Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Naib Nametov
Naib Namətov
Azərpaşa Nemətov
Azər Paşa Nemətov (13 avqust 1947, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri (1996–2023), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru (2015–2023) və direktoru (2016–2023). == Həyatı == Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 31 saylı orta məktəbdə təhsil almışdır. Azərpaşa Nemətov Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib.
Doqquz naməlum
"Doqquz naməlum" cəmiyyəti — məşhur gizli təşkilat. Bu qardaşlıq cəmiyyəti o qədər gizli fəaliyyət göstərib ki, tarixçilər arasında indi də belə bir cəmiyyətin olub-olmaması haqqında fikir ayrılıqları mövcuddur. == İlk məlumatlar == "Doqquz naməlum" cəmiyyəti haqqında ilk məlumatlar eradan əvvəl III əsrə aiddir və hind çarı Aşokanın hakimiyyəti dövrünə təsadüf edir. Çar Çandraquptanın nəvəsi olan çar Aşokanın Hindistanın tarixində çox böyük və əhəmiyyətli rolu var. Aşoka da babası kimi Hindistanın birləşdirilməsi siyasətini davam etdirir və Cənubi Asiyanın əhəmiyyətli bir hissəsini Hindistana birləşdirir. Hakimiyyətə gəldikdən səkkiz il sonra Aşoka daha bir qonşu dövlətə, Kəlküttə və Mədrəs arasında yerləşən Kalinqaya müharibə elan edir və bu müharibə Hindistanın tarixinə ən qanlı müharibələrdən biri kimi düşür. Müharibə zamanı 150 min nəfər insan əsir düşür, 100 mindən çox insan isə həlak olur. Kalinqanın Hindistana birləşdirilməsi həm ticari-iqtisadi baxımdan, həm də imperiyanın güclənməsi nöqteyi-nəzərindən çox strateji əhəmiyyət daşıyırdı. Lakin müharibənin belə qanlı və dəhşətli sonluğu Aşokanın özünü də çox məyus edir və o qərara gəlir ki, bundan sonra torpaqların birləşdirilməsi qılınc gücünə yox, insanların qəlblərini fəth etməklə baş tutmalıdır. Bu müharibə Aşokanın buddizmi qəbul etməsinə və ölkədə yayılıb möhkəmlənməsinə səbəb oldu.
Hacıağa Nemətov
Hacıağa Əlipaşa oğlu Nemətov (1919, Bakı – 1942, Bakı) — azərbaycanlı bəstəkar, SSRİ-Finlandiya müharibəsi (1939–1940) və Böyük Vətən müharibəsi iştirakçısı. == Bioqrafiyası == Hacıağa Nemətov Bakı şəhərində neftçi ailəsində anadan olmuşdur. Qardaşı — Zəfər Nemətov Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi. === Erkən illəri === Uşaqlıqdan musiqiyə qarşı coşğun həvəsi özünü büruzə verir. Onun çalmağa başladığı ilk alət qarmon idi və ilk pyeslərini də həmin alət üçün bəstələyirdi. Öz sevimli alətində çalmaqdan yorulmayaraq, xalq melodiyaları əsasında improvizasiyalar edirdi. Sonralar orta məktəbdə oxuduğu illərdə isə o, truba alətində çalmağı öyrənir və məktəb orkestrilə müxtəlif klublarda çıxış edir, lakin Hacıağanın artan musiqi marağı onu digər alətlərdə də çalmaq həvəsinə salır, belə ki, onun xahişi ilə atasının aldığı klarnet alətini də asanlıqla mənimsəyir. Onu Əli Bayramov adına klubun orkestrində çalmağa dəvət edirlər və bu orkestrlə o, konsertlərdə, şənliklərdə, bədii gecələrdə çıxış edir. Həmin vaxtlar o, qarmonda çalmaq vərdişləri sayəsində fortepianoda da çalmağı öyrənir. === Təhsili === 1939-cu ildə o, müfəffəqiyyətlə orta məktəbi bitirərək, musiqi texnikumunun nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olur.
Naməlum üsyançı
Naməlum üsyançı və ya Tank Man — 1989-cu ildə Tyananmen meydanında iğtişaş zamanı yarım saat ərzində tank sütununun qarşısını tək kəsən insanın şərti adıdır. Onun ən tanınmış fotosu Ceff Uaydner tərəfindən "Pekin" mehmanxanasının 6-cı mərtəbəsindən çəkilmişdir. Fotoda Type-59 tanklarının sütunu qarşısında silahsız dayanmış adam göstərilir.
Naməlum əsgər
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
Niyətşah Nemətov
Niyətşah Nemətov Səfər oğlu — əməkdar rabitə işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü 1928-ci ildə Yerfi sovetliyinin Qayadalı kəndində doğulmuşdur. Əmək fəaliyyətinə 1942-ci ildə Qonaqkənd rayonu poçt şöbəsində poçtalyon işləməklə başlamışdır. M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Qonaqkənd, Saatlı və Bakı şəhərinin bir çox rayon rabitə şöbələrində rəis işləmişdir. 1971-ci ildən 1989-cu ilədək Bakı şəhərinin poçt rabitəsinə nəzarət edən Bakı Poçtamtının rəhbəri olmuşdur. 1991-ci ildə Əməkdar Rabitə işçısi fəxri adını almışdır. 2006-cı ildə Prezidentin Fərdi təqaüdünə layiq görülmüşdür. 2007-ci ildə vəfat etmişdir. Tahir Həsənli. Yerfililər.
Zəfər Nemətov
Zəfər Əlipaşa oğlu Nemətov (5 iyun 1917, Bakı – 19 noyabr 1971, Bakı) — Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi. 6 iyun 1917-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Teatr Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Moskva və Sankt-Peterburq şəhərlərində rejissor təcrübəsi keçmişdir. 1943-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, 1954-cü ildən baş rejissor vəzifələrində çalışmışdır. Bu teatrın Azərbaycan və rus bölmələrində "Qaraca qız, "Polad necə bərkidi", "Qarlar kraliçası", "Tamahkar", "Yaşar", "Bir saat xəlifəlik", "Anacan", "Qırmızı şeytan balaları", "Romeo və Cülyetta", "Müfəttiş", "Polad üzük", "Zorən təbib", "Zoluşka" və s. tamaşalara quruluş vermişdir. Gənc rejissorlar üçün "Rejissor sənəti haqqında" (Mehdi Məmmədovla birlikdə) və "Əliağa Ağayev" (Tofiq Kazımovla birlikdə) kitablarının müəllifidir. 1960–1971-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır. Milli mədəniyyət tarixində əhəmiyyətli yer tutmuş bir sıra tədbirlər, o cümlədən 1968-ci ildə Azərbaycanda ilk dəfə keçirilmiş ASSİTEJ-in festivalı onun təşəbbüsü və gərgin əməyi sayəsində keçirilmişdir.
İlham Nemətov
İlham Tuyçiyeviç Nemətov ( özb. Ilhom Tuychievich Nematov ; 1 may 1952, Nəməngan, Özbəkistan SSR) - Özbək diplomatı. Özbəkistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri. 1973-cü ildə Fərqanə Politexnik İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. 1992 -ci ildə Moskvada Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasından məzun olmuşdur. 1973-1974 -cü illərdə Özbəkistan Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. 1975-1989 -cu illərdə Namanqan vilayətinin tikinti təşkilatlarında, partiya və ictimai orqanlarında müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 1989-1992 - Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının tələbəsi olmuşdur. 1992-1993-cü illərdə Özbəkistan Xarici İşlər Nazirliyinin şöbə müdiri, 1993-1995-ci illərdə Özbəkistanın Almaniyadakı səfirliyinin birinci katibi olmuşdur. 1995-1996-cı illərdə Özbəkistan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi rəisinin müavini vəzifəsini icra etmişdir.
Naməlum Zövqlər
Süleyman Nemətov
Süleyman Əsgər oğlu Neymətov (1972, Nehrəm, Naxçıvan rayonu) — Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (2022-ci ildən), polis general-mayoru (2023). Süleyman Əsgər oğlu Neymətov 1972-ci ildə hazırkı Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1991–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. Süleyman Neymətov 1993-cü ildən daxili işlər orqanlarında xidmət edir. O, 1993–1994-cü illərdə Naxçıvan şəhər polis şöbəsinin polis nəfəri, 1994–2005-ci ilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin polis nəfəri, bölmə komandiri, taqım komandiri, bölük komandirinin müavini, baş inspektoru olmuşdur. 2005–2013-cü illərdə Nəsimi rayon polis idarəsinin bölük komandiri, rəis müavini, 2013–2016-cı illərdə Sumqayıt şəhər polis idarəsinin rəis müavini, 2016–2020-ci illərdə Quba rayon polis şöbəsinin rəisi, 2020–2022-ci illərdə isə Suraxanı rayon polis idarəsinin rəisi vəzifələrində xidmət etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2023-cü il tarixli Sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 30 iyun 2002-ci ildə "İgidliyə görə", 1 iyul 2020-ci ildə isə "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.
İqor Ametov
Ametov İqor Mamedoviç (1947, Bakı – 1997) — texnika elmləri doktoru, professor. Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə "Neft və qaz yataqlarının işlənilməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi" ixtisası üzrə AzNKİ-nin neft-mədən fakültəsini bitirdikdən sonra bu institutun aspiranturasına qəbul olunub və Azərbaycan EA DNQYPİ-da işləməyə başlamışdır. 1972-ci ildən Uxta Sənaye institutunun "Neft və qaz yataqlarının işlənilməsi və istismarı" kafedrasında assistent, baş müəllim, hidravlik kafedrasının müdiri işləmişdir. 1973-cü ildə "Neft-mədən mexanikasının bəzi məsələlərində ikifazalı sistemlərin hərəkətinə ağırlıq qüvvəsinin təsirinin tədqiqi" mövzusunda namizədlik, 1979-cu ildə isə "Neft və qazın hasilatı zamanı müvazinətsizliyin xüsusiyyətlərinin nəzərə alınması əsasında əsas texnoloji proseslərin, bu proseslərin hesabat üsullarının və keyfiyyətinin artırılması yollarının işlənilməsi məqsədilə təhlili" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1984-cü ildən ÜETNSİ (Moskva ş.) laboratoriya müdiri, baş direktorun elmi işlər üzrə müavini kimi vəzifələrdə işləmişdir. Ametov İ. M. Uxta Dövlət texniki universitetinin neft və qaz yataqlarının işlənilməsi və istismarı və yeraltı hidromexanika kafedrasının professoru olmuşdur. Ametov İ. M. Beynəlxalq Şərqi Neft akademiyasının, Rusiya Federasiyası Dağ elmləri Akademiyasının həqiqi üzvü olmuşdur. Ametov İ. M. — neft yataqlarının işlənilməsi və layların neftveriminin artırılması sahəsində tanınmış alimdir. Elmi-tədqiqatların sahəsi: neft yataqlarının işlənilməsi, layların neftveriminin artırılması; neft və qaz hasilatının texnika və texnologiyası; neft layının fizikası.
Azər Paşa Nemətov
Azər Paşa Nemətov (13 avqust 1947, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri (1996–2023), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru (2015–2023) və direktoru (2016–2023). == Həyatı == Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 31 saylı orta məktəbdə təhsil almışdır. Azərpaşa Nemətov Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib.
Naməlum cənub torpaq
Naməlum cənub torpaq (lat. Terra Australis Incognita) — XV-XVIII əsrə aid dünya xəritələrində cənub yarımkürəsində təsvir edilən nəzəri materik. Hər xəritəçəkənin öz istəyinə görə təsvir etdiyi bu ərazidə dağ, meşə və çaylar da təsvir olunurdu. Bu materikin mövcudluğu barədə fərziyyələr belə bir yanlış təsəvvürə əsaslanırdı ki, Şimal yarımkürəsindəki geniş quru ərazilərinin qarşılığı kimi Cənub yarımkürəsində də böyük quru sahəsi olmalıdır, əks təqdirdə Yer baş-ayaq çevrilər. Sonradan Antarktida kəşf olunsa da, həmin dövrdə onun barəsində heç nə məlum deyildi, həm də Antarktidanın ölçüləri cənub torpağı barədə fərziyyələrdə irəli sürüləndən çox kiçikdir. Bu terminin yaradıcısı məşhur yunan mütəfəkkiri Aristoteldir. Naməlum cənub torpağın xəritədə təsviri Eratosfen tərəfindən qeyd edilmişdir. Bu xəritədə Naməlum cənub torpaq Afrikanın qurtaracağı kimi təsvir olunmuşdu. Naməlum cənub torpağın mövcud olması barəsində dəqiq məlumat yoxdur.
Naməlum uçan obyekt
Uçan naməlum obyektlər (abr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Naməlum əsgər məzarı
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
Uçan naməlum obyekt
Uçan naməlum obyektlər (abr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Naməlum qadın (rəsm)
"Naməlum qadın" (rus. Неизвестная) — rus rəssamı İvan Kramskoyun (1837–1887) 1883-cü ildə çəkdiyi və Dövlət Tretyakov Qalereyasının kolleksiyasının bir hissəsi olan rəsm əsəri. Rəsmin ölçüsü 75,5×99 sm. Aleksandr Blokun eyniadlı şeirinə görə portret tez-tez səhvən "Yad qız" (rus. Незнакомка) adlandırılır. Kətan Aniçkov sarayının pavilyonları yaxınlığında, Nevski prospektində açıq ekipajda oturan gənc qadını təsvir edir. Sağda, onun arxasında, Aleksandrinski teatrını görmək olar. Qadın 1880-ci illərin ən son dəbinə uyğun geyinib. O, tüklü məxmər papaq, xəz və lentlərlə bəzədilmiş palto, manşet və nazik dəri əlcək taxıb. Görünüş möhtəşəm, sirli və bir az kədərlidir."Onun geyimi zərif yüngül lələklərlə işlənmiş "Fransisk" şlyapası, ən yaxşı dəridən hazırlanmış "İsveç" əlcəkləri, samur xəzi və mavi atlas lentlərlə bəzədilmiş "Skobelyev" paltosu, manşet, qızıl bilərzikdir ki, bütün bunlar 1880-ci illərin bahalı zəriflik iddiasında olan qadın kostyumunun dəbli detallarıdır.
Naməlum adam (film, 2011)
Naməlum adam (ing. Unknown) — rejissoru Cam Kollet-Serra olan döyüş triller filmi. ABŞ-də 7 yanvar 2011-ci ildə efirə buraxılmışdır. Filmin süjet xətti Didier van Cauwelaertin Out of My Head kitabından ilhamlanıb. Film dörd günlük komadan ayılan və öz arvadı da daxil olmaqla heç kimin onu tanımadığı və başqa bir şəxs olduğu iddia ediləndən sonra öz kimliyini sübut etməyə çalışan bir professor ətrafında cərəyan edir. 18 fevral 2011-ci ildə ABŞ-də nümayiş etdirilən film tənqidçilərdən qarışıq rəylər almışdır və 30 milyon dollarlıq büdcəyə qarşı 136 milyon dollar gəlir əldə etmişdir. Dr. Martin Harris (Liam Neeson) və həyat yoldaşı Liz (January Jones) biotexnoloji sammit üçün Berlinə gəlirlər. Onlar hotelə çatdıqdan dərhal sonra Harris portfelini hava limanında unutduğunu anlayır və onu götürmək üçün taksiyə minir. Taksinin sürücüsü Gina (Diane Kruger) adlı qadındır.
Naməlum dahi (film, 2019)
"Biveclər haqqındakı miflər həqiqi istedadların adsız qəbirləri üzərində qurulur". Mübariz Nağıyev Film ABŞ yazıçısı Vilyan Tennin "Mornielle Metawayin kəşf olunması" hekayəsinin motivləri əsasında təbdil edilmişdir. Futuristik antiutopiya komediyası olan film istedadsız bir rəssamın gələcəkdəki şöhrəti haqda maraqlı detalları əks etdirir.
Naməlum torpaq (film, 1992)
Bədii-publisistik sənədli filmdə Azərbaycan xalqının tarixi kökləri araşdırılır, sübut olunur ki, indiki Azərbaycan Respublikasının ərazisi azərbaycanlıların əbədi vətənidir və Azərbaycan xalqının qədim tarixi olduğu kimi, qədim və zəngin mədəniyyəti də vardır. Bu kino əsəri Azərbaycan tarixinin əlifbası hesab edilə bilər. Film ilk insan məskənlərindən ta bu günə kimi Azərbaycan xalqının keçdiyi böyük yolun çox sadə tarixidir. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə rejissor Leyla Səfərova priz və diploma layiq görülmüşdür.
Naməlum əsgər abidəsi (Tbilisi)
Tbilisi şəhərində yerləşən naməlum əsgər abidəsi (gürc. უცნობი ჯარისკაცის საფლავი) - Gürcüstanın paytaxtı Tbilisi şəhərində 1981-ci ildə inşa edilmiş naməlum əsgər abidəsi. Abidə və memorial kompleksi Trialeti silsiləsinin açıq yamacında yerləşən Vəke Parkının ərazisində yerləşir. Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Vəke Parkında 1981-ci ildə açılışı olmuş memorial kompleksi və abidə İkinci Dünya müharibəsi zamanı Qırmızı Orduda xidmət etmiş və həlak olmuş yüzminlərlə gürcü əsgərinin xatirəsinə ucadılmışdır. Abidənin açılışı Gürcüstan Sovet Sosialist Respublikasının almaz yubileyi hesab olunan elan edilməsinin 60-cı ili münasibəti ilə Sov. İKP MK-nın Baş katibi Leonid Brejnev və Gürcüstan Kommunist Partiyası MK-nın birinci katibi Eduard Şevardnadzenin iştirakı ilə açılıb. 1981-1985-ci illərdə gürcü heykəltaraş və rəssam Giorgi Oçhiauri tərəfindən naməlum əsgər məzarının ətrafında qoyulmuş heykəllər hazırlanmışdır. Həmin heykəllər 2009-cu ildə Qori qalasına köçürülüb. Məzarda əbədi məşəl yerləşdirilib, eləcə də həlak olmuş əsgərlərin xatirəsinə heykəllər və ilahə Kali Manın (qara ana) yüksələn fiquru təsvir edilib. İkinci Dünya müharibəsində iştirak etmiş gürcü əsilli veteranlar və şəhər sakinləri 9 May Qələbə Günü münasibəti ilə abidəni hər il ziyarət edirlər.
Şah İsmayılın naməlum tarixləri
"Şah İsmayılın naməlum tarixləri" və ya "Şah İsmayılın naməlum tarixləri" əlyazmaları — XVII əsrin sonlarında ortaya çıxan və erkən Səfəvi tarixi barədə məlumatlar verilən əlyazma əsərlər nəzərdə tutulur. Əsərlər müxtəlif muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılmaqla 11 əlyazmadan ibarətdir. Eyni zamanda "MS Or. 3248", "Ross Anonymous" və ya "Cahanqoşai-ye Xaqan" adlandırılan daha bir əlyazma var. Bu əsər 11 əlyazmalıq əsərlər seriyasına daxil edilməsə də, onun bu əsərlərin meydana çıxmasına rəvac verdiyi iddia edilməkdədir. Həmçinin bu əsər vasitəsiylə öyrənilən bilgilər əsasən 11 əlyazmanın qızılbaş tayfa ənənəsi əsasında ailə daxili hekayələrin yazıya alınması hesabına yazıldığı güman edilir. Bu əsərlərin ən azından bəzilərin Cənubi Azərbaycanda yazıldığı, dilində güclü Azərbaycan türkcəsinin təsiri olduğu iddia edilməkdədir. == Haqqında == XVII əsrin sonunda dəyişdi, Şah İsmayıl və onun hərbi əməliyyatları barədə yazılmış əsərlər meydana çıxdı. Wood bu kitabların şifahi ədəbiyyatla və xalq yaddaşı ilə əlaqəli olduğunu, oradan alınan bilgilər hesabına yazıldığını güman etməkdədir. Bunlar "Şah İsmayılın naməlum tarixləri" adlanır.
"Şah İsmayılın naməlum tarixləri" əsəri