Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yoşinori Muto
Yoşinori Muto (d. 15 iyul 1992) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 18 oyun keçirib, 2 qol vurub.
Yuki Muto
Yuki Muto (d. 7 noyabr 1988) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 2 qol vurub.
Buteo buteo
Adi sar (lat. Buteo buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü.
Buteo
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Buton
Buton — Sulavesi yarımadasından cənub-şərqdə yerləşir. İndoneziyanın ərazisinə daxildir. Ərazisi 4408 km²-dir. Ərazisinə görə dünyada 119-cu, İndoneziyada isə 19-cu yerdə gedir. == Tarixi == Koloniyalaşma dönəminə qədər Butunq adı ilə tanınırdı. Ada Ternate adasının əhatə dairəsinə daxil idi. XVI əsrdə Ternat dövlətinin mühüm mərkəzlərindən biri olmuşdur. Əsas ticarət mərkəzlərindən biri olmuşdur. == Coğrafiya == Adanın böyük hissəsi tropik meşə ilə örtülüdür. Buton dünyada iki yerdən biridir ki, burada cırtdan camış olan anoa yayılmışdır.
Luton
Luton (ing. Luton [ˈluːtən]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Metro
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi, küçədənkənar rabitədə şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən sərnişindaşıma nəqliyyatı növüdür. Adətən, əhalisinin sayı 1 milyon nəfərdən çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür. Dünyada ən uzun metro xətləri Şanxay (538 km) və Pekin metropolitenindədir (465 km). İlk metro stansiyası 1863-cü ildə Londonda açılıb və 2013-cü ildə metronun 150 illiyi qeyd edilib. XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra — 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır.
Mutand
Mutant, orqanizmin X, Y, Z, Qamma və buna bənzər hiper şüalanmaya məruz qalması nəticəsində hüceyrə nüvəsindəki DNT ardıcıllığının və qıvrımlarının dəyişdirilməsi nəticəsində canlıların fizioloji və bioloji xüsusiyyətlərində göz ilə görünən dəyişikliklərin müşahidə edilməsidir.
Mutant
Mutasiya (lat. mutatio — dəyişiklik) — dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm forması. Mutant təbii seçmədə ilk material sayılır. Məhsuldarlığın artırılmasında və süni mutagenezin nəzəri məsələlərinin həllində mutantlardan geniş istifadə edilir. Mutasiya orqanizmin istər somatik, istərsə də cinsiyyət hüceyrələrində əmələ gəlir. Mutasiya terminini ilk dəfə biologiyaya daxil edən Huqo-de Friz olmuşdursa, lakin bu haqqda olan anlayışa ondan da əvvəlki alimlərin əsərlərində rast gəlirik. Hələ Ç. Darvin öz əsərində bu cür gözlənilmədən, qəflətən baş verən irsi və xırda dəyişmələr haqqında yazırdı. Darvin bədəni uzun, ayaqları qısa “ankon” qoyunları, tükləri incə və uzun “moşan” qoyunları haqqında məlumat verir və bu cür dəyişilmələri “sport” və ya tək-tək baş verən dəyişkənlik adlandırırdı. Q.Friz 1880-cı ildən başlayaraq təcrübə apardığı Enotera Lamarkiana adlanan bitkilərin içərisində mutasiya baş vermiş formalar aşkar etdi. Bəzi bitkilər öz əlamətləri ilə enotera növündən elə kəskin fərqlənmişdir ki, hətta de Friz onları yeni növ adlandırmışdı.
Quano
Quano – quru iqlim şəraitində dəniz qurşaqlarının peyin yatağıdır. Yaxşı gübrədir. Çili və Peru sahili yaxınlığındakı adalarda, Karib dənizindəki adalarda böyük quano yataqları vardır.. Quanin ilk dəfə quanodan əldə edildiyi üçün bu çür adlandırılmışdır.
Rudno
Rudno — Polşanın cənubunda kənd. Krakov şəhərinin qərbində, ondan 28 km aralı (sərhəddən 20 km) yerləşir. 745 nəfər əhalisi var. Yehovanın Şahidləri abidəsi, orta məktəb.
Cuno
Cuno (Alyaska)
El Mundo
El Mundo — 1989-cu ildə yaranan İspaniya qəzeti.
Elis Munro
Elis Enn Manro (eləcə də Munro, ing. Alice Ann Munro; 10 iyul 1931[…] – 13 may 2024) — Kanada yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı (2013) və Buker mükafatı (2009) laureatı. == Həyatı == Elis Manro 1931-ci ildə fermer Erik Leydlou və məktəb müəlliməsi Enn Klark Leydlounun ailəsində anadan olub. O yeniyetmə yaşlarında yazıçılığa başlamış və özünün ilk hekayəsi olan "Kölgənin ölçüləri"ni 1950-ci ildə Qərbi Ontario universitetində ingilis dili və jurnalistika oxuyarkən nəşr etdirmişdir. Həmin dövrdə Elis ofisiant, tütünyığan və kitabxanaçı işləyirdi. 1951-ci ildə o, universitetdən ayrıldı və Ceyms Manro ilə evlənərək Vankuverə köçdü. Bu evlilikdən onun 3 qızı — Şeyla, Cenni və Andrea dünyaya gəlmişdir (1953, 1957, 1966). 1963-cü ildə cütlük Viktoriya şəhərinə köçdü və burada indiyədək fəaliyyət göstərən "Munro's Books" kitab mağazasını açdı. 1972-ci ildə Elis və Ceyms boşandılar. Elis Qərbi Ontario universitetində yazıçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Ontarioya qayıtdı.
Kurno oliqopoliyası
Kurno oliqopoliyası — bazar rəqabətinin iqtisadi modeli. Onu formalaşdıran fransız iqtisadçısı A. Kurnonun (1801-1877) şərəfinə adlandırılmışdır. Modelin əsas müddəaları: Bazarda eyni adlı iqtisadi məhsul istehsal edən sabit sayda N > 1 {\displaystyle N>1} firma var; Bazara daxil olan və çıxan yeni firmalar yoxdur; Firmaların bazar gücü var. Qeyd: Kurno özü bazar gücünün nə olduğunu bilmirdi. Bu termin sonradan ortaya çıxdı; Firmalar mənfəətlərini maksimuma çatdırır və əməkdaşlıq olmadan fəaliyyət göstərir. N {\displaystyle N} bazarındakı firmaların ümumi sayının bütün iştirakçılara məlum olduğu güman edilir. Hər bir firma öz qərarını verərkən digər firmaların məhsuldarlığını verilmiş parametr (sabit) kimi qəbul edir. Firmaların məsrəf funksiyaları c i ( q i ) {\displaystyle c_{i}(q_{i})} müxtəlif ola bilər və həmçinin bütün iştirakçılara məlum olduğu güman edilir. Tələb funksiyası malın qiymətinin azalan funksiyasıdır. Malın qiyməti sektoral bazarın tarazlıq qiyməti kimi verilir (sahə təklifinin dəyəri eyni qiymətdə verilmiş iqtisadi əmtəəyə olan tələbin dəyərinə bərabərdir).
Manovar Musso
Münəvvər Musso (ind. Manowar Musso; 12 avqust 1898 – 31 oktyabr 1948) — İndoneziya siyasi xadimi. == Həyatı == Paqu–Şərqi Yavada çox olan kiçik kəndlərdən biridir. Burada 1898-ci il avqustun 12-də Datarla Kasanaxın bir oğlu oldu və uşağın adını Münəvvər qoydular. Ailədə 7 uşaq var idi və valideynlər səhərdən axşama qədər işləməli olurdular. Datar da Paqunun əksər kəndliləri kimi saatlarla çəltik tarlasında dizə qədər su içində işləyirdi. Kasanaxın bütün gün boyu batikadan tikdiyi paltarı isə bəzən satmaq və ya bir şeylə dəyişmək mümkün olurdu. Paquda demək olar ki, hamı bu vəziyyətdə yaşayırdı. Münəvvər Musso kənd məktəbinə getməyə başlayır, bu isə kasıb İndoneziyalı ailəsindən çıxmış uşaq üçün heç də asan deyildi, lakin nüfuzedici nəzərlərə malik olan uşaq son dərəcə istedadlı idi və məktəbi qurtardıqdan sonra o şəhər müəllimlər seminariyasına girməyə müvəffəq olur. İndoneziyada dərslər holland dilində keçirilirdi; şagirdlərə bir təsir vasitəsi kimi əsasən xətkeşdən və karserdən istifadə olunurdu.
Mateo Kassierra
Zander Mateo Kassierra Kabezas (13 aprel 1997-ci ildə anadan olub) — Erediviziya təmsilçilərindən olan Ayaks klubunda hücumçu kimi çıxış edən peşəkar Kolumbiya futbolçusudur. == Karyerası == === Deportivo Kali === Kassierra öz peşəkar karyerasında debütünü 2015-ci ildə Deportivo Kali klubunda etmişdir. Deportivo Kalidə oynayarkən futbol köynəyinin arxasında "Kasierra" yazılsa da, futbolçunun rəsmi adı "Kassierra" (iki s ilə) kimidir. === Ayaks === 17 iyun 2016-cı ildə Kassierra Niderland klublarından olan Ayaks klubu ilə 2021-ci ilədək beş illik müqavilə imzalamışdır. Bu transferə görə Ayaks Deportivo Kaliyə €5.5 milyon ödəmişdir. Kassierra Daniel Kruzdan (2000–2003) sonra Ayaks klubunda çıxış edən ikinci Kolumbiyalı futbolçudur. Kassierra Ayaks klubunun ənənələrinə uyğun olaraq, Erediviziyada çıxdığı ilk oyundaca qolla yadda qalmışdır. == Karyera statistikası == === Klub göstəricisi === 28 noyabr 2016-cı il məlumatlarına əsasən. 1 Libertadores Kuboku, Kopa Sudamerikana və Rekopa Sudamerikana görüşləri daxildir. 2 UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası görüşləri daxildir.
Mateo Kovaçiç
Mateo Kovaçiç (6 may 1994[…], Lins) — Xorvatiyalı futbolçu. İngiltərə Premyer Liqasında çıxış edən Mançester Siti peşəkar futbol kulubunun və Xorvatiya milli komandasının futbolçusu. == Klub karyerası == === Mançester Siti === 27 iyun 2023-cü ildə "Mançester Siti" Mateo Kovaçiçi transfer etdiyini açıqladı. == Həyatı == Mateo Kovaçiç 6 may 1994-cü ildə Avstiyanın Linz şəhərındə doğulub . Sonra isə Xorvatiya vətəndaşlığını qəbul edib .
Matyo Kereku
Matyo Kereku (fr. Mathieu Kérékou; 2 sentyabr 1933[…] – 14 oktyabr 2015, Kotonu) — Benin hərbi və dövlət xadimi, iki dəfə ölkə prezidenti, briqada generalı vəzifələrində çalışıb. == Bioqrafiyası == === Erkən illəri === Ölkənin şimal-qərbində anadan olub, milliyyətcə Somba. Hərbi təhsilini Mali və Seneqalda alıb. 1960-1961-ci illərdə Fransa ordusunda xidmət edib. 1961-1963-cü illərdə o, prezident Hubert Maqinin köməkçisi olub. 1967-ci ildə əmisi oğlu Moris Kuandete hakimiyyətə gələrək Hərbi İnqilab Şurasının 1-ci müavini, sonra sədri olanda hərbi çevrilişdə iştirak etdi. 1968-1970-ci illərdə Fransada hərbi məktəbdə təhsil alıb. Vətənə qayıtdıqdan sonra mayor rütbəsi, baş qərargah rəisinin müavini və Ouidada paraşüt bölməsinin rəisi vəzifəsini almışdır. === Birinci prezidentlik === 26 oktyabr 1972-ci ildə polkovnik-leytenant rütbəsində olan digər üç polkovnik-leytenant (Aikpe, Assogba və Alladaye) ilə birlikdə inqilab elan edilən hərbi çevriliş həyata keçirdi.
Metro-2
"Metro-2" (rus. Метро-2) — Moskvada yerləşən ictimai metro ilə paralel yerləşən məxfi yeraltı tuneldir. Belə bir tunelin fəaliyyət göstərməsi indiyədək nə təkzib, nə də təsdiq edilməmişdir. Stalinin dövründə KGB tərəfindən D-6 (rus. Д-6) kodlaşması altında tikilib. Yeraltı ərazidən hazırda Rusiya Müdafiə Nazirliyi istifadə edir. Qeyri-rəsmi məlumatlara görə, "Metro-2" Kremli Rusiya Federal Təhlükəsizlik Xidmətinin qərargahı ilə birləşdirir. A thorough site on the subject (rus.) Detailed analysis of the system Arxivləşdirilib 2013-07-23 at the Wayback Machine (rus.) GlobalSecurity.org article (ing.) BBC News article (ing.) Detailed map of the famous part of the system (D6 system, OAO "TransInzhStroy" system, and not very famous "SovMin system") by NIO "Azimut" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine A supposed map of the system (rus.) Moscow's "Metro-2": The Ultimate "Secret Subway", The World’s Ultimate Secret Subway Network! Moscow Metro-2!! Detailed Line Descriptions!!!, Moscow's Metro-2: Fact or Fantasy?
Metro 2034
Metro 2034 — rus yazıçısı Dmitri Qluxovski tərəfindən 2009-cu ildə yazılan fantastik roman. "Metro 2034" "Metro 2033" romanının davamıdır və bu romandan sonra da "Metro 2035" romanı gəlməkdədir. Metro romanları bağlı hazırlanan "Metro 2033" video oyununda bu romandakı hekayə də yer alsa da, davam oyunu "Last Light"da çox az oxşarlığa yer verilmişdir. 2034-cü ildir. Artyom və dostlarının VDNX stansiyasını qaralardan xilas etməsindən 1 il ötür. Bu zaman digər stansiyada — Sevastopolskayada sirli hadisələr baş verir. Mutantların tez-tez hücumlarına məruz qalan stansiya onları silahla təmin edəcək karvanın gəlməməsi ilə çıxılmaz vəziyyətə düşür. Üstəlik digər stansiyalarla olan əlaqəsi sirli şəkildə kəsilmişdir. Son karvana nə olmuş və əlaqə niyə kəsilmişdir suala ortaya çıxır. Bu sirri açmaq üçün 3 nəfərdən ibarət qrup stansiyaya yollanır: Gənc Əhməd, xəyalpərəst Homer və qorxusuz stalker anter.
Minə Mutlu
Minə Mutlu (türk. Mine Mutlu; 28 noyabr 1948, İstanbul – 18 sentyabr 1990 və ya 21 sentyabr 1990, İstanbul) — Türkiyə teatr və kino aktrisası. Minə Mutlu iştirak etdiyi gözəllik müsabiqəsində birinci seçilərək Türkiyə gözəli olmuşdur. 19 yaşından filmlərə çəkilməyə başlamışdır. 1967-ci ildən başlayaraq 1974-cü ilə kimi komediya janrlı, sonrakı illərdə isə erotik janrlı filmlərdə çəkilmişdir. Mine Mutlu 1990-cı ilin 18 sentyabr tarixində ağciyər xərçəngi xəstəliyi səbəbindən vəfat etmişdir.
Miqel Munos
Miqel Munos Mosun (isp. Miguel Muñoz Mozún; d. 19 yanvar 1922 – ö. 16 iyul 1990) — keçmiş İspaniya futbolçusu, yarımmüdafiəçisi və baş məşqçisi. O, futbol karyerasının çox hissəsini "Real Madrid" FK-da keçirmiş, daha sonra isə klubun baş məşqçisi olmuşdur. Munosun baş məşqçi olduğu dövrdə "Real Madrid" FK iki dəfə Avropa Kuboku çempionu və doqquz dəfə La Liqa çempionu olmuşdur. Munos İspaniya milli futbol komandasının da baş məşqçisi olmuşdur və İspaniya millisini UEFA Avro 1984-ün çempionu etmişdir.
Mirey Matyö
Mirey Matyö (fr. Mireille Mathieu, 22 iyul 1946[…], Avinyon, Fransa) — fransız müğənni. Mirey Matyö 1946-cı il 22 iyul tarixində Avinyonda bənna ailəsində anadan olmuşdur. O, ailənin böyük uşağı olmuşdur. Onun uşaqlıq illərində ailəsi kasıblıq içində soyuq bir barakda yaşayırdı. Ancaq ailənin 8-ci uşağı dünyaya gəldikdən sonra onlara bələdiyyə evində dörd otaqlı mənzil verilir. Məktəb vaxtı Mireyin ilk müəllimi ilə olan münasibətləri səbəbindən qiymətləri çox pis olmuşdur. Məsələ onda idi ki, Mirey anadangəlmə solaxay olsa da, müəlliməsi ondan sağ əllə yazmağı tələb edirdi. Mirey sol əllə yazmaq istəyəndə müəlliməsi onun əlinə xətkeşlə vururmuş. Nəticədə Mirey oxu zamanı duruxa-duruxa danışdığından müəlliməsi onu sonuncu partada otuzdurmaq qərarına gəlir.
Moeno Sakaquçi
Moeno Sakaquçi (d. 4 iyun 1992) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 10 oyun keçirib, 1 qol vurub.