Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nizvа
Nizva (ərəb.-نزوی) — Omanda şəhər, Daxiliyyə regionun inzibatimərkəzi. Plkənin qədim şəhərlərindən biridir. Paytaxtı Maskatdan 165 km aralıda yerləşir. 2003-cü ildə burada 68,785 sakin siyahıya alınmış, 2008-ci ildə əhalinin sayı artıq 85 minə çatmışdı. Mühüm ticarət və turistik mərkəzidir. Burada universitet, texniki kollec, Polis Akademiyası yerləşir.
Nicole Aniston
Nikol Eniston (ing. Nicole Aniston; 9 sentyabr 1987, San-Dieqo, Kaliforniya) — alman və yunan əsilli ABŞ pornoaktrisası. Nikol Eniston 9 sentyabr 1987-ci ildə Kaliforniyada doğulub. 2009-cu ildə pornoqrafiya sektoruna qoşulmuş və o vaxtdan bəri 700-dən çox filmdə rol almışdır. 2012-ci ilin avqust ayında "Penthouse Pet of the Month" və 2013-cü ildə "the 2013 Penthouse Pet of the Year" mükafatının qalibi olmuşdur.
Nicole Scherzinger
Nikol Praskovya Elikolani Şerzinger (ing. Nicole Prascovia Elikolani Valiente Scherzinger; 29 iyun 1978, Honolulu) — ABŞ müğənnisi və aktrisası. Nikol Pussycat Dolls qrupunun baş vokalistidir.
Nikole Oliva
Nikole Rautemberq
Nikole Turuani
Nikole Turuani (1997 və ya 5 iyul 1997) — İsveçrəli bədii gimnastdır. İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etmişdir. Nikole Turuani 1997-ci ildə anadan olmuşdur. Nikole Turuani 2015-ci ildə İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etdi. 2013, 2014, 2015-ci illərdə Dünya Çempionatında iştirak etmişdir.
Ninəvə mühafazası
Ninəvə mühafəzəsi (ərəbcə: محافظة نينوى) – İraq Respublikasının 18 mühafəzəsindən biridir. Neynəvə mühafəzəsinin ərazisi 37,323 km²-dir. Neynəvə mühafəzəsinin inzibati mərkəzi Mosul şəhəridir. Mosul şəhərindən sonra mühafəzədə ikinci ən böyük şəhər Təlafər şəhəridir. Milli tərkibinə əsasən Neynəvə mühafəzasının əhalisi əsasən ərəblərdən, türkmanlardan, assuriyalılardan və kürdlərdən ibarətdir. Neynəvə mühafəzəsi inzibati cəhətdən 10 qəzaya və 31 nahiyyəyə bölünür.
Yukari Mizobe
Yukari Mizobe (27 dekabr 1979) — Yaponiyanı təmsil edən bədii gimnast. Yukari Mizobe Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Nitobe İnazo
Nitobe İnazo (新渡戸 稲造, 1 sentyabr 1862, Morioka – 15 oktyabr 1933, Viktoriya) – Yaponiya pedaqoqu, müəllifi, dövlət qulluqçusu. 1899-cu ildə nəşr olunmuş "Buşido: Yaponiyanın ruhu" əsərininin müəllifi olmuşdur. Filadelfiyalı kvaker Meri Elkinton ilə evli olmuşdur. Nitobe İnazo 1862-ci ildə Yaponiyanın Morioka şəhərində doğulmuşdur. 9 yaşında ingilis dilini öyrənməyə başlamışdır. İngilis dilini yaxşı öyrəndiyi üçün 1877-ci ildə ingilis dilində tədris verən Sapporo Kənd Təsərrüfatı Kollecinə qəbul olunmuşdur. Burada kənd təsərrüfatı iqtisadiyyatını öyrənmiş, Merriman Kolbert Harrisin təsiri altında dostu Uçimura Kanzo ilə xristianlığa keçirmişdir. 1883-cü ildə ingilis ədəbiyyatı, maliyyə və statistika üzrə təhsil almaq üçün Tokio Universitetinə daxil olmuşdur. 1884-cü ildə ABŞ-ni ziyarət etmişdir. Bundan sonra 9 dəfə Şimali Amerikaya, 5 dəfə Avropaya, 2 dəfə Çinə və 1 dəfə Cənub-Şərqi Asiyaya səyahət etmişdir.
Nizə
Nizə, mizraq və ya cida — qədim atıcı, deşici və kəsici soyuq silah. Müxtəlif uzunluqda olur. Qısa və yüngül nizələr məsafədən atmaq, nisbətən ağır və uzun nizələr yaxın döyüş üçün istifadə olunurdu. Nizədən həm piyada, həm də at belində yararlanırdılar.
Müqəddəs Nizə
Müqəddəs Nizə, Longinus Nizəsi (Müqəddəs Longinusun adına görə) və ya Taleyin Nizəsi kimi də tanınan bu nizə, əfsanəyə görə İsa çarmıxa çəkildiyi zaman çarmıxdan asılmış olduğu halda bədənini deşmiş nizədir . İncildə deyilir ki, romalılar İsanın ayaqlarını sındırmağı planlaşdırırdılar, bu, çarmıxa çəkilmə zamanı ölümü sürətləndirmək üsulu olan crurifragium adlanan bir təcrübə idi. Şənbə günü ərəfəsi olduğu üçün (cümə günü gün batımından şənbə günü batana qədər) İsanın davamçıları Şənbə qanunlarına görə onu "qəbrə basdırmalı" idilər. Onlar bunu etməzdən əvvəl İsanın artıq öldüyünü və onun ayaqlarını sındırmaq üçün heç bir səbəb olmadığının fərqinə vardılar. Onun öldüyünə əmin olmaq üçün Roma əsgərlərindən biri nizə ilə onun böyrünü deşdi və dərhal qan və su çıxdı.
Nove Zamki
Nove Zamki (slovak. Nové Zámky, alm. Neuhäusel‎, mac. Érsekújvár, türk. Uyvar) — Slovakiyanın cənub-qərbində, Nitra çayının sahilində yerləşir. Əhalisi 42 min nəfərə yaxındır. Nove Zamki 1573—1581-ci illər arasında, Osmanlı İmperiyasına qarşı inşa edilmişdi və o zamanki Avropanın ən müasir qəsri hesab edilirdi.Tədricən qəsr ətrafında şəhər inkişaf etməyə başladı. Osmanlı İmeriyası qəsrə 10 dəfə hücum etmişdi, lakin qələbə qazana bilməmişdi. Yalnız 1663-cü ildə türklər qəsri ələ keçirə bilmişdilər. Bunun səbəbi də qəsr kommendantı Adam Forqahın türk qoşunlarının gücünü hesablamaması səhvi nəticəsində baş vermişdi.
Sen-Nizye-dyu-Muşrot
Sen-Nizye-dyu-Muşrot (fr. Saint-Nizier-du-Moucherotte) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Villar-de-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38433. Kommunanın 2007-ci il üçün əhalisi 987 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 863 ilə 1897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 8 km qərbdə yerləşir.
Sen-Nizye-dü-Muşrot
Sen-Nizye-dyu-Muşrot (fr. Saint-Nizier-du-Moucherotte) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Villar-de-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38433. Kommunanın 2007-ci il üçün əhalisi 987 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 863 ilə 1897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 8 km qərbdə yerləşir.
Sen-Nizye-le-Buşu
Sen-Nizye-le-Buşu (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Nizye-le-Dezer
Talisyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Kisutske Nove Mesto
Kisutske Nove Mesto (slovak. Kysucké Nové Mesto, alm. Kischützneustadt/Oberneustad‎, mac. Kiszucaújhely) — Slovakiyanın şimali-şərqində şəhər. Əhalisi 16 min nəfərdir. Şəhər Kisutsa çayının sahilində və Kisutse Beskid dağlarının yamaclarında yerləşir. == Tarix == Kisutske Nove Mesto ilk dəfə olaraq IV Belanın 1244-cü il məktubunda Yesenin adı ilə qeyd olunur. Kral bu əraziləri Monqol-tatar istilasından xilas etdiyi üçün zadəgan nəslindən olan Buqomirə hədiyyə verir. Kisutske azad şəhər hüquqlarını 1325-ci ildə əldə edir. XIX əsrə qədər Kisutske əkinçilik və sənətkarlıqla məşğul olan kiçik bir qəsəbə idi.
Alovlanan nizə əməliyyatı
"Alovlanan nizə" əməliyyatı (ing. Flaming Dart) — Vyetnam müharibəsi zamanı, 1965-ci ilin fevralında Cənubi Vyetnamda ABŞ hərbi personalına qarşı CVMAC partizanlarının hərəkətlərinə cavab olaraq ABŞ-nin hava əməliyyatı. == Əməliyyat == Əməliyyat iki mərhələdə həyata keçirilib: "Alovlanan nizə I" — 7–8 fevral tarixlərində keçirilən hücumlara cavab olaraq Kemp-Hollovey vertolyot bazasına və Cənubi Vyetnam II Korpusunun Pleykuda yerləşən qərargahına edilən hücumlar ilə eyni gecədə həyata keçirilmişdir. Zərbə ABŞ Hərbi Dəniz Qüvvələri və Cənubi Vyetnam Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr tərəfindən həyata keçirilmişdir. "Alovlanan nizə II" — 11 fevralda amerikalı hərbi məsləhətçilərin yaşadığı Kuinyon şəhərindəki otelin bombalanmasına cavab olaraq keçirilmişdir. İki reyd zamanı Amerika və Cənubi Vyetnam təyyarələri Cənubi Vyetnama göndərilmədən əvvəl Şimali Vyetnam ordusunun əsgərlərinin təlimi ilə əlaqəli Şimali Vyetnamın cənubunda (Vyetnam silahsızlaşdırılmış zonasının şimalında) yerləşən hərbi obyektlərə hücum edilmişdir. == Məna == "Alovlanan nizə" əməliyyatı ABŞ təyyarələrinin müharibə başlayandan bəri Şimali Vyetnamı ikinci dəfə bombardman etməsi idi. 1964-cü ilin avqustunda "Deşici ox" əməliyyatı zamanı yalnız bir hava hücumu edilmişdi.
Kəndim+nizə qayıdın!?
== Məzmun == Filmdə hadisələr can üstdə olan Ziyadxan kişinin (Rauf Şahsuvarov) öz övladlarını başına yığması ilə başlayır. İllərlə atalarına baş çəkməyən, xüsusən də analarının ölümündən sonra ataları ilə maraqlanmayan övladların fərsizliyi, naxələfliyi ifşa edilir. Filmdə ən acınacaqlı hal ölüm ayağında olan Ziyadxan kişinin adicə kəlimeyi-şəhadətini də bilməməsidir. Lakin ingilis Maykl (Elman Rəfiyev) həm türkcə təmiz danışır, həm də müsəlmanın kəlimeyi-şəhadətini yaxşı bilir. Bu isə əcnəbilərin bizi özümüzdən daha yaxşı tanıdığına ünvanlanan uğurlu ştrixdir. Onun elə azəri qızı Məryəmlə (Aynur Dadaşova) evlənmək istəyi və Ziyadxan kişini Gülnisə arvadla (Brilliant Babayeva) evləndirməsi də əslində bir sıra beynəlxalq siyasi atmacalardan xəbər verir. Elə milli-mənəvi problemləri ortaya qoyan nüanslar da bu filmdə az deyil. Cəbhəyə getməkdən qorxub, illərdir öz evinin çardağında gizlənən Nuruşun (Azər Axşam) tez-tez bəlağətlə "Təki Vətən sağ olsun!" deməsi, II Dünya Müharibəsinin iştirakçısı Gopçu Musanın (Elnur Hüseynov) Qarabağın müdafiəsi uğrunda döyüşlərdən basıb-bağlaması çox incə mətləbləri açıq ifadə edir.
Nove Mesto nad Vahom
Nove Mesto nad Vahom (slovak. Nové Mesto nad Váhom, alm. Neustadt an der Waag / Neustadt‎, mac. Vágújhely) — Slovakiyanın qərbində şəhər. Vah çayının sahilində yerləşir. Əhalisi 21 min nəfərə yaxındır. Nove Mesto nad Vahom Pieştyanıdan 20 km şimalda yerləşir.
Kəndim+nizə qayıdın!? (film, 2007)
== Məzmun == Filmdə hadisələr can üstdə olan Ziyadxan kişinin (Rauf Şahsuvarov) öz övladlarını başına yığması ilə başlayır. İllərlə atalarına baş çəkməyən, xüsusən də analarının ölümündən sonra ataları ilə maraqlanmayan övladların fərsizliyi, naxələfliyi ifşa edilir. Filmdə ən acınacaqlı hal ölüm ayağında olan Ziyadxan kişinin adicə kəlimeyi-şəhadətini də bilməməsidir. Lakin ingilis Maykl (Elman Rəfiyev) həm türkcə təmiz danışır, həm də müsəlmanın kəlimeyi-şəhadətini yaxşı bilir. Bu isə əcnəbilərin bizi özümüzdən daha yaxşı tanıdığına ünvanlanan uğurlu ştrixdir. Onun elə azəri qızı Məryəmlə (Aynur Dadaşova) evlənmək istəyi və Ziyadxan kişini Gülnisə arvadla (Brilliant Babayeva) evləndirməsi də əslində bir sıra beynəlxalq siyasi atmacalardan xəbər verir. Elə milli-mənəvi problemləri ortaya qoyan nüanslar da bu filmdə az deyil. Cəbhəyə getməkdən qorxub, illərdir öz evinin çardağında gizlənən Nuruşun (Azər Axşam) tez-tez bəlağətlə "Təki Vətən sağ olsun!" deməsi, II Dünya Müharibəsinin iştirakçısı Gopçu Musanın (Elnur Hüseynov) Qarabağın müdafiəsi uğrunda döyüşlərdən basıb-bağlaması çox incə mətləbləri açıq ifadə edir.
Üç milyon bambuk nizə nəzəriyyəsi
Üç milyon bambuk nizə nəzəriyyəsi (竹槍三百万本論, Takeyari sanbyakuman bonron) – Yaponiya imperator ordusunun generalı Sadao Araki tərəfindən irəli sürülmüş iddia. Bu nəzəriyyəyə görə Yaponiya özünü 3 milyon bambuk nizə ilə müdafiə edə bilər. == Haqqında == Sadao Araki "Bambuk nizə generalı" kimi tanınmış, tez-tez bambuk nizələr haqqında fikirlər bildirmişdir. Bu mövzu haqqında ən məşhur fikrini 1933-cü ilin oktyabrında ordu naziri olduğu dövrdə bir qrup xarici jurnalistə verdiyi bir müsahibədə səsləndirmişdir: "Əgər bizim üç milyon bambukumuz olsaydı, böyük güclərdən qorxmaq üçün heç bir səbəbimiz qalmazdı". === Arakinin bambuk nizə fikirləri === Araki 7 mart 1933-cü ildə Britaniyanın Yaponiyadakı səfirliyində Corc Bernard Şou ilə müasir silahlar haqqında müzakirə apararkən bambuk nizələrin adını çəkmişdir: Araki 22 oktyabr 1933-cü ildə Fukui prefekturasında keçirilmiş bir hərbi təlimdən sonra bambuk nizələr haqqında fikir bildirmişdir: 13 may 1935-ci ildə Araki jurnalist Tanzan İşibaşi ilə öz evində baş tutmuş görüş zamanı bu fikirləri bildirmişdir: == İkinci Dünya müharibəsində bambuk nizələr == İkinci Dünya müharibəsi illərində bambuk nizələr Yaponiya ordusu tərəfindən "standart silah" kimi istifadə olunmuş, ABŞ əsgərlərini bambuk nizə ilə öldürməyi göstərən nəşrlər buraxılmışdır.