Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
FADEC
Elektron-rəqəmsal mühərrik idarəetmə sistemi (EMİS) (ing. full authority digital engine control system, FADEC) — minimal yanacaq sərfiyyatı ilə təyyarə mühərrikinin optimal göstəricilərini saxlamaq üçün yanacağın, havanın və alovlanma parametrlərinin avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemidir . == Tarixi == Hər hansı bir mühərrik idarəetmə sisteminin məqsədi, mühərrikin müəyyən bir vəziyyət üçün maksimum səmərəliliyi ilə işləməsinə imkan verməkdir. Əvvəlcə mühərrik idarəetmə sistemləri mühərriyə mexaniki bağlantılar vasitəsi ilə əaqəli idi. Bu bağlantıları hərəkət etdirərək pilot və ya uçuş mühəndisi yanacaq axını, çıxış gücünü və bir çox digər mühərrik parametrlərini idarə edə bilər. İkinci Dünya müharibəsi zamanı aviasiyada mühərrikində istifadə olunu piston-radial idarəetmə sistemi tədricən əvəz olundu. Əvvəl analoq elektron motor nəzarət etmə sisteminə, sonra isə rəqəmsal motor nəzarət etmə sisteminə dəyişdirildi. == Funksiyaları == FADEC (EİB)-in ikikanallı elektron idarəetmə modulundan , (hidromexaniki moduldan (HMU)) və sensorlardan ibarətdir. FADEC rotorunun fırlanma tezliyini, mühərrik içərisində təzyiq və temperatur siqnallarını qəbul edir. Bu siqnallar, mühərrikin idarəetmə sistemindən gələn siqnallarla yanaşı, mühərrik üzərində quraşdırılmış mexanizmlər üçün nəzarət siqnallarını izləmək və istehsal etmək üçün istifadə olunur və və aşağıda qeyd olunan funksiyaların nəzarətini təmin edir: Dartma avtomatının işləməsi və mühərrikin dartma gücünə nəzarət.
Nafeç
Nafiç — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,814 nəfər və 903 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Narse
Narse (Qafqaz Albaniyası)
Frityof Nansen
Frityof Nansen (10 oktyabr 1861[…] – 13 may 1930[…]) — Norveç səyyah və tədqiqatçısı. Nobel sülh mükafatı laureatı (1922). == Həyatı == Arktikanın öyrənilməsində mühüm rol oynayan səyyahlardan biri olan Nansen 1861-ci ildə Oslo şəhəri yaxınlığında anadan olmuşdur. Norveçin paytaxtı ətrafında uşaqlığını keçirən Nansenlər ailəsində varlı olsalar da sadə həyat tərzi hökm sürmüşdür. Sadə yemək, sadə geyinmək, idmanla məşğul olmaq onların gündəlik həyat tərzi olmuşdur. Nansen isə xizək sürmək və üzgüçülüyü daha çox sevirdi. Universiteti qurtardıqdan sonra ilk dəfə mədənlərə gəmidə üzməsi onda dənizə məhəbbət, yeni torpaqlar kəşf etmək arzusu yaratmışdır. Zoologiya elmləri doktoru adı almasına baxmayaraq, başqa alimlərdən fərqli olaraq kabinet alimi olmaqdan uzaqlaşaraq, dövründə keçilməz sayılan Qrenlandiyanı şərqdən qərbə qədər səyahət etmək üçün plan hazırlayır. 17 iyul 1888-ci il tarixində özü ilə birlikdə yeddi nəfərlə Üzən buzların arası ilə dünyanın ən böyük adası olan Qrenlandiyaya üzürlər. Avqustun 16-da adaya çatmaqla qərb istiqamətdə xizəklə hərəkət edərək oktyabrın əvvəllərində adanın qərb sahillərinə çatırlar.
Mixal Kadleç
Mixal Kadleç(13 dekabr 1984, Çexiya) — çex futbolçu. Hal-hazırda çex klubu 1. FC Slovácko-da oynayır. Bir vaxtlar Fənərbaxça PFK-nın formasını geyinib.
Nansen adası
Nansen adası (Frans-İosif Torpağı)
Nansen çökəkliyi
Nansen çökəkliyi — Şimal Buzlu okeanın daxilində, Qekkel silsiləsi ilə Şpitsbergen-Şimaltorpağı materik yamacı arasında yerləşən okean çökəklliyi. Çökəkliyin orta dərinliyi 3430 m, maksimal dərinliyi isə 3975 metrdir. Çökəkliyin qərbində dərinliyi 5449 metr olan Litke sualtı dərəsi yerləşir. Çökəklik öz adını Norveç qütb araşdırmaçısı Frityof Nansenin adından almışdır.
Nansey adaları
Nansey adaları (yap. 南西諸島) — Yaponiyanın Sakit okeanın 31° şimal enliyində yerləşən adaların ümumi adı. Nansey arxipelaqına daxil olan iri adalar: Sasunan adaları (Kaqoşima prefekturası): Osumi adaları: Taneqaşima, Yakuşima, Kuçinoerabuşima, Maqeşima. Tokara adaları: Kuçinoşima, Nakanoşima, Suvanosecima, Akusekicima, Tayracima, Kodakaracima, Takaracioma. Amami adaları: Oşima adası, Kikaycima, Kakeromacima, Yoyoşima, Ukeşima, Tokunoşima, Okinoerabu, Yoironcima. Ryukyu adaları (Okinava prefekturası): Okinava adaları: Okinava, Kumecima, İheyacima, İdzeynacima, Aqunicima, İecima. Kerama adaları: Tokasikicima, Camamicima, Akacima, Qerumacima. Dayto adaları: Kitadayto, Minamidayto, Okidayto. Sakişima adaları. Miyako adaları: Miyakocima, İkema, Oqami, İrabu, Şimoci, Kurima, Nakanobanare, Futeiva, Minna, Tarama.
Nasser Daudu
Nasser Daudu M'Sa (26 fevral 1998-ci ildə anadan olub) — İsveçrə Super Liqası təmsilçilərindən olan Sion klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Daudu Dransi akademiyası vasitəsilə inkişaf etmişdir. O, Dransi klubu ilə debütünü 20 may 2017-ci ildə Dyeppe klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə Arnold Abelintini əvəz etmişdir. National 2 görüşündə Dransi rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. 25 iyul 2018-ci ildə Daudu Sion klubu ilə 3 illik olan ilk peşəkar müqaviləsini imzalamışdır. Daudu klub ilə debütünü 29 iyul 2018-ci ildə Sent-Qallen klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə Filippe ilə əvəz olunmuşdur. İsveçrə Super Liqası görüşündə Sion rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir. Daudu Fransada anadan olmuşdur.
Nasser Taqvay
Nasser Taqvay (fars. ناصر تقوایی‎; 11 iyul 1941, Abadan, Xuzistan ostanı) İran rejissor və ssenarist.
Ruben Madsen
Ruben Madsen (26 dekabr 1953, Nyukyobinq-Mors[d]) — Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Semyon Nadson
Semyon Yakovleviç Nadson (rus. Семён Яковлевич Надсон; d. 14 dekabr, 1862, Peterburq – ö. 19 yanvar 1887, Yalta, Ukrayna) — rus şairi. Semyon Nadson 14 dekabr 1862-ci ildə Rusiya imperiyasının Peterburq şəhərində anadan olmuşdur. Semyon Nadson 19 yanvar 1887-ci ildə Ukraynanın Yalta şəhərində vərəmdən vəfat etmiş və Rusiya imperiyasının Peterburq şəhərində dəfn olunmuşdur. Semyon Nadsonun yaradıcılığı xalqçılığın böhranı dövründə qabaqcıl gənclərin əhvali-ruhiyyəsini əks etdirmiş, poeziyasında bədbinlik, vətəndaşlıq kədəri ifadə olunmuşdur. Şeirlərində mövcud ictimai quruluşa, ədalətsizliyə qarşı barışmazlığa çağırsa da, həyatda fəal inqilabi münasibət bəsləyə bilməmişdir. Poeziyasındakı dərin səmimiyyət, şəxsi taleyi şeirlərinin geniş yayılmasına səbəb olmuşdur. S.V.Raxmaninov və başqaları onların bir çoxuna musiqi bəstələtmişdir.
Naser Şadli
Naser Şadli (Fransızca tələffüz: [nɑsɛʁ ʃadli]; 2 avqust 1989) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. O, peşəkar karyerasına Eerste Diviziya təmsilçilərindən olan Apeldoorn klubunda start vermişdir. 2010-cu ildə isə Tvente klubuna transfer olmuşdur. O, ilk mövsümdəcə KNVB Kubokunun qalibi olmuşdur. 2013-cü ildə Şadli Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. Üç il sonra isə klub rekordu olan £13 milyon qarşılığında Vest Bromviç Albion klubuna transfer olmuşdur. Şadlinin atası Mərakeş vətəndaşıdır. O, 2010-cu ildə Mərakeş millisində debüt etmişdir. Növbəti ilə isə o, Belçika millisini təmsil etməyə başlamışdır. O, milli ilə 2014 və 2018 FİFA Dünya Kuboku turnirləri də daxil olmaqla, 51 oyunda iştirak etmişdir.
Beynəlxalq Nansen Təşkilatı
Beynəlxalq Nansen təşkilatı (fr. Office international Nansen pour les Réfugiés) 1930-cu ildə Frityof Nansenin ölümündən sonra Millətlər Liqası tərəfindən yaradılmışdır və əsas məqsədi onun tərəfindən yaradılan pasport bürosu kimi qaçqınlara kömək etməkdir. == Tarixi == 1922-ci ildə Nobel mükafatına layiq görülən Nansen mükafat məbləğini qaçqınlara yardım üçün ayırdı və 1930-cu ilin mayında ölümünə qədər bu işi davam etdirdi. Onun ölümündən sonra Millətlər Liqası qaçqınların işilə məşğul olacaq Nansen təşkilatını yaratdı və təşkilat 1 aprel 1931-ci ildən Cenevrədə fəaliyyətə başladı. Təşkilatın əsas vəzifəsi qaçqınlara maddi yardım göstərmək və siyasi dəstək vermək idi. Yeni yaradılmış təşkilat bir sıra problemlərlə üz-üzə qaldı. Davam edən erməni — türk böhranı Nansen təşkiltını 50 minə yaxın insanı 1935-ci ilə qədər köçürməyə məcbur etdi, onlardan 40 mini Suriya və Livana, 10 mini isə İrəvana köçürüldü. 1933-cü ildə Almaniyada nasistlərin hakimiyyətə gəlməsilə Avropada da qaçqınlara bağlı vəziyyət çətinləşdi. Nasistlərin antisemit siyasəti kütləvi yəhudi qaçqınlarını ortaya çıxardı. 1935-ci ildə Saarın Almaniyaya verilməsindən sonra təşkilat oradan 4 minə yaxın qaçqının Paraqvaya keçməsinə yardım etdi.
Əli Bin Nasser
Əli Bin Nasser (2 mart 1944, Tunis) — tunisli keçmiş futbol hakimi. 1986-cı ildə keçirilmiş futbol üzrə dünya çempionatında məşhurlaşmışdır. Əli Bin Nasser 1986-cı il futbol üzrə dünya çempionatında tarixin ən maraqlı və ziddiyyətli matçlarından sayılan Argentina-İngiltərə oyununda referilik etmişdir. Həmin matçda argentinalı Dieqo Maradona "Tanrının əli" və "Əsrin qolu" adlanan 2 qolla komandasına 2–1 hesablı qələbə qazandırmışdır. Qolların birincisini Maradona əli ilə tora daxil etsə də, Bin Nasser qolu hesaba almış, sonralar bu epizodda əllə oyunu görmədiyini iddia etmişdir. Həmin mundialda tunisli hakim həmçinin Polşa-Portuqaliya matçında da baş hakimlik etmiş, daha 3 oyunda laynsmen olmuşdur. 1986-cı il turnirindən sonra Bin Nasser dünya çempionatlarında daha iştirak etməmişdir. 2015-ci ilin avqustunda Tunisdə Əli Ben Nasseri ziyarət edən Dieqo Maradona üzərində öz imzası və "Əbədi dostum Əliyə" sözləri olan Argentina formasını ona bağışlamışdır. Öz növbəsində tunisli hakim oyun öncəsi Maradona və Şiltonla olan şəklini argentinalıya hədiyyə etmişdir.
Ağaəli bəy Naseh
Ağaəli bəy Naseh (10 sentyabr 1856, Şamaxı – 1915, Şamaxı) – şair. Klassik Şərq üslubunda yazılmış əsərləri vardır, lakin şeirləri toplanılıb çap edilməmişdir. Ağaəli bəy M. Ə. Sabirin və A. Səhhətin yaxın dostu olmuşdur. == Həyatı == Firudin bəy Köçərli onun haqqında yazır: "Ağaəli bəy Naseh təvəllüd edibdir Şamaxıda 1273-cü ildə məhərrəm ayının onuncu günündə – yövmi-aşura. İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid" məktəbində almışdır. Təhsili Şamaxı məktəblərində üsuli-qədim üzrə olubdur. Atasının ondan başqa köməkçisi olmadığı cəhətinə, məktəbdə oxuyan zaman ticarət işlərilə dəxi məşğul olarmış. 16 sinnə çatdıqda məhz türk və fars dillərinin təhsilinə kifayətlənməyib, rusca oxumağa şövqü həvəs göstəribdir və lakin bu vaxtlarda müşarileyhin atası həmişə səfərdə olmaq cəhətilə ev və bazar işləri dəxi ona mühəvvəl olubdur. Belə ki, oxumağa və elm təhsil etməyə çəndan vaxtı olmayıbdır. Bununla belə rusca oxumağı hər şeydən əlzəm bilib, onun təhsilinə canü dil ilə müdavimət etmişdir.
Ağəli bəy Naseh
Ağaəli bəy Naseh (10 sentyabr 1856, Şamaxı – 1915, Şamaxı) – şair. Klassik Şərq üslubunda yazılmış əsərləri vardır, lakin şeirləri toplanılıb çap edilməmişdir. Ağaəli bəy M. Ə. Sabirin və A. Səhhətin yaxın dostu olmuşdur. == Həyatı == Firudin bəy Köçərli onun haqqında yazır: "Ağaəli bəy Naseh təvəllüd edibdir Şamaxıda 1273-cü ildə məhərrəm ayının onuncu günündə – yövmi-aşura. İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid" məktəbində almışdır. Təhsili Şamaxı məktəblərində üsuli-qədim üzrə olubdur. Atasının ondan başqa köməkçisi olmadığı cəhətinə, məktəbdə oxuyan zaman ticarət işlərilə dəxi məşğul olarmış. 16 sinnə çatdıqda məhz türk və fars dillərinin təhsilinə kifayətlənməyib, rusca oxumağa şövqü həvəs göstəribdir və lakin bu vaxtlarda müşarileyhin atası həmişə səfərdə olmaq cəhətilə ev və bazar işləri dəxi ona mühəvvəl olubdur. Belə ki, oxumağa və elm təhsil etməyə çəndan vaxtı olmayıbdır. Bununla belə rusca oxumağı hər şeydən əlzəm bilib, onun təhsilinə canü dil ilə müdavimət etmişdir.
Narse (Qafqaz Albaniyası)
Narse (v. 740) — Qafqaz Albaniyasının XIV çarı. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir, II Vardanın oğludur və 740-cı ildən sonra vəfat etmişdir.
Maykl Nade
Mikael Nade (4 mart 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen AS klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Nade Nade Sent-Etyen AS akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü Sent-Etyen klubu ilə 20 may 2017-ci ildə Nansi klubuna qarşı oyunda etmişdir.
Mikael Nade
Mikael Nade (4 mart 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen AS klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Nade Nade Sent-Etyen AS akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü Sent-Etyen klubu ilə 20 may 2017-ci ildə Nansi klubuna qarşı oyunda etmişdir.
Nansen adası (Krasnoyarsk diyarı)
Nansen adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Böyük Arktik qoruğu ərazisinə daxildir. Ada Norveç əsili qütb araşdırmaçısı Fritof Nansenin şərəfinə adlandırılmışdır. İkinci Dünya müharibəsi zamanı ada yaxınlığında baş vermiş döyüş Vunderland əməliyyatı olaraq tanınır. Materikdən 2,3 km enə malik olan Fram boğazı ilə ayrılır. Adanın uzunluğu 21 km, eni 2.5 km təşkil edir. Yaxınlığında iki ada vardır. Şimalda Pravda adası, qərbdə Vxodnoy adası.
Ağaəli bəy Naseh Əfəndizadə
Ağaəli bəy Naseh (10 sentyabr 1856, Şamaxı – 1915, Şamaxı) – şair. Klassik Şərq üslubunda yazılmış əsərləri vardır, lakin şeirləri toplanılıb çap edilməmişdir. Ağaəli bəy M. Ə. Sabirin və A. Səhhətin yaxın dostu olmuşdur. == Həyatı == Firudin bəy Köçərli onun haqqında yazır: "Ağaəli bəy Naseh təvəllüd edibdir Şamaxıda 1273-cü ildə məhərrəm ayının onuncu günündə – yövmi-aşura. İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid" məktəbində almışdır. Təhsili Şamaxı məktəblərində üsuli-qədim üzrə olubdur. Atasının ondan başqa köməkçisi olmadığı cəhətinə, məktəbdə oxuyan zaman ticarət işlərilə dəxi məşğul olarmış. 16 sinnə çatdıqda məhz türk və fars dillərinin təhsilinə kifayətlənməyib, rusca oxumağa şövqü həvəs göstəribdir və lakin bu vaxtlarda müşarileyhin atası həmişə səfərdə olmaq cəhətilə ev və bazar işləri dəxi ona mühəvvəl olubdur. Belə ki, oxumağa və elm təhsil etməyə çəndan vaxtı olmayıbdır. Bununla belə rusca oxumağı hər şeydən əlzəm bilib, onun təhsilinə canü dil ilə müdavimət etmişdir.
Nansen adası (Frans-İosif Torpağı)
Brays adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın sahəsi 162 km², maksimal hündürlüyü isə 372 metrdir. Cənub-qərbdən adalar qrupundan Allen-Yuqaqn booğazı, cənub-şərqdən Sidorov boğazı, şimal-şərqdən Markam boğazı, qərbdən isə Britaniya kanalı ilə ayrılır. Adada yerləşən burunlar: Artur (şimal), Uşakov (cənub-şərqdə), Koba-Teylor (cənub). Ada Arktika araşdırmaçısı Frityof Nansenin şərəfinə adlandırılmışdır. O, Frans-İosif Torpağı arxipelaqını ətraflı şəkildə araşdırmışdır. Kyotlis adası - arxipelaqın mərkəzində, Nansen adasından 6 km qərbdə, Quker adasından 9 km şimalda yerləşir. Müvafiq olaraq həmin adalardan Robert Pil və Allen Yuqn boğazları ilə ayrılır. Uilton adası - arxipelaqın mərkəzi hissəsində, Nansen adası sahillərində, Esinov buxtasında yerləşir.