Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beverna
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Averno
Averno (it. Lago d'Averno) İtaliyada, Kampaniyada göl. Təxminən 2 kilometr (1.2 mil) enində və təxminən 60 metr (200 ft) dərinliyində, demək olar ki, yuvarlaq bir vulkanik kraterdir. Neapol yaxınlığında, Pottsuolidən 4 kilometr (2.5 mil) şimal-qərbdə yerləşir. Gölün yaxınlığında eramızdan əvvəl İtaliya materikindəki ilk yunan koloniyası olan, VIII əsrdə salınmış Kumı şəhəri yerləşirdi. O vaxtdan bəri göl və onun yanındakı mağara Aidin girişlərindən biri hesab olunurdu. Böyük Pyotrun hakimiyyəti dövründə dövlət xadimi və diplomat olmuş Pyotr Tolstoy "Ölü dəniz" adlanan bir gölü təsvir etmişdir.
Never
Never-Fransada Luara çayının sağ sahilində yerləşir.
Severnı (Əbyəlil)
Severnı kəndi (başq. Северный) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Severnı kəndinin milli tərkibi: ruslar (33 %), başqırdlar (44 %). Məsafələr: rayon mərkəzindən (Askorovo): 38 km., kənd sovetliyindən (Selin): 17 km. ən yaxın dəmiryol stansiyasından (Suxoe Ozero stansiyası): 4 km. Совет муниципальных образований Республики Башкортостан.
Nevena Bojoviç
Nevena Bojoviç (serb. Nevena Božović, Невена Божовић; d. 15 iyun 1994, Mitrovitsa, Kosovo, Serbiya, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Serbiya müğənnisi və bəstəkar. O, "Piši mi" mahnısı ilə Serbiyanı 2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil etmiş və üçüncü yeri tutmuşdur. Nevena 2012-ci ildə Serbiyanın Prvi glas Srbije səs yarışmasındakı iştirakından sonra tanınmağa başlamışdır. Bunun ardınca Bojoviç və onun iştirak etdiyi səs yarışmasındakı digər finalçılar olan Mirna Raduloviç və Sara Yovanoviç Moje 3 qrupunun üzvü kimi "Ljubav je svuda" mahnısı ilə Serbiyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Nəticədə qrup yarımfinalda 11-ci yerdə qərarlaşaraq, finala yüksələ bilməmişdir. Nevena növbəti dəfə solo ifaçı kimi "Kruna" mahnısı ilə Serbiyanı Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Nevena Bojoviç 15 iyun 1994-cü ildə Kosovonun Mitovitsa şəhərində dünyaya göz açmışdır. O, musiqi təhsilini Belqrad İncəsənət Universitetində almışdır.
Nevena Qeorqievna
Nevena Qeorqievna (mak. Невена Георгиева 25 avqust 1925, Skopye – 16 dekabr 1942, Nejilovo[d], Çaşka[d]) — Yuqoslaviya və Makedoniya inqilabçısı, Yuqoslaviya dövründə Şimali Makedoniyadakı gənclər, həmkarlar ittifaqları və işçi hərəkatının fəalı; Yuqoslaviyanın Xalq Qurtuluş Müharibəsi zamanı 1-ci Skopye partizan dəstəsinin döyüşçüsü (16 yaşında dəstəyə qoşulmuşdur) və Makedoniya partizan hərəkatında ilk qadın döyüşçü. 25 iyul 1925-ci ildə Skopye şəhərində anadan olub. Yuqoslaviya partizan antifaşist hərəkatına 22 avqust 1941-ci ildə Skopye partizan dəstəsinə qoşulmaqla daxil olur. 1941-ci ilin noyabrında dəstə dağıldıqdan sonra Velesə, oradan isə Strumitsa köçür. 1942-ci ilin yayında Strumitsa partizan dəstəsinin hazırlanmasına kömək edir. 1942-ci ilin mayında o, işğalçı hakimiyyət məhkəməsi tərəfindən qiyabi olaraq dövlət əleyhinə fəaliyyət göstərdiyinə görə 7 il müddətinə ciddi rejimli həbsxanasında cəza alır. 1942-ci ilin sentyabrında Dimitar Vlaxov adına Veles partizan dəstəsinin üzvü olur 16 dekabr 1942-ci ildə Bolqarıstan polisi və Bolqarıstan anti-çetnis dəstələri Nejilovo şəhərində döyüşdə ağır yaralanan Nevena Qeorqiyevanı tutub başını kəsdilər. Kəsilmiş baş dirəyə qoyularaq, insanları qorxu və dəhşətə salmaq üçün kəndləri gəzdirirlər. Daha yaxşı təsir üçün Velesin mərkəzindəki evlərdən birinə başı qoyulur.
San Severo
San Severo — İtaliyanın Apuliya regionunda şəhər.
Severo-Kurilsk
Severo-Kurilsk (rus. Северо-Курильск) və ya köhnə adıyla Kaşivabara (yap.
Zəvəro məscidi
Zəvəro məscidi — İsmayıllı rayonunun Lahic kəndinin Zəvəro qəsəbəsində yerləşən məscid. Zəvəro məscidi 1805-ci ildə tikilmişdir. Məscid yerləşdiyi məhəllənin adını daşıyır. Abidədə söküntü işləri dəfələrlə aparılıb. Tavanında və divarlarında olan bəzəkli naxışlar sıradan çıxıb. Sovet dövründə məscid binası mədəniyyət evi və kinoteatr kimi fəaliyyət göstərirdi. 1980-ci illərin axırlarında Mədəniyyət evi ləğv edilib və məsciddə təmir işlərinə başlanıb. 2005-ci ildə Lahıc sakinlərinin təşəbbüsü və maliyyə dəstəyi ilə bina əsaslı təmir və bərpa olunmuşdur. Hazırda məscid kimi fəaliyyət göstərir və memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Formaca dördbucaqlı olan bu məscid çaylaq daşı ilə inşa olunub.
Severino Di Ciovanni
Severino Di Ciovanni (16 mart 1901, Kieti, Abruttso – 1 fevral 1931, Buenos-Ayres) — Argentinaya köçən italyan anarxisti idi və burada Sakko və Vanzettiyə və antifaşizmə dəstək üçün terror kampaniyasına görə bu ölkədə ən tanınmış anarxist fiqura çevrilmişdi. Di Ciovanni 17 mart 1901-ci ildə Kieti, Abruzzoda anadan olub. Birinci Dünya Müharibəsindən dərhal sonra aclıq və yoxsulluq kimi məhrumiyyətlər dövründə yetişən onun tərbiyəsi onun siyasətinə böyük təsir göstərmişdir. O, müəllim olmaq üçün kurslara getdi və tezliklə oranı bitirməzdən əvvəl yaşadığı şəhərin bir məktəbində müəllimlik etməyə başladı. O, mətbəə sənətini özü öyrəndi və boş vaxtlarında Mixail Bakunin, Malatesta, Prudon və Elisee Reklusu oxudu . Di Ciovanni İkinci Dünya Müharibəsindən əvvəl italyan mühacirlərinin son böyük dalğası ilə Buenos Ayresə gəldi. O, Moronda yaşayırdı və Argentinada faşizmə və italyan faşist tərəfdarlarına qarşı yığıncaqlarda iştirak etmək və tədbirlər planlaşdırmaq üçün gündəlik Buenos-Ayres Paytaxtına gedirdi. Bir anarxist olan Di Ciovanni, Argentina siyasətində daha sağçı və faşist elementlərin solğun əksi olaraq gördükləri UCR-yə hörmətsizlikdən başqa bir şeyə sahib deyildi. Severino Di Giovanni'nin ilk birbaşa hərəkəti 6 iyun 1925-ci ildə, Teatro Colonda baş tutan III Viktor Emmanuelin İtaliya taxtına çıxmasının 25-ci ildönümünün qeyd edilməsi zamanı baş verdi. Prezident Alvear, həyat yoldaşı, opera müğənnisi Regina Pacini və faşist İtaliyanın səfiri qraf Luici Aldrovandi Marescotti, habelə hər hansı bir pozğunluğun qarşısını almaq üçün Marescotti tərəfindən yerinə qoyulan çoxsaylı Qara köynəklər aksiyada iştirak edirdi.
Severino Di Giovanni
Severino Di Ciovanni (16 mart 1901, Kieti, Abruttso – 1 fevral 1931, Buenos-Ayres) — Argentinaya köçən italyan anarxisti idi və burada Sakko və Vanzettiyə və antifaşizmə dəstək üçün terror kampaniyasına görə bu ölkədə ən tanınmış anarxist fiqura çevrilmişdi. Di Ciovanni 17 mart 1901-ci ildə Kieti, Abruzzoda anadan olub. Birinci Dünya Müharibəsindən dərhal sonra aclıq və yoxsulluq kimi məhrumiyyətlər dövründə yetişən onun tərbiyəsi onun siyasətinə böyük təsir göstərmişdir. O, müəllim olmaq üçün kurslara getdi və tezliklə oranı bitirməzdən əvvəl yaşadığı şəhərin bir məktəbində müəllimlik etməyə başladı. O, mətbəə sənətini özü öyrəndi və boş vaxtlarında Mixail Bakunin, Malatesta, Prudon və Elisee Reklusu oxudu . Di Ciovanni İkinci Dünya Müharibəsindən əvvəl italyan mühacirlərinin son böyük dalğası ilə Buenos Ayresə gəldi. O, Moronda yaşayırdı və Argentinada faşizmə və italyan faşist tərəfdarlarına qarşı yığıncaqlarda iştirak etmək və tədbirlər planlaşdırmaq üçün gündəlik Buenos-Ayres Paytaxtına gedirdi. Bir anarxist olan Di Ciovanni, Argentina siyasətində daha sağçı və faşist elementlərin solğun əksi olaraq gördükləri UCR-yə hörmətsizlikdən başqa bir şeyə sahib deyildi. Severino Di Giovanni'nin ilk birbaşa hərəkəti 6 iyun 1925-ci ildə, Teatro Colonda baş tutan III Viktor Emmanuelin İtaliya taxtına çıxmasının 25-ci ildönümünün qeyd edilməsi zamanı baş verdi. Prezident Alvear, həyat yoldaşı, opera müğənnisi Regina Pacini və faşist İtaliyanın səfiri qraf Luici Aldrovandi Marescotti, habelə hər hansı bir pozğunluğun qarşısını almaq üçün Marescotti tərəfindən yerinə qoyulan çoxsaylı Qara köynəklər aksiyada iştirak edirdi.
Severnoe su anbarı
Severnoe su anbarı — Rusiyanın Rostov vilayətinin ərazisində Rostov-na-Donu şəhərinin Severnı yaşayış massivində yerləşən və elə də böyük olmayan su anbarı. Su anbarı Temernik çayının qolu olan Kamışevat çayının yatağında yerləşir. Su anbarı 1970-ci illərdə inşa su ilə doldurulmişdur. Su anbarı tən orta hissədən iki hissəyə bölünmüşdür. Bənd 2005-ci ildə yenidən bərpa edilmişdir. Surb Xaç kilsəsi yaxınlığında Salax Su bulağı yerləşir. O bulaqdan bir qədər aralıds isə «Surb Xaç» çimərliyi qərarlaşır. Yuxarı anbarının daxilində kiçik ada vardır. Bu anbara kiçik bir körpü gedir. Yuxarı su anbarının üzərindən avtomobil körpüsü keçir.
Never (rayon)
Never (fr. Nevers) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Never. Rayon əhalisi 2006-cı ildə 122 708 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 61 nəf / km². Rayon ərazisi — 2020 km².
Never Forget
Never Forget — İslandiya Avroviziya 2012-də duetlə təmsil olunur. İslandiyalı müğənni və skripkaçı Qreta Salome (Gréta Salóme Stefánsdóttir) 1986-cı ildə dünyaya gəlib. Uşaq yaşlarından musiqi fəaliyyəti ilə məşğuldur. 4 yaşından skripkada ifa etməyə başlayıb. Onun duet ortağı Yonsi (Jónsi) təxəllüslü İslandiya müğənnisi Jon Josef Snabjornsson 1977-ci ildə doğulub. Musiqi karyerasına 1997-ci ildən başlayıb. 1998-ci ildən "İn black clothing" qrupunun üzvüdür. İlk debütünü həmin qrupun tərkibində 1999-cu ildə edib.
Severn Kullis-Suzuki
Severn Kullis-Suzuki (ing. Severn Cullis-Suzuki; 30 noyabr 1979, Vankuver, Britaniya Kolumbiyası) — Kanadalı fəal, spiker, aparıçı və müəllif. O, dünyaya müraciət edərək ekoloji problemlərlə bağlı mühazirələr oxuyub, dinləyiciləri öz dəyərlərini müəyyənləşdirməyə, gələcəyi düşünərək hərəkət etməyə və şəxsi məsuliyyət götürməyə çağırıb. Kanadalı ekoloq David Suzukinin qızıdır. Severn Kullis-Suzuki Britaniya Kolumbiyası, Vankuver şəhərində anadan olub və böyüyüb. Onun atası, genetik və ətraf mühit fəalı David Suzuki üçüncü nəsil yapon olan kanadalıdır. Anası yazıçı Tara Elizabet Kullisdir. Hələ Lord Tennison İbtidai Məktəbində olarkən, 9 yaşında o, ətraf mühit problemlərini öyrənməyə və digər uşaqlara onlar haqqında öyrətməyə həsr olunmuş uşaq cəmiyyəti olan Uşaqların Rifah Təşkilatını (ECO) təsis edir. 1992-ci ildə 12 yaşında Kullis-Suzuki Rio-de-Janeyroda keçirilən Yer Sammitində iştirak etmək üçün ECO üzvlərinin köməyi ilə pul toplayır. Qrup üzvləri Mişel Quiq, Vanessa Sutti və Morqan Qeysler ilə birlikdə Kullis-Suzuki sammitdə ətraf mühit məsələlərini gənclər baxımından təqdim edir.
Severni Velebit Milli Parkı
Severni Velebit Milli Parkı (xorv. Nacionalni park Sjeverni Velebit) — Xorvatiyada yerləşən və adını Xorvatiyanın ən böyük dağı olan Velebit dağından alan milli park. Velebit dağının ətrafındakı təbiətin müxtəlifliyinə görə 1999-cu ildə bu ərazi milli park statusu almış və sentyabrdan fəaliyyət göstərməyə başlamışdır. Velebit dağının özü təbiət parkı statusuna malikdir. Velebit dağının cənub hissəsində isə Paklenitsa Milli Parkı yerləşir. Milli park qorunur və ziyarətçilərin ancaq təyin olunmuş marşrutlar üzrə hərəkətinə icazə verilir. Milli parkda iki botanika qoruğu vardır: Visibaba və Zavişan-Balinovaç-Velika botanika qoruğu. Visibaba botanika qoruğunda Xorvatiyanın endemik növlərindən olan Sibiraea altaiensis bitir. İkinci botanika qoruğunu dağ bitkiləri ilə zəngindir. Ərazidə farmakoloq Fran Kuşan tərəfindən 1967-ci ildə qurulmuş Velebit botanika bağı yerləşir.
Never Hungover Again
Never Hungover Again — ABŞ rok qrupu Joyce Manor(en)-un üçüncü studiya albomu. 22 iyul 2014-cü ildə Epitaph Records tərəfindən buraxılıb. Bütün mahnılar Joyce Manor tərəfindən yazılmış və bəstələnmişdir.
I Never Die
I Never Die (azərb. Mən heç vaxt ölmürəm‎) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış birinci studiya albomu. 14 mart 2022-ci ildə rəqəmsal olaraq, 15 mart 2022-ci ildə fiziki olaraq buraxılmışdır. Albomun fiziki buraxılışı üç versiyadan ibarətdir: "Risky", "Chill" və "Spoiled". Əsas sinqlı "Tomboy" olan alboma 8 trek daxildir. Albom Sucinin 2021-ci ilin avqustundakı gedişindən sonra buraxılmış ilk "(G)I-dle" albomudur. Mahnıların çoxu Soyon, Minni və Uqi tərəfindən hazırlanmış və yazılmışdır. "I Never Die" özünəinam, öz qaranlıq tərəfini qəbullanma və özünü sağaltma mövzularına toxunur. Albom tənqidçilər tərəfindən bəyənilmiş, lakin qısa olması səbəbilə tənqid olunmuşdur. Buraxıldığı ilk həftədə 200.000 nüsxəsi satılmış, Çində 2022-ci ilin ən çox satılan 2-ci K-Pop albomu olmuşdur.
Kruna (Nevena Bojoviç mahnısı)
Kruna (azərb. Tac‎) — Serbiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Nevena Bojoviç "Kruna" mahnısı ilə Serbiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi və sözləri Bojoviçə aiddir.
Severo-Kurilsk sunamisi (1952)
Severo-Kurilsk sunamisi - 5 noyabr 1952-ci ildə səhər saat beş radələrində baş vermiş və nəticədə SSRİ ərazisinin Saxalin və Kançatka vilayətlərini əhatə edən güçlü sunami. Sunamini yaradan səbəb 5 noyabr tarixində Sakit okeanda (4.11.52 16:58:22 qrinviçə görə), Kamçatka yarımadasının yaxınlığında maqnitudası 8,3 bal güçündə olan zəlzələ olmuşdur. Onun ocağı Şpunski burnundan 130 kilomeyr aralıda, 20 – 30 km dərinlikdə baş vermişdir. Zəlzələnin təsir güçü 700 km məsafədə yayılmışdı. Zəlzələ dalğası Kronoski yarımadasından Şimali Kuril aralarına qədər uzanırdı. Yeraltı titrəyişlər yarım saat müddətində davam edir. Ancaq zəlzələ böyük dağıntılar yaratmır. Demək olar ki ondan zərər çəkən olmur. Ancaq zəlzələ ardından güçlü sunami baş vermişdir. Zəlzələdən bur saat sonra birinci dalğa sahillərə hücum çəkmişdir.
YoungBoy Never Broke Again
YoungBoy Never Broke Again və ya NBA YoungBoy (əsl adı: Kentrell DeŞon Qolden; 20 oktyabr 1999, Baton-Ruj, Luiziana, ABŞ) — ABŞ repçisi. O, 2015-ci ildən 2017-ci ilə qədər müstəqil olaraq səkkiz mikstep buraxıb və musiqisi ilə sadiq fanat bazası qazanıb. YoungBoy 2017-ci ildə Atlantic Records ilə müqavilə bağlayıb. Onun 2018-ci ilin yanvarında yayımladığı "Outside Today" sinqlı Billboard Hot 100 çartında 31-ci yerdə qərarlaşıb. Mahnı onun 2018-ci ildə çıxardığı ilk albomu olan "Until Death Call My Name"də yer alıb. Albom ABŞ Billboard 200 çartında 7-ci pilləyə yüksəlmişdir. YoungBoy 2019-cu ilin oktyabr ayında Juice Wrld-un iştirak etdiyi "Bandit" adlı mahnını buraxdı. Bu mahnı onun hit-paradlarda ilk onluğa daxil olan ilk hiti olmuşdu. Bundan bir həftə sonra o, "AI YoungBoy 2" adlı ikinci miksteypini yayımlayıb. Miksteyp Billboard 200 çartına başçılıq edirdi.
I'll Never Love Again
I'll Never Love Again (azərb. Mən bir daha sevməyəcəm‎) — Ledi Qaqa tərəfindən ifa edilmiş və "Ulduz doğuldu" albomuna daxil olan mahnıdır. Film versiyası ilə yanaşı mahnının geniş versiyası da yayımlanmışdır. Qaqa mahnını, Natali Hembi, Hillari Lindsi və Aaron Reytierlə birlikdə yazmışdır. Mahnının prodüserliyini isə Qaqa və Benyamin Rays etmişdir. Mahnı tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. == Ərəfə və yazılması == Qaqanın "I'll Never Love Again" mahnısını ifa etdiyi "Ulduz doğuldu" filminin son səhnəsinin çəkilməsinə hazırlıqlar aparıldığı zaman, müğənniyə gələn zəngdə onun uşaqlıq dostu Sonya Daremdə dördüncü mərhələli xərçəng xəstəliyi aşkarlandığı xəbər verilir. Qaqa təcili olaraq çəkiliş meydanını tərk edir və dostu ilə görüşə tələsir, lakin, çatdığı zaman aydın olur ki, on dəqiqə gecikib və dostu artıq vəfat edib. Daremin həyat yoldaşı Qaqadan xahiş edir ki, vaxtını itirmədən çəkilişlərə davam etsin. Ledi Qaqa deyir ki, "Sonya mənə faciəvi hədiyyə etdi və mahnını Cekson üçün ifa etsəm də, rəfiqəmi nəzərdə tutmuşdum." Bredli Kuper Qaqanın itkisini başa düşərək ona dəstək olsa da, müğənni çəkilişləri tamamlamaqda israr etmişdir: "Beləcə o səhnəyə qalxdı və "I'll Never Love Again" mahnısını ifa etdi." Film versiyası ilə yanaşı mahnının geniş versiyası da təqdim edilmişdir.
Love Never Felt So Good
Love Never Felt So Good — Maykl Ceksonun ölümündən sonra yayımlanan ikinci studiya albomu olan Xscape albomunda yer alan mahnı. Albomdakı ilk sinql olaraq 2 may 2014-cü ildə yayımlanmışdır. Castin Timberleyklə duet versiyası diskin delüks versiyasına daxil edilmişdir. Mahnı ilk dəfə 1980-cü ildə yazılmış, 2013-2014-cü illərdə yenidən işlənmişdir. Mahnının müəllifləri Maykl Cekson və bəstəkar Pol Ankadır. "Love Never Felt So Good" amerikan Billboard Hot 100 çartında doqquzuncu yerədək yüksəldi və beləliklə Maykl Cekson 1971-ci ildən başlayaraq ard-arda beş onillik ərzində çartların ilk onluğuna daxil olan yeganə çart kimi tarixə düşdü.
Never Give Up on You
Never Give Up on You (azərb. Səndən əsla imtina etmərəm‎) — Böyük Britaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Lusi Cons "Never Give Up on You" mahnısı ilə Böyük Britaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı 2013 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olan Emmili de Forest tərəfindən bəstələnmişdir.
Never Say No to Panda
Never Say No to Panda (azərb. Pandaya heç vaxt yox deməyin‎) - "Panda Cheese" adlı pendir markasının istehsalçısı olan Arab Diary üçün "Advance Marketing" adlı şirkət tərəfindən hazırlanan və ilk dəfə 2010-cu ildə Misir televiziyalarında yayımlanan reklam seriyası. Hər bir reklam ona təklif olunan "Panda Cheese" markalı pendiri rədd edən şəxsin yer aldığı hissə ilə başlayır. Dərhal sonra arxa planda çalan, Baddi Holliyə məxsus olan "True love ways" mahnısının sədaları altında nəhəng bir panda peyda olur. Pendiri rədd edən şəxsə bir neçə saniyə baxan panda, sonra ətrafına zərər vurmağa başlayır. Yenidən gözlərini pendiri rədd edən şəxsə dikdikdən sonra məhsulun qısa reklamı gedir və "Never Say No to Panda" (pandaya heç vaxt yox deməyin) yazısı ilə birlikdə reklam bitir. Televiziyalarda yayımlanmasının ardından reklamlar internet mühitində olduqca populyar oldu. Bu günə qədər beş fərqli reklam yayımlandı. Ofisdə baş tutan ilk reklamda işçilərdən birinin düzəltdiyi pendirli sandviçi rədd edən işçinin masasını dağıdan panda, sonra kompüter klaviaturasını qırır. İkinci reklam xəstəxanada baş tutur.