UBEYD

balaca qul, kiçik kölə, bəndə; tabe olmayan; adam, insan («Əbd» sözündəndir).
TÜRYAN
UBEYDA
OBASTAN VİKİ
Əl-Ubeyd (şəhər)
Əl-Ubeyd ( ərəb. الأبيض‎, ing. Al-Ubayyid) — Sudanda şəhər, Şimali Kordofan əyalətinin inzibati mərkəzi. Burada dəmiryol stansiyası var. Şose və karvan yolları qovşağı olan şəhərdə sabun istehsal olunur. Burada qummiarabik (yapışqan) ticarəti edilir. 2013-cü ilin hesablamalarına görə şəhərin əhalisi 418,280 nəfərdir. Əhalinin əksəriyyəti müsəlmandır, xristian azlıq var. Əsas etnik qruplar ərəblər, nubalar, becalar və nilotlardır. Şəhər həm də əsasən avropalılar və turistlərdən ibarət kiçik əcnəbi qruplara evdir.
Təlhə ibn Ubeydullah
Təlhə ibn Ubeydullah (ərəb. طلحة بن عبيدالله‎) (595, Məkkə – 656, Bəsrə) — səhabə. İslamın ilk səhabələrdəndir. Ömərin xilafət üçün təyin etdiyi altı namizəddən biridir. ” Məhəmmədin onun haqqında Cənnət müjdəsi verdiyi on nəfərdən biridir. İslamı ilk qəbul edənlərdəndir. Rəvayət edildiyinə görə ticarət üçün getdiyi Şamın Busra qəsəbəsində qarşılaşdığı bir rahibdən Məkkədən bir peyğəmbər çıxacağını eşitmişdir. Rahibin tərifindən o peyğəmbərin Məhəmməd olduğunu anlayar. Dərhal Məkkəyə geri qayıdan Təlhə Məhəmmədin peyğəmbərlik elan etdiyini eşitdiyində Əbu Bəkr vasitəsiylə Məhəmmədə beyət edərək müsəlman olmuşdur. Təlhə bin Ubeydullah müsəlman olduqdan sonra məkkəli paqanlar tərəfindan işgəncələrə məruz qalır.
Ubeydullah Əhrar
Nasirəddin Ubeydullah ibn Mahmud Şaşi Xacə Əhrar kimi tanınır (aprel 1404 və ya 1404, Turan və ya Daşkənd – 21 fevral 1490 və ya 1489, Səmərqənd) — Mavərənnəhrin böyük sufisi, Nəqşibəndiyyə şeyxi. Ubeydullah ibn Mahmud 1404-cü ildə Şaş vilayətinin Bağıstan kəndində doğulmuşdu. Nəqşibəndi ənənəsində Xacə-i Əhrar deyə tanınır. Uşaqlığında həm məktəbə davam etdi, həm də əkinçiliklə məşğul olan atasına yardımçı oldu. İyirmi iki yaşına gəldiyində dayısı Xacə İbrahim onu elm təhsili üçün Səmərqəndə gətirdü. Burada bir müddət Mövlanə Qütbəddin Sədr mədrəsəsinə davam etdiysə də təsəvvüfə duyduğu meyil səbəbiylə mədrəsə təhsilini başa çatdıra bilmədi. Bu dönəmdə tanış olduğu Nəqşibəndi şeyxi Sa‘dəddin-i Qaşqari ilə birlikdə Nizaməddin Xamuşun söhbətlərinə qatıldı. Səmərqənddə iki illik iqamətinin ilk ilində Mavəraünəhirin müxtəlif şəhərlərini dolaşıb, Nəqşibəndiyyə təriqətinin öndə gələn şeyxlərini ziyarət etdi. Ertəsi il Heratdan Səmərqəndə gələn və Şah Qasım Ənvar deyə məşhur olan Səfəvi şeyxi Seyyid Muinəddin Əli Təbrizinin söhbətlərindən faydalandı. Daha sonra Səmərqənddən ayrılıb Herata getdi.
Ümmü İshaq binti Təlhə ibn Ubeydullah
Ümmü İshaq binti Təlhə ibn Ubeydullah (ərəb. أم إسحاق بنت طَلحَة بن عُبَيد الله‎) — Təlhənin qızı və Həsən ibn Əlinin xanımlarından biri idi. Həsən ibn Əlinin vəfatından sonra o, Həsənin qardaşı Hüseyn ibn Əli ilə evləndi. Ümmü İshaq Təlhə ibn Ubeydullahın qızı idi. Onun Qureyşin ən gözəl qadınlarından olduğu bildirilir. Ümmü İshaq Həsən ibn Əlinin həyat yoldaşlarından idi. Həsən qətlə yetirildikdən sonra Hüseyn ibn Əli ilə evləndi. Hüseyn qətlə yetirildikdən sonra Abdullah ibn Məhəmməd ibn Əbdürrəhman ibn Əbubəkrlə evləndi. Deyilənə görə, Abdullahla bu evlilikdən əvvəl o, Təmmam ibn Abbas ibn Əbdülmüttəliblə evlənmişdi. Ümmü İshaqın Həsən ibn Əlidən üç övladı var idi: Hüseyn (əl-Ətram adı ilə tanınırdı), Təlhə ibn Həsən və Fatimə binti Həsən.