Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oglifa
Filago (lat. Filago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Lifa
Suquha Kiriqaya (桐ヶ谷 直葉, Kirigaya Suguha) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının personajlarından biri. Əsasən ranobe dünyasındakı ALfheim Online oyununda istifadə etdiyi Lifa (リーファ, Rīfa) oyunçu adı ilə tanınır. Lifa seriyanın protaqonisti Kiritonun xalaqızısı və ögey bacısıdır. Hekayənin birinci arkında Kirito Sword Art Online oyununda tələyə düşdükdən sonra Lifa qardaşının düşdüyü dünyanı daha yaxşı dərk etmək üçün ALfheim Online oyununu oynamağa başlayır. Anası Lifaya Kiritonun əslində onun bioloji qardaşı olmadığını açıqladıqdan sonra Lifa ona qarşı romantik hislər bəsləməyə başlayır, lakin Kiritonun Asunaya vurulduğunu öyrənib kədərlənir. Personaj tənqidçilərin müsbət rəylərini almış, təsviri və cazibədarlığı təriflənmişdir. == Hekayə == Suquha və ya qısaca Suqu real həyatda Kazutonun "bacı"sıdır; əslində onun xalaqızısıdır. Belə ki, Kazutonun anası bacısının qızını kiçik yaşda ikən övladlığa götürmüş, onu Kazutonun bacısı kimi böyütmüşdür. Nə Kazuto, nə də Suquha yaxın vaxta qədər bundan xəbər tutmamışdırlar. Suquha çalışqan qızdır, həyatındakı tənhalıqdan qurtulmaq üçün 8 ildir ki, kendo ilə məşğul olur.
Eucalyptus olida
Eucalyptus olida (lat. Eucalyptus olida) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Nectandra olida
Nectandra olida (lat. Nectandra olida) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Nikole Oliva
Breyv Lifa
Breyv Lifa (5 sentyabr 1995) — Malavili üzgüçü. Breyv Lifa Malavini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Breyv Lifa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 28.54 saniyəlik nəticəsi ilə 83-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Olia Tira
Olya Tira - moldovalı müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində SunStroke Project musiqi qrupu ilə birlikdə Moldovanı "Run Away" mahnısı ilə təmsil edib.
Oliva donanma müharibəsi
Oliva donanma müharibəsi — Polşa-İsveç müharibəsi zamanı 28 noyabr 1627-ci ildə Oliva kəndinin yaxınlığında Qdansk limanının şimalında baş vermişdi. Bu Polşa kral donanmasının ən böyük dəniz döyüşü idi və kiçik İsveç donanmasının məğlubiyyəti ilə nəticələndi.
Aliya
Aliya (termin)
Blida
Blida vilayəti — Blida vilayətinin ərazisi 1 575 Km2-dır. Blida vilayətinə 10 rayon daxilidir. Blida (şəhər) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
ELIZA
ELIZA – 1964-1966-cı illərdə Massaçusets Texnologiya İnstitutunda (MIT) Cozef Veyzenbaum (Joseph Weizenbaum) tərəfindən yazılmış məşhur kompüter proqramı. Aktiv dinləmə texnikası əsasında işləyən proqram psixoterapevt ilə dialoqu təqlid (parodiya) edirdi. Proqram Bernard Şou’nun “Piqmalion” pyesinin qəhrəmanı Eliza Dulitl’ın şərəfinə adlandırılıb (pyesin qəhrəmanına “ali sinif insanların” dilində danışmaq öyrədilirdi). Proqram çox zaman, sadəcə, istifadəçinin fikirlərini başqa şəkildə ifadə edirdi. Məsələn, “Mənim başım ağrıyır” – “Niyə deyirsiniz ki, başınız ağrıyır?”, yaxud “Atamın məndən xoşu gəlmir” cümləsinə Eliza “ata” sözünü əsas götürərək, “Ailənizdə daha kimin sizdən xoşu gəlmir?” kimi reaksiya verirdi.
Elita
Elitar(lat. electus - "seçilmişlər") — cəmiyyətin yüksək ixtisaslı şəxsləri və ya hakim dairələrdə təsirə malik sosial qruplar. Çox vaxt bu anlayış müəyyən şəxslər qrupuna da aid edilir. Xüsusi fәrdi vә peşәkar keyfiyyәtlәrә malik şәxslәr qrupu. Bu keyfiyyәtlәr hәmin şәxslәri Elita-ya, yaxud bu vә ya digәr ictimai hәyat sferasının (elm, incәsәnәt vә s.), sosial hәrәkatların vә partiyaların seçmә tәbәqәsinә çevirir. Qәrb sosiologiyasında müxtәlif elita nәzәriyyәlәri mövcuddur. Hәmin nәzәriyyәlәrdә Elita vә xalq kütlәsi qarşı-qarşıya qoyulur; müәyyәn ictimai dövrün bitmәsi ilә Elitanın dәyişmәsi fikri irәli sürülür vә sübut edilir (V.Pareto, R.Mişels vә b.); hakimiyyәtdә olan Elitanın tәbiәti vә mahiyyәtinin sırf sosioloji izahı bәzi istisnalarla inkar edilir (Ç.R.Mills); Elita bәzәn ictimai rol bölgüsü, bәzәn dә mәşhur şәxslәrin, xarizmatik liderlәrin tәbii genetik xüsusiyyәtlәri ilә әlaqәlәndirilir. Bәzi Elita versiyaları Elitanın siyasi hakimiyyәtdә olduğu kimi, istehsalatda da inkarolunmazlığı fikrini dәstәklәyir. Belә ki, müәssisәlәrin texnoloji tәlәblәri vә tәşkilati şәrtlәri rәhbәr işçilәrin xüsusi tәbәqәsinin mövcudluğunu zәruri edir. "Elita" sözü ilk dəfə olaraq XVII əsrdə yüksək dəyərli və keyfiyyətli məhsulları, ilk növbədə parça üçün işlədilmişdir.
Molina
Bakxaris (lat. Baccharis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Baccharis acaulis (Wedd. ex R.E.Fr.) Cabrera Baccharis acutata (Alain) Borhidi Baccharis alamosana S.F.Blake Baccharis alaternoides Kunth Baccharis albida Hook. & Arn. Baccharis × alboffii F.H.Hellw. Baccharis albolanosa A.S.Oliveira & Deble Baccharis aliens Rusby Baccharis alleluia A.S.Oliveira & Deble Baccharis alnifolia Meyen & Walp. ex Meyen & Walp. Baccharis alpestris Gardner Baccharis alpina Kunth Baccharis altimontana G.Heiden & al. Baccharis amambayensis Zardini & Soria Baccharis angusticeps Dusén ex Malme Baccharis angustifolia Michx.
Olbiya
Olbiya (it. Olbia) — Sardiniyada şəhər.
Olimp
Olimp (dağ) — Yunanıstanda dağ. Olimp (Mars) — Marsda dağ. Olimp-2 — Rusiyada stadion. Olimp tanrıları — Yunan mifologiyasındakı tanrılar.
Qoliya
Qoliya (serb-kiril. Голија) ― Serbiyanın cənub-qərbində, İvanitsa və Novi-Pazar şəhərləri arasında yerləşən dağ. Qoliya Dinar dağ silsiləsinin bir hissəsidir. Dağ əhəmiyyətli biomüxtəlifliyə malik meşələr ilə örtülmüşdür. Dağda Serbiyada ilk UNESCO- MAB qeydiyyatından keçmiş biosfer qoruğu olan Qoliya-Studenitsa biosfer qoruğu yerləşir. Ərazi həm də bir neçə tarixi abidə və monastıra sahib kiçik xizək kurortudur. Dağın ən yüksək zirvəsi 1 833 metr hündürlüyündəki Jankov kamendir. Qoliya cənubda Novi-Pazar və Raşka, şimalda isə İvanitsa olmaqla şimal-cənub istiqamətində S şəklində uzanır. Dağ təxminən 750 km² ərazini əhatə edir. Dağın zirvələrindən Qoliyanın meşələri və otlaqları, eləcə də yaxınlıqdakı Kopaonik, Komovi və Prokletie dağlarının zirvələri görünür.
Əlifba
Əlifba (ərəb. أبجدي‎) — İnsan danışığındakı hər bir səsin qrafik xətlə qeydləri sistemi. Hərflərin müəyyən qayda ilə düzülüşü əlifba adlanır. Əlifba sözü ərəb dilindən alınmadır. Ərəb dili əlifbasının birinci iki hərfinin adları əsasında düzəlmişdir: əlif+ba. Yunanlarda əlifba anlamında alfavita işlənmişdir. Bu da yunan əlifbasının birinci iki hərfinin adının birləşməsidir: alfa+vita. Sonralar vita hərfinin adı dəyişərək beta olmuşdur və buradan da alfabeta (alfa+beta) termini meydana gəlmişdir. Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbadan istifadə olunur. Dünya əlifbalarının, eləcə də keçmişdə istifadə olunmuş və hazırda elmə məlum olan əlifbaların hamısının protosemit vahid yazı sistemindən nəşət tapması elmdə təsdiqini tapmışdır.
Limfa
Limfa (lat. "su") limfa sistemi vasitəsilə axan maye. Limfa damarlarından (kanallardan) və ara limfa düyünlərindən ibarət olan bu sistemin funksiyası venoz sistem kimi təkrar emal ediləcək toxumalardan mayeni qaytarmaqdır. Mayenin qaytarılması prosesinin başlanğıcında interstisial maye bədənin bütün toxumalarında hüceyrələr arasında olan maye limfa kapilyarlarına daxil olur. Bu limfa mayesi daha sonra limfa düyünləri vasitəsilə tədricən genişlənmiş limfa damarları vasitəsilə paylanır, burada maddələr toxuma limfositləri tərəfindən çıxarılır və dövran edən limfositlər sonda sağ və ya sol körpücükaltı venaya boşalmadan əvvəl mayeyə əlavə edilir və burada mərkəzi venoz qanla qarışır. == Tərkibi == Limfa qan və ətrafdakı hüceyrələrin daim maddələr mübadiləsi apardığı interstisial mayedən əmələ gəldiyi üçün limfanın tərkibi daim dəyişir. Ümumiyyətlə qanın maye komponenti olan qan plazmasına bənzəyir. Limfa zülalları və artıq interstisial mayeni qana qaytarır. Limfa həmçinin həzm sistemindən (süd vəzilərindən başlayaraq) yağları xilomikronlar vasitəsilə qana daşıyır. Bakteriyalar limfa kanallarına daxil ola bilər və bakteriyaların məhv edildiyi limfa düyünlərinə nəql edilə bilər.
Alina
Alina — qadın adı. Alina Zahitova — rusiyalı fiqurçu. Alina Şapoçnikov — Polşa heykəltaraşı və yəhudi mənşəli qrafikçi. Alina Trepina — Azərbaycanı təmsil edən bədii gimnast. Alina Tumiloviç — Belarusu təmsil edən bədii gimnast. Alina Makarenko — Rusiyanı təmsil edən bədii gimnast. Alina Gözəlova — Azərbaycanı təsmil edən bədii gimnast. Alina Abdullayeva — Azərbaycan rejissoru. Alina Puqaç — İsraili təmsil edən qadın badmintonçu. Alina Kabayeva — Rusiyanın əməkdar idman ustası Alina Orlova — Litvalı müğənni.
Oriba
Anemonoides (lat. Anemonoides) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Aiolon Lunell Nemorosa Ruppius ex Nieuwl. Anemonanthea Gray Arsenjevia Starod. Oriba Adans. Tamuria Starod.
Knifa
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Olbia
Əməköməci (lat. Malva) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Çiçəkləri bənövşəyidir, yarpaq qoltuğundan çıxır, salxım, bəzən də, tək-tək yerləşir. Yarpaqları dilimlidir. Meyvəsi qutucuqdur. Latınca adı: Malva. Əməköməci cinsinin Azərbaycanda 10 növü bitir, onlar əkin sahələrində, tarlalarda, bağlarda, meşə və yol kənarlarında, münbit torpaqlarda yabanı halda tapılmışdır. Gövdə və yarpaqları bişmiş və çiy halda yeyilir. Göyərti kimi xörəklərə qatılır, yaxşı bal verən bitkidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Alisa
Alisa — ad. Alisa Xalıyeva — Azərbaycanı təmsil edən üzgüçü. Alisa Paqani — İtaliya aktrisası, fotomodeli və yazıçısı.
Elida
Elida (q.yun. Ἦλις və ya Ηλεία, lat. Elis) — Yunanıstanda, Peloponnesin şimal-qərbində tarixi vilayət. Arxaik və klassik dövrlərdə ərazi Elida polisinin nəzarəti altında idi. Qədim dövrdə Elida ərazisində Olimpiya Oyunlarının keçirildiyi ümumyunan Olimpiya ziyarətgahı var idi. Makedoniya və Roma dövründə Elida Peloponnesin şimal-qərb hissəsini əhatə edirdi. Cənubdan Neda çayı boyunca Messeniya ilə, şərqdə Erimantos çayı boyunca Arkadiya ilə, şimalda Laris çayı və Skillida silsiləsi boyunca Axeyya ilə və qərbdə İoni dənizi ilə həmsərhəd idi.
Olisia
Poruq (lat. Stachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin Yer kürəsinin mülayim iqlim qurşaqlarında və subtropik vilayətlərdə bitən 300 növə yaxın, Azərbaycanda isə 23 növ birillik və çoxillik bitkiləri məlumdur. Onlardan təxminən 15 növündən, o cümlədən aşağıdakı növdən yaşıllaşdırmada istifadə edilir: Yunlu poruq (S. lanata) azyarpaqlı gövdələri 60 sm hündürlüyə çatan kökümsovlu, çoxillik bitkidir. Gülləri yalançı çiçək köbəsindən ibarət sünbülşəkilli çiçək qrupunda yığılmışdır. İkidodaqlı çiçək tacı çəhrayı ya da çahrayımtıl-bənövşəyi rənglidir. Bu bitkinin vətəni Rusiyanın cənub rayonları, Zaqafqaziya Türkiyənin qərb vilayətləri və İranın şimalıdır. Yunlu poruq 1782-ci ildən gülçülükdə geniş istifadə olunur. Poruğu toxumlarla və kolun bölünməsi ilə çoxaltmaq olar. Bordürlərdə vaxtaşırı yararsız çiçəkləri kəsilərsə çox gözəl görünür.