Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muza (parfiyalı)
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə.
Parfiyalı Muza
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə.
Taliya (muza)
Taliya və ya Faliya (yun. Θαλία, Θαλεία; θάλλω - çiçək açmaq, çiçəklənmək) — yunan mifologiyasına görə komediya muzası. Taliya əsasən başında çələng, əlində komik maska tutmuş təsvir edilir. Taliya və Apollondan Karibantlar dünyaya gəlmişdirlər. Zevs kərsəng cildində onun könlünü alaraq Taliyanı özünə arvad etmişdir. Heranın zəhimindən qorxaraq muza Taliya Etnada Palikləri dünyaya gətirmiş və yerin tərkində gizlətmişdir. Palikləri buna görə Etnada qaynayan iki isti bulağın ruhları da adlandırırlar.
Uraniya (muza)
Uraniya (yun. Οὐρανία, lat. Ūrania, Ūraniē) yunan mifologiyasında astranomiya muzasıdır. Zevs və Mnemosinanın qızı və Himeneyin anasıdır.
Luza
Luza — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Musa
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.Çıxış kitabına görə Musa öz qövmünün yəni əsarət altına alınmış azlıq israil xalqının sayının artdığı bir vaxtda dünyaya gəldi və buna görə də Firon israillilərin Misirin düşmənləri ilə əməkdaşlıq edəcəyindən narahat idi.
Ruza
Ruza — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Suza
Suza — İranın Hörmüzgan ostanının Qeşm şəhristanının Şahab bəxşində sahilyanı şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,480 nəfər və 878 ailədən ibarət idi.
Abdal Musa
Abdal Musa (1300, Xoy, Qərbi Azərbaycan ostanı) — türk övliyası, filosofu, ozanı. == Həyatı == Onun Anadoluya gəlişi ilə bağlı iki rəvayət var. Bir iddiaya görə, o, Buxaradan qırx abdal ilə gəlmişdir. Digər bir rəvayətə görə, Xorasanın Xoy şəhərindən gəlmişdir. Bir iddiaya görə, Təkə bəyi Abdal Musanı odda yandırmaq istəyirmiş, lakin Abdal Musa alovun içinə atılanda alov sönmüşdür. == İrsi == İndiki dövrdə Türkiyədə, Antalya vilayətinin Almalı rayonunun Təkkə məhəlləsində Abdal Musa adına zaviyə var. Bu zaviyə bəktaşilərin mühüm mərkəzlərindən biri olmuşdur.
Alfons Muxa
Alfons Muxa (çex. Alfons Maria Mucha; 24 iyul 1860, Moraviya, Avstriya-Macarıstan — 14 iyul 1939, Praqa) — Çexoslovakiyada Masonluğun əsasını qoymuş dahi rəssam.Çox uzun zaman boyunca öz şah əsəri olan Slavyan Dastanı (Slovanská epopej) üzərində çalışmışdır. Bu əsər Slavyan xalqlarının tarixini izah edən bir sıra geniş şəkillərdən ibarətdir. Sənətçi bu əsəri 1928-ci ildə Praqa şəhərinə hədiyyə etmişdir.
Andrea Meza
Andrea Meza (d. 13 avqust 1994, Çiuaua, Meksika) — Meksikalı model; 2017-ci ilin Dünya Gözəlik yarışmasının ikincisi == Həyatı == Andrea Meza 13 avqust 1994-cü ildə Meksikanın Çiuaua şəhərində anadan olmuşdur.
Atanda Musa
Atanda Musa (3 fevral 1960) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Atanda Musa Nigeriyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 21-ci pillənin sahibi olub. Daha sonra Atanda Musa Nigeriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Aşıq Musa
Aşıq Musa (1795–1840. 1830–1912) — XIX əsr Azərbaycan aşıqlarındandır. == Həyatı == Aşıq Musa Səfər oğlu XIX əsr Azərbaycan aşıqlarındandır. Bəzi mənbələrdə Göyçənin Ağkilsə, bəzi mənbələrdə isə Qaraqoyunlu kəndində dünyaya gəldiyi güman olunur. Həyat və fəaliyyəti haqqında məlumat azdır. Saf məhəbbətin tərənnümünə aid şeirləri ilə yanaşı fırıldaqçı və yalançı din xadimlərini ifşa edən əsərlər də yazmışdır. Şeirlərindən məlum olur ki, Aşıq Musa yaxşı təhsil görmüş, xüsusilə də divan şeriylə yaxından maraqlanmışdır. Əlimizə gəlib çatan az saylı şeirləri qoşma, gəraylı, müxəmməs və divan janrındadır. XIX əsrin digər aşıqları kimi Aşıq Musa da öz şeirlərində əsasən sosial məsələlərə, xalqın problemlərinə, insanların qarşılaşdıqları çətinliklərə, saz və sözün önəmi kimi məsələlərə toxunmuşdur. Şeirlərindən bəlli olur ki, o, sazlı-sözlü məclislərdə iştirak etmişdir.
Banu Musa
Əhməd Banu Musa — Müsəlman dünyasında texnikanın inkişafına təsir göstərən alim. == Həyatı == Banu Musa kimi tanınan Məhəmməd, Əhməd və Əl-Həsən qardaşları, Xəlif Əl-Məmunun yol göstərəni və münəccimi Şakirin ovladları olmuşlar (IX əsr). Ataları öldükdən sonra uşaqların taleyi Xəlif tərəfindən Bağdad şəhərini hökmdarı İbrahim əl-Musabiyə tapşırılır. Uşaqların təhsili ilə Bağdad şəhərində fəaliyyət göstərən, İsgəndəriyyənin Museyon məktəbi ilə müqayisə oluna biləcək, "Hikmət evi" kitabxanasında tərcüməçiliklə məşğul olan Yahya ibn Abu Mansur məşğul olur. Qardaşlardan böyüyü Məhəmməd həndəsə və astronomiya uzrə, ortancıl qardaş Əhməd mexanika uzrə və kiçik qardaş Həsən həndəsə uzrə təhsil alırlar. Bu qardaşlar ümumilikdə 20-yə yaxın kitab yazmışlar və bununla müsəlman elminin inkişafına güclü təkan vermişlər. == Fəaliyyəti == Ümumiyyətlə müsəlman dünyasında texnikanın inkişafı Əhməd Banu Musanın kitabı ilə başlayır. Bu tanınmış kitab 850-ci ildə yazılmış "Texniki qurğular kitabı"dır (ərəb. Kitab Əl-Hiyal). Banu Musa antik dövrdə yaşamış yunan mühəndisi Heronun işləri ilə tanış olmuşdur.
Hz. Musa
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.Çıxış kitabına görə Musa öz qövmünün yəni əsarət altına alınmış azlıq israil xalqının sayının artdığı bir vaxtda dünyaya gəldi və buna görə də Firon israillilərin Misirin düşmənləri ilə əməkdaşlıq edəcəyindən narahat idi.
Kalba Musa
Kalba Musa (1856, Naxçıvan – 1924, Göyçay) – Azərbaycan xeyriyyəçisi. 1901–1909-cu illər arasında hələ də şəhər sakinləri tərəfindən istifadə olunan su quyularını xeyriyyə məqsədilə qazdırıb şəhərin su təminatını yaxşılaşdırmışdır. == Həyat və fəaliyyəti == Kalba Musa XIX əsrin sonlarında ailəsi və qohumlarının köməyi ilə icarəyə götürdüyü torpaqlarda təsərrüfat yaradaraq tezliklə varlanmış, xeyriyyəçiliklə məşğul olmuşdur. Sudan qıtlıq çəkən Naxçıvana "Kabla Musa çeşməsi" adlı məşhur bulağı çəkdirmişdir. Kabla Musa bu məqsədlə 1901-ci ildə Naxçıvan şəhərindən 3 kilometr yuxarıda Şıxmahmud kəndinin yanında, Naxçıvan çayının sağ yatağında quyular qazdırıb şəhərin əsaslı su təminatını yaratmaq üçün ən təcrübəli, bacarıqlı kankanları ətrafına toplayır. Sər-hesab edərək belə qənaətə gəlir ki, burada azı 130–140 quyu qazılmalıdır. Dərinliyi 30–35 metrə çatacaq bu quyuları yeraltı lağım atıb bir-birinə bənd eləməklə şirin suyu öz axarı ilə şəhərə gətirmək lazımdır. Bu işdə ən çətin məsələ o dövrdə lazımi alət və texniki vasitələr olmadan bir-birindən 60–80 metr aralı olan quyuların yeraltı xətlərlə birləşdirilməsi idi. Balaca əl torbalarında uzun kəndir-sicimlərlə bu qədər torpağı yerin dərinliyindən qazıb-çıxaran kankanların işi, sözün əsl mənasında, böyük fədakarlıq idi. Səkkiz il sərasər 135-dək quyu qazılır və lağım vasitəsilə birləşdirilir.
Mansa Musa
Mansa Musa (təq. 1280, Mali imperiyası – ən tezi 1332 və ən geci 1337) — 1307/12-1332/37-ci illərdə hakimiyyətdə olmuş orta əsr Mali dövlətinin mansası (ali hökmdar). Keyta sülaləsinin nümayəndəsi idi. Mali dövlətinin banisi Sundiat Keytanın qardaşı oğlu idi. May ayının ilk ongünlüyündə anadan olmuş, bu təxminən 1 maydan 8 maya qədərdir və avqustun son ongünlüyündə ölmüşdür - bu isə 24-31 avqust aralığını əhatə edir. Onun hakimiyyəti illərində Mali tarixində ən böyük ərazilərə sahib idi. Ölkə əhəmiyyətli dərəcədə böyümüş və mədəni inkişafının zirvəsinə çatmışdır. == Ümumi təsvir == Musanın hökmranlığı əsasən o dövrün ərəb salnaməçilərinin qeydlərindən məlumdur: ən dolğun məlumatları - Şihab əd-din Əhməd ibn Yəhya ibn Fadlallah əl-Omari ad-Dimashki (ərəb. شهاب الدين احمد ابن يحيى ابن فضل الله العمري الدمشقي‎), İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (ərəb. أبو عبد الله محمد ابن بطوطة‎‎) və Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb.
Mirzə Musa
Mirzə Musa (fars. میرزا موسى‎; azərb. Ağayi-Kəlim‎) — Bəhai dininin banisi Bəhaullahın qardaşı, bəhailikdə 19 həvaridən biri. Şövqi Əfəndi tərəfindən tərtib edilmiş həvarilərin sıralamasında Mirzə Musa mühüm yer tutur. Dinin əsas fiquru sayılan Bəhaullahın ata-ana bir qardaşı olan Mirzə Musa Bəhai dininin yayılmasında qardaşı ilə birgə xidmətlər göstərmişdir. Bəhailərin, Bəhaullahın və oğlu Əbdül-Bəha Abbasın təqiblərə məruz qalması Mirzə Musadan yan keçməmiş, qardaşı kimi tez-tez təbliğ etdiyi dini ideyalara görə incidilmişdir. Bəhai tarixində təsvir olunduğu kimi, Mirzə Musa son günə qədər inancında dəyanətli qalmışdır və qarşılaşdığı bütün məhrumiyyətlərə baxmayaraq öz fikirlərindən imtina etməmişdir. Bəhaullah qanunlara olan hörmətini göstərmək üçün Mirzə Musanı nümunə kimi təqdim etmişdir.
Molla Musa
Molla Musa — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənubda, Gümrü şəhərindən 5 km qərbdə, Arpaçayın sağ sahilində yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Toponim Molla Musa şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Musakan qoyulmuşdur. Bir daha Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Voskeask adlandırılmışdır.
Muna Mahmudnizad
Muna Mahmudnizad (fars. مونا محمودنژاد‎‎; 10 sentyabr 1965, Ədən – 18 iyun 1983, Şiraz) — Bəhai dininə mənsub olması səbəbindən Şiraz şəhərində digər doqquz qadınla birlikdə asılaraq edam edilmiş bəhai dinin təbliğatçısı, gənc müəllim. Muna Mahmudnizad əsasən bəhai olduqları üçün İrandakı orta məktəblərdə təhsil almaq hüquqlarından məhrum edilmiş uşaqlara əlavə dərs verməkdə ittiham olunmuş və bu hərəkətləri ilə həmin uşaqları pis yola çəkməkdə günahlandırılmışdır. Bəhai dininin inzibati orqanı olan Ümumdünya Ədalət Evinin İsrailin Hayfa şəhərində yerləşməsi səbəbindən Munaya sionist damğası da vurulmuşdur. == Həyatı == Muna Mahmudnizad 1965-ci ilin 10 sentyabr tarixində Yəmən dövlətinin paytaxtı Səna şəhərində Yadulla və Fərxundə Mahmudnizadların ailəsində anadan olmuşdur. Mahmudnizadlar ailəsinin əsli İrandan idi və onlar yeni inancı təbliğ etmək üçün Yəmənə yerləşmişdilər. Muna, ailənin ikinci qız övladıdır. Həyatının ilk dörd ilini Yəməndə keçirdikdən sonra 1969-cu ildə Yəmən hökumətinin qərarı ilə ölkədə yaşayan bütün xarici əsilli şəxslərin deportasiya edilməsi ilə ailə İrana qayıtmışdır. Mahmudnizadlar İsfahan şəhərində iki, Kirmanşah şəhərində altı ay və Təbrizdə üç il müddətində yaşamış və son olaraq 1974-cü ildə Şiraz şəhərinə köçmüşdülər. Bu müddət ərzində atası kiçik emalatxana açaraq qazanc əldə etməyə çalışan Mahmudnizadlar ailəsi eyni zamanda getdikləri yerlərdəki bəhai təsisatları ilə də sıx əlaqədə olmuşdular.
Muna çayı
Muna çayı- (Улахан-Муна)-Lena çayının sol qolu. == Əsas xüsusiyyətləri == Yakutiyanın Jiqan və Olenek rayonlarında yerləşir. Çayın uzunluğu-715 km, hövzəsinin sahəsi isə 30 100 km²-dir. O, öz başlanğıcını, Orto-Muna və Ulaxan-Muna çaylarının kəsişməsindən götürür və Orta Sibir yaylasının şimal-şərqindən axır.Çayın qidalanmasında əsasən qar suları və yağış suları üstünlük təşkil edir. Çayın suyu noyabr-dekabr aylarından donmaya başlayıb, aprel-may aylarında açılmağa başlayır.Çayın bolsulu dövrü isə may-iyun aylarına düşür. Çayın illik su sərfi-40 m³/san. 100 km- naviqasiya əhəmiyyətlidir.
Musa xan
Sultan Musa xan (? - ö. 1337) — Elxanilər dövlətinin 11-ci hökmdarı (1336-1337). == Həyatı == Sultan Musa xan atası Baydu xanın oğlu Qıpçaqoğul idi. == Hakimiyyəti == 1335-ci ildə Əmir Əli Padşah Oyrot Ucana gəldi və Arpa xanı devirərək Musa xanı padşah elan etdi. Musa xanın hakimiyyət dövrü də uzun sürmədi. O, cəmi bir neçə ay hakimiyyət başında oldu. Musa xanın hakimiyyətdə yalnız adı var idi. Dövlətin bütün işləri əmir Əli padşahın əlində cəmlənmişdi. O, dövlət işlərinə heç kimin qarışmasına yol vermirdi.
Musa Çələbi
Musa Çələbi (1388, Osmanlı imperiyası, Bursa – 5 iyul 1413, Osmanlı imperiyası) — Osmanlı şahzadəsi olaraq Fetrət dövründə Ədirnədə Sultan elan edilərək Osmanlıların Rumelidəki torpaqlarında hökmranlıq etmişdir. Musa Çələbi İldırım Bəyazidin doqquzuncu oğlu olaraq dünyaya gəlmişdir. Sultan İldırım Bəyazidin Gərmiyanoğlu Süleyman Şahın qızı Dövlət Şah Xatundan olan dördüncü oğlu Şahzadə Böyük Musa Çələbi ilə qarışdırılmaması üçün Fetrət Dövründə Kiçik Musa Çələbi olaraq da xatırlanmaqdadır. (Kiçik) "Musa Çələbi" qardaşları İsa Çələbi, Süleyman Çələbi və Mehmed Çələbi ilə taxt mübarizələrinə girmişdir. Musa Çələbi 1403–1404-cü illərdə Bursa da Teymurdan fərman alaraq hökm sürmüş, amma daha sonra qardaşı İsa Çələbi tərəfindən buradan uzaqlaşdırılmışdır. 1409-cu ildə qardaşı Mehmed Çələbi ilə görüşərək Ədirnədə Rumeli və Anadoluda hökm sürən qardaşı Süleyman Çələbi əleyhinə bir müqavilə bağlamışdır. Musa Çələbi Rumeliyə keçərək Osmanlı Rumeli torpaqlarında Süleyman Çələbi ilə hərbi mübarizəyə girmişdir. Nəhayət 1410-cu ildə əvvəl Ədirnədə Osmanlı Rumeli torpaqları və sonra Anadolu əraziləri üzərində Sultan olaraq hökm sürən qardaşı Süleyman Çələbini bir basqın ilə Ədirnədən qaçırtmış və onun öldürülməsinə səbəb olmuşdur. Musa Çələbi 1410-cu ildə Osmanlı idarəsindəki Rumeli bölgələrində Osmanlı hökmdarı olaraq Ədirnədə taxta oturaraq 1410–1413-cü illər arasında səltənət sürmüşdür, lakin bu dəfə də 1413-cü ildə qardaşı Mehmed Çələbi ilə girdiyi hərbi mübarizələr sonunda məğlub olaraq1413-cü ildə öldürülmüşdür. == Əvvəlki yaşamı == Musa Çələbinin Ankara müharibəsindən əvvəlki həyatı haqqında əlimizdə çox az qaynaq var.
Musa İslamov
İslamov Musa İsa oğlu - filologiya elmləri doktoru, professor. == Həyatı == Musa İslamov 1923-cü ildə anadan olmuşdur. Baş Göynük kənd orta məktəbini bitirdikdən sonra 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinə daxil olmuş, 1949-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə qurtarmışdır. 1954-cü ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əyani aspiranturasına qəbul olunmuş və 1961-ci ildə "Nuxa dialekti" mövzusunda namizədlik, 1973-cü ildə isə "Türk dillərində əvəzliklər" mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. == Elmi fəaliyyəti == Musa İslamov 100-dən çox elmi məqalənin və bir çox monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 9 nəfər namizədlik, 2 nəfər isə doktorluq dissertasiyası müdafiə etmişdir. Redaktorluğu və iştirakı ilə "Azərbaycan dilinin dialektoloji atlası" və ikicildlik "Azərbaycan dilinin dialektoloji lüğəti" hazırlanıb çap edilmişdir. Sovet hökuməti dövründə "SSRİ-dəki türk dillərinin dialektoloji atlası" adlı ümumittifaq mövzusunun Azərbaycan üzrə icraçısı və Qafqaz zonası üzrə rəhbəri seçilmiş, SSRİ EA Ədəbiyyat və Dil, eləcə də Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyi nəzdində Elmi-Metodik Şuranın, Nəsimi adına Dilçilik İnstitutu və BDU-nun İxtisaslaşdırılmış Doktorluq Müdafıə Şurasının üzvü olmuşdur. Otuz ildən artıq İ.Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dialektologiyası şöbəsinin müdiri işləmiş, Azərbaycan dialektologiyasınm müxtəlif problemləri üzrə dəyərli tədqiqat işləri aparmışdır. Musa İslamov 2000-ci ildə vəfat etmişdir.
Musa Şuşinski
Musa Fərhad oğlu Şuşinski — xanəndə, Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri. == Həyatı == O, 1893-cü ildə Şuşa şəhərində dabbaq Fərhad Məmi oğlunun ailəsində anadan olmuşdur. Fərhad kişi öz sənətini oğluna öyrətmək arzusu ilə onu şəhər məktəbinin ikinci sinfindən çıxarıb öz yanında işlətmişdi. Sonralar öz gənclik illərini xatırlayan Musa Şuşinski deyirdi: "Mən 20 yaşına qədər atamdan dabbaqlıq cənətini öyrənir, həm də dabbaqlıq edirdim. Bütün bunlara baxmayaraq mənim həvəsim musiqiçi olmaq idi. Mən gözümü açıb ilk dəfə məhəllə toylarında Cabbar Qaryağdıoğlunu, Keçəçi oğlu Məhəmmədi eşitmişəm. Onların gözəl oxumaları məni də xanəndəlik sənətinə sövq edirdi. Mən əvvəllər Cabbarın, Ələsgərin və Keçəçinin qrammafon vallarına saatlarla qulaq asar və dükanda dəri aşılayarkən öz-özümə zümzümə edərdim. Bir gün dükanda heç kəs yox idi. Mən özüm üçün oxuyanda, demə, dayım xanəndə Məmmədqulu dükanın yanında durub mənim oxumağımı eşidirmiş.