Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nami Otake
Nami Otake (d. 30 iyul 1974) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 29 qol vurub.
Cami
Məscid (ərəb. مسجد‎ — "səcdə yeri") — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi. Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər. Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur.
Hami
Hami səhrası — Çində səhra. Hami (şəhər) — Çində şəhər.
Kami
Kami — şintoizmdə həyat üçün önəmli olan külək, yağış, ağac, dağ və bərəkət şəklinə girən ruh, başqa sözlə tanrı. Şintoizmdə kamilər təbiətdən ayrı sayılmır. Sintoistlər pis və yaxşı, neqativ və pozitiv xarakterlər təbiətdə şəkil alan kamilərdir. Onlar musubinin təzahürüdür. Sinto inancına görə kamilər kainat və enerjiylə bağlıdır. İnsanlıq üçün doğru çalışmaq nümünəvi hesab edilir. Sintoistlər kamilərin bu dünyada gizli olduğuna inanırlar.
Mami
Mami — Yaponiya qadın adı. Mami Ueno — Yaponiya qadın futbolçusu. Mami Yamaquçi — keçmiş Yaponiya qadın futbolçusu. Mami Kaneda — keçmiş Yaponiya qadın futbolçusu.
NAVI
NAVI — Artsyom Lukyanyenka (vokalist və gitaraçı), Kseniya Juk (vokalist), Alyaksandr Tabolski (gitaraçı), Uladzislav Çaşçavik (bassist) və Uladzimir Beherdən (təbilçi) ibarət Belaruslu musiqi qrupu. Onlar Belarusu 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. NAVI qrupu 2013-cü ildə Artsyom Lukyanyenka və Kseniya Juk tərəfindən Belarusun paytaxtı Minskdə yaranmışdır. Onların ilk mahnısı olan "Abdymi myane" həmin ilin yayında təqdim edilmişdir. Belarusda radio hitə çevrilən mahnı qrupun karyerasının başlanğıcı olmuşdur. 2014-cü ildə NAVI qrupunun Lovi və Soncam sahretyja adlı ilk iki albomları işıq üzü görmüşdür. Qrupun musiqi faəliyyəti bir neçə rus, belarus və ukraynalı musiqiçiləri tərəfindən müsbət qiymətləndirilmişdir. Daha sonra qrup ardıcıl olaraq bir çox Belarus telekanallarında çıxış etməyə başlamış, ölkənin Minsk, Qrodno və Qomel şəhərlərində ilk konsertlərini vermişdirlər. NAVI qrupu eyni zamanda Milad ərəfəsində Moskvanın Dövlət Akademik Böyük Teatrında çıxış etmişdir. 2014-cü ildə qrup Belarusun Drujba, Musical evenings in Mir Castle festivallarında və Polşanın Halfway festivalında da çıxış etmişdir.
Nama
Namiq
Namiq — Azərbaycanlı adı.
Nani
Luiş Nani (17 noyabr 1986, Praya) — (Port. Luís Carlos Almeida da Cunha) Portuqaliyalı futbolçu. Valensiya klubunda oynayır.
Qami
Qami (erm. Քամի; azərb. Külək‎) — Ermənistanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sevak Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı ifaçı Sevak Xanağyan və eyni zamanda Anna Danielyan və Viktoriya Maloyan tərəfindən bəstələnmişdir.
Şami
Şami — Lənkəran mətbəxinə aid yemək. Şami Lənkəran mətbəxinə aid yeməkdir. Görünüş etibarilə şami tava-kabab və kotletə oxşayır, amma şaminin tərkibinin hazırlanma qaydası onlardan bir qədər fərqlidir. Burada ət əvvəlcə bişirilir, sonra çəkilib küftəcik şəkili verildikdən sonra qızardılır. Şamini adətən plovla süfrəyə verirlər (Lənkəranda şami-plov adlanan plov var). 18–20 ədəd şami üçün 1 kg sümüksüz, yağsız qoyun əti 2 ədəd orta baş soğan — qabığını soyun, bütöv qalsınlar 2 ədəd yumurta zövqə görə duz zövqə görə istiot təxminən üçdə bir stəkan duru yağ — qızartmaq üçün Əvvəlcə əti və bütöv soğanları bir qazana qoyun. Üstünə ərzaqları örtəcək qədər su tökün. Bir çimdik duz atın. Qaynadın və təxminən 30 dəqiqə bişirin. Ət tamamilə bişməlidir.
Nari
Nari — ad. Nari Li — Kambocalı marafonçu. Nari (şair) — kürd şairi. Nari (Mərgavar) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd.
AMİ
Azərbaycan Müəllimlər İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ali təhsil müəssisəsi. == Tarixi == 1929-cu ildən pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində ali təhsili mütəxəssis hazırlığı ilə fəaliyyətə başlayan indiki AMİ hal-hazırda müxtəlif istiqamətlər, bakalavr, magistratura, aspirantura və dissertantura, ixtisasartırma və yenidənhazırlanma təhsil istiqamətləri üzrə kadr hazırlığı mərkəzinə çevrilmişdir. Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə məktəbəqədər tərbiyə müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutu 26 noyabr 2015-ci ildə ləğv edilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşib. == Filialları == === Ağcabədi filialı === 13 iyun 2000-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı, Bakı Mədəni-Maarif Texnikumunun Ağcabədi şöbəsi və Ağdaş Pedaqoji Texnikumunun Ağcabədi şöbəsinin bazasında yaradılmışdır. 26 noyabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına çevrilmişdir. === Cəlilabad filialı === 13 iyun 2000-ci il tarixində ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. 26 noyabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialına çevrilmişdir. === Gəncə filialı === 13 iyun 2000-ci il tarixində Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır. 2000-ci il tarixli 13 iyun tarixində Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır.
Dəniz şamı
Dəniz şamı (lat. Pinus pinaster) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Aralıq dənizi nin şərqində və Portuqaliya da yayalmışdır. Ağacın hündürlüyü 30 m-ə qədər, gövdəsinin diametri 40 sm-ə çatır. Gövdəsinin qabığı tünd-qonur rəngli, qalın və qeyri-bərabər çatlıdır. Çətiri yaxşı inkişaf edərək diamteri 6,5 m-ə çatır. Tumurcuqları qırmızı-qonur, qatranlı, uzunsov, yumurtavarı, bizşəkilli, uzunluğu 6–12 mm olmaqla zoğların zirvəsində dəstələrlə yerləşir. İynəyarpaqları göyümtül-yaşıl rəngli, zoğlarda spiral formasında cüt-cüt yerləşir, iynəyarpaq alt tərəfdən hamar, üstdən qabarıq, ucu biz, kənarları xırda dişlidir, uzunluğu 2-8 sm-ə qədərdir. Qozaları 18 sm uzunluqda, yumurtavarı olub, iridir, ağaca xüsusi gözəllik verir. Ağac yaşlandıqca qozaların sayı azalır.
Dərbənd-namə
Dərbəndnamə — Dərbənd şəhəri haqda tarixi kitab. Kitabda V–XI əsrlərdə Dağıstan və Şirvan tarixi ilə bağlı qiymətli məlumatlar da var. == Tərtibatı == Dərbəndnamənin müəllifi məlum deyil. Variantlar Azərbaycan, ərəb və fars dillərində saxlanılır. Onlar tamlığın, məzmunun və vaxtın miqyasında fərqlənirlər. == Tarixi == Dərbənd haqqında bəzi hadisələrin təsviri Türk tarixçisi Muinəzim Başinin qısaldılmış versiyasında qorunan "Dərbənd tarixi" ilə bənzərdir. Bəlkə Dərbənd adı "Dərbəndin tarixi" nin qısaldılmış versiyasıdır. Tərcümənin qorunub saxlanılan Azərbaycan əlyazması 1815–1816-cı illərdə tərtib edilmişdir. Bu, 17-ci əsrin sonlarında Farsca bir siyahıya əsaslanan Məhəmməd Avabi tərəfindən tərcümə olunan tərcümənin əlyazmasıdır. Əlyazma özü Moskvada Rusiya Dövlət Kitabxanasında saxlanılır və Dərbəndnamənin ən qədim versiyalarından biridir.
Eldar şamı
Eldar şamı (lat. Pinus eldarica Medw.) — Şamkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – N. Azərbaycanın relikt, endemik növüdür, arid dağların rəmzidir. == Bioloji xüsusiyyətləri == Təbii halda hündürlüyü 21 m-ədək olan ağacdır. İynəyarpaqları qında ikibir və ya üçbir yerləşir. Qının uzunluğu 1sm, iynələrinki isə 8–10 sm olur. İynəyarpaqları yaşıl rəngli, sərt uclu və kənarları xırda dişlidir. Iynəyarpaqların uzunluğu 12–15 sm-ədək olub, göy rəngdədir, kənarları narın dişlidir, ucları azca sivriləşmişdir. Yarpaq qınlarının uzunluğu 1 sm-ə qədərdir, əvvəl pas, sonradan qonurumtul-boz rəngə çevrilir, təpə hissəsi arxaya qatlanmışdır, yanlarında uzun ağ saçları vardır. Tumurcuqları qətranlı deyildir.
Elçin Hami
Elçin Hami Əbdül oğlu Axundov — Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil alıb. 1966-cı ildən quruluşçu rəssam, animator rəssam, quruluşçu rejissor kimi kino sahəsində çalışır. Kiçik yaşlı uşaqlar üçün "Sənin ilk kitabın" silsiləsindən olan "Qarış-qarış öyrən və çalış", "Ekoloji əlifba", "Əlifba 1" və "Əlifba 2", hətta Üzeyir Hacıbəyovun 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. 1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəridir. 2000-2012-ci illərdə bu studiyanın direktoru olmuşdur. "Qızıl çıraq" və "Naməlum kino" festivallarının qalibidir. 2019-cu ildə 2-ci Beynəlxalq Animasiya Festivalında "Qızıl qayıq" mükafatına layiq görülüb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Hami səhrası
Hami — Qobi səhrasının tərkib hissəsi olan səhra Sincan-Uyğur Muxtar Rayonunun şimal-şərqində yerləşir. Tyan-Şan silsiləsinin şimalında və Nanşam dağlarının cənubunda qərarlaşır. Qərb hissədə Lupa səhrası ilə birləşir. 1879-ci ilin yayında səhranı Nikolay Prjevalski keçmişdir.
Hamı haradadır
Heldreyx şamı
Pinus heldreichii (lat. Pinus heldreichii) — Balkan yarımadası nın qərb hissəsində-dağlarda və Cənubi İtaliya da bitir. Hündürlüyü 20 m olan ağacdır. Bitmə şəraitindən asılı olaraq çətiri ensiz-konusvari formadan enli-şaxələnmiş və aşağı sallanmış formaya qədər dəyişilir. Gövdəsinin qabığı boz rəngdədir. Cavan budaqlarında iynəyarpaqları töküldükdən sonra üzərində rombvari yarpaq ayalarının izləri qalır. İynəyarpaqları tünd-yaşıl, sıx, cüt, cod, ucu bizdir,dəstədə 2 ədəd olmaqla zoğların uclarında yığılmışıdr. Zoğları qısa, möhkəmdir. Uzunluğu 12 sm-ə qədərdir. Erkək çiçək qrupları dəstələrdə yığılmış, qızıl-sarıdır.
Hisao Kami
Hisao Kami (d. 28 iyun 1941) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib.
Hələb şamı
Pinus halepensis (lat. Pinus halepensis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. == Yayılması == Aralıq dənizi ölkələri, İspaniya, Fransa, Almaniya, o cümlədən Şimali Afrika, Suriya, Fələstində yabanı halda bitir. Hündürlüyü 25 m-ə, diametri 50 sm-ə çatan, düz və ya əyrigövdəli ağacdır. Cavan ağacların çətiri sıx, oval-konusvarı və ya piramidaldır. Budaqları uzun elastik, iynəyarpaqlarla örtülmüşdür, zoğları nazikdir, tumurcuqların uzunluğu 5–10 mm-ə çatır. İynəyarpaqları cüt-cüt yerləşir, yumşaq və nazikdir, cavan iynəyarpaqlar açıq-yaşıl, yaşlı iynəyarpaqlar isə tünd yaşıl olub, kənarları hamar, ucları sivriləşmişdir. Yarpaq qını 5–8 mm uzunluqdadır. Qozaları meyvə saplaqlarından asılı halda yerləşir. 2-6 ədədi bir yerdə və ya tək-təkdir.
Kami Kreyq
Kami Kreyq (21 iyul 1987, San-Luis-Obispo[d], Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kami Kreyq, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Kami Kreyq, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu. Kami Kreyq, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Kanar şamı
Vətəni Kanar arxipelaqı adalarıdır. Dekorativ ağacdır. Dünyanın digər şamlarından iynələrinin uzunluğu və yarpaq qoltuğunda 2 deyil, 3 iynəyarpağın olması ilə fərqlənir. Hündürlüyü 25 m-ə çatır. Düzdayanan budaqlı gövdəsi sarıdır, qabığının üzərində çatlar var. Parlaq, yaşıl iynəyarpaqlarının uzunluğu 30 sm-dir. Qozalar ovaldır. Tüzböyüyən və quraqlığadavamlı ağac növüdür. Kanar şamının oduncağı çox möhkəm və odadavamlıdır, ona görə qiymətli inşaat və bəzək materialıdır. Bu ağacın oduncağından düzəldilən eyvanlar çürümür və yanğına davamlıdır.
Lambert şamı
Lambert şamı (lat. Pinus lambertiana) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
АМГ-10 aviasiya yağı