Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ORCID
ORCID və ya Open Researcher and Contributor ID (ingilis dilindən "Tədqiqatçı və iştirakçının açıq identifikatoru") — elm adamları və akademik şəxsiyyətləri bənzərsiz olaraq tanıdan 16 rəqəmli koddan ibarət beynəlxalq sistemdir. Bu sistem qısaca olaraq "ORCID" adlanır. İngilis dilində tam adı "Open Researcher and Contributor ID"dir. Azərbaycan dilində o "Azad tədqiqatçılar və yazarların ID kodu" kimi xarakterizə edilir. ResearchGate Academia.edu AcademyGate Metafizika Jurnalı ERIH PLUS Rəsmi saytı Məlikov.
Otris
Otris (yun. Όθρυς) — Yunanıstanda, Ftiotida və Maqnisiya periferik bölmələrinin sərhəddində yerləşən dağ silsiləsi. Uzunluğu təqribən 90 km, hündürlüyü dəniz səviyyəsindən 1,726 metrə qədərdir. Qədim coğrafiyada Orti, Orfis, Ofri dağı, Ofriya (q.yun. Ὄθρυς, lat. Othrys) adlandırılmışdır.
Otis
Dovdaq (lat. Otis tarda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Bel tərəfi kürən, üzərində naxışlar var. Qarın tərəfi çirkli-ağımtıldır. Qanadları əsasən ağ, ucu isə qaradır. Quyruğunun ucunda qara və ağ xallar köndələn zolaq əmələ gətirir. Erkəyinin "bığları" var. Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda XX əsrin ortalarına qədər Acınohur bozqırlarında, Kür-Araz və Lənkəran ovalığında, Böyük Qafqazın dağətəyi ərazilərində qışlamış, həm də Kür-Araz ovalığında (Şirvan və Muğan düzləri) yuvalamışdır.
Otit
Otit (q.yun. οὖς, ὠτός) — qulaqda iltihablı proses kimi yayılan qulaq, burun, boğaz xəstəliyi. Patoloji prosesin lokalizasiyasından asılı olaraq (xarici, orta və ya daxili qulağın strukturlarında) aşağıdakılarla fərqlənir: xarici otit orta otit labirint (daxili qulağın iltihabı) Otit xəstəliyi hər yaşda, xüsusən də uşaqlarda baş verə bilən xəstəlikdir. Ən çox yayılan orta qulağın iltihab xəstəliyidir. 3 yaşa qədər uşaqların 80%-də ən azı bir dəfə otit xəstəliyi müşahidə olunub. Xarici otit — orta qulaq kanalının iltihabı — məhdud və ya diffuz ola bilər. Xarici qulağın məhdud iltihabı tez-tez furunkulyozla təmsil olunur. Xarici eşitmə kanalının diffuz iltihabı əsasən xroniki irinli otitdə, müxtəlif bakteriyaların dəriyə və dərialtı təbəqəyə nüfuz etməsi, həmçinin göbələk infeksiyası ilə müşahidə olunur. İltihabı proses hərdən qulaq pərdəsinə qədər yayılır. Orta otit — orta qulağın iltihabıdır.
Ötzi
Ötzi, Ötsi (alm. Ötzi‎) yaxud Similaun adamı (it. Mummia del Similaun) — insan epoxasının mis dövrünə aid buzlaşmış insan mumiyası. Ötzi mumiyası 1991 ci ildə Tirolun Ötztal Alpındakı (alm. Ötztaler Alpen‎) Şnalştal buzlağında (alm. Schnalstal‎), 3200 m hündürlükdən, kəskin buz ərintisi nəticəsində aşkarlanmışdır. Mumiyanın mənsub olduğu şəxsin ölüm tarixi radio kömür müayinəsi əsasında e.ə. ≈ 3359 və 3105 il, yaşı isə ≈5250 il müəyyən edilmişdir. Avstriyada mumiya Ötzi adamı, İtaliyada isə “Similaun adamı” və “Tirol buzlaq adamı” kimi təqdim edilmişdir. 2011 ci ilin oktyabrında alimlər Ötzinin genetik kodunu açmağa müvəffəq olmuşlar.
Otöy
Otöy (fr. Auteuil Fransızca tələffüz: [otœj]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Otöy istixanalar bağı Bulon meşəsinin cənub kənarında yerləşən böyük bir istixana kompleksi içərisində yerləşən bir botanika bağıdır. Marsel Prust Otöydə dünyaya gəlir. "Azərbaycan Evi" Otöydə, Jeneral Delestren (Général Delestraint) küçəsində, № 31-də yerləşir.
Oiçi
Oiçi no Kata (お市の方, 1547, Naqoya – 14 iyun 1583, Kitanoşo qəsri[d]) və ya Odani no Kata (小谷の方) – Senqoku dövründə yaşamış yapon tarixi şəxsiyyət. Oda Nobunaqanın kiçik bacısı olmuşdur. == Həyatı == Oiçi 1547-ci ildə Ovari əyalətində doğulmuşdur. Öz gözəlliyi ilə məşhur olmuşdur. 1568-ci ildə qardaşı Oda Nobunaqanın istəyi ilə daymyo Azay Naqamasa ilə evlənmişdir. Ərinin Omi əyalətində yerləşən Odani qəsrində yaşadığı üçün Odani no Kata adını götürmüşdür. 1570-ci ildə Naqamasa Nobunaqaya qarşı çevrilmiş və 1573-cü ildə onun tərəfindən məğlub edilmişdir. Nobunaqa bacısının və üç kiçik qızının həyatı bağışlasa da, iki körpə oğlunun öldürülməsini əmr etmişdir. Oiçi bir müddət hamıdan ayrı yaşasa da, 1582-ci ildə Nobunaqanın öldürülməsindən sonra Oda Nobutaka ona müttəfiqi daymyo Şibata Katsuie ilə evlənməyi əmr etmişdir. 1583-cü ildə Toyotomi Hideyoşi Kitanaşo mühasirəsini başlatmış və yaşadığı qəsri məhv etmişdir.
Bayan-Ölgiy
Bayan-Ölqiy vilayəti (monqolca: Баян-Оглий аймаг; Qazaqça: Бай-Өлке; Azərbaycan Türkcəsi: Bay-Ölkə; "Zəngin Ölkə") — Monqolustanın 21 vilayətindən (aymaqından) biri. Özündə 13 rayonu (sumu) birləşdirən Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. == Ərazisi == 1939-cu ildə yaradılan Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. Bayan-Ölqiy vilayətinə 13 rayon (sum) daxilidir. Vilayətini paytaxtı Tsaqaannuur şəhəridir. == Əhalisi == 2017-ci ildə olan məlumatlara əsasən Bayan-Ölqiy vilayətinin əhalisinin 88,7% i Qazaqlardan ibarət olup cəmi 101 592 nəfərdir.
Hiroşi Oçiay
Hiroşi Oçiay (d. 28 fevral 1946) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 63 oyun keçirib, 9 qol vurub.
Kenci Toçio
Kenci Toçio (d. 26 may 1941) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Olcay Şahan
Olcay Şahan (26 may 1987, Düsseldorf) — Türk futbolçusu. "Beşiktaş" klubunun hücumçusudur.
Ostrıy adası
Ostrıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 1 km aralıda yerləşir. Ostrıy adasının ətrafında Şimal Torpağına daxil iki ada vardır: Cənub adası (700 m) və Nizkiy adası (1,3 km). Ada uzunsov formaya malikdir və 300 metrən artıq məsafədə uzanır. Adada seçilən yüksəklik yoxdur.
Otriv (Alye)
Otriv (fr. Hauterive) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03126. 2008-ci ildə əhalinin sayı 1076 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 687 nəfərin (15-64 yaş arasında) 489 nəfəri iqtisadi cəhətdən fəal, 198 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.2%, 1999-cu ildə 70.2%). Fəal olan 489 nəfərdən 445 nəfər (233 kişi və 212 qadın), 44 nəfəri işsizdir (15 kişi və 29 qadın). 198 hərəkətsiz 46 nəfər arasında şagird və ya tələbə, 92 nəfər təqaüdçü, 60 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Otvil-Lonnes
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Eyci Oçiay
Eyci Oçiay (落合英二, 26 iyun 1898, Urava[d] – 4 noyabr 1974) – Yaponiya farmakoloqu. 26 iyun 1898-ci ildə Yaponiyanın Saytama prefekturasının Urava şəhərində doğulmuşdur. Atası pedaqoq idi. 1911-ci ildə Çiba prefekturasında yerləşən liseyə daxil olmuşdur. Fiziki cəhətdən zəif uşaq olduğu üçün dərman bitkiləri toplamağa həvəsi yaranmışdır. 1919–1922-ci illərdə Tokio Universitetinin tibb fakültəsinin farmakologiya kafedrasında təhsil almışdır. 1926-cı ilin dekabr ayında Tayvana səyahət edərək bitkilər toplamışdır. 1928-ci ildə sinomeninin quruluşu haqqındakı işinə görə farmakologiya üzrə doktorantura dərəcəsi əldə etmişdir. Həmin il evlənmişdir. 1930–1932-ci illərdə Almaniyanın Frayburq Universitetində təhsil almışdır.
Oçiay Eyci
Eyci Oçiay (落合英二, 26 iyun 1898, Urava[d] – 4 noyabr 1974) – Yaponiya farmakoloqu. 26 iyun 1898-ci ildə Yaponiyanın Saytama prefekturasının Urava şəhərində doğulmuşdur. Atası pedaqoq idi. 1911-ci ildə Çiba prefekturasında yerləşən liseyə daxil olmuşdur. Fiziki cəhətdən zəif uşaq olduğu üçün dərman bitkiləri toplamağa həvəsi yaranmışdır. 1919–1922-ci illərdə Tokio Universitetinin tibb fakültəsinin farmakologiya kafedrasında təhsil almışdır. 1926-cı ilin dekabr ayında Tayvana səyahət edərək bitkilər toplamışdır. 1928-ci ildə sinomeninin quruluşu haqqındakı işinə görə farmakologiya üzrə doktorantura dərəcəsi əldə etmişdir. Həmin il evlənmişdir. 1930–1932-ci illərdə Almaniyanın Frayburq Universitetində təhsil almışdır.
Oçiay Naobumi
Oçiay Naobumi (落合 直文, 16 dekabr 1861, Motoyosi[d], Miyaqi prefekturası – 16 dekabr 1903) – Yaponiya tanka şairi və yapon ədəbiyyatının tədqiqatçısı. Haqinoya təxəllüsündən istifadə etmişdir. 1861-ci ildə Yaponiyanın Rikuzen əyalətində (indiki Miyaqi prefekturası) doğulmuşdur. Oçiay Naoaki tərəfindən övladlığa götürülmüşdür. Tokio Universitetində təhsil almışdır. "Asakaşa" adlı tanka şairləri qrupunu qurmuşdur. Ənənəvi vaka üslubunu müasirləşdirməklə məşğul olmuş, Yosano Tekkan və Onoe Şayşu kimi müasir tanka şairlərinə təsir göstərmişdir. Onun "Sözəbaxan qız Şiraqikunun mahnısı" şeiri şintayşi poeziyasının qabaqcılı olmuşdur. Mori Oqay ilə birlikdə "Şinseyşa" vaka şairləri qrupunu yaratmışdır. Əsas əsərlərinə vaka poeziyasından bəhs edən dərslik olan "Şinsen katen" (1891), yapon dilinin tədqiqindən bəhs edən "Nihon day bunten" (1897), esse və vaka şeirlərinin kolleksiyasından ibarət olan "Haqinoya iko" (1904) daxildir.
Bayan-Ölqiy vilayəti
Bayan-Ölqiy vilayəti (monqolca: Баян-Оглий аймаг; Qazaqça: Бай-Өлке; Azərbaycan Türkcəsi: Bay-Ölkə; "Zəngin Ölkə") — Monqolustanın 21 vilayətindən (aymaqından) biri. Özündə 13 rayonu (sumu) birləşdirən Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. == Ərazisi == 1939-cu ildə yaradılan Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. Bayan-Ölqiy vilayətinə 13 rayon (sum) daxilidir. Vilayətini paytaxtı Tsaqaannuur şəhəridir. == Əhalisi == 2017-ci ildə olan məlumatlara əsasən Bayan-Ölqiy vilayətinin əhalisinin 88,7% i Qazaqlardan ibarət olup cəmi 101 592 nəfərdir.
La-Ferte-Otriv
La-Ferte-Otriv (fr. La Ferté-Hauterive) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03114. 2008-ci ildə əhalinin sayı 278 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 174 nəfər (15-64 yaş) arasında 129 nəfər iqtisadi fəal, 45 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 74.1%, 1999-cu ildə 66.7%). Fəaliyyət göstərən 129 nəfərdən 121 nəfər (66 kişi və 55 qadın), 8 nəfər işsiz (3 kişi və 5 qadın) idi. 45 hərəkətsiz 16 nəfər arasında şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Olcay Kartari Raçed
Olcay Kartari Raçed (tam adı: Olcay Kartari Raçed, ing. Olcay Kartari Rached; 30 noyabr 1950, Qars, Türkiyə) — Azərbaycan əsilli, "Sirr qadın" kimi tanınan, ABŞ prezidentlərinin türk dili üzrə sinxron tərcüməçisi. Olcay Kartari 1950-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gəlib. Babaları Marneulidəndir – azərbaycanlıdır. Belə ki, Kartarinin babaları XX əsrin əvvəllərində Borçalıdan Qars şəhərinə köçmüşdür. Atası Həsən Kartari uzun illər Qarsda yerli təhsil şöbəsinin müdiri, eyni zamanda TRT Qars radiosunun solisti olmuşdur. Kartari ailəsində 5 övladdan ən böyüyüdür. Onun Əsgər, Çingiz, Yavuz və Həmid adlı 4 qardaşı var. İkinci qardaşı professor Əsgər Kartari Hacettepe Universitetində İnformasiya və kommunikasiya fakültəsinin dekanı olub. Olcay Kartari vaxtilə TRT Qars radiosunda xorda xalq musiqisi sənətçisi kimi çalışıb.
Ölçey-ool Monquş
Ölçey-ool Kunqaa oğlu Monquş (d. 22 dekabr 1934 – 31 mart 1996) – Tuvanın Uluğ Nehir bölgəsindəki Ak-Hem qəsəbəsində anadan olan tuvalı şair və yazıçı. 1934-cü ilin 22 dekabrıda Tuvanın Uluğ Nehir adlı bölgəsinin Ak-Hem kəndində anadan olmuşdur. İbtidai təhsil alarkən qəza nəticəsində şikəst qalmış və təhsilini evdə özbaşına davam etdirmişdir. “Ulug-Hemnin çalqıqları” (Yeniseyin dalğaları) adlı dərnəyin həm yaradıcısı, həm də rəhbəri olmuşdur. SSRİ Yazıçılar Birliyinin üzvü olan Monquş Tuva türkcəsində adlandırdığı “Şılqaranqay küş-ajıl deeş” medalının da sahibidir. İlk şerlərini 1950-ci illərin əvvəllərində “Sıldısçıqaş” qəzetində nəşr etdirmişdir. “Çaa-Höldün aydınında” (1966), “Şiirler” (1971), “Hööreerin çuqaaları” (1971), “Kokpalar” (1975), “Süzüglelim” (1979), “Nazın” (1981), “Demisel” (1987), “Tanışpazım çeenner” (1993), “Tıva kiji” (1995), “Setkilimnin höönneri” (1996) adlı şerlər və nəsr antologiyasının yazçısıdır. O, həmçinin tərcüməçiliklə də mşğul olmuş və Yeseninin, Prokopyevin, Telpuqovun əsərlərini Tuva dilinə tərcümə etmişdir.
Oliy Majlis
Özbəkistan Respublikasının Ali Məclisi (özb. Oʻzbekiston Respublikasi Oliy Majlisi) — Özbəkistan Respublikasının parlamentidir, dövlət hakimiyyətinin təmsilçisi və qanunverici orqanı. 27 yanvar 2002-ci il tarixli ümumxalq konstitusiya referendumunun nəticələrinə görə, Özbəkistan Respublikası Ali Məclisi iki palatadan - Özbəkistan Respublikası Ali Məclisi Senatından (yuxarı palata) və Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasından (aşağı palata) ibarətdir. 1994-cü ildə qurulduğu gündən və referenduma qədər Özbəkistan Respublikasının Ali Məclisi birpalatalı parlament idi. Hər iki palatanın səlahiyyət müddəti beş ildir. Özbəkistan Respublikası Ali Məclisinin sələfi 1938-1994-cü illərdə mövcud olan Özbəkistan SSR/Özbəkistan Respublikası birpalatalı Ali Sovetidir. Qanunvericilik Palatası qanuna uyğun olaraq seçilmiş 150 deputatdan ibarətdir. Qanunvericilik Palatasında əsas şəxs Ali Məclisin Qanunvericilik Palatasının sədridir. İndi bu vəzifəni yeni seçilən Nurdincon İsmoilov tutur. Aşağı pakata deputatlarından 135-i birbaşa ümumi seçkilərdə seçilmiş, 15 yer Özbəkistan Ekoloji Hərəkatı üçün ayrılmışdı.
Otey bağı
Otri-İssar
Otri-İssar (fr. Autry-Issards) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03012. 2008-ci ildə əhalinin sayı 332 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 216 nəfər (15-64 yaş arasında) arasında 165 nəfər iqtisadi fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.4%, 1999-cu ildə 66.2%). Fəal olan 165 nəfərdən 150 nəfər (78 kişi və 72 qadın), 15 nəfər işsiz (4 kişi və 11 qadın) idi. Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Bas Otis
Bas Otis (17 iyul 1784[…] – 3 noyabr 1861, Filadelfiya, Pensilvaniya) — Amerikalı portret rəssamı. Otis Massaçusets ştatının İst Bricvoter şəhərində dünyaya gəlib. O, gənc yaşlarında dərrak ustasının yanında şagirdlik edib. Daha sonra rəssam kimi çalışıb. Otis Nyu Yorka köçdü və burada rəssam Con Uesli Jarvisin köməkçisi kimi çalışdı. 1812-ci ildə Pensilvaniya ştatının Filadelfiya şəhərinə köçəndən sonra onun rəssamlıq karyerası çiçəkləndi. 1812-ci ildə ABŞ Rəssamlar Cəmiyyətinə seçildi və onun səkkiz portreti Rəssamlar Cəmiyyətinin və Pensilvaniya Gözəl Sənətlər Akademiyasının birgə sərgisində sərgiləndi. O, 1824-cü ildə Pensilvaniya Akademiyasında akademik seçildi. Otisin ən məşhur ilk işlərindən biri metal emalı sexinin içindəki mənzərəni təsvir etmək olmuşdur. Təxmin edilir ki, onun şagirdlik illərinin əksi olaraq çəkilmişdir əsər.