Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oopaga
Oophaga - Ağacadırmananlar (Dendrobatidae) fəsiləsinin dırmanan qurbağalar (lat. Dendrobatinae) yarımfəsiləsinə aid cins. Uzunluqları 2—4 sm-dir. Barmaqlarının uçunda üçbuçaqşəkilli cüt dəri qalxancıq var. Əksər növlərinin ətraflarında üzmə pərdəsi yoxdur. 3 cinsi var. Cənubi Amerikanın şimal hissəsində və Mərkəzi Amerikada yayılmışdır. Başlıca olaraq meşələrdə, adətən su hövzələrinin sahillərində yaşayır. Dəri vəzilərinin zəhərli ifrazatından hindilər ox ucluqlarına sürtmək üçün istifadə edirlər.
Ottana
Ottana (sardin: Otzàna) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhərdir. Sahəsi 45,07 km²-dir. Kommunanın əhalisi 2307 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 51 nəfərdir. Ottana kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Bolotana, Noragugume, Olzai, Orani, Sarule və Sedilo.
Ottava
Ottava (ing. Ottawa, fr. Ottawa) — Kanadanın paytaxtı və ən böyük dördüncü şəhəridir. Ottava Vadisində qurulan şəhər, Ontario əyalətinin cənub şərq ucundadır və Kvebek əyaləti sərhədindədir. Torontonun 400 kilometr şərqində, Monrealın isə 250 kilometr qərbində yerləşməkdədir. Şəhər eyni zamanda, Kvebek və Ontario əyalətlərini ayrıca əhəmiyyətli bir kanal olan Ottava Çayı sahillərinə qurulmuşdur. ABŞ, Avstraliya və Meksikadan fərqli olaraq, Kanadada bir "federal paytaxt bölgəsi" və Ottava əyalət içində bir bələdiyyə bölgəsidir. Ottava şəhərinin əhalisi 808.391 ikən, Ottawa bölgəsinin əhalisi 1.146.790-dir.
Tovara
Persicaria (lat. Persicaria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Peutalis Raf.
Orvala
Dalamaz (lat. Lamium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ dalamaz və gövdəniqucaqlayan dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir.
Otlaq
Otlaq – bitki örtüyü; heyvanların otarılması üçün istifadə edilən sahə. Otlaq təbii və süni (əkilmiş, səpilmiş) olur. Təbii otlaqlarda bitki örtüyü çoxillik çəmən-bozqır, yarımsəhra otlarından, efemerlərdən və yarımkol və kollardan ibarət olur. Süni Otlaqda isə bitki örtüyü çoxillik və birillik taxıl otlarının və paxlalı bitkilərin qarışıq səpini əsasında yaradılır. Azərbaycanda təbii biçənək və otlaqlar əsasən Qobustanda, Ceyrançöldə, Acınohurda, Şirvan, Mil, Qarabağ, Salyan düzlərində yerləşərək təbii otlaqların 67%-ni, dağlarda isə Böyük və Kiçik Qafqazda, Talışda orta dağlıq, subalp] və alp zonalarını əhatə edərək təbii otlaqların 33%-ni təşkil edir. Otlaq ərazilərinin ardıcıl istifadə olunan sahələrə bölünməsi, ilbəil otarma mövsümlərinin, bəzən istirahətə qoyulma müddətinin və fitomeliorasiya dövrlərinin dəyişdirilməsi ilə ondan səmərəli istifadə sistemi. Üç-dörd və beşillik dövriyyə tətbiq oluna bilər. Otarma normasına riayət etmədən intensiv otarma nəticəsində torpağın dağılması. Adətən bir formasiya daxilində bir-birinə yaxın (oxşar) otlaq tiplərini birləşdirir. Ev və vəhşi heyvanların otlaması məqsədilə istifadə olunan bitki örtüyü sahələri.
Ovala
Ovala — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində kənd. Talış dilində ov "su", "a" birləşdirici sait və "la" (lə) "sahə", "hissə" mənasındadır (Sulukənd).
Ətağa
Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi. 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər. 40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir.
Lamium orvala
Lamium orvala (lat. Lamium orvala) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Orvala garganica L. === Heterotipik sinonimləri === Lamium grandiflorum Salisb. Lamium pannonicum Scop. Lamium phalacranthera St.-Lag. Lamium wettsteinii Rech.
Ottava adaları
Ottava adası (ing. Ottawa Islands, inuit: Arviliit) — Hudzon körfəzinin şərq hissəsində yaşayan bir qrup insansız ada. Unqava yarımadasının sahillərində yerləşir. İnzibati cəhətdən Ottava adaları, bütün digər Hudzon körfəzi adaları kimi, Kanadanın Nunavut ərazisinə aiddir. Arxipelaqın ən yüksək nöqtəsi Gilmur adasında yerləşir və dəniz səviyyəsindən 550 m yüksəklikdədir. 24 kiçik adacıqdan ibarətdir, bunlardan ən əhəmiyyətliləri: Bronson adası - 5 km², But adası - 5 km², Qilmour adası - 84 km², Perley adası - 45 km², Petti adası - 12 km², Eddi adası - 12 km². Ottava adaları, eləcə də qonşu Belçer adaları adi qaqanın yerli yarımnövləri üçün qida bazası rolunu oynayır.
Ottava şəhəri
Ottava (ing. Ottawa, fr. Ottawa) — Kanadanın paytaxtı və ən böyük dördüncü şəhəridir. Ottava Vadisində qurulan şəhər, Ontario əyalətinin cənub şərq ucundadır və Kvebek əyaləti sərhədindədir. Torontonun 400 kilometr şərqində, Monrealın isə 250 kilometr qərbində yerləşməkdədir. Şəhər eyni zamanda, Kvebek və Ontario əyalətlərini ayrıca əhəmiyyətli bir kanal olan Ottava Çayı sahillərinə qurulmuşdur. ABŞ, Avstraliya və Meksikadan fərqli olaraq, Kanadada bir "federal paytaxt bölgəsi" və Ottava əyalət içində bir bələdiyyə bölgəsidir. Ottava şəhərinin əhalisi 808.391 ikən, Ottawa bölgəsinin əhalisi 1.146.790-dir.
Otvari gәndalaş
Otvari qrammofonçiçək
Otvari qrammofonçiçək (lat. Ipomoea hederacea) - i̇pomeya cinsinə aid bitki növü.
Otvari qıfotu
Otvari qıfotu (lat. Vinca herbacea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Kökümsovu qısa, tin-tindir, çoxsaylı uzunluğu 20 sm-ə qədər olan kökləri vardirBarverməyən budaqları uzun, sərilən,torpaqda kök salmayandır, çiçəkləyən, yuxarı qalxan səriləndir, hamar və çılpaqdır. Yarpaqları qışda töküləndir, aşağı yarpaqları dəyirmi-yumurtaşəkilli və ya elliptik, orta yarpaqlar uzunsov və ya uzunsovneştərvaridir, uzunluğu (2) 3-4 sm, eni (5) 10-18 mm-dir, sivridir, qaidə hissəsi pazşəkilli, kənarları və damarları kələ-kötürdür, qısa saplaq üzərindədir. Çiçəkləri göy-bənövşəyi rəngdə olub, qoltuq çiçəkləridir. Çiçək saplağı çılpaq, yarpaqlardan uzundur və yaxud onlara bərabərdir. Tacın diametri (12) 16-20 mm-dir; onun dilimləri sivridir, elliptik və ya rombşəkillidir. Meyvəsi 3-4 sm uzunluqdadır, uzunsovdur, qövsşəkilli əyilmişdir, qarının yarıq hissəsindən açılandır. Toxumları tünd-qəhvəyi rəngdədir, uzunsovdur, qabarcıqlıdır.
Otvari söyüd
Otvari söyüd (lat. Salix herbacea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Ripselaxis herbacea (L.) Raf. Salix herbacea f. latifolia J.Rousseau & Rouleau Salix nivalis Schur Salix pumila Salisb.
Orvala garganica
Lamium orvala (lat. Lamium orvala) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Orvala garganica L. === Heterotipik sinonimləri === Lamium grandiflorum Salisb. Lamium pannonicum Scop. Lamium phalacranthera St.-Lag. Lamium wettsteinii Rech.
Orvala lamioides
Lamium orvala (lat. Lamium orvala) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Orvala garganica L. === Heterotipik sinonimləri === Lamium grandiflorum Salisb. Lamium pannonicum Scop. Lamium phalacranthera St.-Lag. Lamium wettsteinii Rech.
Otaq
Otaq — Evin və yaxud hər hansısa bir tikilinin daxilində yerləşən məkanlar. Otaqlar dincəlmək, işləmək, yatmaq və digər məqsədlər üçün istifadə edilməkdədir. Yaşayış binalarında yerləşən evlərdə adətən qonaq otağı, yataq otağı, uşaq otağı və hamam otağı olmaqla müxtəlif təyinatlı otaqlar olur.
Eucalyptus ovata
Eucalyptus ovata (lat. Eucalyptus ovata) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Eucalyptus gunnii var. ovata (Labill.) H.Deane & Maiden == Yarımnövləri == Eucalyptus ovata subsp. grandiflora (Maiden) D.Nicolle Eucalyptus ovata subsp.
Listera ovata
Neottia ovata (lat. Neottia ovata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü.
Melongena ovata
Badımcan (lat. Solanum melongena) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır. Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır. Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044–0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8–3,7% nişasta olur.
Mentha ovata
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Məryəmin otağı
Məryəmin otağı (ing. Mary's Room) — Frenk Ceksonun "Epifenomenal Qualia" (1982) əsərində təklif etdiyi və "Məryəmin bilmədiyi şeylər"də (1986) genişləndirilmiş idrak fəlsəfəsində düşüncə təcrübəsi. Bu təcrübə fizikalizmə, kainatdakı hadisələrin, o cümlədən zehninin sırf fiziki təbiətə malik olması fikrinə qarşı bir arqumentdir. F. Ceksonun düşüncə təcrübəsi tamamilə yeni ideya deyildi, oxşar arqumentlər XVIII əsrin ortalarından etibarən ifadə edilmiş və müzakirə edilmişdir. Con Lokk əməliyyatdan sonra anadangəlmə kor olanlar tərəfindən əşyaların ilkin vizual qavranılmasının təbiəti haqqında sensasiyalı epistemologiya məsələsini qaldırdı ki, bu da təcrübə ilə təsdiqləndi. Beləliklə, Çarli Brod 1925-ci ildəki işində qeyri-məhdud riyazi və məntiqi qabiliyyətlərə malik olan və maddələrin atom quruluşunu birbaşa müşahidə edə biləcək bir baş mələk təsəvvür etməyi təklif etdi. Belə bir baş mələk hər hansı bir maddənin kimyəvi xassələrini proqnozlaşdıra bilərdi: məsələn, ammonyakın suda həll olunan rəngsiz qaz olduğunu proqnozlaşdıra bilərdi. Ancaq Broda görə, o, qoxusunun burundakı reseptorlara necə təsir edəcəyini və insan beynində hansı neyronların iştirak edəcəyini bilsə belə, insan üçün necə olacağını təxmin edə bilməyəcək. Təcrübə 1982-ci ildə The Philosophical Quarterly jurnalında "Epifenomenal Qualia" məqaləsində dərc edilmişdir. Bu məqalədə F. Cekson oxucunu alim, rəng tədqiqatçısı Məryəm ilə tanış etməyi təklif edir.
Otaqo yarımadası
Otaqo yarımadası (ing. Otago Peninsula) — Yeni Zelandiya sahillərində yerləşən yarımada. Yarımada Cənub adasının cənub-şərqində yerləşir. Təpəlikdən ibarət olan relyefə malikdir. Burada Pinqvinlər və Dəniz quşları məskən salmışdır. Megadyptes antipodeslərin şimal arealını təşkil edir. Okeanın daxilinə 20 km uzanır. Eni 1,5 – 9 km arasında dəyişir.
Oğul Otağı
Oğul otağı — Nanni Moretti tərəfindən 2001-ci ildə çəkilmiş film. Söhbət oğlunu itirən valideynin yaşadıqlarından gedir. Film 2001-ci ildə Kann Film Festivalında Qızıl Palma budağı qazanıb. Film "Empire" jurnalının 2008-ci ildə hazırladığı "Bütün zamanların ən yaxşı 500 filmi" siyahısına da daxil edilib.