Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adıça
Adıça (rus. Адыча, saxa Адыаччы) — Rusiya Federasiyasına bağlı Saxa Respublikasında çay. == Xüsusiyyətləri == Yananın sağ qoludur. Uzunluğu 715 kilometr, hövzəsinin sahəsi 89,8 min kilometr2-dir. Çerski silsiləsinin qərb yamaclarından başlanır. Qar və yağış suları ilə qidalanır. Oktyabrdan maya qədər donmuş olur. == İstinadlar == == Əlavə ədəbiyyat == Adıça // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Nicat
Nicat — Azərbaycanda ad. Nicat Abasov — Nicat Qurbanov — Nicat Qocayev — Nicat Rəhimov Nicat Rəhimov (ağır atlet) Nicat Rəhimov (aktyor) Nicat Kazımov Nicat Kazımov (aktyor) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Nicat Kazımov (yazıçı) — Fransada yaşayan, azərbaycanlı yazıçı.
Adiyat Surəsi
100-cü surə
Böyük Oriyat
Böyük Oriyat — Neftçala rayonunun eyniadlı inzibati ərazi vahidində mövcud olmuş kənd. == Tarixi == Düzənlikdədir. 1933-cü ildə Böyük Oryad variantında qeydə alınmışdır. Keçmışdə Kurun sağ sahilində Köhnə Oriyat, sol sahilində isə Yeni Oriyat adlı iki kənd olmuşdur. Köhnə Oriyat sonralar Böyük Oriyat adı ilə əvəz olunmuşdur. Etnotoponimdir. Monqolların uryat tayfasının adındandır. Keçmiş Şəki və Quba xanlığında da Oriyat adlı yaşayış məntəqələri olmuşdur.. == Əhalisi == === Tanınmışları === İbrahim Nurlu (d.
Nicat Abasov
Nicat Azad oğlu Abasov (14 may 1995, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2010). 2020-ci ilin fevral ayında o, bütün zamanların ən yüksək reytinqi olan 2670-ə çatıb və Azərbaycanda 3-cü, dünyada isə 67-ci yerdə qərarlaşıb. 14 may 1995-ci ildə Bakıda anadan olub. 2009-cu ildə beynəlxalq usta, 2010-cu ildə qrosmeyster titulunu qazanıb. 2015-ci ildə Niderlandın Veyk-an-Zeya şəhərində "20th Cultural Village Chess Tournament" beynəlxalq şahmat turnirinin qalibi olub və 2016-dakı "Veyk-an-Zee turnirində" iştirak etmək hüququ qazanıb. Nicat Abasov şahmat turnirinin qalibi oldu (az.) Nijat Abasov. Chess-DB.com Arxivləşdirilib 2016-09-17 at the Wayback Machine (ing.) Nijat Abasov. 365chess.com (ing.) Nijat Abasov. fide.com (ing.) Nijat Abasov. chessgames.com (ing.) Nijat Abasov.
Nicat Abdullayev
Nicat Atayev
Nicat Baxşəliyev
Nicat Bəkirzadə
Nicat Bəkir oğlu Bəkirzadə (d. 29 aprel 1934) — quruluşçu rejissor, aktyor və ssenarist, əməkdar incəsənət xadimi. Nicat Bəkirzadə 1934-cü ildə Bakıda anadan olub. 1973-cü ildə ÜDKİ-nun rejissorluq fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında bir sıra bədii və sənədli filmlərin quruluşunu verib. Azərbaycanın əməkdər incəsənət xadimi fəxri adına layiq görülüb. Arxadan vurulan zərbə (film, 1977) Bakı. Portretə yeni ştrixlər (film, 1979) Başdan ayağa (film, 1973) Batmış şəhərin axtarışında (film, 1987) Bizi bağışlayın (film, 1979) Böyük İpək Yolunda (film, 1986) Ceyrançöl (film, 1974) Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973) Cəmşid Naxçıvanski (film, 1982) Çətirimiz buludlardır (film, 1976) Daş saat (film, 1975) Daşlar danışanda (film, 1976) Əla kəsici (film, 1975) Əlavə iz (film, 1981) Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) Geriyə baxmağa dəyər (film, 1985) Güman (film, 1989) Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989) Xəzər: İnsanlar və neft (film, 1983) İçəri şəhər (film, 1978) İş günündən sonra (film, 1983) Kamillik (film, 1979) Qəhrəman ana (film, 1990) Maqarıç (film, 1973) Mən Bakıda yaşayıram (film, 1986) Nə vaxta qədər?
Nicat Cəmiyyəti
Nicat Cəmiyyəti — Bakı qubernatorunun 1906-cı il avqustun 22-də təsdiq etdiyi nizamnamə əsasında fəaliyyətə başlamış xeyriyyə cəmiyyəti. Təşkilatın özü isə mart ayının 9-u yaradılmışdı. Bu ad təşkilata İmran Qasımov tərəfindən uyğun görülmüşdür. Cəmiyyətin nizamnaməsindən məlum olur ki, cəmiyyətin əsas məqsədi müsəlman əhali arasında maarifçilik işinin yayılması, ali, orta və ibtidai təhsil müsissələrində oxuyan müsəlmanlara yardım göstərilməsi, ana dili və ədəbiyyatın inkişafı idi. Bu məqsədlə cəmiyyət müxtəlif kitablar və dərsliklər nəşr edirdi. Cəmiyyətin kitabxanası və digər müsəlman quberniyalarında şöbələri fəaliyyət göstərirdi. 1913-cü ildə Nicat cəmiyyəti tərəfindən Mirzə Muxtarın səhnə fəaliyyətinin 40 illiyi münasibətilə yubiley gecəsi keçirilmiş, yubilyarın da iştirakı ilə Üzeyir Hacıbəyovun "Rüstəm və Söhrab", "Leyli və "Məcnun" operalarından səhnələr göstərilmişdir. Bakı, Gəncə, Şamaxı, Şəki, Quba, Lənkəran və s. yerlərdə açdığı bölmələri də yerlərdə maarifçilik fəaliyyətləri göstərən cəmiyyətin təşəbbüsü ilə 1906–1910-cu illərdə Gəncədə Mədrəseyi-ruhani, Şamaxıda Üxüvvət, Ağdaşda Darülfənn, Şəkidə Həqiqətüs-Sibyan, Lənkəranda Behcət adlı məktəblər açılmışdı. Cəmiyyət müsəlmanlar arasında savadsızlığın ləğvi məqsədilə böyüklər üçün axşam kursları təşkil edir və onların fəaliyyətini maliyyələşdirirdi.
Nicat Dadaşov
Nicat Sahib oğlu Dadaşov (30 noyabr 1989, Bakı) – ssenarist, yazıçı. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. "Xənnas", Nazik Mətləb", "Xəzərin üzərində yelləncək" filmlərinin, "Ögey ana", "Könül yarası", "Məryəm", "Sarı gəlin" televiziya seriallarının müəllifidir. "Rusiyanın görkəmli azərbaycanlıları" beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsinin laureatıdır. Nicat Dadaşov 30 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra, 2007–2011-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. İkinci təhsil olaraq Rüstəm İbrahimbəyovun Kino məktəbində - Dramaturgiya fakultəsini bitirib. Nicat Dadaşov "Xənnas" (2017), "İki yad adam" (2017), "Sükut" (2018), "Nazik Mətləb" (2021), "Hasar" (2022) filmlərinin, "İkinci bahar" (2014), "Məryəm" (2016),"Ögey ana" (2017), "Sarı gəlin" (2017), "Könül yarası" (2018) seriallarının ssenari müəllifidir. N. Dadaşovun 2018-ci ildə Mir Cəlal Paşayevin "Kəmtərovlar ailəsi" hekayəsinin motivləri əsasında yazdığı "İki yad adam" filmi Pekində "Grand Asian" film festivalında "Ən yaxşı sosial film" mükafatına layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqı A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə həyata keçirtdiyi "Rusiyanın görkəmli azərbaycanlıları" beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsində laureatlar siyahısında olub.
Nicat Feyzullayev
Nicat Lətif oğlu Feyzullayev — Azərbaycan kinorejissoru və ssenari müəllifi. Nicat Feyzullayev 1 noyabr 1945-ci ildə Bakıda görkəmli rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alır. 1970-ci illərdən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Bir neçə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifidir. 4 may 2015-ci ildə vəfat etmişdir.
Nicat Hacıyev
Nicat Hüseynov
Nicat Həsənquliyev
Nicat Kazımov
Nicat Mirəziz oğlu Kazımov (17 iyun 1972, Dəvəçi) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2013). Nicat Kazımov 17 iyun 1972-ci ildə Şabranda anadan olmuşdur. Orta təhsilini Ceyranbatanda yerləşən səkkizillik məktəbdə (1979-cu ildən), 3-cü sinifdən isə Sumqayıt şəhər H. Z. Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli orta məktəbdə almışdır. Azərbaycan Dövlət İncəsənət İnstitutunda Əlabbas Qədirovun kursunu və Norveçin Psixologiya Universitetinin Bakı filialını bitirmişdir. Film, serial, reklam və kliplərdə çəkilmiş, televiziya verilişlərində aparıcılıq etmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. 1991-ci ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir. 2023-cü ildə haqqında "Yaşanan yarım əsr" sənədli filmi çəkilib. Ailəlidir. Mirsənan (1998) və Mirismayıl (2002) adlı iki oğlu var. 25 iyun 2013-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
Nicat Lətifoğlu
Nicat Lətif oğlu Feyzullayev — Azərbaycan kinorejissoru və ssenari müəllifi. Nicat Feyzullayev 1 noyabr 1945-ci ildə Bakıda görkəmli rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alır. 1970-ci illərdən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Bir neçə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifidir. 4 may 2015-ci ildə vəfat etmişdir.
Nicat Mehbalıyev
Nicat Lətif oğlu Mehbalıyev (11 sentyabr 2000, Azərbaycan) – Azərbaycan Premyer Liqasında çıxış edən Sabahın qapıçısı. Sabahda ilk matçına 17 aprel 2021-ci ildə keçirilən Keşlə-Sabah matçında çıxıb. Matç 0–0 hesablı heç-heçə ilə başa çatıb. Qəbələdə ilk matçına 15 avqust 2021-ci ildə keçirilən Neftçi-Qəbələ matçında çıxıb. Matç 2–2 hesablı bərabərliklə başa çatıb.
Nicat Məlikov
Nicat Məlikov (d. 14 avqust, 1979 – ö. 23 yanvar, 2018, Bakı, Azərbaycan) — Azərbaycan jurnalisti. Nicat Məlikov jurnalist fəaliyyətinə "Zerkalo" qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb. O, "Vesti. Az", "Exo" və CBC.az kimi nəşrlərdə müxbir kimi fəaliyyət göstərib. 2018-ci il yanvarın 23-də Nicat Məlikov dükana gedərkən qəfil özünü pis hiss edib və yerindəcə ürək tutmasından keçinib. Ailəli idi, üç övlad atası idi.
Nicat Məmmədli
Nicat Məmmədov
Nicat Məmmədov (azərb. Nicat Məmmədov‎; 2 aprel 1985, Naxçıvan) — Azərbaycanlı şahmatçı, qrosmeyster (2006). 2 aprel 1985-ci ildə Naxçıvanda anadan olub.
Nicat Mənəfov
Nicat Nəbiyev
Nicat Nəsibov
Nicat Orucov