Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ortada adam hücumu
Ortada adam hücumu (ing. Man-in-the-middle Attack) – autentifikasiya protokolunun əsasında yerinə yetirilən hücum. Hücum edən autentifikasiya olunan və autentifikasiya edən tərəflər arasında yerləşərək onlar arasında ötürülən verilənləri ələ keçirə və dəyişə bilər. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Yaz harada, biz orada (film, 1984)
Film qədim zamanlardan Azərbaycan xalqının məişətinə daxil olmuş xalçaçılıq sənətindən bəhs edir.
Ostrava
Ostrava (cz. Ostrava; de Ostrau; ; IPA: [ˈɔstrava]) — Çexiyanın şimal-şərqində, əhalinin sayına görə Çexiyada 3-cü yerdə, Moraviya-Sileziya diyarının inzibati mərkəzidir. Ostravitsenin, Oderin и Opavanın qovuşduğu yerdə yerləşir. Şəhərin tarixi yüksəkkeyfiyyətli kömür istehsalatı ilə sıx bağlıdır. Bununla o rəsmi olmayan "Respublikanın döyünən polad ürəyi" adı almışdı. Bugünlərdə ekologiyanın qorunması ilə əlagədar olaraq bu fabrik və zavodlarının bir çoxu bağlanılıb. Arxeoloji qazıntılar təsdiq etdilər ki, Ostrava ərazisində insanlar hələ 25 000 il əvvəl yaşamışlar. Orta əsrlərdə buradan Kəhrəba yolu keçirdi. Şəhərin əsası 1267-ci ildə qoyulmuşdu. Vaxt keçdikcə şəhərin iqtisadi əhəmiyyəti enməyə başladı və XVIII əsrə Ostrava 1000 nəfər əhalisi olan, xırda bir provinsial şəhərə çevrildi.
Ottana
Ottana (sardin: Otzàna) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhərdir. Sahəsi 45,07 km²-dir. Kommunanın əhalisi 2307 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 51 nəfərdir. Ottana kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Bolotana, Noragugume, Olzai, Orani, Sarule və Sedilo.
Ottava
Ottava (ing. Ottawa, fr. Ottawa) — Kanadanın paytaxtı və ən böyük dördüncü şəhəridir. Ottava Vadisində qurulan şəhər, Ontario əyalətinin cənub şərq ucundadır və Kvebek əyaləti sərhədindədir. Torontonun 400 kilometr şərqində, Monrealın isə 250 kilometr qərbində yerləşməkdədir. Şəhər eyni zamanda, Kvebek və Ontario əyalətlərini ayrıca əhəmiyyətli bir kanal olan Ottava Çayı sahillərinə qurulmuşdur. ABŞ, Avstraliya və Meksikadan fərqli olaraq, Kanadada bir "federal paytaxt bölgəsi" və Ottava əyalət içində bir bələdiyyə bölgəsidir. Ottava şəhərinin əhalisi 808.391 ikən, Ottawa bölgəsinin əhalisi 1.146.790-dir.
Toradi
Toradi — Azərbaycan Respublikasının Astara rayonunun Hamoşam kənd inzibati ərazi dairəsində kənd. Torə (tora) talış dilində "su mənbəyi", "kanal" və di "kənd" deməkdir.
Triada
Triada (çin. 三合会) — Çin mafiya qruplaşması. Triadalar, böyük hissəsi Çin, Malaziya, Honkonq, Tayvan və Sinqapurda yerləşən çoxsaylı quldur qurumlarından ibarətdir. Həmçinin Nyu-York, Los-Anceles, Sietl, Detroyt, Çikaqo, Buenos Ayres, Amsterdam, Vankuver və San Fransiskoda müəyyən qədər fəal olan mütəşəkkil dəstələr daha çox oğurluq, sifarişli qətl, narkotik alveri və piratçılıq fəaliyyəti ilə məşğul olurlar. Triadanın əsası 18-ci əsrdə qoyulub və o vaxt Tian Di Hui adı ilə tanınırdı. Son zamanlar saxta Çin valyutası hazırlamaqla məşğul olan Mafiya üzvlərinin sayı 50.000 nəfərə çatır. Triadanın yaşadığı ölkələr aşağıdakılardır: Çin Malaziya Sinqapur İtaliya Tayvan Kanada Yeni Zelandiya Avstraliya ABŞ Argentina Almaniya Böyük Britaniya (14K-Triade banda qrupu) Niderland Dominikan Respublikası Vyetnam Tailand Filippin Yaponiya Filippin Makao Rusiya Fransa İspaniya Myanma Laos İndoneziya Meksika Braziliya Vereinigte Wo (40 000 adam, 10 Klan) 14K-Triade (25 000 adam, 30 Klan) Sun Yee On (50 000 adam) Bou (1000 adam, 2 Klan) Shih-Hai-Triad (10 000 adam) Q&A for tourists on triads in Hong Kong SF Weekly Feature Article Profiling Member of Hop Sing Tong -- Raymond "Shrimp Boy" Chow (2007) An essay about Triads Arxivləşdirilib 2012-02-04 at the Wayback Machine Asian Gang Sweep 2 Chinatown biz bigs busted. Pete Bowles. Newsday. 12/10/1993.
Troada
Biqa yarımadası qədim adı ilə Troada və ya Troas Dardanelin ikiyə ayırdığı Anadolu ilə Rumelinin şərq hissəsidir. Dardanelin şimalında Gelibolu yarımadası cənubunda isə Biqa yarımadası yerləşir. Bu gün Çanaqqala ilinin bütün ərazisi Biqa yarımadasını təşkil edir. Bölgə öz adını Cümhuriyət dövründə əvvəl bölgə mərkəzi, lakin günümüzdə Çanaqqalanın ilçəsi olan Biqadan almışdır. Çanaqqala il mərkəzi, Biqa, Ayvacık, Bayramiç, Çan, Ezine, Yengicə və Lapseki rayon mərkəzləri yarımadanın əsas yaşayış məskənləridir. Biqa - Yarımada öz adını Çanaqqalanın Marmara dənizi sahillərində Biqa ilçəsindən götürmüşdü. Troada-Troas - Bu adlar bölgədəki dünyaca məşhur Troya kəndindən gəlir. Bu tarixi ad eyni zamanda bölgədəki Makedoniyalı İsgəndər adına qurulan bir kəndin adının digər kəndlərlə qarışmaması üçün istifadə edilir. Bu qədim şəhər İsgəndəriyyə Troas kimi tanınır. Biqa yarımadasının şimalında Dardanel və Marmara dənizi, cənubda Edremit körfəzi, şərqdə Gönen çayı və qərbdə Egey dənizi var.
Otran
Otran (fr. Autrans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Verkor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38021. Kommunanın 2012-ci il üçün əhalisi 1628 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Otrar
Otrar (düzgün deyilişi Otarar), (Fərab, Turar, Tarban və ya Tutarbənd) Qazaxıstanın cənubunda Sır-dərya çayının sahilindəki Otrarın adı Monqol fəlakətiylə anılır. Bu şəhər Türk və İslam dünyasının ən böyük filosofu Fərabinin doğulduğu yerdi. Fərab əslində bölgənin adıydı və Otrar bu bölgənin mərkəziydi. Oğuzelinin ən önəmli şəhəriydi. Çingiz xan tərəfindən yerlə yeksan edilən Otrarın qalıntıları geniş bir meydana yayılıb. Ayrıca, 1405-ci ildə Çin səfərinə çıxan Əmir Teymur Otrarda ölmüşdür. Otrar vahəsi, arxeoloji qalıntıları, Orta çağ yerləşim yerləri və suvarma kanalları ile 200 km ² bir meydanı əhatə edir.
Prada
Prada — İtalyan geyim brendi. 1913-cü ildə Mario Prada tərəfindən yaradılmış geyim brendidir. Mərkəzi qərargahı Milan şəhərindədir. Şirkət 1913-cü ildə Mario Prada və onun qardaşı Martino tərəfindən İtaliyanın Milan şəhərində yaradılıb. Mario Prada qadınların biznesdə rolunun olması lazım olduğuna inanmırdı və buna görə də qadın ailə üzvlərinin onun şirkətinə daxil olmasına mane olurdu. Qəribədir ki, Marionun oğlunun bu işə marağı yox idi, ona görə də Marionun yerinə gələn və təxminən iyirmi il Pradaya rəhbərlik edən Marionun qızı Luisa idi. Həmçinin Luizanın qızı Miuccia Prada 1970-ci ildə şirkətə qoşuldu Miuccia şirkəti 1978-ci ildə miras aldı və Bertelli ilə yanaşı biznes meneceri kimi Miuccia şirkətin dizaynlarında öz yaradıcılığı ilə fərqlənirdi. O, 1979-cu ildə ilk kürək çantalarını dizayn etdi və satışı baş tutdu. Onlar babasının buxar gəmisi üçün örtük kimi istifadə etdiyi sərt hərbi təyinatlı qara neylondan hazırlanmışdı. İlkin uğur dərhal olmadı, çünki reklamın olmaması və yüksək qiymətlərə görə onları satmaq çətin idi .
Tsada
Tsada — Kiprin qərb hissəsindəki kiçik bir şəhərdir. Eparkia Pafou rayonunda, ölkənin qərb hissəsində, paytaxt Nikosiyadan 90 km qərbdə və Pafosdan 8 km şimalda yerləşir. Tsada dəniz səviyyəsindən 619 metr yüksəklikdədir. 1,043 əhalisi var.
Achillea atrata
Achillea atrata (lat. Achillea atrata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Anas atrata
Qara qu (lat. Cygnus atratus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.
Estrada doktrinası
Estrada doktrinası — Paskual Ortis Rubionun prezidentliyi dövründə (1930-1932) yeni hökumətlərin tanınmasına dair 27 sentyabr 1930-cu il kommunikesində Meksikanın xarici işlər naziri Xenaro Estrada Felis tərəfindən formulə edilmiş doktrina."Hökumətlərin qeyri-formal tanınması" doktrinası da adlanır. Tobara doktrinasının əksinə olaraq Estrada doktrinası belə hesab edir ki, müəyyən ölkənin hökumətinin tanınması xarici dövlətlərin xüsusi aktının olmasını tələb etməməlidir. Doktrina 1930-cu ildən 2000-ci illərin əvvəllərinədək Meksikanın xarici siyasətinin əsasını təşkil etmişdir. Doktrina 70 il ərzində ölkənin xarici siyasətində ən təsirli vasitə olub. Doktrinaya görə, xarici dövlətlər hökumətləri, eləcə də başqa dövlətlərin hökumətlərindəki dəyişiklikləri müsbət və ya mənfi mənada qiymətləndirməməlidirlər; çünki belə hərəkət dövlət suverenliyinin pozulmasına səbəb ola bilər. Bu siyasət dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq, beynəlxalq mübahisələri dinc yolla həll etmək və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanır.. == Haqqında == 12 sentyabr 1931-ci il tarixdə Meksika Millətlər Liqasına qəbul edildi. Bu hadisə olduqca əlamətdar idi, çünki ABŞ-la aralarında həll edilməmiş problemlər qaldığına görə Birinci Dünya müharibəsi başa çatdıqdan sonra yaradılan beynəlxalq hökumətlərarası təşkilatların heç birinə Meksika dəvət edilməmişdi. Bu zaman Meksika beynəlxalq hüquqa və dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq, öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan mövqeyini nümayiş etdirməyə başladı. Meksika hökuməti həmişə mübahisələrin dinc yolla həllini dəstəkləyir və beynəlxalq münasibətlərdə güc tətbiq etməyi rədd edirdi.
Fukusaburo Harada
Fukusaburo Harada — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ostraya dağı
Ostraya — Böyük Qafqazın Baş Qafqaz silsiləsinda Azərbaycan (Qusar rayonu) və Rusiya (Dağıstan, Doqquzpara rayonu) sərhəddində yerləşən dağ. Dağın hündürlüyü 2914 metr təşkil edir. Dağ ətəklərindən başlanğıcını götürən ən böyük çay Taircaldır. Qərb ətəklərindən naşlanğıcını götürən Ostraya çayı Samurçayın sol qolu olan Usuxçaya tökülür. Dağın şimalında Qarakürə (Dağıstan), qərbində Qalacıq (Dağıstan) şərqində isə Sudur kəndi (Azərbaycan, Qusar rayonu).
Otradnı bayrağı
Otradnı bayrağı — Samara vilayətində yerləşən Otradnının bayrağı.
Ottava adaları
Ottava adası (ing. Ottawa Islands, inuit: Arviliit) — Hudzon körfəzinin şərq hissəsində yaşayan bir qrup insansız ada. Unqava yarımadasının sahillərində yerləşir. İnzibati cəhətdən Ottava adaları, bütün digər Hudzon körfəzi adaları kimi, Kanadanın Nunavut ərazisinə aiddir. Arxipelaqın ən yüksək nöqtəsi Gilmur adasında yerləşir və dəniz səviyyəsindən 550 m yüksəklikdədir. 24 kiçik adacıqdan ibarətdir, bunlardan ən əhəmiyyətliləri: Bronson adası - 5 km², But adası - 5 km², Qilmour adası - 84 km², Perley adası - 45 km², Petti adası - 12 km², Eddi adası - 12 km². Ottava adaları, eləcə də qonşu Belçer adaları adi qaqanın yerli yarımnövləri üçün qida bazası rolunu oynayır.
Ottava şəhəri
Ottava (ing. Ottawa, fr. Ottawa) — Kanadanın paytaxtı və ən böyük dördüncü şəhəridir. Ottava Vadisində qurulan şəhər, Ontario əyalətinin cənub şərq ucundadır və Kvebek əyaləti sərhədindədir. Torontonun 400 kilometr şərqində, Monrealın isə 250 kilometr qərbində yerləşməkdədir. Şəhər eyni zamanda, Kvebek və Ontario əyalətlərini ayrıca əhəmiyyətli bir kanal olan Ottava Çayı sahillərinə qurulmuşdur. ABŞ, Avstraliya və Meksikadan fərqli olaraq, Kanadada bir "federal paytaxt bölgəsi" və Ottava əyalət içində bir bələdiyyə bölgəsidir. Ottava şəhərinin əhalisi 808.391 ikən, Ottawa bölgəsinin əhalisi 1.146.790-dir.
Rayder (estrada)
Rayder (ing. rider) — artist, musiqiçi və yaradıcı kollektivlər tərəfindən çıxışı üçün irəli sürülən bütün tələblər. Əks halda artıst ilkin ödənişi qaytarmadan çıxışdan imtina etmək hüququna malikdir. Payderin istifadə edilməsinin xüsusiyyətləri barədə məqalə (rus.).
Semyon Farada
Semyon Farada (rusca :Семён Львович Фердман, Семён Фарада, d. 31 dekabr, 1933, Nikolskoye, Moskva – 20 avqust 2009, Moskva) — rus teatr və kino artisti. Semyon Farda çox filmlərdə çəkilib, onların içində ("Məhəbbətin formulu", "Həmin Minhauzen", "Əjdahanın ölümü" və s.) çəkilən, Taqanka teatrında çalışan 76 yaşlı artistin səhhətində ilk problem 1980-ci ildə yaranıb. 1988-ci ildə Faradanın ürəyində cərrahiyə əməliyyatı aparılıb, ürəyinə süni qapaq yerləşdirilib. Əməliyyat uğurlu keçib, hətta o vaxt aktyor dostlarıyla futbol da oynayıb. Ancaq 2000-ci ildə Farada infarkt keçirib. Yarım il sonra yıxılıb və omba sümüyü sınıb. Üç dəfə cərrahiyyə əməliyyatına məruz qalıb, sonradan ikinci dəfə infarkt onu yaxalayıb. Son vaxtlar aktyor 9 xəstəxana dəyişib. Semyon Farada 1999-cu ildə Rusiyanın xalq artisti adına layiq görülüb.
Simon Qerada
Simon Qerada (20 mart 1981) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Qerada Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Troada Aleksandriya
Troada Aleksandriya (yunanca: Αλεξάνδρεια Τρωάς); Türkiyənin qərb sahilinin şimalına yaxın, Bozcaadanın cənubunda olan Antik Yunan şəhəridir. Çanaqqala vilayətinin Ezine bölgəsində Dalyan kəndinin cənub-şərqində yerləşir. Qədim şəhər təxminən 400 hektar (4 km²) ərazini əhatə edir. Bu gün qalan binalardan bəzilərinə Termlər, Odeon, qədim yunan teatrı, gimnaziya kompleksi və yeni kəşf edilmiş stadion daxildir. Şəhərin köhnə divarları hələ də görünə biləcək vəziyyətdədir. Strabonun sözlərinə görə, bu bölgə əvvəlcə Siqeya adlanırdı, E.ə 306-cı ildə Böyük İsgəndərin komandirlərindən biri olan I Antigonus Monophtalmos keçmişdə çox nüfuzlu bir şəhər olan Neandreya da daxil olmaqla beş yaşayış məntəqəsinin sakinlərini Siqeriyaya yerləşdirərək şəhəri genişləndirib yenidən qurdu. E.ə 301-ci ildə Lisimaxos tərəfindən Makedoniyalı İskəndərin xatirəsinə şəhərin adı "Troada Aleksandriya" olaraq dəyişdirildi. (Böyük Plini adın Antigoniadan Aleksandriaya dəyişdirildiyini yazıb). Şimal-qərb Anadolunun əsas limanı olan şəhər Roma dövründə xeyli inkişaf etmiş və bu gün tapılan qalıqlar bölgənin tarixdəki əhəmiyyətini sübut edir. Qızıl dövrdə şəhərin 100.000-ə yaxın bir əhaliyə çatdığı düşünülür.
Şuhey Terada
Şuhey Terada (d. 23 iyun 1975) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.