Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Böyük Oriyat
Böyük Oriyat — Neftçala rayonunun eyniadlı inzibati ərazi vahidində mövcud olmuş kənd. == Tarixi == Düzənlikdədir. 1933-cü ildə Böyük Oryad variantında qeydə alınmışdır. Keçmışdə Kurun sağ sahilində Köhnə Oriyat, sol sahilində isə Yeni Oriyat adlı iki kənd olmuşdur. Köhnə Oriyat sonralar Böyük Oriyat adı ilə əvəz olunmuşdur. Etnotoponimdir. Monqolların uryat tayfasının adındandır. Keçmiş Şəki və Quba xanlığında da Oriyat adlı yaşayış məntəqələri olmuşdur.. == Əhalisi == === Tanınmışları === İbrahim Nurlu (d.
Tsumori Çisato
Tsumori Çisato (津森 千里) – Yaponiya dəb dizayneri. Yaponiyanın Saytama şəhərində anadan olmuşdur və Tokioda yerləşən Bunka Moda Kollecində təhsil almışdır. 1977-ci ildə İseey Miyake ilə birlikdə "Issey Sports" xətti üzərində işləməyə başlamışdır. Bu xətt daha sonra "I.S. Chisato Tsumori Designs" olaraq adlandırılmışdır. İseey Miyakenin dəstəyi ilə 1990-cı ildə öz xəttini başlatmışdır. 2003-cü ildə işini Parisə aparmış və elə həmin il öz kişi geyimləri xətti üzərində işləməyə başlamışdır. Karyerası ərzində ABŞ-də da tanınmışdır. Çisatonun estetikası ənənəvi qravürlərə əsaslanır və "manqa/bohemiya şirinliyi" elementlərinə malikdir. Tsumori Çisato öz əli ilə çəkdiyi qravürlər əsasında dizaynlar yaratması ilə tanınır. Qravürləri üçün Yaponiya mədəniyyətindən, manqalardan, müasir incəsənətdən, pişiklərdən və digər mənbələrdən ilham alır.
Osat
Osat (serb. Osat / Осат) — Bosniya və Herseqovina ərazisində yerləşən coğrafi vilayət. Podrinenin mərkəzi hissəsində (Drina çayının sağ sahili boyunca), Vişeqrad və Srebrenisa şəhərləri arasında yerləşir. Osat vilayəti ərazisinə Bratunas və Srebrenisa icmaları bütünlüklə, Biraç regionunun isə bir hissəsi daxildir. Vasili Stefanovun yazdıqlarına görə Osat vilayətində 1860-cı ildə aşağıdakı kəndlər mövcud olmuşdur: Blajieviçi, Boleviçi, Bojiçi, Buyakoviçi, Srvisa, Yaketiçi, Karina, Kalimoniçi, Kosytolomsi, Krniçi, Mleçva, Moşiçi, Osatisa, Petrisa, Postole, Pribidol-Srpski, Pribidol-Turski, Radoçeviçi, Ratkoviçi, Stanatoviçi, Teqare, Toplisa, Vraneçeviçi, Vusare, Jakobnisa-Srpska, Jakobnisa-Turska, Kliebas. Osat vilayəti orta əsrlərdə Jupaniya adı ilə tanınırdı. 1402–1459-cu illərdə Serb despotiyasının tərkib hissəsi olmuşdur. 1459-cu ildə Osmanlı imperiyası ərazisinə daxil edilmişdir. Bundan sonra vilayət Zvornik sancağının bir hissəsinə çevrilmişdir. 1804–1813-cü illər ərzində ilk serb üsyanı zamanı Kara-Marko Vasicin qoşunları bir müddətliyinə də olsa Osatı Srvisadan qoparıl ələ keçirə bilirlər.
Cihat Arman
Cihat Arman (16 iyul 1915, İstanbul - 14 may 1994, İstanbul) — Türkiyə futbolçusu, qapıçı, məşqçi. == Həyatı == Cihat Arman 16 iyul 1915-ci ildə İstanbulda anadan olmuşdur. === Oyunçu karyerası === 15 yaşında futbol oynamağa başladı. Qapıçı mövqeyisində çıxış edirdi. Oyun karyerasına 1934-1937-ci illərdə çıxış etdiyi Gənclərbirliyində başlamışdır. Sonradan, 1939-cu ildə bağlanan Güneş klubuna keçdi. Onun növbəti və oyunçu karyerasında sonuncu klubu Fənərbaxça oldu. Onun heyətində 308 matç keçirmiş və "Uçan qapıçı" ləqəbini qazanmışdır. 1944-cü ildə Türkiyə çempionatının qalibi oldu, üç dəfə İstanbul Futbol Liqasında (1944, 1947-1948) qalib gəlmişdir, İstanbul Liqa Kubokunu (1945) qazanmışdır. 1936-cı ildə Berlində keçirilən Yay Olimpiya Oyunlarında 9-16-cı yerləri bölüşən Türkiyə milli futbol komandasının üzvü idi.
Hiroşi Oçiay
Hiroşi Oçiay (d. 28 fevral 1946) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 63 oyun keçirib, 9 qol vurub.
Nişat Mehdiyev
Nişat Əhməd oğlu Mehdiyev (31 yanvar 1963, Ağstafa) — "Qanunun hədəfində" qəzetinin təsisçisi və baş redaktoru (avqust 2008-dən), Azərbaycan Təhsil İşçiləri Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri (2003-dən). Alim-pedaqoq Əhməd Mehdiyevin oğludur. Nişat Əhməd oğlu Mehdiyev 31 yanvar 1963-cü ildə Ağstafa şəhərində anadan olmuşdur. 1970-ci ildə Bakı şəhəri 13 nömrəli orta məktəbin birinci sinfinə getmiş, 1980-cı ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş və 1988-cu ildə həmin institutu tarix və ictimaiyyət müəllimi ixtisası alaraq bitirmişdir. 1981-cü ilin may ayından 1983-ci ilin aprelinədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1991-ci ilin oktyabrından 1995-ci iln fevralınadək (fasilələrlə) Azərbaycan Milli Ordusu sıralarında erməni hərbi qüvvələrinə qarşı döyüşlərdə iştirak etmişdir. Dəfələrlə yaralanmağına baxmayaraq, müalicələlərini aldıqdan sonra yenidən öz döyüş dostlarının yanına qayıtmış və mübarizəsini davam etdirmişdir. Əmək fəaliyyətinə 1980-cı ildən fəhləlikdən başlamışdır. 1996-cı ildən təhsil sistemində - 20, 286 №-li məktəblərdə tarix fənnini tədris etmiş, 2005-ci ildən isə Yasamal Rayon Təhsil Şöbəsində, 2007-ci ildən isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metod Mərkəzində metodist vəzifəsində çalışır.
Nişat İsfahani
Əbdülvahab Nişat İsfahani (fars. نشاط اصفهانی‎ 1761, İsfahan – 1828) — İranın xarici işlər vəziri, şair, xəttat. Mirzə Əbdülvahab 1761-ci ildə İsfahanda anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Əbdülvahab şair idi. Nişat təxəllüsü ilə şeir yazırdı. Mirzə Əbdülvahab Fətəli şah Qacarın hakimiyyəti dönəmində İranın Xarici İşlər vəziri olmuşdu. Mötəmədüddövlə ləqəbini daşıyırdı.O, 1817-ci ildə Rusiya səfiri general Yermolovla görüşmüşdü. Mirzə Əbdülvahab 1864-cü ildə vəfat edib.
Nişat Şirvani
Nişat Şirvani Ağaməsihin müasiri imiş. Şirvan şairlərinin mötəbərlərindən birisi hesab olunur, Nişat həqiqət əhli olduğu üçün zahiri zöhdü təqvanı və riyai ibadəti sevməz imiş və şeirlərinin çoxunda xudbin vaizlərə və müdəmməq abidlərə dolaşarmış. Heyfa ki, Nişatın tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Ağaməsihlə onun həməsr olduğu əşarından görünür. Məlum olduğuna görə, hər iki şair ömürlərinin çoxunu başqa diyar və ölkələrdə səyyahlıqla keçiriblər və səyahət etdikləri vilayətlərin əksəri İran məmləkətində olan vilayətlər olubdur və İran şüəra və ürəfasından təhsili-kəmalat etmişlər. İnsan gərəkdir sirrlərini və fikirlərini sevsin və cani-dil ilə onları ürəyində bəsləyib həddi-kəmala yetirsin və sonra faş etməyi lazım isə, faş eləsin və bundan maəda hər naəhlə və hər bidərdə dərdi-dili izhar etməyin nə faydası? Bir kəs ki, sənin dərd və qəminə şərik olmayacaqdır və sənin xiffət və küdurətini azaltmayacaqdır, ona daha dərdi söyləməkdən nə hasil? Kişi dərdini söyləsə də, gərəkdir dərd əhlinə söyləsin və bilmək istəsin ki, dərd əhli və dusti-həqiqi kimdir. Lazımdır dost adlandırdığı şəxsi yaman günündə, yəni sənə bir yas və müsibət üz verən halda imtahan edəsən. Hər gah dostun yaman günündə dəyanət göstərib öz dostluq və sədaqətində möhkəm və sabitqədəm olsa, o, həqiqi dostdur.
Ovsat Abdinov
Övsət Abdinov (23 fevral 1944, Balakən – 29 oktyabr 2016) — fizika-riyaziyyat elmləri doktoru (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2014). Ovsət Abdinov 23 fevral 1944-cü ildə Balakən şəhərində anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Namizədlik dissertasiyasını 1972-ci ildə, doktorluq dissertasiyasını isə 1986-cı ildə müdafiə etmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Ovsət Abdinov müxtəlif illərdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Belə ki, o, 1973–1975-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında baş müəllim vəzifəsini icra edib. 1975-ci ildən AMEA Fizika İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri olub. 1993–2002-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ, Dubna şəh., Rusiya) baş elmi işçi vəzifələrində çalışıb. Ovsat Abdinov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan Respublikasının tamhüquqlu nümayəndəsinin müavini, həmçinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Elmi Şurasının üzvü olub.
Eyci Oçiay
Eyci Oçiay (落合英二, 26 iyun 1898, Urava[d] – 4 noyabr 1974) – Yaponiya farmakoloqu. == Həyatı və fəaliyyəti == 26 iyun 1898-ci ildə Yaponiyanın Saytama prefekturasının Urava şəhərində doğulmuşdur. Atası pedaqoq idi. 1911-ci ildə Çiba prefekturasında yerləşən liseyə daxil olmuşdur. Fiziki cəhətdən zəif uşaq olduğu üçün dərman bitkiləri toplamağa həvəsi yaranmışdır. 1919–1922-ci illərdə Tokio Universitetinin tibb fakültəsinin farmakologiya kafedrasında təhsil almışdır. 1926-cı ilin dekabr ayında Tayvana səyahət edərək bitkilər toplamışdır. 1928-ci ildə sinomeninin quruluşu haqqındakı işinə görə farmakologiya üzrə doktorantura dərəcəsi əldə etmişdir. Həmin il evlənmişdir. 1930–1932-ci illərdə Almaniyanın Frayburq Universitetində təhsil almışdır.
Oçiay Eyci
Eyci Oçiay (落合英二, 26 iyun 1898, Urava[d] – 4 noyabr 1974) – Yaponiya farmakoloqu. 26 iyun 1898-ci ildə Yaponiyanın Saytama prefekturasının Urava şəhərində doğulmuşdur. Atası pedaqoq idi. 1911-ci ildə Çiba prefekturasında yerləşən liseyə daxil olmuşdur. Fiziki cəhətdən zəif uşaq olduğu üçün dərman bitkiləri toplamağa həvəsi yaranmışdır. 1919–1922-ci illərdə Tokio Universitetinin tibb fakültəsinin farmakologiya kafedrasında təhsil almışdır. 1926-cı ilin dekabr ayında Tayvana səyahət edərək bitkilər toplamışdır. 1928-ci ildə sinomeninin quruluşu haqqındakı işinə görə farmakologiya üzrə doktorantura dərəcəsi əldə etmişdir. Həmin il evlənmişdir. 1930–1932-ci illərdə Almaniyanın Frayburq Universitetində təhsil almışdır.
Oçiay Naobumi
Oçiay Naobumi (落合 直文, 16 dekabr 1861, Motoyosi[d], Miyaqi prefekturası – 16 dekabr 1903) – Yaponiya tanka şairi və yapon ədəbiyyatının tədqiqatçısı. Haqinoya təxəllüsündən istifadə etmişdir. 1861-ci ildə Yaponiyanın Rikuzen əyalətində (indiki Miyaqi prefekturası) doğulmuşdur. Oçiay Naoaki tərəfindən övladlığa götürülmüşdür. Tokio Universitetində təhsil almışdır. "Asakaşa" adlı tanka şairləri qrupunu qurmuşdur. Ənənəvi vaka üslubunu müasirləşdirməklə məşğul olmuş, Yosano Tekkan və Onoe Şayşu kimi müasir tanka şairlərinə təsir göstərmişdir. Onun "Sözəbaxan qız Şiraqikunun mahnısı" şeiri şintayşi poeziyasının qabaqcılı olmuşdur. Mori Oqay ilə birlikdə "Şinseyşa" vaka şairləri qrupunu yaratmışdır. Əsas əsərlərinə vaka poeziyasından bəhs edən dərslik olan "Şinsen katen" (1891), yapon dilinin tədqiqindən bəhs edən "Nihon day bunten" (1897), esse və vaka şeirlərinin kolleksiyasından ibarət olan "Haqinoya iko" (1904) daxildir.
Ojisan and Marshmallow
Ojisan and Marshmallow və ya Yaponiyada tanınan adı ilə Ojisan to Marshmallow (おじさんとマシュマロ, Ojisan to Mashumaro, azərb. Dayı və marşmellou‎) – Rekomaru Otoy tərəfindən yazılan və çəkilən manqa seriyası. Pixiv vasitəsilə onlayn şəkildə yayımlanır və indiyə qədər 20 milyon baxış əldə etmişdir. Daha sonra Ichijinsha tərəfindən 4 tankobon cildi buraxılmışdır. Creators in Pack tərəfindən 12 seriyalıq anime serialı çəkilmiş və 7 yanvardan 25 mart 2016-cı ilə kimi yayımlanmışdır. Habahiro Hiqe qırxa yaxın yaşı olan veb-şirkət işçisidir. Tabekko marşmelloularını çox sevir. Onun əməkdaşı İori Vakabayaşi tez-tez onu bu barədə əsəbləşdirir, onun qarşısında yeyir və mağazadan bütün marşmellouları alır. Dost olmalarına baxmayaraq əslində İorinin Habahirodan xoşu gəlir, onunla romantik əlaqələrinin olmasını arzulayır, onun diqqətini çəkmək istəyir. Habahiro isə onun nə etmək istədiyindən xəbərsizdir.
Ojisan to Marshmallow
Ojisan and Marshmallow və ya Yaponiyada tanınan adı ilə Ojisan to Marshmallow (おじさんとマシュマロ, Ojisan to Mashumaro, azərb. Dayı və marşmellou‎) – Rekomaru Otoy tərəfindən yazılan və çəkilən manqa seriyası. Pixiv vasitəsilə onlayn şəkildə yayımlanır və indiyə qədər 20 milyon baxış əldə etmişdir. Daha sonra Ichijinsha tərəfindən 4 tankobon cildi buraxılmışdır. Creators in Pack tərəfindən 12 seriyalıq anime serialı çəkilmiş və 7 yanvardan 25 mart 2016-cı ilə kimi yayımlanmışdır. Habahiro Hiqe qırxa yaxın yaşı olan veb-şirkət işçisidir. Tabekko marşmelloularını çox sevir. Onun əməkdaşı İori Vakabayaşi tez-tez onu bu barədə əsəbləşdirir, onun qarşısında yeyir və mağazadan bütün marşmellouları alır. Dost olmalarına baxmayaraq əslində İorinin Habahirodan xoşu gəlir, onunla romantik əlaqələrinin olmasını arzulayır, onun diqqətini çəkmək istəyir. Habahiro isə onun nə etmək istədiyindən xəbərsizdir.