Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
AMISOM
AMİSOM (ing. AMISOM, African Union Mission in Somalia) — BMT-nin razılığı ilə Afrika Birliyinin mandatı altında həyata keçirilən sülhməramlı regional missiya. AMISOM Somali Keçid Federal Hökumətini dəstəkləmək, hökumət əsgərlərini öyrətmək və humanitar yardımın çatdırılması üçün təhlükəsiz mühit yaratmağa kömək etmək səlahiyyətinə malikdir. Afrika İttifaqı Sülh və Təhlükəsizlik Şurasının 19 yanvar 2007-ci il tarixli qərarı ilə 6 aylıq mandatla yaradılmışdır. 2009-cu ildə AMISOM missiyası Camaat əş-Şəbab qruplaşmasının kamikadzeləri tərəfindən iki dəfə hücuma məruz qalıb.
Malik Bağışov
Şəhid Malik Sədaqət oğlu Bağışov (18 avqust 1974, Lerik – 1995) — şəhid. 18 avqust 1974-cü ildə Lerik şəhərində ziyalı ailəsində doğulmuşdur. 1981-ci ildə hazırda adını daşıyan M.Bağışov adına şəhər 3 saylı tam orta məktəbin 1 ci sinfinə getmiş, 1991 ci ildə A. Nuriyev adına şəhər 1 saylı riyaziyyat təmayüllü orta məktəbinin 10 cu sinfini bitirib, Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992 ci ildə təhsilini yarıda qoyaraq Vətənin dar günündə onun müdafiəsinə qoşulmuşdur. Beləliklə qısa hərbi təlim keçdikdən sonra Malik ön cəbhəyə düşmənlə mübarizəyə yollanmışdır. Döyüş əməliyyatlarında Ağdam, Füzuli, Xocavənd, Beyləqan rayonunun, Haramı düzündə düşmənə ağır zərbələr endirərək həddini bildirmişdir. Buna görə yüksək Komandanlıq tərəfindən cəsur və qorxmaz döyüşçü kimi tanınmışdır. 20 fevral 1995 ci ildə döyüş tapşırığını yerinə yetirərkən minlərlə övladlarımız kimi düşmən gülləsinə tuş gəlmiş və "Şəhidlik" zirvəsinə ucalmışdır. Malik Sədaqət oğlu Bağışovun Fevralın 20-si anım günüdür. Anım günü ilə əlaqədər adını əbədiləşdirən şəhər 3 saylı tam orta məktəbində müəllim və şagirdlərin iştirakı ilə tədbir keçrilir.
Nizami Tağısoy
Nizami Tağı oğlu Məmmədov; d. 24 may 1950, Ucar rayonu, Yuxarı Şilyan) — ədəbiyyatşünas-tənqidçi, tərcüməşünas-tərcüməçi, türkoloq, filologiya elmləri doktoru, professor, əməkdar müəllim. Nizami Tağısoy 24 may 1950-ci ildə Azərbaycan Respublikası Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Orta təhsilini 1967-ci ildə doğma rayonda başa vurmuşdur. Hələ məktəb illərində divar qəzetində, sonralar rayon və respublika qəzetlərində kiçik şeirləri və məqalələri dərc olunmuşdur. 1968-1970-ci illərdə ordu sıralarında xidmət etmişdir. Əsgəri xidmətdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus di­li və Ədəbiyatı fakültəsinə daxil olmuş, 1975-ci ildə həmin fakültəni fərq­lənmə diplomu ilə bitirmişdir. Təyinatla Ucar rayonunda orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləmişdir. Kənd məktəbində işləyə-işləyə təhsil aldığı Institutun aspiranturasına («rus-sovet ədəbiyyatı» ixtisası üzrə) imtahan verərək müsabiqə yolu ilə qəbul olunmuşdur. 1980-1984-cü illərdə aspiranturada təhsil ala-ala ədəbi əlaqələr problemi ilə məşğul olmuş, 1986-cı ildə «Səməd Vurğun pyeslərinin rus tərcümələri və səhnə təcəssümü» mövzusunda filologiya elmləri namizədi dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır.
Əlimərdan Bağışov
Bağışov Əlimərdan Aşur oğlu (9 aprel 1958) — ATU-nun Urologiya kafedrasının professoru, tibb elmləri doktorudur. 09 aprel 1958-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olmuşdur. 1975-ci ildə bu kənddə orta məktəbi bitirmişdir. 1976–1978-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. 1986-cı ildə Azərbaycan Tibb İnstitunun (hazırkı Universitetin) müalicə-profilaktika fakültəsini adlı təqaüdlə bitirmiş və Urologiya kafedrasında elmi işçi kimi saxlanmışdır. 1992-ci ildə bu kafedranın nəznində aspiranturanı bitirərək "Mamalıq və ginekoloji praktikada sidik yolları zədələnmələrinin operativ müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və Rusiya AAK-nın qərarı ilə Tibb Elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin ildə urologiya kafedrasının assistenti, 1997-ci ildə dosent, 2017-ci ildə kafedranın professoru təyin olunmuşdur. 2008-ci ildə "Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığı (sidiyin stress inkontinensiyası) — etiopatogenez, diaqnostika və müalicəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi tədqiqat işlərini Rusiya Hərbi Tibb Akademiyasının Urologiya kafedrası və klinikasında aparmışdır. 2009-cu ildə tibb üzrə elmlər doktoru adını almışdır.
Əlihüseyn Bağışov
Nizami Məmmədov (Tağısoy)