Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Etoşa
Etoşa (ing. Etosha pan) — Namibiyanın şimalında, quruyan göl. Nama dilindən tərcümədə «Böyük boş məkan» anlamını verir. Şoranlığın uzunluğu 130 km, eni 50 km, sahəsi 4800 km² təşkil edir. Etoşa 1065 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Şoranlıq Kalaxari səhrasının şimal-qərbindəki axarsız çökəklikdədir. Yağışlar mövsümündə onun bir hissəsi su ilə dolur. Əvvəllər isə Kuene çayı gölü su ilə doldururdu. Tədricən iqlim quraqlaşmış və çayın axarı Atlantik okeana istiqamətlənmişdir. Avropalılar Etoşa ilə 1851=-ci ildə tanış olurlar.
Tasat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Tokat
Tokat — Türkiyənin Tokat ilinin inzibati mərkəzi. Qaradəniz bölgəsində yer alan Tokat şimalında Samsun, şimal-şərqində Ordu, cənub və cənub-şərqində Sivas, cənub-qərbində Yozğad, qərbində Amasiya ilə həmsərhəddir. 2009-cu ilin siyahıyaalmasına görə 129.879 sakinə sahib idi. Əhalinin sayı 2018-ci ildə 201.294 nəfərə çatmışdır.
Toqat
Tokat ili — Türkiyədə il. Şimalda Samsun, şimal-şərqdə Ordu, şərq və cənubda Sivas, cənub-qərbdə Yozqat və qərbdə Amasya rayonları ilə həmsərhəddir. Rayonlarından Yeşilyurt və Sulusaray İç Anadolu Bölgəsində qalır. 1943-cü ildə Taşova, 1944te Artova və Turhal, 1954-cü ildə Almus, 1987-ci ildə Bazar və Yeşilyurt, 1990-cı ildə Sulusaray və Başçiftlik rayonları yaradılıb. 2010 TÜİK məlumatlarına görə mərkəz rayonla birlikdə 12 rayon, 77 beldə və 609 kənd vardır. "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Tokat İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Otokar Cobra
Otokar Cobra Otokarın araşdırma və inkişaf etdirmə qrupu tərəfindən silahlı qüvvələrin zirehli təkərli vasitə ehtiyacı istiqamətində ən uyğun həlli təmin etmək üzrə inkişaf etdirilmişdir. Cobra, yaxşı bir ballistik qoruma ilə yanaşı, eyni platformanın fərqli vəzifələrə adaptiv olması ilə tanınır. Oxşar gövdə və infrastruktur üzərinə hazırlandığı üçün bir çox model və tip üçün baxım və xidmətdə böyük asanlıq təmin etməkdədir. Fərqli istifadə məqsədləri üçün çıxarılmış fərqli maşınlarlarda belə ana quruluşun eyni qalması baxım, təmir və ehtiyat hissədə də böyük qənaət təmin etməsi, Cobranı bir çox ordunun seçim etdiyi zirehli nəqliyyat vasitəsi etməkdədir. İlk dəfə 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində Gürcüstan Silahlı Qüvvələri tərəfindən istifadə edilmişdir. Mövcud Cobra-nın daha da inkişafı olan Cobra II (türk. Kobra II) Türkiyənin Otokar şirkəti tərəfindən dizayn edilmiş və istehsal edilmiş həvəskar taktiki avtomobildir. Cobra II 4x4 təkərli zirehli avtomobildir və sürücü və komandir daxil olmaqla doqquz personal üçün tutumuna malikdir. O, əldəqayırma partlayıcı qurğular və minalardan gələn təhlükələrə qarşı yüksək səviyyədə qorunma xüsusiyyətinə malikdir. Onun müxtəlif funksiyaları arasında təhlükəsizlik və sülhməramlı əməliyyatlar və sərhəd mühafizəsi var.
Otokar Kobra

Otokar Əqrəb
Otokar Əqrəb, Otokar tərəfindən hazırlanan zirehli transportyor.
Osat
Osat (serb. Osat / Осат) — Bosniya və Herseqovina ərazisində yerləşən coğrafi vilayət. Podrinenin mərkəzi hissəsində (Drina çayının sağ sahili boyunca), Vişeqrad və Srebrenisa şəhərləri arasında yerləşir. Osat vilayəti ərazisinə Bratunas və Srebrenisa icmaları bütünlüklə, Biraç regionunun isə bir hissəsi daxildir. Vasili Stefanovun yazdıqlarına görə Osat vilayətində 1860-cı ildə aşağıdakı kəndlər mövcud olmuşdur: Blajieviçi, Boleviçi, Bojiçi, Buyakoviçi, Srvisa, Yaketiçi, Karina, Kalimoniçi, Kosytolomsi, Krniçi, Mleçva, Moşiçi, Osatisa, Petrisa, Postole, Pribidol-Srpski, Pribidol-Turski, Radoçeviçi, Ratkoviçi, Stanatoviçi, Teqare, Toplisa, Vraneçeviçi, Vusare, Jakobnisa-Srpska, Jakobnisa-Turska, Kliebas. Osat vilayəti orta əsrlərdə Jupaniya adı ilə tanınırdı. 1402–1459-cu illərdə Serb despotiyasının tərkib hissəsi olmuşdur. 1459-cu ildə Osmanlı imperiyası ərazisinə daxil edilmişdir. Bundan sonra vilayət Zvornik sancağının bir hissəsinə çevrilmişdir. 1804–1813-cü illər ərzində ilk serb üsyanı zamanı Kara-Marko Vasicin qoşunları bir müddətliyinə də olsa Osatı Srvisadan qoparıl ələ keçirə bilirlər.
Con Toşak
Con Benjamin Toşak (22 mart 1949, Kardiff) - keçmiş uelsi futbolçu, məşqçi. Karyerası ərzində Real Madrid FK , Real Sosyedad FK kimi klublara baş məşqçilik edib. 2014-cü ildə Xəzər-Lənkəran FK klubunun baş məşqçisi təyin olunub.
Ovsat Abdinov
Övsət Abdinov (23 fevral 1944, Balakən – 29 oktyabr 2016) — fizika-riyaziyyat elmləri doktoru (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2014). Ovsət Abdinov 23 fevral 1944-cü ildə Balakən şəhərində anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Namizədlik dissertasiyasını 1972-ci ildə, doktorluq dissertasiyasını isə 1986-cı ildə müdafiə etmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Ovsət Abdinov müxtəlif illərdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Belə ki, o, 1973–1975-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında baş müəllim vəzifəsini icra edib. 1975-ci ildən AMEA Fizika İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri olub. 1993–2002-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ, Dubna şəh., Rusiya) baş elmi işçi vəzifələrində çalışıb. Ovsat Abdinov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan Respublikasının tamhüquqlu nümayəndəsinin müavini, həmçinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Elmi Şurasının üzvü olub.
Tokat ili
Tokat ili — Türkiyədə il. Şimalda Samsun, şimal-şərqdə Ordu, şərq və cənubda Sivas, cənub-qərbdə Yozqat və qərbdə Amasya rayonları ilə həmsərhəddir. Rayonlarından Yeşilyurt və Sulusaray İç Anadolu Bölgəsində qalır. 1943-cü ildə Taşova, 1944te Artova və Turhal, 1954-cü ildə Almus, 1987-ci ildə Bazar və Yeşilyurt, 1990-cı ildə Sulusaray və Başçiftlik rayonları yaradılıb. 2010 TÜİK məlumatlarına görə mərkəz rayonla birlikdə 12 rayon, 77 beldə və 609 kənd vardır. "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Tokat İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Tomat pastası
Tomat pastası — Pomidordan hazırlanan, ayrıca istifadə olunan və ya xörəyə əlavə edilən qida məhsulu. Nəmlik azaltmaq üçün pomidorlar bir neçə saat bişirilir, toxum və dərilərinin aradan qaldırılması üçün onlar sözülür və bir qalın və zəngin konsentrat ələ gəlmək üçün yenidən bişirilirlər.
Toqat ili
Tokat ili — Türkiyədə il. Şimalda Samsun, şimal-şərqdə Ordu, şərq və cənubda Sivas, cənub-qərbdə Yozqat və qərbdə Amasya rayonları ilə həmsərhəddir. Rayonlarından Yeşilyurt və Sulusaray İç Anadolu Bölgəsində qalır. 1943-cü ildə Taşova, 1944te Artova və Turhal, 1954-cü ildə Almus, 1987-ci ildə Bazar və Yeşilyurt, 1990-cı ildə Sulusaray və Başçiftlik rayonları yaradılıb. 2010 TÜİK məlumatlarına görə mərkəz rayonla birlikdə 12 rayon, 77 beldə və 609 kənd vardır. "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Tokat İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Luis Tosar
Luis Lopes Tosar (isp. Luis López Tosar; 13 oktyabr 1971) — tanınmış ispan aktyoru. == Həyatı == Luis Tosar 13 oktyabr 1971-ci ildə İspaniyanın Luqo şəhərində doğulub. Aktyorun uşaqlıq və yeniyetmə illəri həmin şəhərdə keçib. == Fəaliyyəti == Luis aktyorluq karyerasına teatr və qısametrajlı filmlərdə oynayaraq başladı, lakin 1998-ci ildə çəkildiyi "Mareas Vivas" serialındakı Andres Dominges rolu ilə məşhurlaşdı. Sonralar isə Tosar bir çox uğurlu filmlərdə ("Te doy mis ojos", "Miami Vice", "Celda 211", "Mientras duermes" və s.) oynayaraq həm tənqidçilərin, həm də tamaşaçıların böyük rəğbətini qazanır. Aktyor üç dəfə İspaniyanın milli film mükafatı "Qoya"ya layiq görülüb. == Filmoqrafiya == 1998 Atilano Presidente 1999 Flores de otro mundo 1999 Celos 1999 El corazón del guerrero 2000 Sé quién eres (I Know Who You Are) 2000 El váter susurra 2000 Leo 2000 La comunidad 2000 Besos para todos (Kisses for Everyone) 2001 Lena 2001 Visionarios 2001 Sin noticias de Dios 2001 Un asunto pendiente 2002 Semana Santa 2002 Los lunes al sol (Mondays in the Sun) 2002 Trece campanadas 2003 El lápiz del carpintero (The Carpenter's Pencil) 2003 El regalo de Silvia (Silvia's Gift) 2003 Te doy mis ojos (Take My Eyes) 2003 La flaqueza del bolchevique (The Weakness of the Bolshevik) 2003 La vida que te espera (Your Next Life) 2004 ¡Hay motivo! Segment: "Por tu propio bien" 2004 Inconscientes (Unconscious) 2005 One Day in Europe 2005 El mundo alrededor 2005 La noche del Hermano 2005 Aupa Etxebeste! 2006 Cargo 2006 El don de la duda 2006 Miami Vice 2006 Las vidas de Celia (Celia's Lives) 2007 Hotel Tívoli 2007 Casual Day 2007 Normal con alas 2008 La noche que dejó de llover 2009 The Limits of Control 2009 Celda 211 (Cell 211) 2010 La sinapsis del códice 2010 Mr.
Otoya Yamaquçi
Otoya Yamaquçi — Yaponiya Sosialist Partiyasının sədri İnedziro Asanumonu qətlə yetirmiş yapon tələbə, siyasi fəal. Yamaquçinin törədtdiyi qətlin əks olunduğu foto Pulitser mükafatına layiq görülüb. Yamaquçi həbsxanada intihar edib. Otoya Yamaquçi 1943-cü il fevralın 22-də Tokionun Tayto dairəsində anadan olub. Atası Simpey Yamaquçi Yaponiya Özünümüdafiə Qüvvələrinin yüksək rütbəli zabiti olub. Ana babası isə yazıçı Namiroku Murakami olub. "Böyük Yaponiya" partiyasının üzvü olub. Müxtəlif ittihamlarla 10 dəfə həbs olunub. 1960-cı il oktyabrın 12-də 17 yaşı olanda Yaponiya Sosialist Partiyasının sədri İnedziro Asanumonu qətlə yetirib. Cinayət Asanumonunun çıxış etdiyi vaxt baş verib.
Tomat sousu
Pomidor sousu və ya tomat sousu əsasən pomidordan hazırlanan və yeməyin bir hissəsi kimi təqdim edilən sousdur. Tomat sousları ət və tərəvəzlər üçün geniş istifadə edilsə də, çox makaron yeməkləri ilə bərabər istehlak edilirlər. İtaliyada ona Napoletana sousu deyirlər.
Con Benjamin Toşak
Con Benjamin Toşak (22 mart 1949, Kardiff) - keçmiş uelsi futbolçu, məşqçi. Karyerası ərzində Real Madrid FK , Real Sosyedad FK kimi klublara baş məşqçilik edib. 2014-cü ildə Xəzər-Lənkəran FK klubunun baş məşqçisi təyin olunub.
Otoqa qraflığı (Alabama)
Otoqa qraflığı (ing. Autauga County) - ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 55.347 nəfər olmuşdur. Qraflıq mərkəzi Prattvill şəhəridir. Otaqa qraflığı Montqomeri metropoliten ərazisinə daxildir. Otoqa qraflığı 21 noyabr 1818-ci ildə Alabama Ərazisi Qanunverici Hakimiyyəti tərəfindən verilən qərarla yaradılmışdır (Alabamanın İttifaqa qəbulundan bir il əvvvəl). Qurulduğu vaxt qraflıq indiki Otoqa qraflığı ərazisini, həmçinin Elmor və Çilton qraflıqlarının da bəzi hissəsini əhatə edirdi. ABŞ Siyahıyaalma Bürosunun məlumatına əsasən qraflığın ümumi ərazisi 604 kvadrat mil (1,560 km2)-dir. Bundan 594 kvadrat mil (1,540 km2) quru, 10 kvadrat mil (26 km2) isə su (1.4%) ərazisidir.
Tosa-ina
Tosa-ina, tosa-ken, Yapon mastifi — Molosslara daxil olan və Yaponiyada təbii şəkildə formalaşan it cinsi. XIX əsrin sonları Tosa knyazlığında it döyüşləri üçün istifadə edilirdi. Tosa-ina it cinsi Meyci dövründə xüsusi ilə it döyüşləri üçün yetişdirilmişdir. Yerli it cinslərinin Avropadan gətirilən Buldoq, Mastif, Bulterer, Alman poynteri, Alman doqu və Senbernarlar ilə seleksiya edilməsi nəticəsində indiki Koçi prefekturası ərazisində yeni cinslər yetişdirilirdi. Bu cinslər döyüşlərdə rəqiblərini dişləri ilə deyil cüssələri ilə məğlub edirdilər. Sumo döyüşlərini xatırladır. Burada itlər bir-birini dişləmir. Hədəf sadəcə rəqibi küncə sıxmaqdır. Digər iti dişləyənlər, hürənlər yarışdan çıxarılır. Qalib gələn it xüsusi qidaya sahiblənir.
Tosa Nikki
Tosa Nikki (土佐日記, azərb. Tosa gündəliyi‎) – X əsr yapon şairi Ki no Tsurayuki tərəfindən yazılmış poetik gündəlik. Mətn Tsurayukinin əyalət qubernatoru olduğu Tosa əyalətindən 935-ci ildə Kiotaya qayıdarkən etdiyi 55 günlük səyahəti əhatə edir. Səyahətin gündəliyi şeirlərlə verilmişdir. "Tosa Nikki" Yaponiya ədəbiyyatında nikki (gündəlik) janrı üçün ilk mötəbər nümunə hesab olunur. O vaxta qədər "nikki" sözü hökumət və ya ailələr tərəfindən tərtib olunan quru rəsmi qeydlərə şamil edilirdi və kişilər tərəfindən çincə yazılırdı. Lakin "Tosa Nikki" yapon dilində yazılmış, hətta kanalardan istifadə olunmuşdur. Dövrün ədəbiyyatla məşğul olan kişiləri mətnləri kana və Çin heroqlifləri ilə yazırdılar, lakin qadınların Çin heroqliflərindən istifadə etməsi yaxşı qarşılanmadığından ancaq kana ilə yazırdılar. Qadın nəqlçinin prespektivindən əsəri yazan Tsurayuki Çin heroqliflərindən istifadə etməkdən qaçınmış, əvəzində Yaponiya dili və poeziyasının estetikasını vurğulamağa çalışmışdır.
Tosa gündəliyi

Tosa məktəbi
Tosa məktəbi — Yaponiyada (Edo dövründə yaranan rəngkarlıq məktəbi) XV əsrin əvvəllərindən başlayaraq XIX əsrin sonlarınadək fəaliyyət göstərdi. Bu məktəbin rəssamları klassik yapon saray ədəbiyyatı əsərlərinə üstünlük verərək buradakı personajların təsvirini yaradırdılar. "Kenza haqqında povest" əsərindəki personajların təsviri buna aiddir. Tosa məktəbinə xas yaradıcılıq üslubuna zərif cizgilər, zəngin palitra, dekorativ kompozisiya aid idi. Tosa məktəbinin məşhur rəssamları Misunobu və Misuoki olmuşlar. Rəssamlar qədim yapon klassik stili olan yamot-e üslubunda işləyirdilər. İlk Tosa adını özünə təxəllüs götürən rəssam XIV əsrin sonu XV əsrin əvvəllərində yaşayıb yaratmış aristokrat Fudzivara Yukixiro olmuşdur. O, həmçinin Tosa Syöqen adı ilə tanınırdı (rəssəm həm də neçə illər Tosa əyalətinin qubernatoru olmuşdur).
Toşa çayı
Toşa çayı — Tatarıstanın Bua rayonu ərazisindən axan çay. Sviyaqa çayıın sağ qolunu təşkil edir. Uzunluğu — 16 km, sahəsi 111 km²-dir. Mənbəyi Klyaşevo kəndində, mənsəbi isə Stepanovka kəndində yerləşir. Axarı: Sviyaqa → Volqa → Xəzər dənizi.
Tosa (it)