiçik azı və azı dişlər – hər birinin özünə aid funksiyası var. Dişlər əsasən qidalanma-həzmetmə prosesinin əvvəlində iştirak edir. Bununla yanaşı, dişlər başqa strukturlar ilə birgə, həm də nitqin formalaşmasında, tələffüzdə də rolu var və həm də üzün estetik görünüşünün də əsas elementlərindəndir. Kəsici dişlərin kəsmə, qidanı saxlama kimi funksiyaları var, danışıq prosesində bir sıra hərflərin formalaşmasında da iştirak edirlər, üzün aşağı üçlüyünün hündürlüyünü təşkil edirlər, həm də danışıq və gülüş zamanı daha çox görsənən və beləliklə üzün estetik görünüşünün əsas amillərindən biridirlər, köpək dişlər qidanı əsasən qoparma, kiçik azı və azı dişlər isə qidanı əsasən əzirmə funksiyasını yerinə yetirir. Dişlərin fiziki və kimyəvi xüsusiyyətlərini xüsusi toxumalar, onların biokimyəvi tərkibi təyin edir. İnsan çox məməlilər kimi difiyodontdur, yəni ki, diş çıxarmada iki mərhələ yaşayır, doğumdan əsasən 6 ay sonra başlayan süd dişlərin çıxması və onu əvəz edən əsasən 6 yaşdan sonra başlayan daimi dişlərin çıxması, halbuki bəzən bir və ya daha çox diş ilə doğula bilər ki, bu cür dişlərə natal dişlər deyilir. == Anatomiya == Dişlərin anatomiyası dişlərin ümumi görünüşünü, strukturunu, özəlliklərini, sinifləndirməsini, diş cərgəsində yerləşməsini öyrənən insan anatomiyasının bir hissəsidir. Həmçinin dişlərin anatomiyasına dişlərin taksonomik adlandırılması da aiddir. Dişlərin anatomiyası stomatologiyada müxtəlif istiqamətlərdən olan mütəxəssislərin müalicə strategiyasının seçiminə xidmət edir. Dişlər ağız boşluğunda çənələrin alveolyar çıxıntılarında yerləşir və möhkəm struktura malikdirlər, qidanın ilkin mexaniki emalında və həmçinin danışığın formalaşmasında iştirak edirlər.
İnsanın ekologiyası
Ekologiya - insanın aləmdə tutuduğu yeri, rolu və fəaliyyəti haqında elmdir. == İnsan ekologiyası == İnsan və ətraf aləmin qarşılıqlı təsirinin qanunauyğun dərk edilməsinə istiqamətlənən elmdir. Bu qarşılıqlı əlaqələrin və fəaliyyətin dərk edilməsi və öyrənilməsi, insanın yaşayış mühitinin yaxşılaşdırılmasına, cəmiyyətdə baş verən proseslərin optimal və səmərəli olmasına kpmək etməlidir. Müasir mərhələdə insan ekologiyasının elmi müddəaları aşağıdakılardan ibarətdir: İnsan və bəşəriyyət əks reaksiya doğuran ətraf mühitin təsiredici amilləri altında olur. Ətraf mühit amillərinin insana və bəşəriyyətə olan təsiri həm müsbət, həm mənfi ola bilər. Xarici mühit amillərinin insan sağlamlığına, onun psixoloji halına, soial vəziyyətinə, demoqrafik göstəricilərə və s. təsirinin nəticəsi birbaşa və ya çox illərdən sonra özünü göstərə bilər. Xarici mühit amillərindən müdafiə, sivilizasiya zirehinin, süni yaşayış mühitinin yaradılması mütləq digər neqativ amillərin yaranmasına gətirib çıxarır. Texniki tərəqqi, insanları təbiətin neqativ təsirindən müdafiə edərək, eyni zamanda insana təsir göstərən neqativ amillərin sayının artmasına səbəb olur. Dəyişkən xarici mühit şəraitində insanın yaşamsı üçün, bu şəraitə adaptasiya olmaq lazımdır.
İnsanın kəlləsi
İnsanın kəlləsi (lat. cranium) — 23 sümükdən ibarət olan insan başının sümük karkası. Bura həmçinin üç cüt eşitmə sümüklərini də əlavə etmək olar. == Kəllənin əmələgəlmə mərhələləri == Kəllənin əmələgəlməsi iki əmgək və sümük mərhələlərindən keçir. Yeni doğulmuşlarda əmgək mərhələsinin qalıqlarına rast gəlinir. Bundan əlavə kəllə sümükləri qığırdaq mərhələsi də keçmiş olur. == Kəllənin şöbələri == Kəllə iki: üz və beyin şöbələrindən ibarətdir. Çənə sümüyündən başqa demək olar ki, bütün kəllə sümükləri bir biriləri ilə fibroz birləşmələr - tikişlər vasitəsilə birləşmiş olurlar.
İnsanın təkamülü
İnsanın təkamülü — İnsanın əmələ gəlməsi haqqında təzadlı fikirlər mövcuddur.[mənbə göstərin]İnsanın heyvan mənşəli olması haqqında da çoxlu faktlar vardır. İnsanın heyvan mənşəli olmasına dair ilk fikirlər XVII əsrdə meydana çıxmağa başlamışdır. İlk dəfə Karl Linney insanı primatlar dəstəsində yerləşdirmişdir. Jan Batist Lamark insan əcdadının ağacdan yerə düşüb sürü halında yaşayan meymunabənzər heyvanlar olduğunu söyləmişdi. “İnsanın mənşəyi və cinsi seçmə” əsərində (1871) Ç.Darvin insanı təkamül zəncirinin son halqası hesab etmiş və müxtəlif dəlillərlə bunu sübut etməyə çalışmışdır. Onun fikirlərini Fridrix Engels “Meymunun insana çevrilməsində əməyin rolu” əsərində (1896) sübut etmişdir. İnsanın təkamülündə ictimai amillərin həlledici rol oynadığı sonralar öz təsdiqini tapmağa başlamışdır. İnsan məməlilər sinfinə daxil olaraq diafraqmaya, süd vəzilərinə, qulaq seyvanına, ixtisaslaşmış və xüsusi yuvalarda yerləşən dişlərə, plasentaya, üç cüt eşitmə sümüyünə, yeddi boyun fəqərəsinə malikdir. Hisləri ifadə edən mimiki əzələlər yalnız insanabənzər meymunlar və insana məxsusdur. İnsana morfoloji və anatomik cəhətdən ən yaxın olan heyvanlar insanabənzər meymunlardır.
İvan Meşaninov
İvan İvanoviç Meşşaninov (6 dekabr 1883, Ufa — 16 yanvar 1967, Leninqrad) — arxeoloq və dilçi, 1932-ci ildə SSRİ EA-nın akademiki, 1936-1937-ci illərdə 1936-1937-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, 1945-ci ildə isə AEA-nın fəxri akademiki, Qırmızı Əmək Bayrağı ordeni, Lenin ordeni və medallarla təltif olunmuş, SSRİ Dövlət mükafatı laureatı və Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == İvan İvanoviç Meşşaninov 1883-cü il dekabrın 6-da Başqırdıstanın Ufa şəhərində anadan olmuşdur. 1932-ci ildə SSRİ EA-nın akademiki, 1945-ci ildə Azərbaycanda akademiya yaradılanda o, Azərbaycan SSR EA-nın fəxri üzvü seçilmişdi, Azərbaycan alimləri ilə, o cümlədən Heydər Hüseynovla şəxsən tanış idi. İ.İ.Meşşaninov Qara dənizin şimal sahillərində və Cənubi Qafqazda arxeoloji qazıntılara rəhbərlik etmişdir. 1926-1927-ci illərdə Xocalı (Qarabağ) və Qızılvəngdə (Naxçıvan), 1933-cü ildə Örənqalada (Beyləqan) arxeoloji qazıntılar aparmış, Mil düzündə küp qəbirlər, Daşkəsəndə tsiklop tikililər aşkar etmişdir. Azərbaycanın qədim tarixinə, arxeologiyasına dair bir sıra əsərin müəllifidir. İ.İ.Meşşaninovun elmi kadrların hazırlanmasında da mühüm xidmətləri olmuşdur. Görkəmli Azərbaycan alimlərindən Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, İshaq Cəfərzadə, Saleh Qazıyev və başqaları onun yetirmələri olmuşlar. O, 1936-1937-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru olmuşdur. Akademik İ.İ.Meşşaninov Qırmızı Əmək Bayrağı ordeni, Lenin ordeni və medallarla təltif olunmuş, SSRİ Dövlət mükafatı laureatı və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.