Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Typhlodromus ernesti
Typhlodromus ernesti (lat. Typhlodromus ernesti) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus ernesti Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Xameleon botneti
Chameleon botneti 28 fevral 2013-cü ildə "spider.io" təhlükəsizlik araşdırma şirkəti tərəfindən müəyyən edilmiş botnetdir .120,000-dən çox kompüterin yoluxduğu və reklam trafikindən ayda orta hesabla 6 milyon ABŞ dolları qazana bilmişdir. Bu trafik yoluxmuş sistemlərdə yaradılaraq, reklam kontenti çıxararaq, təhlükəsiz görüntü yaratmağa çalışırdı, buna görə də qanuni veb trafiki kimi görünürdü. Təsirə məruz qalan kompüterlərin əksəriyyəti şəxsi kompüterlər (yaşayış sistemləri) olmaqla, hamısı Windows kompüterləri idi. Proqramın hərəkətlərini daha çox insan davranışına bənzətmək üçün o, yoluxmuş sistemlərin mousunu brauzerlərdə səhifələr ətrafında hərəkət etdirməyə məcbur etdi və seanslar bağlananda onlari restart edərək yenidən işə saldı. Bundan əlavə, həm Adobe Flash, həm də JavaScript skriptlərinin yoluxmuş sistemlərdə icra edilməsi mürəkkəb idi. Botnet tə rəfindən hədəf alınan ən azı 202 veb-sayt var idi və onlardan 9 milyarddan çox reklam ona xidmət göstərirdi. Botnet tərəfindən yaradılan veb-trafikin yan təsiri olaraq, yoluxmuş sistemlər, ehtimal ki, ümumi əməliyyat gecikməsindən və yavaş şəbəkə bağlantısından əziyyət çəkdi. Bu əlamətlər kompüterin yoluxmuş olmasının göstəriciləri idi. ClamWin və Exterminate It kimi zərərli proqram aradan qaldırılması proqramı ilə, infeksiya yoluxmuş sistemdən çıxarıla bilər. Həmçinin yoluxmuş Windows PC-nin reyestrini əl ilə dəyişdirməklə zərərli proqramı deaktiv etmək mümkün olub.
Bekdel testi
Bekdel testi, Bekdel-Uolleys testi və ya Mo qanunu – uydurmada gender bərabərliyinin qorunub-qorunmadığını müəyyən edən test. Elison Bekdelin 1985-ci ildə aid "Dykes to Watch Out For" adlı komiks-stripindən adını alan bu testin 3 qanunu var: Əsərdə ən azı iki qadın personaj olmalıdır. Bu iki qadın personaj bir-biriləri ilə danışmalıdır. Danışdıqları şey kişi haqqında olmamalıdır. Bekdel dostu Liz Uolleysdən, Uolleys isə Virciniya Vulfun 1929-cu ilə aid "Birinin sahib olduğu otaq" adlı kitabından ilhamlanmışdır. Bekdelin ən sevdiyi film olan "Marmot günü" filmi də testi keçməmişdir. Komiks-stripin baş personajı Mo Testa olduğundan bu testə Mo qanunu da deyirlər. Bekdel testi çox vaxt filmlərə tətbiq olunur. Filmlərin Bekdel testini keçib-keçmədiklərini müəyyən edən BechdelTest.com saytına əsasən 1990-2013-cü illərdə 1.615 film bu testi keçə bilməyib. 1970-2013-cü il statistikasına görə isə bu rəqəm 1.794-dür.
Dil testi
Dilbilmə səviyyəsinin qiymətləndirilməsi və ya dil testi - tətbiqi dilçiliyin bir bölməsi olub,təhsil alan zaman, işə qəbul zamanı, vətəndaşlıq alarkən və s. də ana dilinə və ya xarici dilə hansı səviyyədə hakim olduğunun müəyyən edilməsi ilə məşğul olur. Testləşməyə mətni və şifahi nitqi başa düşmə bacarığı, danışıq və mətn yazma vərdişi, həmçinin, mədəni elementlər bilikləri kimi mövzular daxildir. Bəzi testlər özündə dilin nəzəri biliklərini(passiv), bəziləri isə məhz dilbilməni(aktiv)cəmləşdirir. == Təşkilatlar == Danışıq səviyyəsini qiymətləndirməklə işverənlərlə yanaşı tədris müəssisələri, həmçinin, TOEFL, IELTS, SAT və s. kimi xüsusi təşkilatlar da məşğul olurlar.
Hədd testi
Hədd testi, dağılma testi və ya dağılma üçün n-ci hədd testi — riyaziyyatda bir sonsuz ardıcıllığın dağılmasını müəyyən etmək üçün sadə bir üsuldur: lim n → ∞ a n ≠ 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}\neq 0} olarsa və ya limit yoxdursa, onda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} dağılandır. Daha güclü olan yığılma testlərinin əksinə olaraq hədd testi müstəqil şəkildə ardıcıllığın yığılan ardıcıllıq olduğunu ifadə etmir. Xüsusilə, testin tərsi doğru deyil. Bunun yerinə lim n → ∞ a n = 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}=0} isə, o halda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} yığılan və ya dağılan da ola bilər.
Rorşax testi
Rorşax testi — (Almanca tələffüz: [ˈʁoːɐʃax]; Rorschach testi, Rorşax mürəkkəb ləkəsi testi, Rorşarx texnikası yaxud qısaca mürəkkəb ləkəsi testi kimi də bilinir) ilə subyektlərin mürəkkəb ləkəsini qavramaları qeydə alınaraq və sonra psixoloji interpretasiyadan, kompleks alqoritmlərdən yaxud hər ikisindən istifadə edilməklə subyektdə analiz aparılması imkanını verən psixoloji testdir. Bəzi psixoloqlar bu testdən fərdin şəxsi xarakteristikalarını və emosional fəaliyyətini tədqiq etmək üçün istifadə edirlər. O, əsas fikir pozğunluğunun (psixozun) aşkar edilməsi üçün təyinatlanmışdır, xüsusilə o hallarda ki, xəstələr öz düşünmə proseslərini açıq şəkildə təssəvür etməyə istəksiz olurlar. Testə yaradıcısı İsveçrəli psixoloq Herman Rorşaxın adı verilmişdir. Rorşax 1960-cı ildə ən geniş istifadə edilən proyektiv test idi. ABŞ milli tədqiqatında Rorşax ambulator əqli sağlamlıq vasitələrində istifadə edilən psixoloji testlər arasında 8-ci yerlə qiymətləndirilmişdir. O, Şəxsiyyətin Qiymətləndirilməsi üçün Cəmiyyətin (Society of Personality Assessment) üzvləri tərəfindən istifadə edilən ən geniş yayılmış ikinci testdir və 25% məhkəmə psixoloji dəyərləndirmə hallarında psixiatrlar tərəfindən tələb edillir, adətən MMPI (Minnesota Multiphasic Personality Inventory) və MCMI-III (Milon Clinical Multiaxial Inventory) testin batareyasına tez-tez daxil edilir. Rorşaxın Rorşax Testi – Psixodiaqnostik Lövhələr-ində (Rorschach Test – Psychodiagnostic Plates,) çap edilmiş, bütöv şəkil yaxud ən çox önə çıxan təfsilatlar üçün müxtəlif müəlliflərə uyğun tez-tez verilən cavablarla on mürəkkəb ləkəsi aşağıda verilmişdir. Dana, Richard H. Handbook of cross-cultural and multicultural personality assessment. Lawrence Erlbaum.
Turinq testi
Türinq testi — 1950-ci ildə “Mind” jurnalında Alan Türinq tərəfindən ortaya atılmışdır. Kompüterin və ya başqa bir sistemin insanlarla eyni zehni bacarığa sahib olub-olmadığını müəyyən etmək məqsədi daşıyır. Ümumi mənada bu test bir mütəxəssisin, maşının performansı ilə bir insanınkını ayırd edib edə bilməyəcəyini ölçür. Əgər ayırd edə bilməzsə, maşın insanlar qədər zehni bacarığa sahib deməkdir. Bu testdə təcrübəni edən adam kompüter və insanı görmür. Təcrübəni edən hansıyla əlaqədə olduğunu bilmədən bunların ikisinə də sual verir. Təcrübəni edən adamın soruşduğu suallar və təcrübədə iştirak edən maşın və insanın verdiyi cavablar bir ekranda yazılı olaraq verilir. Məqsəd, təcrübəni aparanın uyğun suallar ilə bunlardan hansının insan, hansının kompüter olduğunu tapmasıdır. Əgər təcrübəni edən adam etibarlı bir şəkildə bunu söyləyə bilməzsə, o zaman kompüter Türinq testini keçər və insanlar qədər qabiliyyətli olduğu fərz edilər. Bu testin çatışmayan cəhətlərini tənqid edən Con Sörl Çin otağı adlandırılan xəyali eksperiment təklif etmişdir.
Tüstü testi
Smoke test (azərb. Tüstü testi‎) — proqram təminatının sınaqdan keçirilməsində: aşkar xətaları müəyyən etmək üçün minimal test toplusu. Tüstü testi, adətən, proqramçının özü tərəfindən aparılır; bu testdən keçməyən proqramı daha dərin testlənməyə vermək mənasızdır. Bu tipli ilk sınaqları soba ustaları aparmışlar; hazırladıqları sobanın bütün qapaqlarını tutur, sobanı qalayır və tüstünün yalnız lazım olan yerlərdən keçməsini müşahidə edirdilər. Terminin ikinci "doğuluşu" radioelektronikda baş verdi. İstehsalatdan gəlmiş radioelektron qurğunun birinci dəfə işə salınması çox qısa (saniyədən kiçik) zamanda yerinə yetirilir. Sonra mühəndis bütün mikrosxemlərə əllə toxunaraq, onların qızıb-qızmamasını yoxlayır. Bu saniyə ərzində çox qızmış mikrosxemdə kobud xətanın olması ehtimalı böyükdür. Əgər birinci sınaqda qızma aşkarlanmırsa, cihaz bu dəfə uzun müddət üçün işə salınır. Beləliklə, yoxlama bir neçə dəfə təkrarlanır.
Nüfuzetmə testi
Nüfuzetmə testi adətən, pentester və ya etik haker kimi tanınan şəxslər tərəfindən, sistemin təhlükəsizliyini qiymətləndirmək üçün həyata keçirilən, kompüter sisteminə edilən icazəli, simulyasiya edilmiş kiberhücumdur. Bunu zəifliyin qiymətləndirilməsi ilə qarışdırmaq olmaz. Test zəif tərəfləri (və ya zəiflikləri), o cümlədən icazəsiz tərəflərin sistemin xüsusiyyətlərinə və məlumatlarına giriş əldə etmək potensialını, habelə güclü tərəfləri müəyyən etmək üçün həyata keçirilir ki, bu da tam risk qiymətləndirməsinin tamamlanmasına imkan verir. Proses adətən hədəf sistemləri və konkret məqsədi müəyyənləşdirir, sonra mövcud məlumatları nəzərdən keçirir və bu məqsədə çatmaq üçün müxtəlif vasitələrə əl atır. Nüfuzetmə testinin hədəfi ağ qutu (haqqında arxa fon və sistem məlumatı test edənə əvvəlcədən təqdim olunur) və ya qara qutu (haqqında şirkət adından başqa yalnız əsas məlumatlar verilir, başqa heç nə verilmir) ola bilər. Boz qutunun nüfuzetmə testi ikisinin birləşməsidir (hədəf haqqında məhdud bilik auditorla paylaşılır). Nüfuzetmə testi sistemin hücuma qarşı zəifliklərini müəyyən etməyə və onun nə qədər həssas olduğunu təxmin etməyə kömək edə bilər. Nüfuzetmə testinin aşkar etdiyi təhlükəsizlik məsələləri sistem sahibinə bildirilməlidir. Nüfuzetmə testi hesabatları, həmçinin təşkilata olan potensial təsirləri qiymətləndirə bilər və riski azaltmaq üçün əks-tədbirlər təklif edə bilər. Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi nüfuzetmə testini belə təsvir edir: "Düşmən kimi eyni alət və üsullardan istifadə edərək, həmin sistemin təhlükəsizliyinin bir hissəsini və ya hamısını pozmağa cəhd etməklə İT sisteminin təhlükəsizliyinə əminlik əldə etmək üsulu".
Karandaş testi
Karandaş testi – şəxsin afro teksturalı saçının olub-olmadığını müəyyənləşdirmək üçün metod. Karandaş testində karandaş şəxsin saçına keçirilir. Karandaşın saçdan asanlıqla keçib-keçməməsindən asılı olaraq test "keçdi" və ya "keçmədi" olaraq dəyərləndirilir. Karandaş testi Cənubi Afrika Respublikasının aparteid rejimi tərəfindən irqi mənsubiyyəti müəyyən etmək üçün istifadə olunurdu. Karandaş testinin nəticəsinə əsasən ağlarla və rəngli şəxslər fərqləndirilirdi. Test mövcud ailələrin və icmaların irqi əsaslarla bölünməsində rol oynamışdır. Aparteid rejiminin 1994-cü ildə başa çatmasından sonra karandaş testinin tətbiqi də dayandırılmışdır. Hazırda CAR-da karandaş rasizm simvolu kimi qəbul olunur. == Arxa plan == 1950-ci ildə qəbul edilmiş Əhalinin Qeydiyyatı Aktına əsasən cənubi afrikalılar fiziki və sosial-iqtisadi xüsusiyyətlərinə əsasən irqi qruplar üzrə təsnif olunmalı idilər. Şəxsin irqi həmişə aydın olmadığı üçün bir neçə test yaradılmışdır.
Şirmer testi
Şirmer testi (ing. Schirmers test) – gözdə quruluğu təyin etmək üçün təyin edilir. I və II testi vardır.
Trombodinamika testi
Trombodinamika testi qan laxtalanması sisteminin qlobal bir testidir. Yüksək həssaslıqla qan laxtalanma sisteminin pozğunluqlarını, həm hipo, həm də hiperkoaqulyasiyanı aşkar etməyə imkan verir. Trombların əmələ gəlməsinə meyilliliyin erkən diaqnozu üçün uyğundur. Metod Rusiya Tibb Elmləri Akademiyasının Hematoloji Elmi Mərkəzinin fiziki biokimya laboratoriyasında biologiya elmləri doktoru Fəzail Ataullaxanovun rəhbərliyi ilə hazırlanmışdır. Bu üsula əsaslanan diaqnostik avadanlıq "Hemakor" şirkəti tərəfindən istehsal olunur. Trombodinamika testi - in vivo laxtalanma şəraitinə yaxın şəraitdə, lokallaşdırılmış laxtalanma aktivatoru vasitəsilə başlayan qan laxtalanmasının məkan-zaman dinamikasının in vitro tədqiqi üçün nəzərdə tutulmuşdur. Trombodinamika testi qan laxtalanması zamanı baş verən proseslərin məkan fərqliliyini nəzərə alır. Test plazmanın incə qatında qarışdırılmadan aparılır. Bunu həyata keçirmək üçün qan plazma nümunələri su termostatında yerləşən şəffaf ölçmə küvətinin kanallarına yerləşdirilir. Sonra laxtalanmış qan ilə əhatə olunmuş lövhə küvətə daxil edilir.
A/B testi
A/B testi istifadəçi təcrübəsi tədqiqat metodologiyasıdır.
COVID-19 testi
COVID-19 testi — Tənəffüs yolu koronavirusu 2019 (COVID-19) və əlaqədar SARS-CoV-2 virusu üçün laboratoriya testləri , infeksiyaya cavab olaraq istehsal olunan virusun və antikorların varlığını aşkar edir. Nümunələrdə virusların olması koronavirus RNT- yı aşkar edən RT-PCR ilə təsdiq olunur. Bu test spesifikdir və yalnız SARS-CoV-2 virusunun RNT -yı aşkar etmək üçün hazırlanmışdır. Ən son və ya aktiv infeksiyaları təsdiqləmək üçün istifadə olunur. == PCR testləri == == COVID-19 yanal axın testləri == Tez-tez COVID-19 yanal axın testləri olaraq da adlandırılan COVID-19 sürətli antijen testləri, SARS-COV-2 infeksiyasını (COVID-19) aşkar etmək üçün istifadə olunan sürətli antijen testləridir. Minimum təlimlə tez tətbiq olunur, əhəmiyyətli xərc üstünlükləri təklif edir, digər növ COVID-19 testlərinin bir hissəsinə başa gəlir və istifadəçilərə 5–30 dəqiqə ərzində nəticə verir. Bununla birlikdə, yüksək saxta mənfi nisbətə malikdirlər. Sürətli antijen testləri bir çox ölkələrdə kütləvi yoxlama və ya populyar test metodlarının bir hissəsi olaraq istifadə olunur. Asimptomatik olmayan və potensial olaraq virusu digər insanlara yaya biləcək, əks halda yoluxduqlarını bilməyən şəxsləri tanımaq üçün dəyərli olduqları düşünülür. Bu, daha yüksək həssaslığa malik olduqları və halları daha dəqiq müəyyən edə bildikləri üçün, ümumiyyətlə simptomatik şəxslər üçün faydalı bir test olaraq görülən PCR kimi digər COVID-19 test formalarından fərqlənir.
Kanada vətəndaşlıq testi
Kanada vətəndaşlıq testi — Kanada immiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi tərəfindən idarə olunan bir imtahandır və vətəndaşlığı üçün əsas tələblərə cavab verən 18 ilə 54 arasında Kanada vətəndaşlığı üçün müraciət edənlər üçün tələb olunur. Test Kanadanın rəsmi dillərində olan fransız və ingilis dillərində mövcuddur. Test ümumiyyətlə yazılır, lakin bəzi hallarda şifahi ola bilər və müsahibə şəklində aparıla bilər. == İmtahan == İmtahan 30 dəqiqə davam edir və 20 çoxsaylı sualdan ibarət yazılı bir testdir. Vətəndaşlıq üçün müraciət edənlər ən azı 15 suala düzgün cavab verməlidirlər - sualların ümumi sayının 75% -i . Test tamamilə rəsmi Kanadanı tanıyın: Vətəndaşlığın hüquqları və vəzifələri " -" Kanadanı kəşf edin. Vətəndaşın hüquq və vəzifələri ”. 2010-cu ildə «Discover Canada» dərsliyi yenidən yazıldı, testlər daha ciddi olanlara dəyişdirildi və imtahan daha da çətinləşdi. O vaxtdan bəri, test immiqrantlara Kanadanın tarixi, mədəniyyəti, hüququ və siyasəti haqqında daha dolğun məlumat verən yeni bir rəsmi iş kitabçası üzərində quruldu. Eyni zamanda, immiqrantlardan imtahandan keçmək üçün artıq bir çox faktı, ad və tarixləri əzbərləmələri tələb olunur.
Mor ve Ötesi
mor ve ötesi - 1995-ci ildə əsası qoyulmuş Türkiyə alternativ rok qrupu. 2008-ci ildə Türkiyəni Avroviziya Mahnı Müsabiqəsində "Deli" mahnısı ilə təmsil etmiş və 7-ci yeri tutmuşdur.
Mor və Ötəsi
mor ve ötesi - 1995-ci ildə əsası qoyulmuş Türkiyə alternativ rok qrupu. 2008-ci ildə Türkiyəni Avroviziya Mahnı Müsabiqəsində "Deli" mahnısı ilə təmsil etmiş və 7-ci yeri tutmuşdur.
Jarque–Bera testi
Xarke–Bera testi
Statistikada Xarke–Bera testi nümunə məlumatlarının normal paylanmaya uyğun olaraq əyilmə və kurtoza malik olub olmadığını göstərən uyğunluq testidir.
Salli və Enn testi
Salli və Enn testi — İnkişaf etmiş psixologiyada bir şəxsin digərlərini səhv inanclara inandırmaq məsələsində sosial hesablama qabiliyyətlərini ölçmək üçün istifadə edilir. (Wimmer & Perner, 1983). Salli və Enn testi 1985-ci ildə Saymon Baron-Koen, Alan M.Lesli və Uta Frit tərəfindən tətbiq edildi, daha sonra 1988-ci ildə Lesli və Frit bu təcrübəni insan aktyorları (daha doğrusu kuklalar) ilə təkrarladılar və oxşar nəticələr tapdılar. Testdə "Salli" və "Enn" adlı iki kukla istifadə olunur. Salliinin bir səbəti və Enninin bir qutusu olur. Testə baxanlara (bu adətən uşaqlar olur) sadə bir test edilir. Sallinin səbətinə bir diyircək (kiçik metal təkərcik məs.: mebellərin, royalların ayaqlarında olan təkərciklər) qoyulur və Salli səhnədən ayrılır. Salli orada nə olduğunu görmədiyi halda, Enn Sallinin səbətindən diyircəyi götürür ve öz qutusuna qoyur. Salli daha sonra geri dönür, bu zaman uşaqlara Salli ilk olaraq öz diyircəyi üçün hara baxacaq deyə soruşulur. Əgər uşaqlar Sallinin diyircəyin səbətin içində olmadığını bilmədiyindən ilk olaraq elə öz səbətinə baxar deyərlərsə, testi keçmiş olarlar.
Xarici Dil Qismində İngilis dili Testi
TOEFL (ingilis dilində Test of English as a Foreign Language – Xarici Dil Qismində İngilis dili Testi deməkdir) imtahan verən şəxsin ingilis dilini akademik səviyyədə necə qavraya bildiyini dəyərləndirən imtahandır. ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə TOEFL imtahanlarından keçmək tələb olunur. Bununla bərabər həmçinin dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanı tələb edə bilər. TOEFL-a bənzər IELTS imtahanı da var. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. TOEFL imtahanının nəticələri 2 il müddətində keçərlidir və bu müddət bitdikdən sonra imtahanın nəticələri rəsmi olaraq etibarsız sayılırlar, belə ki bu müddət ərzində imtahan verən şəxsin dil biliyi əhəmiyyətli dərəcədə zəifləyə bilər. Bir çox kollec və universitetlər adətən yaxın zamanlarda nəticəsi elan olunmuş TOEFL qiymətlərini tərcih edirlər. TOEFL ABŞ Təhsil İmtahan Xidməti (ETS) tərəfindən idarə olunur və ona məxsus ticarət markasıdır. TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. TOEFL idarə heyəti 16 nəfərdən ibarət komitədən ibarətdir.
Beynəlxalq Proqram Təminatı Testi Kvalifikasiyalar Şurası
Beynəlxalq Proqram Testi Kvalifikasiya Şurası (ISTQB) beynəlxalq səviyyədə fəaliyyət göstərən proqram təminatının sınaq sertifikatlaşdırma şurasıdır . 2002-ci ilin Noyabrında Edinburqda yaradılmış ISTQB Belçikada qanuni olaraq qeydiyyatdan keçmiş qeyri-kommersiya birliyidir. ISTQB Certified Tester (Sertifikatlaşdırılmış Tester) proqram testçilər üçün standartlaşdırılmış ixtisasdır və sertifikatlaşdırma ISTQB tərəfindən təklif olunur. Kvalifikasiyalar tədris planına əsaslanır və akkreditasiya və imtahan üçün ixtisaslar iyerarxiyası və təlimatlar mövcuddur. ISTQB 2021-ci ilin aprelinə olan məlumata görə, 1 milyondan çox ISTQB imtahanı verilmiş və 721,000-dən çox sertifikat verilmişdi.